11 okt 18:40gundem

Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm”

Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm”
Yığmanın kapitanı isə uğursuzluğa səbəb göstərə bilmədi
Oktyabrın 3-6-sı aralığında Slovakiyada keçirilən Çempionlar Liqasında rüsvayçı çıxışla yadda qalan “Araz” təkcə bizləri yox, həm də bu oyun növü ilə yaxından maraqlanan əcnəbiləri təəccübləndirməyi bacardı. Səfərə braziliyalı legionerlərsiz yollanan təmsilçimizdən onsuz da möcüzə gözləmirdik. Amma Litva, Malta və Slovakiya təmsilçiləri ilə oyunlarda qələbə qazana bilməmək... Yalnız “Valletta” ilə qarşılaşmada heç-heçə oynayan Naxçıvan təmsilçisi “Vytis” ilə “Luçeneç”ə boyun əydi. Halbuki “Araz”ın var olduğu dövrdə bu cür acınacaqlı durum yaranmamışdı.
Təbii, əsas səbəblərdən biri heyətin tam azərbaycanlılardan təşkil olunmasıdı. Vaxtilə “Araz”da dünyanın müxtəlif ölkələrindən legionerlər çıxış edirdisə, bu dəfə ümid özümüzkülərə idi. Bir başqa səbəb Joze Alesio da Silvanın komandanı psixoloji cəhətdən turnirə hazırlaya bilməməsiydi. “Valletta” ilə qarşılaşmada iki futzalçının qırmızı vərəqə alıb növbəti oyunda yığmanı pis vəziyyətdə qoymasının başqa adı yoxdu. Elə buna görə də bir nömrəli cavabdeh Alesio Bakıya gəlib rəhbərliyə hesabat vermək əvəzinə, ailəsində hansısa problemin olması bəhanəsi ilə Slovakiyadan Braziliyaya uçdu.
Təbii, bu mənada təcrübəli futzalçılar da yaxalarını kənara çəkə bilməzlər. Deyək ki, Adil İsmayılov, Adəm Həbibov, Kənan Manafov, Nihad İsmayılov kimi beynəlxalq oyun təcrübəsi olmayanlar üçün Çempionlar Liqası debüt idi. Bəs Rizvan Fərzəliyev, Rövşən Hüseynli, İsa Atayev, Xətai Bağırov, Ramiz Çovdarov? Onlar da əcnəbilərə qarşı ilk dəfə oynayırdılar?
Üç oyundan sonra ortaya çıxan suallara cavab tapmaq üçün onlardan bir neçəsi ilə danışmaq istəyirdik. Karyerası boyunca jurnalistlər üçün “yağlı tikə” sayılan və heç vaxt açıqlama verməkdən boyun qaçırmayan Rizvan Fərzəliyev “xahiş edirəm, inciməyin, hu dəfə danışmaq istəmirəm” dedikdə səbəbini soruşduq. Lakin kapitandan tutarlı cavab ala bilmədik. Digərlərinə ya zəng çatmadı, ya da dəstəyi qaldırmadılar. Yalnız Rövşən və Ramizlə danışmaq mümkün oldu ki, hər ikisi eyni məqamlara toxundu.
Rövşən Hüseynli: “Razıyam, bu nəticə “Araz”ın reytinqinə, adına yaraşmır və təbii ki, uğursuzluqdu. Nəticə barədə uğursuzluq deyiriksə, komandanın sırf yerli futzalçılardan formalaşmasını uğur adlandırmalıyıq. Özünüz də gördüz ki, yığma sırf azərbaycanlılardan qurulmuşdu. Bu da sırf gələcəyə hesablanan planın tərkib hissəsidi. 4-5 oyunçu var idi ki, onlar nəinki Çempionlar Liqasında çıxış etməmiş, hətta ehtiyat oyunçular skamyasında belə əyləşməmişdilər. Belə turnirlərin ab-havasından xəbərsiz idilər. Bir ilk idi onlar üçün. Uğursuzluğa baxmayaraq, həmin futzalçılar təcrübə qazandılar, Çempionlar Liqasının nə demək olduğunu müəyyən mənada anladılar. Öz aramızdı, danışanda deyirdik ki, yığmada əcnəbilərin sayı çoxdu, yerlilər kənarda qalıb. İndi yerlilərlə oynadıq. Amma işlər sıfırdan qurulursa, startda uğursuzluğun olması normaldı. Həmin oyunçular birdən-birə xarüqələr yarada bilməzdilər. Fikrimcə, üç qarşılaşmanın heç birində rəqiblərdən geri qalmadıq. Sadəcə, “Vytis” və “Valletta” ilə matçlarda qol imkanlarını dəyərləndirə bilməməyimiz yekunda sözünü dedi. Halbuki oyunboyu üstünlük tərəfimizdəydi. 2:5 hesabı ilə məğlub olduğumuz qarşılaşmada üç nəfər vərəqə cəzalısı idi, Rizvan Fərzəliyevin də zədəsi vardı. Buna baxmayaraq, gücümüzü ortaya qoyduq. Hətta hesabda 2:0 önə keçdik, lakin hesabı qorumağa gücümüz çatmadı. Qırmızı vərəqələr zamanı anlaşılmazlıq oldu. Hakim İsanın ona əl çaldığını düşünüb ikinci “sarı”nı göstərdi. Xətai ilə Adəmdə də başqa cür anlaşılmazlıq oldu. Mən bunu təcrübəsizlikdən irəli gələn vərəqələr adlandırmazdım. O ki qaldı legionerlərsiz zəif olmağımıza, braziliyalılar dünyanın hər yerində var. Rusiya boyda ölkənin millisi belə braziliyalı legionerlərin köməyinə ehtiyac duyur. Bu təcrübədən biz də yararlanırdıq. Lakin budəfəki mərhələ sırf yerlilərin inkişafı üçün nəzərdə tutulub. Əlbəttə, braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm. Amma bu o demək deyil ki, heç nə edə bilməyəcəyik. Bilərik, sadəcə, buna zaman lazımdı. Gələcəkdə ehtiyac yaransa, bəzi mövqelərə bir-iki əcnəbi dəvət etmək olar”.
Ramiz Çovdarov: “Səbəblər müxtəlifdi. Hamısı üst-üstə yığıldı və sonda belə vəziyyət yarandı. Razıyam, təcrübəlilər var idi, amma cəmi beş nəfər idik. Belə yarışlarda beş nəfər kifayət etmir. Bir başqa səbəb qol vəziyyətlərini boşa verməyimiz idi. Qrupdan çıxmalı olduğumuz halda alınmadı, gücümüz çatmadı, bəxtimiz gətirmədi. Təbii, günahkar özümüzük. Meydana çıxan biziksə, cavabdehliyi də biz daşıyırıq. Alesionun ailəsində problem yaranıb deyə Braziliyaya yollanıb. İnanmıram ki, orda qalsın, bura gəlməsin. Mütləq qayıdacaq. Rəhbərliklə hələ görüşümüz olmayıb. Çox güman, baş məşqçi qayıdandan sonra bir araya gələcəyik”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar