11 okt 18:31gundem

Adil Mahmudov Gürcüstanı İrana dəyişdi

Adil Mahmudov Gürcüstanı İrana dəyişdi
“İkinci divizionda yeganə iranlı olmayan məşqçi mənəm”
Bir il səkkiz ay Gürcüstanın ikinci liqasında çıxış edən “Qardabani”ni çalışdıran Adil Mahmudov artıq bir həftədən çoxdu İrana üz tutub. 42 yaşlı mütəxəssis cənub qonşumuzun ikinci liqasında çıxış edən “Şəhridari Fulman”ın baş məşqçisi təyin olunub. Rəşt yaxınlığındakı Fulman şəhərini təmsil edən komanda Adil bəyin rəhbərliyi altında artıq ilk oyununa çıxıb. Və ilk görüşdə 5:1 hesablı qələbə ilə azarkeşlərini sevindirib. Hazırda İranda olan Mahmudovla əlaqə saxlayıb söhbətləşdik.
- İki ilə yaxın idi Gürcüstanda çalışırdız. “Qardabani” rəhbərliyiniz altında heç də pis nəticələr qazanmırdı. Buna baxmayaraq, təxminən 12 gün öncə Gürcüstanı İrana dəyişməyi lazım bildiz. Sizi İrana aparan nə oldu?
- Əvvəlcə onu bildirim ki, Gürcüstanda çalışdığım müddətdə özümə qarşı ancaq hötrmət gördüm. İstər yerli idarəetmə orqanları, istərsə də klub rəhbərliyi hər zaman mənə dəstək oldu, bütün istəklərimi yerinə yetirdilər. Əlbəttə, bütün bunlar gördüyüm işlərin qarşılığı idi. Bir faktı sizə deyim, özünüz nəticə çıxarın. “Qardabani”də çalışdığım müddətdə klubun aşağı yaş qruplarına da nəzarət edirdim. Rəhbərliyin qərarı ilə müxtəlif yaş qruplarının məşqçiləri də mənim tərtib etdiyim həftəlik məşq proqramı əsasında hazırlıq keçirdilər. Bu müddətdə klubun bir yetirməsi Gürcüstan millisinə dəvət aldı. Ən diqqətçəkən maqam ondan ibarətdi ki, həmin uşaq azərbaycanlıdı və bu gün qonşu ölkənin U-15 yığmasının kapitanıdı. “Qardabani” ikinci liqada çıxış etməsinə baxmayaraq, tarixində ilk dəfə rəhbərliyim altında ölkə kubokunun 1/8 final mərhələsinə yüksəlməyi bacardı. Bu üzdən mənə Gürcüstanda daimi oturum izni verildi. İstədiyim vaxt, istədiyim qədər qonşu ölkədə yaşaya bilərəm.
- Ancaq bütün bunların fonunda İrana yollandız...
- Xatırlayırsızsa, mən Gürcüstandan əvvəl bir müddət İranda çalışmışdım. Sən demə, həmin vaxtdan iranlı menecerlərin diqqətini cəlb etmişəm. Təxminən bir ay öncə tanımadığım iranlı menecerlərdən biri mənimlə əlaqə saxladı. İranda çalışmaq variantının olduğunu bildirdi. Klubla və qarşıya qoyulan hədəflə maraqlanandan sonra razılıq verdim. Hazırda “sükanı arxasında” olduğum “Şəhridari Fulman” ikinci liqada çıxış edir. Rəhbərlik komandanı növbəti mövsümdə birinci liqada görmək istəyir. 4 turdan sonra kollektiv 5-ci pillədə qərarlaşmışdı ki, bu da klubun sahiblərini qane etmirdi. Onu da bildirim ki, “Şəhridari Fulman”ı tehranlı iş adamları maliyyələşdirir. Mənimlə görüşdülər, qarşıya qoyulan məqsəddən danışdıq. Müəyyən müzakirələrdən sonra razılığımı verdim. Komanda ilə cəmi bir məşqə çıxandan sonra ertəsi çempionat oyunu var idi. Rəhbərlik maksimum heç-heçəyə ümid edirdi. Ancaq rəhbərlik etdiyim komanda rəqibi 5:1 hesabı ilə məğlub etdi ki, bu da şəhərdə böyük sevincə səbəb oldu. İranda 90 milyon əhali yaşayır. Və bu ölkədə futbolu çox sevirlər. Fulman İran meyarlarına görə böyük şəhər sayılmasa da, əhalinin sayı yarım milyondan çoxdu. Komandanın fanklublarına isə söz ola bilməz. Burda olduğum təxminən 10 gündü. Buna baxmayaraq, artıq hamı məni tanıyır. Təqdimat mərasimini İranın aparıcı nəşrləri və saytları işıqlandırdı. Klubun mətbuat xidmətinin rəhbəri təqdimatdan sonra “bu xəbəri 1 dəqiqədə 7 min adam oxudu” söyləyib, təyinatımın böyük marağa səbəb olduğunu bildirdi. Bu gün isə telekanalarda ötən həftənin yekunları ilə bağlı veriliş nümayiş olundu. Jurnalistlər ikinci liqanın oyunlarına toxunarkən “Şəhridari Fulman” yeni baş məşqçi dəvət etməklə iddiasını ortaya qoydu” başlıqlı xəbərlər paylaşdılar. Şəhərə çıxanda azarkeşlər yaxınlaşıb komanda ilə bağlı fikirlərini bölüşürlər, məni qonaq etməyə çalışırlar. Hərdən öz-özümə “kaş ki, bizdə də belə azarkeş kütləsi olaydı” deyib köks ötürürəm. Komandanın ikinci liqada oynamasına baxmayın, ev oyunlarında tribunalarda minimum 15 min azarkeş yer alır. Bəlkə də buna görədi ki, İran millisi son mundialların daimi iştirakçısıdı. Məncə, belə azarkeşi olan ölkənin yığması böyük turnirlərdən kənarda qala bilməz. Artıq şəhərin bələdiyyə sədri, meri ilə görüşmüşəm. Onlar da lazmi dəstəyi verəcəklərini bildiriblər. Fulmanda yaşayan İranın Milli Qəhrəmanı, çox nüfuzlu şəxs, Ərdoğan və Putinlə münasibəti olan Hacı Nasirlə də görüşümüz olub. Onun da futbola çox böyük marağı var.
- Komandada əslən azərbaycanlı futbolçular top qovur?
- Bəli, Ərdəbildən və Təbrizdən olan oyunçularımız var. Çox istedadlı gənclərdi. Yeri gəlmişkən, İrana budəfəki səfərimdə Ərdəbilə gedib Şah İsmayıl Xətanin məzarına da baş çəkmişəm. Bir azərbaycanlı kimi bunu özümə mənəvi borc bildim.
- Sərəncamınızda legionerlər var?
- İranda birinci və ikinci liqada legioner sifariş etməyə icazə verilmir. İkinci divizionda da yeganə iranlı olmayan məşqçi mənəm ki, qaydalara əsasən buna görə klub rəhbərliyi federasiyaya 50 min dollar rüsum ödəməlidi.
- Rəhbərlik qarşınıza komandanı birinci liqaya yüksəltmək məqsədi qoyub. Bəs sizin baş məşqçi kimi onlardan istəyiniz nə olub?
- Sözün düzü, rəhbərliklə ilk görüşümüzdə bütün detallar barədə söhbət etməyə imkanımız olmadı. Bu həftə komanda Bəndərabasa səfərə yollanacaq. Həmin oyundan sonra rəsmilərlə yenidən görüşəcəm. Heç şübhəsiz, onlar mənim qarşıma şərt qoyduqları kimi, mənim də rəhbərlik qarşısında şərtlərim olacaq. Uğurlu nəticə üçün hər iki tərəfin istəyi nəzərə alınmalıdı. Fürsətdən istifadə edib Azərbaycan mediasına səslənmək istəyirəm. Adil Mahmudov ölkədən kənarda çalışmaqdan çəkinmədi. Bəzi özündənrazı mütəxəssislərimiz ancaq Azərbaycanda nəticə qazanmaqla fəxr edirlər. Pul olandan sonra bizim klublarda çalışmaq, 8 komandalı çempionatda avrokuboklara vəsiqə qazanmaq o qədər də çətin deyil. Onu da nəzərə alın ki, artıq ikinci mövsümdü qitəmiqyaslı turnirə vəsiqə cəmi 7 komanda arasında gedir. Ötən il “Səbail”, bu il isə “Sabah” UEFA-nın “3 illik fəaliyyət” tələbini yerinə yetirmədiyinə görə avrokuboklara qatıla bilmədi və ya qatıla bilməyəcək. Mən isə ölkədən kənara çıxmaqdan, bacarığımı ortaya qoymaqdan çəkinmədim. Gürcüstandan, İrandan təklif alıramsa, deməli, “qab”ımda nəsə var. İdman mediasından xahiş edirəm ki, mənə dəstək olsunlar.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar