18 okt 20:04gundem

AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq

AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq
Yusif Vəliyev: “Zorakılığı təbliğ edirsə, onunla bağlı ciddi ölçü götürmək vacibdi”
Ötən sayımızda AFFA-nın təşkil etdiyi U-13 liqasında yaşanan biabırçılıq barədə xəbər vermişdik. Qısaca xatırladaq ki, şənbə günü Şimal regionu üzrə Sumqayıtda keçirilən UGİŞM-1 (Sumqayıt) - Laçın (Pirəkəşkül) matçında ikincilərin baş məşqçisi uşaqların və valideynlərin gözü qarşısında hakimin sifətinə kəllə ilə zərbə endirib. Və nəticədə ədalət təmsilçisinin burnu sınıb.
Yeri gəlmişkən, onu da qeyd edək ki, müxtəlif yaş qrupları arasında təşkil olunan çempionatlarda bu cür insident ilk dəfə yaşanmır. Əvvəlki mövsümlərdə də baş məşqçi - hakim qarşıdurmaları olub. Yəqin ki, vaxtında bu məsələ barədə ciddi ölçü götürülüb günahkarlar ciddi cəzalansaydı, heç bir baş məşqçi cürət edib qolunun gücünü hakimə və ya başqasına göstərməzdi. Bu gün ədalət təmsilçisinə kəllə atan məşqçi sabah valideynə, birisigün isə yetirməsinə əl qaldıra bilər.
Oktyabrın 13-də “Mehdi Hüseynzadə”də yaşanan biabırçılıqla bağlı AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevin fikirlərini öyrənməyi lazım bildik. Başverənlərdən xəbərdar olduğunu bildirən Yusif bəy “Laçın”ın baş məşqçisi barədə ciddi ölçü götürüləcəyini bildirdi: “Şənbə günü Sumqayıtda yaşanan insidentdən xəbərdaram. Olayla bağlı İntizam Komitəsinə müraciət olunacaq və komitə həmin şəxs haqda qərar çıxaracaq. Fikrimcə, “Laçın”ın çalışdırıcısının cəzası çox sərt olacaq. Uşaq futbol tərbiyəsini kimdən alır? Əlbəttə, öz məşqçisindən. Məşqçi də özünü belə aparırsa, zorakılığı təbliğ edirsə, onunla bağlı ciddi ölçü götürmək vacibdi. Ola bilsin, hakim hardasa səhvə yol verib. Ancaq bu ona əsas vermir ki. səhvə görə qan tökəsən, kiməsə fiziki təzyiq göstərəsən”.
İstənilən kütləvi tədbirlərdə - istər mədəni, istərsə də idman – asayişi qorumaq, sakitliyi təmin etmək üçün hüquq-mühafizə orqanlarının nümayəndələrinə müraciət olunur. Aşağı yaş qrupu üzrə liqarda da oyun günləri qələbəlik yaşandığından oyunların keçirildiyi arenalarda polisin olması vacib şərtdi. Bəs görəsən, şənbə günü yaşanan insidentə polis niyə vaxtında reaksiya verməyib, nəyə görə qan tökülməsinin qarşısını almayıb? Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri bu sualımıza belə reaksiya verdi: “Yarışların keçirildiyi hər bir stadionda Post-Patrul Xidmətinin əməkdaşları növbə çəkir. Təbii ki, onların əsas işi asayişi qorumaq, azarkeşlərin və yaxud başqa kənar şəxslərin meydana daxil olmasının qarşısını almaqdı. Meydanda oyun gedən zaman polis hər məşqçinin yanında dayana bilməz ki... O nə bilsin ki, baş məşqçi hakimlə söhbət edən zaman qəfil ona fiziki təzyiq göstərəcək? Meydana kənar şəxslər daxil olub dava-dalaş salsaydı, bəlkə də polisi nədəsə günahlandırmaq olardı. Ancaq bu insident meydanın daxilində baş verib. Ona görə də hüquq-mühafizə orqanlarının nümyəndələrini işinə səhlənkar yanaşmaqda ittiham etmək düzgün deyil. Yenə deyirəm, həmin məşqçi layiqli cəzasını alacaq. O da ola bilər ki, İntizam Komitəsi onu birdəfəlik futboldan uzaqlaşdırsın”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar