19 okt 14:17gundem

“Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb

“Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb
Nurlan İbrahimov: “Bəziləri bundan manipulyasiya vasitəsi kimi istifadə etmək istədi”
Millinin son toplanışına ən çox futbolçu “Qarabağ”dan çağırılmışdı. Qurban Qurbanov baş məşqçisi olduğu klubdan 7 futbolçuya dəvət göndərmişdi. Bunlar Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Rahil Məmmədov, Qara Qarayev, Araz Abdullayev və Mahir Mədətov idi. Yalnız Şahruddin nə Farer adaları, nə də Malta ilə oyunda şans qazandı. Qurbanovun Kamran Ağayevin xeyrinə seçim edəcəyi gözlənilirdi. Lap Kamran olmasaydı belə, ikinci variant Səlahət Ağayev idi. Milliyə 3-cü qapıçı kimi dəvət alan Şahruddinin meydana çıxmaq ehtimalı cüzi idi ki, bu da baş vermədi. Qalan adını çəkdiyimiz oyunçuların hamısı isə hər iki görüşdə start heyətində meydana çıxdı. Maksim, Bədavi və Qara istər səfərdə, istərsə də evdə 90 dəqiqə oynadısa, Araz Torshavndakı, Mahirlə Rahil isə Bakıdakı matçda əvəzləndi. Əslində son ölkə çempionu, hazırda Avroliqanın qrupunda çıxış edən komandanın yığmada daha çox futbolçu ilə təmsil olunmasında qeyri-adi heç nə yoxdu. Rahili nəzərə almasaq, digər meydana çıxanların yığma təcrübəsi də kifayət qədərdi. Bütün bunlar öz yerində, toxunmaq istədiyimiz məqam başqadı.
Belə ki, Farer adaları ilə görüşdən öncə “Qarabağ”ın “feysbuk” səhifəsində yer alan statusda yığmaya uğur arzulanmışdı. Maraqlı məqam isə budu ki, anons xarakterli şəkildə baş məşqçi Qurban Qurbanovla yanaşı, mövqelər üzrə məhz Ağdam klubunun həmin 7 futbolçusunun rəsmi yer almışdı. Elə statusa gələn rəylərdən də bu addımın birmənalı qarşılanmadığını görmək olar. Bəlkə də elə bu üzdən Malta ilə görüşdən öncə komandaya uğur arzulanan statusda artıq bütün komandanın şəklini gördük. Əslində xarici klublardan bəziləri də bu addımı atır. Ancaq bizdə buna reaksiya heç də həmişə müsbət olmur.
Məsələ ilə bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovun fikirlərini öyrənməyi lazım bildik: “Gözəl mövzuya toxunmusuz. Doğrudan da bu məqamı izah etməyə ehtiyac var. Çünki həssas məsələdi. Dünyada da əksər klublar öz oyunçularının yığmada oynadığını vurğulamaq üçün bu tendensiyadan istifadə edirlər. Biz futbolçuları mövqelər üzrə düzəndə onların əsas heyətdə oynamaq məsələsini qabartmamışdıq. Sadəcə, futbolçularımızın ampluasını bildirmək üçün belə bir şəkil hazırlamışdıq. Yoxsa “milli “Qarabağ”dan ibarətdi” kimi bir fikrimiz yox idi. Bu formada dəyərləndirmək, sadəcə, gülüncdü. Bəzi adamlar qəsdən başqa məna axtarır, kimlərisə yönəltməyə çalışır. Dediyim kimi, bir çox klublar belə addımdan istifadə edir. Dəstək nümayiş etdirib, uğurlar arzulayırlar. Biz də oyundan öncə futbolçularımızın mövqeyini bildirmək üçün belə dəstək statusu paylaşdıq. Bəziləri bundan manipulyasiya vasitəsi kimi istifadə etmək istədi. Guya biz millinin “Qarabağ”dan ibarət olduğunu göstərmək fikrində olmuşuq. Ancaq bu, belə deyil. Dünya təcrübəsində yayılan tendensiyadı və əvvəllər də belə paylaşımlar etmişik. Yadınızdadısa, FİFA-nın əvvəlki “pəncərəsi”ndə yığmaya çağırılan futbolçularımızdan ibarət “11-lik” də düzəltmişdik. Bu o demək deyil ki, başqa bir niyyətimiz vardı. Bu dəfə də 11 futbolçumuz millilərə dəvət alsaydı, eyni rəsmi hazırlayacaqdıq. Ancaq sayları az olduğuna görə belə addım atmadıq. Ümumiyyətlə, bu cür yeniliklər baxımından hər zaman ilklərə imza atmışıq. Malta ilə görüşdə yığmanın şəklini qoymağımıza gəlincə, bunun da səbəbi sadədi. Onsuz da hər iki oyuna eyni futbolçular çağırılıb. Bizim də həmin paylaşımda əsas məqsədimiz dəvət alanları vurğulamaq idi. Odu ki, Malta ilə görüşdə buna ehtiyac duymadıq. Ümumiyyətlə, beynəlxalq tendensiyalardan da xəbərimiz var. Tutaq ki, səhifəmizdə Mahir Mədətovla bağlı da paylaşım etmişik. O, “Qarabağ”ın futbolçusudu və dəstəyimizi nümayiş etdirmişik. Sosial şəbəkədə standart yoxdu. Bu o demək deyil ki, nə gəldi paylaşa bilərsən. Sadəcə, konkret müəyyənləşdirilmiş standartlar mövcud deyil. Bu üzdən klub olaraq futbolçumuza dəstək göstərməyimiz normaldı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar