12 okt 21:47gundem

Üç azarkeş üçün üç qol

Üç azarkeş üçün üç qol
Farer adalarının dumanlı, çiskinli, yağışlı havasına adət etsək də, oyun günü səhər gün çıxmışdı. Ancaq günün ikinci yarısında günəş "öz mövqeyinə qayıtdı", şəhəri özüylə yağış gətirən duman bürüdü. Bu artıq oyunun yağış altında baş tutacağı demək idi.
***
Hələ Bakıdan yola düşəndə bilirdik ki, baş katib Elxan Məmmədov yığmanın oyununu izləyəcək. AFFA rəsmisi İngiltərədən birbaşa Torshavna gəlmişdi. Dünən axşam özünü yığmanın qaldığı otelə çatdıran Məmmədov geriyə bizimlə eyni təyyarədə döndü.
***
Milli Torshavnda dəstəksiz qalmadı. "Milli dəstə"nin üzvləri bir gün əvvəl Farer adalarına təşrif buyurdular. Özlərinin dediklərinə görə, hər biri 255 avroya bilet alaraq, gəliblər. Həm də kreativ ideya ilə. Əslində fanatlar meksikalı dostların ideyasından yararlanıblar. Belə ki, Şamil Mustafayev və Orxan Barini "Milli dəstə"nin yaradıcılarından olan, yığmanın oyununa gələ bilməyən Vüsal Əhmədovun maketini Torshavna daşımışdılar. Bir sözlə, dostlar onu da yanlarında hiss etdikərini göstərməyə çalışıblar. Ümumilikdə isə 101-ci sektorda yer alan azarkeşlərimizin sayı cəmi 3 idi. Onlar bir böyük ölçülü Azərbaycan, bir kiçik həcmli Türkiyə bayrağı, həmçinin, baraban ilə "silahlanmışdılar". Maraqlıdı ki, tərəfdarların mühafizəsinə ehtiyac duyulmamışdı.
***
Stadiona 2 saat əvvəldən gəldik. Sıx duman arenanı az qala görünməz etmişdi. Hətta ağla gələn ilk sual bu oldu: oyun təxirə salına bilərmi? Təşkilatçılar hər vəchlə bizimkiləri inandırmağa çalışırdı ki, onlarda indiyə qədər belə hal yaşanmayıb. Adada duman səciyyəvidi, sadəcə, oyunu təxirə salacaq həddə deyil. Özümüz meydançanın kənarına yaxınlaşdıq. Bir qapıdan o biri çətinliklə də olsa, görünürdü. Qaydalara görə isə mərkəzdən qapılar eyni dərəcədə görünürsə, oyun keçirilməlidi. Belədə heç bir ciddi problem yox idi. O başqa məsələdi ki, şərait futbolçular üçün əlverişli deyildi. Çiskin, duman, süni örtük ikiqat əzm tələb edirdi.
***
Oyunöncəsi mətbuat konfransına cəmi bir yerli jurnalist gəlsə də, Farer adalarında ən çox sevilən idman növünün futbol olduğu dəqiqdi. Federasiyanın media qurumu isə işini yüksək səviyyədə görür. Hər halda, təqdim olunan protokol və sırf bu oyuna həsr edilmiş 44 səhifəlik nəfis tərtibatlı proqram-jurnal çox şeydən xəbər verir. Yalnız akkreditasiya adi karton materialdan idi ki, su dəyəndən sonra keyfiyyətini itirdi.
***
Oyunöncəsi isinmə hərəkəti zamanı komandalar həm ağ, həm də qırmızı rəngli toplardan istifadə etdilər. Bu da havanın dumanlı olmasına görə idi. Maraqlıdı ki, əsasən bizimkilərə qeyri-ənənəvi top paylanılmışdı. Yəni meydan sahibləri bu kimi xırda detallara da fikir verərək, heç bir bəhanəyə şərait yaratmadı. Ümumiyyətlə, təşkilatçılıq ideala yaxın idi. Hər kəs arenaya daxil olarkən giriş qapısında bir-bir yoxlanılırdı. Amma insanların rahatlığına da əngəl olmamağa çalışırdılar. Əksinə, hər tribunada iaşə obyektləri fəaliyyət göstərirdi. Yəni hətta oyunun gedişində də 10 metrlik tribunanın yuxarısına qalxıb burda su, çay, kofe, sendviç almaq mümkündü.

***
Yerli azarkeşlər kifayət qədər fəallıq göstərirdi. Sayları üç mindən bir qədər çox olsa da, yaxşı atmosfer yaratmağı bacarırdılar. İlk yarıda öz komandalarının oynadığı qapının arxasında yer alan "Skansin" fanklubu isə bu mənada "lokomotiv" missiyasını yerinə yetirirdi.
***
Komandalar meydana çıxanda yığmamızın üzvlərinin gödəkçələrini çıxararaq, əllərindən tutduqları uşaqların çiyninə geyindirməsi gözəl göründü yaratdı və bu jest yerli azarkeşlərin də rəğbətini qazandı.
Sıra düzülüşü zamanı kənarlarda dayanan futbolçular - Riçard Almeyda və Odmar Faero əllərində "Equal Game" yazılmış lövhə tutmuşdular.
***
İlk yarının sonlarında Mahir Mədətov rəqiblə toqquşmada xəsarət aldı. Qaşı partlayan yarımmüdafiəçiyə həkimlərimiz kənarda tibbi müdaxilə edib başına sarğı qoydular. Ancaq o ikinci hissəyə çıxanda sarğını açmışdı və yaranın üstündə, sadəcə, ağ yapışdırıcı var idi.
MİRAĞA, Torshavn
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:12 Könül Nurullayevanın təklifi qəbul olundu Bu gün, 13:09 Manolova da himnimizi səsləndirə bilmədi Bu gün, 13:06 Kosovoyla xalımız eyni olsa, pley-offa kim yüksələcək? Bu gün, 13:06 “Standard” xal itirdi Bu gün, 13:02 Vüqar Məmməd İsrailə yenilgini unutduqlarını deyir Bu gün, 13:00 UEFA-dan müjdə: klublarımızın büdcəsi zənginləşdi Bu gün, 12:41 Foqts UEFA-nın layihəsinə qarşı çıxdı Bu gün, 12:40 Yığma üzvlərinin son oyunlarının xarakteristikası Bu gün, 12:38 Bakıda “çörəyinə yağ sürtdüyümüz” “cırtdanlar” Bu gün, 12:36 4-cü səbət əldən çıxdı Bu gün, 12:27 Rövlanın “Slaviya”da qalmasına limit mane olub Bu gün, 12:22 Mehman Yunusov yığmanın iki oyunda 6 xal qazanacağına inanır Bu gün, 12:21 Kosovo biletləri satışa çıxardı Bu gün, 12:08 Bir oyun təxirə salındı, məkan dəyişdi Bu gün, 12:07 “Sulduz” yarışdan çəkildi 16-11-2018, 15:46 “Bakı”nın bazasına nəzarət Vaqif Heydərliyə tapşırılıb 16-11-2018, 15:42 Ölkə kubokunda yenilik olacaq 16-11-2018, 15:34 Adalılarla görüşdə xeyrimizə olan məqamlar 16-11-2018, 15:26 Farer adaları erkən və itki ilə gəldi 16-11-2018, 15:22 Foqts Rüfəti təriflədi 16-11-2018, 15:21 Orxan Sadıqlı: “Kim edibsə, Allah bəlasını versin” 16-11-2018, 15:19 Nə Maksimov, nə də Çixradze: “Sumqayıt” Ayxan Abbasova tapşırıldı 16-11-2018, 15:17 Media nümayəndələri üçün “İntellektual kubok” keçiriləcək 16-11-2018, 15:12 U-19 ilk oyunda darmadağın oldu 16-11-2018, 15:09 “Zirə” apellyasiya şikayəti verəcək 16-11-2018, 15:02 U-19: Gürcüstandan sonra şərikli lider 16-11-2018, 15:00 Bakı İdman Sarayında dramatik sonluq 16-11-2018, 14:58 Dedov hücum haqda düşünür 16-11-2018, 14:57 Stuxlik “Zenit”in oyununda 16-11-2018, 14:55 “Sabah” MOİK-i sınağa çəkəcək 16-11-2018, 14:54 UEFA “Vorskla”nın işinə dekabrın 13-də baxacaq 16-11-2018, 14:52 “Qəbələ” rəsmiləri UEFA-nın tədbirinə qatıldı 13-11-2018, 18:49 Azər Mirzəyev məktubla “Futbol+”ə müraciət etdi 13-11-2018, 18:48 Namiq Əliyev DÇ-də fərqlənənləri mükafatlandırdı 13-11-2018, 18:46 Qurban Qurbanovdan ideal seçim 13-11-2018, 18:45 Nazim Süleymanov getdi, yerinə iki yerli, iki əcnəbi namizəd var 13-11-2018, 18:43 İddialıların duelində qalib müəyyənləşmədi 13-11-2018, 18:41 Sabah kubokun püşkü atılacaq 13-11-2018, 18:37 “Lex” Qriqorçukla maraqlanır 13-11-2018, 18:36 Tovuz futbolunun 100 illiyi ilə bağlı kitab nəşr olundu 13-11-2018, 18:29 Rəşad Sadıqov “Beşiktaş”ın futbolçularını U-21-ə cəlb etdi 13-11-2018, 18:27 Riçard “Qarabağ”a qayıtmaq haqda düşünmür 13-11-2018, 18:25 “İmarət”in uşaqları pirotexniki vasitələri Kiyevdən 160 manata alıb 13-11-2018, 18:21 Qonaqlar özünü ev sahibi kimi apardı, bombardir dəyişdi 13-11-2018, 18:19 Turun oyunçusu 13-11-2018, 18:19 Turun sitatı 13-11-2018, 18:18 Turdan məqamlar 13-11-2018, 18:16 “Rəvan”ın rəqibi oyuna gəlmədi, “pərdə enmədi” 13-11-2018, 18:14 Lider başlayacaq, çempion bitirəcək 13-11-2018, 18:13 Vüqar bombardir oldu, komandası elitaya yüksəldi 13-11-2018, 18:11 Yığma AÇ-də mübarizəyə başlayır 11-11-2018, 15:01 Qurban Qurbanov yeni ofisin faydasından danışıb 11-11-2018, 14:59 Ölkə kuboku biabırçı vəziyyətə salınıb 11-11-2018, 14:40 Elnar Kərimov Türkiyədən qayıdıb “od püskürdü” 11-11-2018, 14:37 Yığma “Keşlə”ni darmadağın etdi 11-11-2018, 14:35 “Qarabağ”dan ilk qələbə və bayram hədiyyəsi 11-11-2018, 14:27 “Yadımdadı, konyak içməkdən ayıq vaxtımız olmadı” Bütün xəbərlər
Ən çox oxunanlar