05 noy 21:42gundem

“Keşlə” Sezara nə qədər borcludu?

“Keşlə” Sezara nə qədər borcludu?
“Onun yarımaylıq maaşı tezliklə hesabına köçürüləcək”
Hazırda Rumıniyada top qovan Sezar Meza Kollinin işləri yolunda getmir. Avrokuboklardan sonra “Keşlə”ni “Universitatya”ya dəyişən paraqvaylı yarımmüdafiəçi yeni klubunda cəmi 6 oyuna çıxıb. Onun ikisi avrokubok matçı olub. Başqa sözlə, Sezar Rumıniya çempionatında və kubokunda cəmi 4 oyuna çıxıb və üst-üstə cəmi 90 dəqiqə meydanda olub. Bugünlərdə azərisport.az saytına açıqlama verib və az oynamasını zədə ilə əlaqələndirib. Deyəsən, maddi planda da vəziyyəti yaxşı deyil. Hər halda, məlum açıqlamada “Keşlə”nin ona borcunun olduğunu da yada salıb. Təbii ki, hər bir futbolçunun müqavilə ilə ona çatmalı olan pulu tələb etməyə haqqı çatır. Amma söhbətin hansı məbləğdən getdiyini biləndə təəccüblənəcəksiz. Sezar deyib ki, “Keşlə” ona son ayın maaşını ödəməyib. Dünən paytaxt klubu ilə əlaqə saxlayıb, məsələyə aydınlıq gətirdik: “Doğrudu, Meza Kolliyə borcumuz var. Ancaq bu, bir ayın yox, yarım ayın məvacibidi. Yubanma texniki məsələdən qaynaqlanır. Sezarla müqavilə ayın ortasında pozulduğu üçün ona yarım ayın maaşı ödəndi və yola salındı. Məvacibinin qalan yarısı isə növbəti ayın hesablaşmasına qaldı. Belədə yubanma yarandı. Buna baxmayaraq, klub müqavilədə nəzərdə tutulan öhdəliyinə əməl edəcək. Bugünlərdə komandanın bütün üzvlərinə əvvəlki aylardan qalan maaşlar ödənildi. Sezarın da yarım aylıq maaşı hesabına göndəriləcək”.
Bizdə olan bilgiyə görə, Sezar “Keşlə”də aylıq 8-9 min dollara top qovub. Onun yarısı da 4 min, 4500 edir. Futbolçu məhz həmin kəsirin davasını edir. Halbuki ondan imtina da etmək olardı. Axı Bakını tərk etməmişdən cəmi iki ay əvvəl Zaur Axundov kubokun finalındakı qələbəyə görə hamıya 4-5 min mükafat verəndə, ona 6 min verib istirahətə yola salmışdı. Üstəlik, “Universitatya” da onunla 3 illik müqavilə imzalayıb və bizdə olan bilgiyə görə, ilinə 240 min qazanır. Sezarın “qəpik-quruş davası” etməsi öz yerində, “Keşlə”nin indiyə qədər həmin 4-5 mini ödəməyib özünü dilə-dişə salması utandırıcıdı. Axı Zaur Axundov həftəsonu restoranda dostlarıyla yeyib-içəndən sonra bir dəfəyə o pulun az qala yarısı qədər hesab ödəyir. Klub bu müddətdə üç məşqçi dəyişib, ona yaxın futbolçu transfer edib, amma Sezarın yarımaylıq maaşını verməyə pul tapmayıb?!
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza 8-11-2018, 21:17 “Neftçi” liderliyini qorudu 8-11-2018, 21:16 "Vəkillər" "Rəvan"la bacarmadı 8-11-2018, 21:11 Rusiya mətbuatı Şeydayevdən yazdı 8-11-2018, 21:10 Xristov biabırçılığa aydınlıq gətirdi 8-11-2018, 21:06 “Qəbələ” almanlarla bacarmadı 7-11-2018, 23:11 Faiq Qarayev Türkiyədə müalicəsini başa vurub Bakıya qayıtdı 7-11-2018, 23:08 “Qarabağ”ın oyununda amansız hakim 7-11-2018, 23:06 "İmarət" "Qarabağ"ı Ukraynada tək qoymayacaq 7-11-2018, 23:05 Fərid Nəbiyev şəriksiz bombardirdi 7-11-2018, 23:03 Cənubda liderlər xal itkisi ilə yadda qaldı 7-11-2018, 22:47 “Bakı”da oynayanda Reynaldonun xirtdəyindən tutmuşdum” 7-11-2018, 22:43 Oqtay Abdullayev ittihamlara cavab verdi 7-11-2018, 22:41 Yeni ofisdə görüş 7-11-2018, 22:38 Rəqəmlər, faktlar... 7-11-2018, 22:37 Hakimlərin mühakiməsi 7-11-2018, 22:35 “Boys Qarabağ” rəhbərliyə etiraz olaraq “Tofiq Bəhramov”a getməyib 7-11-2018, 22:34 “Obolon” qaçır, rəqibləri qovur Bütün xəbərlər
Ən çox oxunanlar