14 okt 16:07gundem

Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək

Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək
“Gələn ay Ukrayna yığması ilə Bakıda qarşılaşacağıq”
Oktyabrın 16-da AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Norveçlə oyuna çıxacaq U-21 bu gün səfərə yollanacaq. Bir həftə Bakıda hazırlıq keçən gənclər yığması paytaxtdakı toplanışı dünən başa vurdu. Millis vətəni tərk etməmiş, dəqiq desək, dünən 16.30-da baş məşqçi Rəşad Sadıqov “Bayıl Arena”nın konfrans salonunda jurnalistlərin suallarını cavabladı.
Sadıqov öncə matçla bağlı fikirlərini dilə gətirdi: “Qrupda son oyunumuzu keçirəcəyik. Turnirdə çıxışımızı ümumi dəyərləndirsək, nəticə baxımından istədiyimiz kimi olmadı. Çünki 9 matçdan 2 xalımız var və bizi Norveçlə çətin səfər matçı gözləyir. Buna baxmayaraq, oyuna yaxşı əhval-ruhiyyədə hazırlaşırıq. Norveçin gücü bəllidi, qrupdan çıxmaq uğrunda mübarizə aparır. Bu gün Almaniya ilə qarşılaşırlar, dörd gün sonra da bizimlə oynacaqlar. Bizim də öz məqsədlərimiz, bəzi düşüncələrimiz var. Qarşılaşmaya bu əhval-ruhiyyədə, inamla hazırlaşırıq.
- Səfər planınız necədi?
- AFFA rəhbərliyindən xahiş etdik və bizə şərait yaratdılar ki, səfərə üç gün öncədən çıxaq. Çünki yolumuz bir az çətindi. Sabah yola düşürük. Orda iki gün məşq etmək imkanımız olacaq. Uzun yoldu və bundan sonra futbolçularda çox yorğunluq olacaq. Bu üzdən əlavə bir gün istədim ki, oyunda fiziki durumumuz daha yaxşı olsun.
- Bakıdakı qarşılaşmada Norveçə müqavimət göstərsək də, sonda rəqib qalib gəlmişdi. Bu dəfə isə onlar doğma azarkeşləri önündə çıxış edəcək. Xal qazanmaq üçün bizim xeyrimizə hansı amil ola bilər?
- Əsas odu, rəqibə öz oyununu oynamağa imkanı verməyək və ilk dəqiqədən sona qədər eyni istəklə, diqqətlə oynayaq. Bu, çox vacib olacaq. Çünki burdakı matçda ikinci hissənin ilk 5 dəqiqəsində oyunu rəqibə verdik. Bu gün də komandayla həmin görüşə baxırdıq. Nə oldusa, həmin 5 dəqiqə ərzində oldu. Bundan sonra da çox inamlı çıxış etdik, iki qol imkanımız oldu, qol vurduq. Səfərdə çəkinmədən, inamlı oynamaq lazımdı. Bizdə də oyun üslubunda bəzi dəyişikliklər olacaq. Çalışırıq ki, bunu komandaya aşılayaq. 5-6 gənc futbolçumuzun daha inamlı oynaması, təcrübə toplaması bəlkə də mənim üçün ən vacib amil olacaq.
- İsrail və Norveçlə oyunlar zamanı qeyd etmişdiz ki, futbolçuların mütəmadi çıxış etmələri çox önəmlidi. Xüsusilə legionerlərdə daim oynamaqla bağlı “axsama” müşahidə olunurdu. Bugünkü durum necədi?
- Yox, yenə də qane etmir. Bu dəqiqə ən böyük problem oynamamalarıdı. Ozancan, Barış, Ziya klubunda oynamır. Onlar növbəti seçmə mərhələdə ümid bəslədiyim futbolçulardı. Bildiyiniz kimi, U-20-nin oyunları zamanı da onlara daim şans verirdim. Ancaq indi klublarında çıxış etməmələri mənə böyük problem yaradır. Bununla bağlı hər biri ilə ayrılıqda söhbətim olub. Fikrimi bildirmişəm ki, qışdan sonra maksimum çalışıb oynamaq lazımdı. Ya məşqçiləri ilə danışsınlar, ya da klublarını dəyişsinlər. Hər şey normal formada olsun. Heç oynamayacaqlarsa, “18-liy”ə belə düşməyəcəklərsə, başqa kluba keçsinlər. Çünki onların oynaması bizim üçün çox önəmli olacaq. Baxırsan, hətta yerli futbolçularla bağlı belə problem yaşayırıq. Tək-tük futbolçu var ki, klubunda sabit oynayır. Belə vəziyyətdə digər komandalarla rəqabət aparmaq mümkün deyil. 50-60 dəqiqə oynaya bilərsən, ancaq 90 dəqiqə eyni formada mübarizə aparmağımız mümkün deyil. 4-5 nəfərin klubunda oyun praktikası yoxdusa, komandanın tempi mütləq düşəcək. Üstəlik, bu cür beynəlxalq matçlarda rəqiblər daha yüksək tempdə oynayır. Bizim də fiziki cəhətdən optimal formada olmağımız şərtdi.
- Daim oynamaları üçün şəxsi əlaqələrinizi işə salıb həmin futbolçuları Türkiyə, Rusiya və ya Azərbaycana gətirmək mümkündü?
- Ümumiyyətlə, növbəti seçmə mərhələnin komandasını diqqətdən keçirirəm. Paralel olaraq həm bu, həm də növbəti seçmə tsikli düşünürəm. Daim beynimin bir küncündə olan növbəti tsiklin futbolçularıdı. Futbolçuların özləri və klubları ilə müntəzəm danışıram. Hələ vaxtımız olduğu üçün heç kimi sıxmıram. Amma planımda var ki, qışdan sonra artıq ciddi şəkildə üzərlərinə düşüm və hansı komanda olur-olsun, oynasınlar. Çünki oynamadıqdan sonra burda beş gün hazırlaşdıraq, 100 taktika, sistem seçək, xeyri yoxdu. Ümidimiz yalnız şansa qalacaq. İndiki vəziyyətdə oyun qurasan, dominantlıq edəsən - bu tipdə oyun keçirmək çox çətin olacaq.
- Qrupda son oyundu və heç bir iddia qalmayıb. Belə bir məqamda futbolçuları necə kökləyə bilirsiz? Bu iş nə dərəcədə çətindi?
- İlk növbədə Azərbaycan millisinin adını təmsil edəcəyik. Bu bizim üçün ən böyük motivasiya olmalıdı. İstər yoldaşlıq görüşü, istərsə də seçmə mərhələdə sonuncu pillədə olsun - fərqi yoxdu. O formanı 1 dəqiqə geymək belə futbolçu üçün motivasiyadı. Bundan artıq sənə motivasiya lazım deyil. Üstəlik, özünü yaxşı tərəfdən göstərə bilərsən. Artıq hamı bilir ki, əsas millinin baş məşqçisinin də onların üzərində böyük diqqəti var. Açığı, dəfələrlə görüblər ki, yığmamızın baş məşqçisi 5-6 futbolçu haqda məndən detallı məlumat istəyib, mən də bunu ona çatdırmışam. Bir çoxları üçün son matçdı, onlarla işbirliyimizi bitiririk. Çalışıb özlərini yaxşı tərəfdən göstərməlidilər ki, noyabrdan əsas milliyə çağırılsınlar.
- Noyabrda hansı komanda ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırırsız?
- Gələn ay Ukrayna yığması ilə Bakıda qarşılaşacağıq. Bu yaş qrupu iki ay əvvəl Avropa çempionatının yarımfinalında uduzub. Onlarla oyunu danışmışıq, çox güclü komandadı. Bizdə olduğu kimi, onlarda da 1999 təvəllüdlülərdən ibarət komanda olacaq. Belə deyim, iki eyni yaş qrupu oynayacaq. Maksimum çalışıram ki, yoldaşlıq görüşü üçün belə rəqiblə danışım. Güclü yığmalarla danışıqlar gedirdi. Hamısı dedi ki, bəlkə dekabrdakı püşkü gözləyək. Bir qrupa düşməyəcəyiksə, oynayaq. Məsələn, Serbiya, Bosniya və Hersoqovina, Xorvatiya ilə danışıqlarımız gedir. Sağ olsun, bunda bizə millimizin sabiq baş məşqçisi Robert Prosineçki də kömək edir. O, şəxsi əlaqələrindən istifadə edir. İstəyirəm ki, növbəti seçmə mərhələyədək yaxşı bir qrafik cızaq, yaxşı oyun proqramımız olsun. Sadəcə, qalır futbolçuların klublarda oynaması ki, bu, mənim üçün çox önəmli olacaq.
- Renat Dadaşovun çağırılmaması bir az əks-səda doğurdu. Konkret səbəb nədi ki, onu bu dəfə çağırmadız?
- Məsələnin əks-səda doğurduğu haqda məlumatım yoxdu. Bunu ilk dəfə sizdən eşidirəm. İlk siyahımda Renat var idi, sadəcə, sonradan adını çıxardım. Amma bu, sosial şəbəkədəki "layk" məsələsinə görə deyildi. Bundan əvvəl onu siyahıdan çıxarmışdım. Renat mənə bildirdi ki, ayın 14-də və 19-da klubumda oyunlarım var. Onunla inzibatçımız danışırdı. Gördüm ki, orda qalıb, həmin matçlarda oynamaq istəyir. Bundan sonra adını siyahıdan çıxarmaq qərarını verdim. Özü ilə də danışığım oldu və bildirdim ki, maya qədər səni toplanışlara çağırmayacam. Çünki Portuqaliya çempionatı millinin oyunları zamanı dayanmır. Görürəm ki, Renat da klubda oynamağa böyük həvəs göstərir. Gələcək planları ilə bağlı "Eştoril"də möhkəmlənmək istəyir. Mən də bildirdim ki, planlarımı tək sənin üzərində qura bilmərəm. Sabah yenə rəsmi oyun zamanı Portuqaliya çempionatı davam edər. Aramızda normal danışıq oldu ki, klubunda möhkəmlənməsi üçün bir müddət sənə fasilə verəcəm. Renatla bağlı sonrakı qərarı isə gələcəkdə verəcəm.
- Rahil Məmmədov millinin heyətində 90 dəqiqə oynadı və kifayət qədər səhvlərə yol verdi. Belə çıxır ki, aşağı yaş qruplarımızın ən yaxşısı odu, yoxsa ondan yaxşılar var?
- Onun oyunu şəxsən məni çox qane etdi. Sizi hansı mənada qane etmədiyini bilmirəm. Nəzərə alaq ki, ilk rəsmi matçı idi və belə böyük təzyiq olan qarşılaşmada meydana çıxmışdı. Bəli, hərdən inamsız epizodları oldu. Bu, təkcə onda yox, hamıda oldu. Deməzdim ki, kimdənsə pis oynadı, başqaları ondan yaxşı idi. O ki qaldı aşağıdakı "material"a, bunu hamımız çox gözəl bilirik. Məncə, hamımız hər şeyi aydın görürük. Fərq çoxdu. İstər əsas, istərsə U-21 yığmamızın beynəlxalq turnirlərdə, eləcə də klublarımızın avrokuboklardakı çıxışına baxanda fərqi hiss edirik.
- Yəni Farer adaları ilə oyunda qapımız qarşısında o qədər təhlükəli vəziyyətin olacağını gözləyirdiz...
- Boş qapıdan topun çıxarıldığı hər iki epizod standart vəziyyətdən sonra yarandı. "Duran toplar"da çətinlik yaşayacağımızı mən də gözləyirdim. Qapımız qarşısında yaranan qol epizodlarının hamısı fərdi səhvlərdən oldu. Həmin anlarda hansısa futbolçunun bacarığından aşağı səviyyədə oynaması nəticəsində belə hal yaşandı. Bu da təzyiqdən qaynaqlanır. Biz nə qədər desək də, futbolçuların üzərində böyük təzyiq var. İkinci qoldan sonra uşaqlar dərindən nəfəs almağa başladılar. Mənim özümdə də belə şeylər çox olub. Böyük təzyiq altında hansısa meydana çıxmışam, 1-2 qoldan, 60-cı dəqiqədən sonra futbol oynamağa başlamışam. Üstəlik, bir çoxu da optimal formada deyil. Bu da sənə bir tərəfdən problem yaradır. Baxırsan ki, fiziki forma, oyun praktikası qaydasında deyil və bu qədər təzyiq var.
- Bayaq qeyd etdiz ki, Ozancanı, Barışı gələn seçmə mərhələdə əsas heyət oyunçusu kimi görürsüz. Barış isə “Bohum” kimi diqqətçəkən klubda oynayır. Türkiyə Futbol Federasiyasının da onu “oğurlamaq” ehtimalı var. Bu təhlükəni hiss edirsiz?
- Barışı U-17-dən, U-19-dan tanıyıram. O, gəlişimizdən sonra U-21-də debüt etdi. “Milliləşdirilmiş” oyunçularla bağlı bu tip problemləri yaşayacağıq. Barışla gözəl münasibətimiz var. Zədəli olduğu üçün ilk toplanışlarda bizimlə ola bilmədi. Ancaq daim ünsiyyətdə olurduq, danışırdıq, müzakirə edirdik. Yenə də münasibətlərimiz yaxşıdı. Düşünürəm ki, o, burda oynamaqdan zövq alır. Ümumiyyətlə, təkcə adı çəkilən iki oyunçu deyil. Fərid Nəbiyev, İsmayıl İbrahimli, Rövlan Muradov var. Onları növbəti tsiklə indidən hazırlayıram və böyük ümid bəsləyirəm. Fikrimcə, onlar 2-3 ilə millimizi gücləndirəcək oyunçular olacaqlar. Hamısı ilə maksimum münasibət, ünsiyyət qurmağa çalışırıq ki, gələcəkdə digər yığmaları yox, məhz bizim millini seçsinlər. Barış da, Ozancan da məndən əvvəl “milliləşdirilib”. Böyük sevgiylə yığmamıza gəlirlər. Mən də onları itirmək istəmirəm.
