09 okt 19:03gundem

Mütəxəssislər Alesioda günah görmür

Mütəxəssislər Alesioda günah görmür
Ağatahir Əzimov: “Futzalçı yetişdirmək mümkündü, yetər ki, məktəb olsun”
Ağarza Rzayev: “Anlaşma problemi var, ehtiyat qüvvə kasaddı”

“Araz” ötən həftəyə “damğa vurdu”. Millinin də baş məşqçisi olan Joze Alesio da Silvanın komandası Çempionlar Liqasında faciə yaşadı. Naxçıvan təmsilçisi əsas mərhələ çərçivəsində Slovakiyada keçirdiyi üç oyunun heç birində qələbə qazana bilmədi və mübarizəni dayandıraraq, Bakıya “əli ətəyindən uzun döndü”. Azərbaycan futzalının siması sayılan, millinin bazası hesab olunan komandanın sırf yerlilərlə qatıldığı ilk turnirdə fiaskoyla üzləşməsi birmənalı qarşılanmadı.
Ölkə futzalının üzdə olan simalarına müraciət edib “Araz”ın uğursuzluğuna şərh vermələrini istədik.
19 yaşadək futzalçılardan ibarət yığmanın baş məşqçisi Ağatahir Əzimov üçün “Araz”ın fiaskosu sürpriz olmayıb: “Mənim üçün təəccüblü olmadı. Çünki komanda Slovakiyaya yenilənmiş heyətlə gedib. Heyətin tən yarısı isə cavan uşaqlardı, aralarında debütantlar var. Siz də tanıyırsız, bəziləri ötən mövsüm birinci liqada çıxış edib. Belə götürəndə yüksək liqa təcrübələri belə azdı, nəinki “Araz”la ÇL-də oynamaq. Əvvəl komandada braziliyalılar var idi, ilk “4-lük” onlardan formalaşdırılırdı. Böyür-başlarında da 4-5 yerli futzalçı var idi. Məşqçi yerlilərinə dinclik verəndə bizim uşaqları meydana buraxırdı. Bilirdin ki, bu bir neçə dəqiqə ərzində yerlilər hesabı qoruya biləcək. Ancaq indi braziliyalıların əvəzləyiciləri bu gün əsas heyətdə oynayır, 4-5 cavan uşaq ehtiyatda qalır. Alesio gəncləri oyuna buraxmağa ürək eləmir, vaxta işləmək və meydandakılara dinclik vermək, tempi aşağı salmaq üçün komandanı qapıçısız oynadır. Bu isə risklidi. Sözün həqiqi mənasında komandanın gücü çatmadı. Qırmızı vərəqələr və zədələr də həddən artıq yorğun olmaqdan irəli gəlir. Görəndə ki, etmək istədiyi alınmır, dəstək yoxdu, oyunçu əsəbləşir, emosiyalarına hakim ola bilmir və belədə vərəqə alır. Həddən artıq yüklənəndə zədə riski də artır. Bildiyimə görə, Rizvan məhz zədələndiyi üçün son qarşılaşmada oynamayıb, 3 nəfər də cəzalı olub. Onsuz da kasad heyətin 4 əsas üzvünün yoxluğu son oyunda özünü aşkar göstərdi. Təcrübəli kim var: Rizvan, Xətai, İsa, Rövşən, Ramiz, vəssalam. Braziliyalıların vaxtında Samir Həmzəyev ehtiyatda qalırdı, bu gün əsas oyunçu gözüylə baxılır. Bir sözlə, bu qədər problemin fonunda komandadan uğurlu çıxış gözləmək olmazdı. Şans da təmsilçimizdən üz döndərdi. Qrupdakı komandaların hamısında legionerlər oynayır. Həm “Vytis”də, həm də “Luçeneç”də braziliyalılar var. Onların ən zəifinin səviyyəsi isə yerlilərdən üstündü, bunu hər kəs bilir. Malta çempionunda tanıdığım 2-3 gürcü var. Demirəm gürcülər bizdən üstündü, onları udmaq olardı. Ancaq 2 qırmızı vərəqə işləri korladı. Alesioda heç bir günah görmürəm. Onun məşqçilik bacarığına hər kəs bələddi. Komandanın üzərinə çox getməyin də tərəfdarı deyiləm. Onsuz da bu heç nəyi dəyişmir. Qoy bir il boşa verilsin, amma yerlilər oyun təcrübəsi qazansın”.
Təcrübəli futzalçı vəziyyətdən çıxış yolunu da göstərdi: “Araz” legionerlərdən imtina edib, yerliləri oynadır deyə ümid etsək ki, bununla da futzalımız düzələcək, səhv yanaşmadı. “Araz” legioner oynatmır, digər klublar oynadır. Bəyəm “bir güllə bahar” olacaq? Digər tərəfdən, hamı yerli oynatmaq istəsə, xammal çatmayacaq. Futzal məktəblərimiz olmalıdı! Başçılıq etdiyim U-19-dan nümunə çəkim. Mən yığmaya namizəd tapa bilmirəm. Böyük futbolda axtardım, heç kim vermək istəmir. 18-19 yaşlı uşaqlardan kimdə potensial varsa, klubu buraxmır, zəiflər isə əsgərliyə gedir. Reallıq budu. Sağ olsun Zaur müəllim (Futzal Federasiyasının prezidenti Zaur Axundovu nəzərdə tutur), “Keşlə”nin də rəhbəridi deyə 5-6 uşağı o komandadan götürdüm. Ordan-burdan da 2-3 nəfər ayağı top tutan uşaq yığmışam. Əvvəlcə nəticə yox idi, ancaq son vaxtlar istədiyimizi əldə edə bilirik, xallar toplayırıq. Bu onu göstərir ki, bizdə futzalçı yetişdirmək mümkündü, yetər ki, məktəb olsun. Futbolu demirəm. Amma futzal oynamağı bacarırıq”.
Futzal Federasiyasının sabiq prezidenti Ağarza Rzayev də problemə kompleks yanaşmağı təklif edir: “Azərbaycan çempionatı ilə avrokuboklar fərqlidi, orda təzyiq olur, 3-4 gün ərzində üç oyuna çıxırsan. Görünür, komanda turnirə tam hazır ola bilməyib. Açığı, mən yığmanın Qazaxıstanla yoldaşlıq görüşünü izləyəndə bu uşaqların problemlərini gördüm. Anlaşma problemi var idi, ehtiyat qüvvə kasaddı. Buna baxmayaraq, “Araz”ı asıb-kəsməklə heç nə əldə edə bilməyəcəyik. Hələ orda Azərbaycan futzalının qaymaqları çıxış edir. Futbolumuzda olduğu kimi, futzalın da səviyyəsi düşüb, maraq azalıb. Böyük futbolda vaxtilə 20-dən çox klub mübarizə aparırdı. Futbol olmayanda isə futzala axın var idi. Şirkətlər maraq göstərirdi. “Turan AİR”, “Azərneftyanacaq”, “Azfarma”, “Anqloyl”, “Azmetko” və başqa şirkət komandaları var idi. Legionerlər də indiki qədər deyildi. İndi “Araz” braziliyalılardan imtina edir, o birilər iranlıları gətirib doldurub. Nə olsun ki, İranda futzal populyardı, reytinqi var, bizə zəiflər gəlib. Elə bil küçədən tutub gətiriblər. Bu qoca vaxtımda mən onlara “boy verərəm”. Onların Azərbaycan futzalına nə faydası var?
Mən Alesionu günahlandıra bilmərəm. Adamın başının üstündə Allahı var, o, yaxşı mütəxəssisdi. Sadəcə, yayda heyətin yarıdan çoxu dağıldı, komandanın onurğasını təşkil edən oyunçular getdi. Yenidən komandanı ayaqüstə qaldırmaq asan məsələ deyil. İstəsəydilər, iki-üç nəfəri icarəyə götürə bilərdilər. Lap elə güclü oyunçular da gətirməyə gücləri çatardı. Görünür, rəhbərlik perspektivi düşünür ki, öz oyunçularına beynəlxalq təcrübə qazandırsın”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar