07 okt 12:50gundem

Bakıya 14 il əvvəlki səfər “The Sun”ın əməkdaşının karyerasında iz buraxıb

Bakıya 14 il əvvəlki səfər “The Sun”ın əməkdaşının karyerasında iz buraxıb
“Hari Nevill bizə baxıb gülürdü, dedi ki, ilk dəfə siz jurnalistləri bu vəziyyətdə görürəm”
Unay Emerinin mətbuat konfransında Henrix Mxitaryanın Bakıya gəlməməsi ilə bağlı verilən suallar hardasa başadüşülən idi. İngilis jurnalistlər də məsələdən az-çox xəbərdar olduğundan, ümumi durum onları təəccübləndirmədi. Lakin Henrixin Dağlıq Qarabağa ayaq basması və buna görə də ölkəmizə girişinə olan qadağaya görə “Arsenal” finala çıxacağı təqdirdə Olimpiya stadionunda meydana çıxa bilməyəcəyi ilə bağlı sual əcnəbiləri xeyli təəccübləndirdi.
Konfrans başa çatandan sonra bir neçəsi bəndənizə yaxınlaşıb məsələnin kökünə varmaq istəyir, oxuculara dəqiq məlumat çatdırmaq üçün qadağaya aydınlıq gətirməyə çalışırdı. Aralarında məşhur “The Sun” qəzetinin əməkdaşı Mark İrvin də vardı. Ömrünün 26 ilini jurnalistikaya həsr edən təcrübəli yazar dörd dünya çempionatını işıqlandırıb, 20-dən artıq xarici ölkəyə səfər edib. Onlardan biri 2004-cü ilə təsadüf edib ki, oktyabrda baş tutan Azərbaycan - İngiltərə qarşılaşmasında yaşananları oxuculara çatdırıb. Yəni Bakıya ikinci səfəridi. Ümumi söhbətdən hiss olunurdu ki, İrvin ölkəmizlə bağlı müəyyən məlumatlara sahibdi. 10 dəqiqəlik söhbətdə həmkarım kifayət qədər maraqlı məqamlara toxundu ki, dediklərini diktofonun yaddaşına köçürdüm.
- Siz jurnalistlər də futbolçular kimi Bakıya “Arsenal” qələbə qazanacaq” düşüncəsiylə gəlmisiz?
- Qazanacaq deməzdim. Çünki futbol sürprizlərlə doludu. Bəzən elə nəticələr qeydə alınır ki, adam yerində donub qalır. Mənim düşüncəmdə “Arsenal” qalib gəlməlidi. Ötən il “Çelsi” 180 dəqiqə ərzində bu rəqibin qapısından 10 cavabsız top keçiribsə, deməli, “topçular” 3 xala sahib ola bilər. Bir də ki Emeri gələndən sonra komanda daha parlaq çıxış etməyə başlayıb. Baş məşqçinin dəsti-xətti görünür. Üstəlik, ispan mütəxəssis Avroliqaya önəm verir və növbəti dəfə bu turnirin qalibi olmaq iddiasındadı.
- Konfransda ingilis jurnalistlərdən biri ötən mövsümü yada salıb, daha çox gənc futbolçulara şans verildiyini dedi. “Arsenal”ın “Milan” və ÇSKA üzərində qələbə qazandığı oyunları xatırlayıram. Meydana çıxanlar heç də təcrübəsizlər deyildi.
- Sualı verən qrup mərhələsini nəzərdə tuturdu. “Milan”la görüşlər 1/8 finalın, ÇSKA ilə qarşılaşmalar 1/4 finalın oyunları idi. Qrupdakı rəqiblər isə “Köln”, “Srvena Zvezda” və BATE idi. Bu komandalarla matçlarda Arsen Venger aparıcı futbolçulara istirahət imkanı yaradırdı.
- Amma Emeri də təxminən eyni addımı atıb. Mxitaryan, Remzi, Obameyanq kimi əsas heyət üzvləri Bakıya gəlməyib.
- Baş məşqçilər nadir hallarda “filan futbolçuya istirahət imkanı yaratmışam” deyir. Bunu deyə bilmirlər. Digər ulduz futbolçulara hörmətsizlik kimi qəbul olunur. Onlar da başqaları kimi dincəlmək istəyir, çünki uzun səfərlər yorucu olur. Emeri bu üç nəfərdən ikisinin xəstə olduğunu, digərinin isə övladının dünyaya gələcəyini əsas gətirdi. Obameyanqla Mxitaryanın xəstə olduğunu düşünmürəm. Fikrimcə, hər ikisi bazar günü “Fulhem”ə qarşı oynayacaq. İki gün ərzində 12 saat havada olmaq zarafat deyil. İstər-istəməz futbolçuda yorğunluq yaradır. Emeri bunu nəzərə alıb, yetirmələrinə hissə-hissə dincəlmək imkanı yaradır. Görək digər səfərlərdə kimlər “xəstələnəcək” (gülür).
- Bu oyuna qədər Londonda “Arsenal” – “Qarabağ” matçı ətrafında ajiotaj hiss olunurdu?
- Düzünü desəm, yox. Sakitlik idi. Belə deyim, ingilis fanatlar daha çox Çempionlar Liqasına maraq göstərir. Təmsilçilərimizdən orda uğur gözləyirlər. Bu gün İngiltərənin dörd komandası mötəbər turnirdə yarışır: “Mançester Yunayted”, “Tottenhem”, “Liverpul” və “Mançester Siti”. Ona görə də əsas diqqəti ora ayırıblar. Bu gün axşam (söhbət çərşənbə günü olub) Londonda “Tottenhem”lə “Barselona” arasında möhtəşəm oyun var. Futbolsevərlər bütün diqqətini həmin görüşə yönəldib. Ötən il də beləydi. Qrup oyunlarında “Arsenal”a ciddi maraq yox idi. Yalnız 1/8-də “Milan” səddini keçəndən sonra həvəs göstərməyə başladılar.
- Az öncə Bakıya 14 il öncə də səfər etdiyini dedin. Azərbaycan - İngiltərə qarşılaşması deyəndə hansı xatirələr yada düşür?
- Karyeramda xüsusi iz buraxmış səfərlərdən biridi. Bakıya matçdan dörd gün əvvəl gəlmişdik. Oktyabr ayı olmasına baxmayaraq, havalar isti keçir, günəşli havada gəzib zövq alırdıq. Hətta axşamlar da soyuq olmurdu. Qısaqol köynəkdə, şortlarda gəzirdik. Oyun günü hər şey tərsinə çevrildi. Temperatur kəskin dərəcədə aşağı düşdü, öncə yağış, sonra sulu qar yağdı. Havanın bir neçə saat ərzində bu dərəcədə dəyişməsi bizim üçün əsl şok idi. Oyunun keçirildiyi stadion bu arena kimi müasir deyildi. Sanki media sektorunda oturmamışdıq, küçədə dayanmışdıq. Əməlli-başlı islandıq. Dua edirdik ki, oyun tez başa çatsın. Onsuz da o cür havada futbolçuların nə etmək istədiyini anlamırdıq. Hiss olunurdu ki, onlar da paltardəyişmə otağına yollanmağa tələsir. Matç qurtarandan sonra futbolçuların fikrini öyrənəndə, səhv etmirəmsə, Hari Nevill idi, bizə baxıb gülürdü. Elə orda dedi ki, ilk dəfə siz jurnalistləri bu vəziyyətdə görürəm. Hətta bizə əziyyət verdiklərinə görə üzr istədi. Xatırlayıram, Londona qayıdandan sonra aramızda xəstələnənlər oldu.
- Razıyam, o vaxt Respublika stadionunun vəziyyəti acınacaqlı idi. 2012-ci ildə yenidənqurma işləri aparıldı və hazırda durumu yaxşıdı. Maraqlıdı, Bakı yadında necə qalıb?
- Paytaxtınız çox dəyişib, çox. O vaxt küçələr indiki qədər təmiz və işıqlı deyildi. Yadımdadı, gecə saatlarında hətta ən məşhur mərkəzi küçədə belə işıqlar yanmırdı (“Tarqovı”nı nəzərdə tutur). Yeni tikililərin və restoranların sayı da xeyli artıb. Qısa deyim, Bakı xeyli müasirləşib. Hə, bir də insanların çoxu ingilis dilində danışmağa başlayıb. 14 il əvvəl belə deyildi.
- Stadion, şəhər, insanlar – hamısı dəyişib. Dəyişməyən nədi?
- İnsanların futbola olan marağı, sevgisi. O vaxt yağışlı hava olmasına baxmayaraq, stadionda xeyli azarkeş vardı. Az öncə dedilər ki, sabah arenada 60 mindən çox tərəfdar olacaq.
- Olimpiya stadionunu bəyəndin?
- Fantastik arenadı. Hələ ötən il “Çelsi”nin oyununu televizorda izləyəndə stadiona heyran qalmışdım. Açığı, o qədər də təəccüblənmədim. Azərbaycan haqda müəyyən məlumatlara sahibəm. Bilirəm ki, neftdən yaxşı gəlir əldə olunur. Bununla yanaşı idmana xüsusi diqqət var, ciddi sərmayələr yatırılır. Ona görə də adi qarşıladım.
- Londona qayıdandan sonra futboldan kənar mövzular haqda yazı yazacaqsan?
- Mənim işim oyunu və oyunətrafı məqamları işıqlandırmaqdı. Çünki idman sahəsindəyəm və oxucuların tələbi var. Azərbaycan və Bakı haqda yazılanları həvəslə oxumaq istəyənlərin olduğuna əminəm. Amma bizim sahədə alınmır. İşıqlandıracağım xüsusi məqam Mxitaryanla bağlı olacaq. Emerinin mətbuat konfransının əsas hissəsinin məhz Henrixlə bağlı sual-cavablara həsr olunması və “Arsenal” finala yüksələcəyi halda onun Bakıya gəlməyə icazəsinin olub-olmaması.
- Yəqin ki, müharibədən xəbərdarsan.
- İndi yox, hələ 2004-də Bakıya gələndə bu haqda müəyyən məlumatlar toplamışdım. Burda da lazım olan bilgiləri almışdım. İndi isə ümumi mənzərədən xəbərdaram. Bilirəm ki, torpaqlara sahib olmaq üstündə ermənilərlə müharibə etmisiz. Xeyli sayda dinc əhali, hərbçi, qız-gəlin öldürülüb. Və həmin ərazi hələ də onlardadı. Ona görə də ermənilərin Azərbaycana daxil olması ilə bağlı qadağa var. Amma idman sahəsində müəyyən güzəştlərin olduğunu da bilirəm.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar