18 okt 20:03gundem

Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib

Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib
Şişirdilmiş büdcəyə görə məşqçilər əziyyət çəkir
Ötən il birinci divizionda çıxış edən “Mil-Muğan” cari mövsümdə aşağı dəstəyə buraxılmadı və fəaliyyətini dayandırdı. Səbəb isə İmişli təmsilçisinin adının nəticəsi əvvəlcədən razılaşdırlmış oyunlarda hallanması idi. Ancaq bu o demək deyil ki, İmişlidə futbol, ümumiyyətlə, ləğv olunub. Bu gün də bölgədə müxtəlif yaş qrupları üzrə komandalarda 200-dən çox uşaq və yeniyetmə “idmanın şahı”nın sirlərini öyrənir və AFFA-nın bayrağı altında keçirilən liqalarda iştirak edir. Ancaq onların da problemi başından aşır.
Həftənin bazar ertəsi İmişlidən redaksiyamıza zəng gəldi. Adının çəkilməsini istəməyən məşqçilərdən biri maliyyə problemlərinin məngənəsində boğulduqlarını, vəsait çatışmazlığı səbəbindən bu gedişlə çıxış etdikləri çempionatlardan geri çəkiləcəklərini bildirdi: “Bəlli səbəblərdən AFFA ötən mövsüm son iki ayın maaşını vermədi. Oyun satan bəzi şərəfsizlərə görə biz də əziyyət çəkməli olduq. Bu gün nə “Mil-Muğan” var, nə də İmişli futbolunun adını bədnam edən həmin oyunsatanlar. Yayda AFFA-nın baş katibi Elxan Məmmədov şəxsən özü demişdi ki, aşağı yaş qrupları olsun və həmin qruplarda çalışan məşqçilərin maaşı assosiasiya tərəfindən ödəniləcək. Artıq oktaybrın ortası olmasına baxmayaraq, hələ də bizə bir qəpik də əməkhaqqı ödənilməyib. 300 manat AFFA üçün nə böyük puldu ki, bizim maaşımızı bu qədər gecikdirir? Bu gün İmişlidə 200-dən artıq uşaq müxtəlif yaş qruplarında 5 məşqçinin rəhbərliyi altında futbolla məşğul olur. Məşqçiyə vaxtında pul verilmirsə, o işinə necə can yandıra bilər? Sonra da deyirlər ki, ölkədə uşaq futbolunu inkişaf etdirmək lazımdı. Məsələ ilə bağlı dəfələrlə klubun prezidenti Mirheydər Səfiyevin yanında olmuşuq. O da hər dəfə eyni sözü deyir: “AFFA-dan Bəhram müəllimlə danışdım. Elxan Məmmədov ölkədə olmadığından maaşınızı köçürə bilmirik”.
Bəyəm bu aylar ərzində baş katib bir gün də Azərbaycanda olmayıb? Bunlar hamısı başaldatmaqdan başqa bir şey deyil. Aşağı yaş qruplarımız oyunlarını İmişlidə keçirdiyindən onlara səfər və yaxud başqa xərclər tələb olunmur. U-17 isə ev-səfər prinsipi ilə oynayır. İnanırsız, bu gün U-17-nin çempionat oyununa yollanması üçün pul yoxdu. Belə davam edəcəyi təqdirdə böyük ehtimalla, bütün yaş qruplarımız çempionatdan imtina edəcək. Artıq bıçaq sümüyə dirənib”.
İmişlili məşqçilərin söylədiklərinə münasibət öyrənmək üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyevlə əlaqə saxladıq. Ancaq Yusif bəy bu məsələnin onlara aid olmadığını bildirdi: “Bizim şöbənin işi çempionatı təşkil etməkdi. Yəni biz meydanın içində olanlara cavabdehlik daşıyırıq. Maliyyə məsələlərinin isə bizə aiddiyatı yoxdu”.
Yusif bəyin söylədiklərindən sonra məsələyə aydınlıq gətirmək üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdullanın köməyinə ehtiyac duyduq. Firuz bəyə imişlilərin şikayətini çatdırandan sonra “bununla bağlı Elxan müəllimin fikirlərini öyrənib sizə deyərəm” cavabını eşitdik. Təxminən 2 saatdan sonra assosiasiyanın sözçüsü bizimlə əlaqə saxlayaraq baş katibin fikirlərini çatdırdı: “Bir neçə ay öncə İmişli klubunun prezidentinə tapşırılmışdı ki, aşağı yaş qruplarının fəaliyyəti ilə bağlı smetanı tərtib edib AFFA-ya göndərsin və buna uyğun da uşaq futboluna maliyyə ayrılsın. Klubdan elə smeta göndərildi ki, həmin məbləğ ötən il birinci divizionda çıxış edən “Mil-Muğan”ın büdcəsi ilə təxminən eyni idi. Təbii ki, bu rəqəmlər reallığı əks etdirmirdi. Bu üzdən region üzrə uşaq futboluna nəzarət edən nümayəndəmizə tapşırıq vermişik ki, qısa vaxtda yeni smeta hazırlasın və bizə təqdim etsin. Sənədlər hazır olandan sonra qısa müddətdə lazımi vəsait klubun hesabına köçürüləcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar