18 okt 19:37gundem

Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı

Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı
Maşallah Əhmədov: “O vaxt rusiyalı futbolçularda qanacaq-qabiliyyət var idi”
Mehman Alışanov: “Rusiyada bilmirəm necədi, amma bizdə VİP-də “yatanlara” yaxşı baxmırlar”

Bir neçə gün öncə Rusiyada yaşanan hadisə təkcə bu ölkədə yox, qonşu dövlətlərdə, hətta Avropada böyük səs-küyə səsbəb oldu. “Zenit”in və Rusiya yığmasının hücumçusu Aleksandr Kokorinlə “Krasnodar”ın yarımmdüfaiəçisi Pavel Mamayev sərxoş halda Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pakı və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, həmçinin Rusiya “Birinci kanalı”nın aparıcısı Olqa Uşakovanın sürücüsüVitali Solovçuku döyməkdə şübhəli bilinir. Xuliqanlıqda ittiham olunan futbolçular bir neçə gün əvvəl keçirilən sorğu-sual prosesində etdikləri hərəkətlərə görə zərərçəkənlərdən və azarkeşlərdən üzr istəməyə, maddi təzminat ödəməyə hazır olduqlarını bildirsələr də, hakim Mariya Sizintseva həbs-qətimkan tədbiri seçib. Bu isə o deməkdi ki, tərəflər dekabrın 8-nə qədər olan müddətdə barışıq əldə etməsələr, futbolçular barədə 7 ilədək həbs cəzasının çıxarılacağı gözlənilir. Hələ ki təqsirli bilinənlərin ilkin cəzasının dəqiq müddəti bir ay 28 günə bərabərdi.
Futbolçuların həbs olunması, ömürlərinin bir neçə ilini “dəmir barmaqlıqlar” arasında keçirməsi ilk belə hal deyil. Bu günə qədər dünya futbolunun üzdə olan isimlərindən Dieqo Maradona, Toni Adams, Corc Best, Paolo Rossi, Eduard Streltsov, Yuri Sevidov, Stiq Töftinq, Georgi Demetradze kimi tanınmışlar ömürlərinin bir neçə ayını və ya ilini “türmə”də keçiriblər. Təbii, xoşagəlməz hal azərbaycanlı futbolçuların da başına gəlib. 90-cı illərin bacarıqlı futbolçularından sayılan Mehman Alışanov, 80-cı illərdə SSRİ futbolunda iz qoymuş Maşallah Əhmədov və hələ də top dalınca qaçan Cavid Hüseynov azadlıqdan məhrum olunmağın hansı məna verdiyinin canlı şahidləridi. Alışanov narkotik vasitələrin alğı-satqısı və istifadəsinə görə həbs olunmuşdusa, Əhmədov dələduzluqda ittiham olunurdu. Hüseynovun başına gələnlər isə yaxın keçmişi əhatə edir. Hüquq-mühafizə orqanları həmkarımız Rasim Əliyevin ölümündə Cavidin də “pay sahibi” olduğunu sübuta yetirmişdi.
“Başına gələn başmaqçı olar” deyimi boşuna deyil. Yəni yuxarıda adları çəkilən azərbaycanlılar “içəri”də Kokorinlə Mamayevi nələrin gözlədiyini yaxşı bilir. Cavidlə danışmaq mümkün olmasa da, Əhmədovla Alışanovun hadisə ilə bağlı fikirlərini öyrənib, “sizcə, rus futbolçulara “türmə”də güzəşt olunacaqmı” sualına cavab tapmağa çalışdıq.
Maşallah Əhmədov: “Əvvəla, bu hadisənin özü mənə maraqlı gəlir. Yeyib-içmək, adətən, axşam, gecə saatlarında olur. Amma məlum olay səhər yaşanıb. Hər nə isə, necə olub, niyə olub – günahkarlar əməllərinə görə cavab verəcəklər. Etdikləri futbolçu adına yaraşan hərəkət deyil. O vaxt rusiyalı futbolçularda qanacaq-qabiliyyət var idi. Yeyib-içərdilər, yerlərini bilərdilər. Bizim özümüz də həmçinin. Amma heç vaxt kiməsə zor tətbiq etməmişik, gücümüzü göstərməmişik. Yenə deyirəm, çox böyük səhv ediblər, indi də zəhmət çəkib cavab versinlər. Amma mənə elə gəlir ki, dövlət onlara kömək edəcək. Hansısa yolla Kokorinlə Mamayevə müəyyən güzəşt olunacaq. Baxma da, tanınmış oyunçulardı, yığmanın formasını geyiblər. Kokorin üç adamı vurmaq əvəzinə üç qol vurub het-trik etsəydi, min dəfə yaxşı olardı.
O ki qaldı məhbus həyatı yaşamağıma, özünüz də bilirsiz ki, mənə şər atmışdılar. Şər atıb tutdular, sonra da bəraət verdilər. Səkkiz ayyarım “içəri”də olduğum müddətdə özümə qarşı diqqət və hörmət gördüm. Bu da adamın özündən asılıdı. Özünü adına layiq aparırsansa, beşqat hörmət görürsən. Yox, həddini aşırsansa, yerini göstərirlər. Amma bir şey var. Azadlığın əlindən alınandan sonra ordakı hörmət heç nəyə lazım deyil. Rusiyalı futbolçulara necə münasibət göstəriləcəyini deyə bilmərəm. Ola bilsin, onlarda qayda-qanun başqadı. Həm də ortada sıravi vətəndaşları döymələri faktı var. Ona görə də söz demək çətindi”.
Mehman Alışanov: “Olay haqda bu yaxınlarda eşitdim. Açığı, xeyli təəccübləndim və onların adına yaraşdırmadım. Bir var tanınmayan futbolçu olsun, bir də var yığmanın üzvləri. Futbolçu hər kəsə nümunə olmalı şəxsdi. İstər meydanda olsun, istər restoranda, istərsə də başqa yerdə. Etdikləri yekəbaşlıqdı, başqa adı yoxdu. Biz futbol oynayan dönəmdə o qədər belə söz-söhbət olub ki. Ancaq heç vaxt qolumuzun, ayağımızın gücünü göstərməmişik. Əksinə, o cür söhbətlərdən uzaq durmağa çalışmışıq. Futbolçudu nədi, camaatın gözü qarşısında kimisə döymək nədi? Heç cür yaraşmır.
“Türmə”yə düşməmişdən əvvəl kim olduğun ordakılara çatır. Bilirlər ki, məsələn, Mehman Alışanov futbolçu olub, sevilib. İlk günlər necə lazımdı hörmət edirlər. Bir növ özünü necə aparmağına baxırlar. Görəndə ki yerini bilirsən, yuxarı başda yer verirlər. Yox, adından istifadə edib “göylə gedirsənsə”, lazım olan yeri göstərirlər. Kim olursan-ol, hörmətin qarşılığını yekəxanalıqla verdinsə, işin çətin olacaq. Bildiyimə görə, Rusiyada “türmə” rejimi bizimkindən də sərtdi. Adam var ki, pulunu verib cəzasını VİP-də çəkir. Rusiyada bilmirəm necədi, amma bizdə VİP-də “yatanlara” yaxşı baxmırlar”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb Dünən, 15:42 Ölkə kubokunda yenilik olacaq Dünən, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar Dünən, 15:26 Farer adaları erkən və itki ilə gəldi Dünən, 15:22 Foqts Rüfəti təriflədi Dünən, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” Dünən, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı Dünən, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək Dünən, 15:12 U-19 ilk oyunda darmadağın oldu Dünən, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək Dünən, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider Dünən, 15:00 Bakı İdman Sarayında dramatik sonluq Dünən, 14:58 Dedov hücum haqda düşünür Dünən, 14:57 Stuxlik “Zenit”in oyununda Dünən, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək Dünən, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq Dünən, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” 11-11-2018, 14:15 Həyati əhəmiyyətli oyuna 8 gün qalarkən... 11-11-2018, 14:05 Asif Məmmədov Olimpiada ilə bağlı proqnoz verməkdən çəkindi 11-11-2018, 13:44 U-21-in rəqibi heyəti açıqladı 11-11-2018, 13:33 “Bizdə heç vaxt maliyyə ilə bağlı problem olmayıb” 8-11-2018, 22:24 “Məni öz içimdən vurdular” 8-11-2018, 22:20 PFL daha jurnalistləri Qəbələyə aparmayacaq 8-11-2018, 22:19 Kosovonun qapıçısı tarixi şans yaxaladıqlarını düşünür 8-11-2018, 21:34 Qalmaqallı “böyük oyun”dan 7 il ötdü 8-11-2018, 21:31 Poltava döyüşü 8-11-2018, 21:29 Çətin eniş, problem yaradan polkovnik, “Qa-ra-bağ” qışqıran tələbələr... 8-11-2018, 21:26 Qurbanov “Vorskla”nın qrupdan çıxmaq şanslarından danışdı 8-11-2018, 21:24 Gəncə futbolu şanlı tarixiylə ayaqlaşa bilmir 8-11-2018, 21:22 Bir oyun təxirə salındı 8-11-2018, 21:21 Ozancanın üzülməsinə Dəniz sevindi 8-11-2018, 21:19 Hakimlərə hücum çəkən futbolçuya 5 oyunluq cəza Bütün xəbərlər
Ən çox oxunanlar