- Murad Mahmudovla bağlı planınız nədi? Ona bu dəfə dəvət göndərməməyiniz nə ilə bağlıdı?
- Murad da ciddi nəzarətimdədi. O, 2000 təvəllüdlüdü. Sadəcə, bütün məşqçilərlə birlikdə kollektiv şəkildə iş qururuq. Kimə nə vaxt hansı faydalı olacaqsa, o addımı atmağa çalışırıq. Murada U-21 hələ tezdi. Buna baxmayaraq, çağırdıq, gəlib bizimlə oldu, məşqlərdə, yoldaşlıq görüşlərində iştirak etdi. Mənim üçün Mahmudovun klubunda oynaması növbəti tsikl üçün önəmlidi. Buna görə də klubuna buraxdım. Onu yenə çağıracaqdım. Sadəcə, bir ay sonra U-19-un seçmə mərhələ matçları olacaq. Baş məşqçi ilə danışdım və buna görə Muradı çağırmadım. Artıq iki həftədi U-19-un toplanışındadı, burdkı yoldaşlıq görüşlərində iştirak edir.
- Rusiyada oynayan Kamran Əliyevi U-20-yə cəlb edmişdiz, lakin sonradan dəvət göndərmədiz…
- Kamranın oyunu məni qane edir. Elə xarakteri də. Bəyəndiyim peşəkar futbolçudu. Sadəcə, Rusiyanın U-21-indən təklif gözləyir. Bunu sonadək edəcək. Kamrana bidlirdim ki, ordan təklif gözləyirsənsə, artıq səni dəvət edə bilmərəm. İstəyirdi bu oyunlarda gəlib iştirak etsin. Ancaq Rusiyadan təklif gəlsə, gedəcəyini bildirdi. Ona dedim ki, bu psixologiyayla millidə olmağını istəmirəm. Sənə futbolçu kimi hörmət edirəm, ancaq fikrini qətiləşdirəndən sonra yenidən bu haqda danışa bilərik. Təkcə Kamran deyil, 4-5 belə futbolçu var ki, növbəti seçmə mərhələdə U-21-də ola bilərlər. Ancaq indidən başlarında belə fikir var ki, ola bilər, Rusiyadan təklif gəlsin. Mən də hamısına fikirləşməyə vaxt vermişəm.
- Millimizin Malta ilə oyununa baxmağı planlaşdırırsız?
- Səfərdə baxacağıq. Səfəri də elə saldıq ki, həmin qarşılaşma vaxtı yolda olmayaq. Bir gün tez gedək, həm də matça rahat baxaq. Yəqin ki, oyunu internet vasitəsilə izləyəcəyik.
- U-21-in kapitanı Bəhlul Mustafazadə klubunda son qarşılaşmalarda oynamır. Buna görə həvəsdən düşdüyünü hiss etmirsiz?
- Özünü normal hiss edir. Klubunda son 2 görüşdə iştirak etməyib. Tək Bəhlula yox, bütün futbolçulara bildirirəm ki, daha istəkli, özünüzə qarşı daha tələbkar olmalısız. Hər bir məşqçi istəyər ki, əlində olan yaxşı "material"dan istifadə etsin, oynatsın. Ancaq bu gün Bəhlulun klubunda oynamaması həm özü, həm də futbolumuz üçün itkidi. Özünə qarşı bir az da tələbkar olmalı, daha çox işləməlidi ki, klubunda oynasın. Çünki aşağıdan gələn tək-tük stopperlərimizdən biridi. Onsuz da bu mövqedə problem yaşayırıq, qıtlıq var. Bəhlulu da belə asanlıqla itirmək istəməzdim.
- Bəhlul və bir sıra futbolçular var ki, yaşa görə bu tsikldə U-21-də çıxışlarını başa vururlar. Son oyunda onların hamısının xidmətindən istifadə etmək fikrindəsiz?
- Heyət qarışıq olacaq. Yalnız ilk oyunda daha gənc futbolçunu - Hacıağa Hacıyevi oynatdım. Bundan sonra sayı artıraraq növbəti tsiklin yığmasının üzvlərini daha çox oynatmağa çalışıram. Ancaq kimlər ki əsas milliyə namizəddi, Qurban müəllimin geniş siyahısında var, onlarla ciddi şəkildə maraqlanır, qarşıdakı oyunda maksimum onları oynatmağa çalışacam.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar