19 okt 13:51gundem

“Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb

“Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb
Ağdamlılar bu gün tam tərkibdə yığışır
Yığmaların oyunları ilə bağlı yaranan fasilə dönəmində “Qarabağ” 8-ci turda qarşılaşacağı “Səbail”lə görüşə ciddi itkilərlə hazırlaşdı. İtki deyəndə, təbii ki, millilərin heyətinə qatılan futbolçuları nəzərdə tuturuq. Yeddi nəfər əsas yığmaya cəlb olunmuşdusa, Rəşad Sadıqovla birgə üç nəfər U-21-in sıralarında idi. Daha üç nəfər – Simeon Slavçev, Con Delarj və Hannes Tur Halldorsson isə öz ölkələrinin yığmalarının şərəfini qorumaq üçün Azərbaycanı tərk etmişdi. Əsas millinin üzvlərinə dünənə qədər istirahət imkanı yaradılmışdı. “Köhlən atlar” bu gündən etibarən tam tərkibdə bir araya gələcək. Belə ki, əsas yığmanın və U-21-in üzvləriylə yanaşı, yuxarıda adı çəkilən üç legioner də bugünkü məşqdə Qurban Qurbanovun sərəncamında olacaq.
Son vaxtlar zədədən əziyyət çəkən Dani Kintananın artıq bir neçə müddətdi kollektiv çalışmalarda iştirak etdiyini bilirsiz. Sentyabrın 26-da, “Zirə” ilə oyunda çiyni çıxan Vild-Donald Geryenin durumu da yaxşılığa doğru dəyişməkdədi. Sevindirici xəbər haitili futbolçunun da komanda ilə birgə hazırlıq keçməsidi. Zədə səbəbindən “Sportinq” və “Arsenal”la matçları buraxan Rəşad Sadıqovun da durumu yaxşılaşıb. Bu isə o deməkdi ki, Qurban Qurbanov “Səbail”lə oyunda bu üç futbolçuya bir neçə dəqiqə də olsa, oynamaq imkanı yarada bilər.
“Qarabağ”ın əcnəbilərinin son bir həftədə yığmalarda nə ilə yadda qaldığına da nəzər salaq. C liqasının 3-cü qrupunda yer alan Bolqarıstan yığmasının ilk rəqibi oktyabrın 13-də Cənubi Kipr olub. Sofiyada keçirilən qarşılaşmada bolqarlar 2:1 hesabıyla qələbə qazanıb ki, Simeon Slavçev 90 dəqiqə meydanda olub. Oktyabrın 16-da Norveçlə səfər görüşündə “6 nömrə” yenə start heyətində yer alıb. Lakin bu dəfə cəmi 58 dəqiqə oynamaq imkanı qazanıb. A liqasının 2-ci qrupunda qərarlaşan İslandiya millisi oktyabrın 12-də dünya çempionu Fransanın qonağı olub. Genqamda, 2:2 hesabı ilə bitən yoxlama oyununda Hannes Tur Halldorsson 46-cı dəqiqədən oyuna qoşulub və 77-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Kilian Mbappe hər iki halda məhz “Qarabağ”ın qapıçısı “çərçivə”də olduğu vaxt sevinib. Oktyabrın 15-də isə İslandiya İsveçrəni qonaq edib ki, Halldorsson bu dəfə “11-lik”də şans qazanıb. Yığmasının 1:2 hesabıyla uduzduğu qarşılaşmada ölkəmizdə legioner həyatı yaşayan futbolçu 90 dəqiqə meydanda olub. Yalnız Con Delarj Afrikaya uçmasına peşman olub. Belə ki, Afrika Millətlər Liqasında Konqonun Liberiya ilə oktyabrın 11-i və 16-da keçirdiyi hər iki oyunda Delarj birincilərin heyətində ehtiyatda qalıb.
Oktyabrın 25-də BOS-da keçiriləcək “Qarabağ” – “Vorskla” görüşünün biletləri artıq bir həftədi satışa çıxarılıb. Klubun mətbuat katibi Nurlan İbrahimovla əlaqə saxlayıb, nə qədər biletin satıldığını öyrəndikdə məlum oldu ki, 7000 nəfərə yaxın azarkeş artıq indidən stadiondakı yerini təmin edib.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar