19 okt 14:14gundem

Mahir sosial şəbəkələrdən istifadə etmir

Mahir sosial şəbəkələrdən istifadə etmir
“Fitə basılmağım, məncə, Kosovo ilə oyundan sonra verdiyim açıqlama ilə bağlı ola bilər”
Yığmanın Malta ilə oyunda heç-heçə etməsi kənarda qalmışdı, əsas söhbət mövzusu Mahir Mədətov idi. İmkanlarından aşağı səviyyədə çıxış etməsi, üstəgəl, Kosovo ilə oyundan sonra verdiyi açıqlamada azarkeşlərin stadiona gəlməməsini qabartması 21 yaşlı futbolçunun qınağa tuş gəlməsi ilə nəticələndi. Və bütün bunların nəticəsi kimi Mahir həm “Qarabağ” - “Arsenal” matçında, həm də Azərbaycan - Malta oyunundan sonra fitə basıldı.
Təbii, bu iki görüşdə üzləşdiyi münasibət futbolçuya təsir edə bilməzdi. Odu ki, Malta ilə qarşılaşmadan sonra paltardəyişmə otağında göz yaşlarına hakim ola bilməmişdi. Son günlər haqqında çox danışılan Mədətovla söhbətdə bir çox məsələyə aydınlıq gətirmək istəyirdik. Lakin gün ərzində onunla danışmaq mümkün olmadı. Görünür, bazar ertəsi “Xəzər” TV-də “Futbol saatı”, ardınca İTV-də “Bol idman” verilişlərinin qonağı olması və verilən suallara orda aydınlıq gətirməsi növbəti dəfə danışmaq həvəsini “öldürmüşdü”. Maraqlı olacağını nəzərə alıb, Mahirin bu iki verilişdə dilə gətirdiklərini diqqətinizə çatdırırıq.
* Məncə, Maltaya qarşı oyun ürəkaçan oldu. Halbuki Farer adalarına qarşı yaxşı oynamamışdıq. Sevindirici hal o idi ki, məşqdə etdiklərimizi oyunda həyata keçirə bilirdik. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdik. Nəticə ürəkaçan olmasa da, ən yaxşı oyunlarımızdan birini sərgilədik. Hesab məni o qədər məyus edib ki, inanırsız, yorğunluq heç yada düşmür.
* Öz oyunum haqda nəsə deməyi xoşlamıram. Bu suala ən yaxşı cavabı baş məşqçimiz verə bilər. O da qeyd edib ki, Mahir hərəkətli idi, çalışırdı, mübarizə aparırdı. Baxırsan, dünyaca ünlü futbolçular da qol imkanlarını boşa verir. Amma bu heç bir halda bəhanə sayıla bilməz. Əksinə, bundan dərs çıxarmalıyam.
* Ağlamağa meyilli insan deyiləm. Bir müddət öncə Çempionlar Liqası sevinci yaşamışdıq. İndi bu cür münasibət görmək, belə hisslər yaşamaq adama ağır gəlir. Hər bir idman növündə xarakter ön planda durur. Baş məşqçimiz də həmişə deyir ki, çalışsaz, öz üzərinizdə durmadan işləsəz, meydanda heç kim qarşısınızda dura bilməz.
* Ailədə də hamı bilir ki, tək qalanda özümə qapanan adamam, sıxılıram. Ona görə də heç vaxt tək qalmıram. Sağ olsunlar, çətin anlarda məni tək qoymadılar. Səhər yuxudan duranda hamı zəng vurub əhvalımla maraqlanır, özümü necə hiss etdiyimi soruşurdu. Mən də öz növbəmdə onların inamını doğrultmağa çalışmalıyam.
* Malta ilə hər iki oyun eyni hesabla başa çatdı. Amma səfərdəki matçdan sonra Qurban Qurbanov çox əsəbi idi. Həm oyundan, həm də nəticədən narazı qalmışdı. Bakıdakı qarşılaşmadan sonra isə razı qaldığını bildirdi. Dediyinə görə, hətta uduzsaydıq belə, yenə razı qalacaqdı. Sevindirici məqam baş məşqçinin bizdən razı qalmasıydı.
* Bu futbolçuların böyük əksəriyyəti klubda uğur qazanıb. Avroliqanın və Çempionlar Liqasının qrup sevincini yaşamışıq. İndi də həmin uğuru yığmada əldə etmək istəyirik. Qurban Qurbanov da hər dəfə “harda olduğunuzun fərqinə varmalısız” deməklə bir növ millinin məsuliyyətini diqqətə çatdırmaq istəyir.
* Fitə basılmağımın səbəbini özüm də bilmirəm. Bəlkə də epizodları boşa verdiyimə görədi. “Arsenal”la oyunda fitə basılmağımın səbəbini həqiqətən başa düşməmişdim. Söhbət qol şanslarını əldən verməkdən gedirsə, bunu edən tək mən deyildim. Millinin matçında fitə basılmağım isə, məncə, Kosovo ilə qarşılaşmadan sonra verdiyim açıqlama ilə bağlı ola bilər. Demişdim ki, futbolu azarkeşlər üçün oynayırıq, ancaq onlar stadiona gəlmirlər. O sözlərdən sonra azarkeşlərin narazılığını hiss edirdim. Bəlkə də onun jestini göstərdilər.
* Sosial şəbəkələrdə yazılanlar bəzən rastıma çıxır. Bir çox hallarda da kimsə bu haqda mənə deyir. Yazılanları oxumağı daha çox anam xoşlayır. Yazmışdılar ki, yaxşı oynamırsız deyə stadiona gəlmirik. Halbuki Avropada azarkeşlər autsayder komandanın oyunlarına belə gedirlər. Millini sırf mənə görə dəstəkləmirlər. Bu, Azərbaycanın adıdı. Eləcə də “Qarabağ”. Məncə, komandanın adına görə dəstək vermək lazımdı.
* Artıq sosial şəbəkələrdən istifadə etmirəm. “Arsenal”la oyundan əvvəl Qurban Qurbanovla söhbətimiz oldu. Sosial şəbəkələrdən istifadə etməyimə qadağa qoydu. “Şerif”i keçəndən sonra bir paylaşım etmişdim, ola bilsin, həmin paylaşım bir az sərt olmuşdu. Bəlkə də yaşla bağlıdı, bir az emosiyalara qapılmışdım. Çünki həmin vaxt bizə hədsiz tənqidlər var idi. BATE ilə matçlardan sonra hər şeyin bitdiyini düşünürdülər.
* Baş məşqçimiz və komanda yoldaşlarım sağ olsunlar, dəstək oldular, ürək-dirək verdilər. Mənə inandıqlarını söylədilər. Mən də öz növbəmdə daha güclü olub, yoluma davam etməliyəm. Onlar mənə fitə basıldığıma görə dəstək olmadılar. Sadəcə, oyunu yaxşı səviyyədə keçirdiyim halda belə münasibətə layiq olmadığımı deyirdilər. Zəif oynayanda millidə Ruslan Qurbanov, Şahruddin Məhəmmədəliyev, Cavid İmamverdiyev, “Qarabağ”da bəzi legionerlər yaxınlaşıb imkanlarımdan aşağı səviyyədə oynadığımı deyib.
* Məsəl var, bar verən ağacı daşlayarlar. Yəqin məndən nəsə gözləyirlər ki, bu qədər üstümə gəlirlər, narazılıq edirlər.
* “Qarabağ”a yeni gəldiyim vaxtlarda daim sosial şəbəkələrdə yazılanları oxuyurdum. Bu da kapitanımız Rəşad Sadıqovu əsəbləşdirirdi. Deyirdi ki, ya orda yazılanları oxuma, oxuyacaqsansa, onda işlətmə.
* İndiyə qədər hansısa azarkeşlə problem yaşadığımı xatırlamıram. Belə şey olmayıb.
* Hazırda yer aldığımız qrupda ikinci pillədə qərarlaşmışıq. İnsanlarda neqativ fikirlər yaranıb. Qrupdan çıxa bilməyəcəyimizi düşünürlər. Bir şeyi xatırladım. U-19-da elit raunda yüksələndə baş məşqçimiz Nikolay Adam idi. Baş məşqçi dönə-dönə deyirdi ki, həvəsdən düşməyin, hər şeyə hakimin son fitindən sonra aydınlıq gələcək. Yekunda elit raunda vəsiqə qazandıq. “Şerif”ə səfərdə 0:1 uduzanda da qrupda olacağımıza inanmırdılar. Müasir futbolda hər şey mümkündü. İslandiya ortabab rəqibinə böyük hesabla uduzur, çox keçmədən dünya çempionu Fransa ilə heç-heçə edir. Ona görə də indidən nəsə demək düzgün deyil. Bilmək olmaz, Malta - Kosovo oyununda hansı nəticə qeydə alınacaq. Maksimum nəticə qazanmaq lazımdı.
* Atam sırf futbol adamı deyil. Uşaq vaxtı futboldan sonra zəng vurub iki sual verirdi. “Udduz, yoxsa uduzduz? Qol vurdun, ya yox? Hə, yaxşı, sağ ol”- söhbətimiz bundan ibarət olurdu. Anamın müəyyən qədər anlayışı var. O isə bir sual verir: “Qurban müəllim nə dedi, razı qaldı?”
* “Qarabağ”da və yığmada baş məşqçinin köməkçisi olan Çudomir Çakarov hər zaman irəlidə lazımi qədər “açılmadığıma” görə tənqid edirdi. Çalışırdım bu nöqsanı aradan qaldırım. Oyundan sonra təhlillər edirdim, hansı zonaya qaçmalı olduğumu götür-qoy edirdim. Çatışmazlıqların üzərində daim işləyirəm.
* Ötən mövsümə yaxşı başlamışdım, qollar vururdum. Bu il yalnız “Səbail”in qapısından keçirdiyim iki top var. Məncə, burda psixoloji məqam da var. Futbolçu qol vura bilmədikcə təzyiq altına düşür. Hətta qapıçı ilə təkbətək çıxanda düşünürsən ki, Allah eləməsin, birdən bunu da vura bilmərəm.
* Topla davranmağı, yəni driblinq etməyi xoşlayan futbolçuyam. Oyunu öz üzərimə götürməyi də sevirəm. Bəlkə də bu cür davranmağım insanların xoşuna gəlmir. Sağ ayağım işləyir, məşqlərdə zərbə endirirəm. Amma oyun zamanı risk etmirəm. Hətta Malta ilə qarşılaşmada qapıçı ilə üzbəüz qaldığım epizodda sağ ayaqla vurmaq əvəzinə sol ayağıma çəkmək istədim ki, rəqib futbolçu özünü yetirdi. “Sağ”la vursaydım, bəlkə də qol idi.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar