18 okt 19:48gundem

Mahirə çıxış yolları göstərdilər...

Mahirə çıxış yolları göstərdilər...
Elnurə Mədətova: “Həvəsdən düşsə, peşəkar olmaz ki”
Ağasəlim Mircavadov: “Fərdi hazırlıq keçsin, lazım gəlsə, gündə 2-3 dəfə məşq etsin”
Fərrux İsmayılov: “Mahiri tənqid ediriksə, gərək Rüfət Dadaşovu asaq?”

Son günlərin ən populyar ismi Mahir Mədətovdu. “Qarabağ”ın və yığmanın aparıcı simalarından sayılan 21 yaşlı futbolçu azarkeşlərin qəzəbinə tuş gəlib ki, stadionlarda və sosial şəbəkələrdə gördüklərimiz müəyyən mənada başadüşüləndi. Mahirin bir müddət öncə “instaqram” və “feysbuk”dakı atmaca dolu paylaşımları adamları qıcıqlandırmaya bilməzdi. Bunun üzərinə qol vəziyyətlərini boşa verməsini, həlledici anlarda doğru qərar verə bilməməsini də gələndə, futbolsevərlərin ona təzyiqini anlamaq çətin deyil.
“Qarabağ”ın “Arsenal”la oyununda əvəzlənəndə fitə basılan yarımmüdafiəçi eyni münasibəti Azərbaycan - Malta matçında da gördü. Hər iki halda azarkeşlərdən nifrət görən futbolçunun oyundan sonra ağladığını baş məşqçi Qurban Qurbanov mətbuat konfransında açıqladı. Bu isə o deməkdi ki, futbolçu psixoloji sarsıntı yaşayır, yaşananların təsiri altındadı. İndi ona yaxın olanlar – Qurban Qurbanov, Rəşad Sadıqov, Ruslan Qurbanov və digər komanda yoldaşları dəstək verir, sahib çıxır. Hətta “Qarabağ”ın rəsmi “feysbuk” səhifəsinin üz qabığında da Mədətovun şəkli yerləşdirilib.
Bütün bunlar ona gərginlikdən azad olmağa kifayət edəcəkmi? Mahir təzyiq və tənqidlərdən uzaq durmaq üçün nə etməlidi? Azarkeşlərin bu dərəcədə onun üzərinə getməsi normaldı? Bu və başqa suallara cavab tapmağa çalışdıq.
Elnurə Mədətova, futbolçunun anası: “Şükür, hər şey qaydasındadı. Dünən oyundan sonra evə gəldi, bir az söhbət etdik, ana-bala dərdləşdik, yatdı. Səhər durub məşqə, fitnesə getdi. Elə bir çətinlik görmürəm. Azarkeşlərin tənqidinə münasibət bildirmək istəmirəm. Xüsusi diqqət ayırmalı olsaq, gərək Mahir futbol oynamasın. Cavan uşaqdı, üzləşdiyi münasibətə görə əsəbindən ağlayıb. Baş məşqçisi, kapitanı, komanda yoldaşları özü ilə danışıb, başa salıb. Evə gələndə də mən özüm söhbət etdim, sakit olmasını tapşırdım. Bu dəqiqə psixoloji dəstəyə ehtiyacı var. Sakitləşdirmək üçün müxtəlif üsullara əl atıram. Məsələn, tanınmış futbolçuların başına gələnlərdən nümunə göstərirəm, baş məşqçisinə və yaşca özündən böyük komanda yoldaşlarına qulaq asmalı olduğunu söyləyirəm və ən vacibi, dönə-dönə peşəkar olduğunu diqqətinə çatdırıram. Dünyaca ünlü o qədər futbolçu olub ki, təzyiq də görüblər, fitə də basılıblar. Bunlar futbolda olan şeylərdi. Başa düşürəm, Mahirdən daha çox şey gözləyirlər, daha artığını etməsini istəyirlər. Halbuki yaxşı olmasını hamıdan çox özü istəyir. Malta ilə matçda yığma ən baxımlı oyunlarından birini oynadı. Çatışmayan qələbə qolu oldu. Alınmayanda alınmır da. Nə etsinlər, özlərini öldürsünlər? Məncə, burda qərəz də var. Niyə qərəz deyirəm? Çünki haqqında danışılan tək futbolçu Mahirdi. Ancaq onun oyununu görürlər. Deyirlər, qol epizodlarında “çərçivə”yə düşə bilmir. Riçard da vura bilmədi, Maksim də, bir başqası da. Guya onlar qol vurmaq istəmirdilər? Sizi inandırım, qələbə qazanmağı hamımızdan çox onlar istəyir. Heç nə olmaz, keçib gedər. Əvvəlki qaydada çalışır, öz üzərində işləyir, ruhdan düşmür. İnşallah, yaxşı olacaq. Həvəsdən düşsə, peşəkar olmaz ki”.
Ağasəlim Mircavadov, təcrübəli mütəxəssis: “Bu, tək Mahirin başına gələn iş deyil. O qədər tanınmış futbolçu olub ki, azarkeşlərin təzyiqi ilə üzləşib. Yəni futbolda rast gələ biləcəyimiz hadisədi. Futbolçu tənqidçiləri ancaq bir yolla sakitləşdirə bilər. Daha çox məşq etmək və oyununu yaxşılaşdırmaqla. İndiki vəziyyətdə heç kimə, heç nəyə fikir verməməlidi. Başını aşağı salıb durmadan çalışmalıdı. Maşallah, “Azərsun Arena”da hər cür şərait var. Fərdi hazırlıq keçsin, lazım gəlsə, gündə 2-3 dəfə məşq etsin. Oyun keyfiyyətini yaxşılaşdırmaq üçün yeganə yol budu. Futbolçunun azarkeşə baş qoşmaq, cavab vermək ixtiyarı yoxdu. Çünki futbolu onlar üçün oynayır. Yaxşı oynayanda səni alqışlayır, bir qədər zəif çıxış edəndə tənqid edir, fitə basırlar. Azarkeşlər Mahirdən çox şey gözləyirlər. Belə baxanda, onları da anlamaq lazımdı. Çünki Mədətovun bacarığı var, sadəcə, daha artıq çalışmalıdı. “Mahir gəncdi” deyirlər. Bu fikirlə razılaşmıram. Futbolda gənc 16-17, deyək ki, 18-19 yaşında olur. Amma 21 yaşında futbolçu gənc sayıla bilməz. Neçə illərdi yığmalarda çıxış edir, “Qarabağ”ın əsas futbolçusu sayılır, Avroliqa, Çempionlar Liqası kimi mötəbər yarışların qrup mərhələsində oynayıb. Bu qədər təcrübəsi olan 21 yaşlı futbolçuya gənc deyə bilmərik. Başını aşağı salıb məşqlərini etsin, vəssalam. Çəkdiyi əziyyətin bəhrəsini oyunlarda görəcək”.
Fərrux İsmayılov, yığmanın sabiq hücumçusu: “Açığı, Malta ilə oyunda Mahirin fitə basıldığını eşidəndə, bunu əvəzlənməsinə etiraz kimi başa düşdüm. Dedim, yəqin Mədətovun meydanda qalmasını istəyirlər. Söhbətin dərinliyini sonradan anladım. Əlbəttə, yaxşı hal deyil. Öz balamızdı, qanı qanımızdan, canı canımızdan olan futbolçudu. Amma azarkeşdi, gedib deyə bilmərsən ki, niyə edirsiz, yaxud belə şey etməyin. Bir-iki oyun dünyanın sonu demək deyil. Mahiri futbolçu kimi çox bəyənirəm, bacarıqlıdı, istedadı var. Hücumçu kimi demirəm, amma cinah yarımmüdafiəçisi kimi olduqca effektlidi. Cinah keçidləri edir, sürəti var, mübarizə aparmağı sevir, müdafiəyə kömək edir. Yəni yaşına görə bacarıqlıdı. Bu dəqiqə onun həssas dövrüdü, dəstək gözləyən vaxtıdı. Mahiri tənqid ediriksə, gərək Rüfət Dadaşovu asaq? İki metrdən “çərçivə”yə düşə, topu ayağında saxlaya bilmədi. Halbuki hücumçudu, qol vurmalıdı. Azarkeş hər zaman ən yaxşısını istəyir, tələb edir. Bəzən alınmayanda qıcıqlanır, özündən çıxır, ya da dediyiniz kimi, fitə basır. Bir futbolçu 90 dəqiqəni səhvsiz keçirsə, Azərbaycanda, “Qarabağ”da nə işi var? Gedib “Barselona”da oynayar da. Mahirin yığmaya və “Qarabağ”a nə qədər xeyir verdiyini bilirik. Onda yaxşı idi, indi pis oldu? 21 yaşı var, nəsə etmək istəyir. Bəzən alınır, bəzən yox. Topu ayağında saxlaya, yaxud vaxtında zərbə vura bilmədiyinə görə bu dərəcədə tənqid olunmasını yaxşı hal hesab etmirəm. Bu gün ölkədə Mahir səviyyəsində neçə futbolçu var? Hesablasaq, heç 10 nəfər alınmaz.
Psixoloji durumunu necə yaxşılaşdırmaq hər insanın özündən asılıdı. Futbolçular xasiyyətcə fərqli olur. Ən sadə yol heç kimə, heç nəyə fikir vermədən məşqləri davam etdirməsidi. Bundan sonra öz oyunu ilə Mahir Mədətovun necə futbolçu olduğunu sübut etməlidi. Oyundan sonra ağlamasına normal baxıram. Hamının başına gələ bilər. Ola bilsin, qol vura bilmədiyinə görə əsəbləşib, yaxud azarkeşlərin təzyiqini qəbul edə bilməyib və bu yolla özünü sakitləşdirib”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar