05 okt 20:46gundem

“Araz”ın fiaskosu davam edir

“Araz”ın fiaskosu davam edir
Çempionumuzun “cırtdan”a da gücü çatmadı
Çempionlar Liqası
Əsas mərhələ
8-ci qrup
Valletta (Malta) - Araz 1:1 (0:0)

Valletta: 1. Tornike Bukya, 4. Şota Çanukvadze, 8. Melvin Borq (k), 10. Giya Nikvaşvili, 17. Kamilo Qomes; 12. Brendon Debono, 20. Vella Stefan, 5. Yovitsa Miliyic, 6. Redemer Borq, 9. Daniel Saliba, 11. Dilan Musu, 14. Şaun Vella, 18. Mohammed Elemari, 19. Denis Di Mayo.
Baş məşqçi: Xavyer Saliba.
Araz: 12. Rövşən Hüseynli, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (k), 11. Xətai Bağırov, 17. İsa Atayev; 1. Emin Kürdov, 9. Oktay Rüstəmli, 10. Nihad İsmayılov, 13. Samir Həmzəyev, 15. Adəm Həbibov, 18. Adil İsmayılov, 20. Kənan Manafov.
Baş məşqçi: Joze Alesio da Silva.
Qollar: X.Bağırov, 3 (0:1). D.Di Mayo, 29 (1:1).
Vərəqələr: İ.Atayev, 14. G.Nikvaşvili, 25. A.Həbibov, 27. K.Qomes, 35. Ş.Çanukvadze, 40. X.Bağırov, 40 - sarı. İ.Atayev, 14. A.Həbibov, 29 – qırmızı (ikinci sarı).
Hakimlər: Sven Ayxler (Almaniya), Kamil Çətin (Türkiyə), İvan Şabanov (Rusiya).
4 oktyabr. Luçenec. Sportova Hala Arena.
Çempionlar Liqasında yarışan “Araz” Slovakiyada biabırçı çıxışını davam etdirir. Naxçıvan təmsilçisi dünən qrupun daha bir autsayderi – Malta “Valletta”sı ilə qarşılaşdı və təəssüf ki, yenə azarkeşlərini üzdü.
Hər iki komanda ilk oyunda məğlub olduğundan bu dueldəki nəticə həlledici olacaqdı. Belə ki, növbəti məğlubiyyətlə üzləşəcək komanda üçün mübarizənin başa çatacağı böyük ölçüdə təsdiqlənəcəkdi. Buna görə də “Araz” nəyin bahasına olur-olsun, qarşılaşmanı 3 xalla başa vurmağın planlarını çızmışdı. Heyətlə bağlı ciddi problem olmasa da, Rizvan Fərzəliyevin yüngül ağrıları vardı. İsa Atayev isə bu dəfə ilk “5-lik”də yer almamışdı. Alesio onu Adəmlə əvəzləmişdi ki, bu da baş məşqçinin futzalçının ilk oyundakı performansından narazılığına işarə idi. Rəqib komandanın heyətində tanış sima çıxış edirdi. Söhbət Giya Nikvaşvilidən gedir. Vaxtilə Azərbaycan çempionatında çıxış etmiş gürcü futzalçı müxtəlif illərdə “Neftçi”nin və artıq tarixin yaddaşına köçmüş “Xəzər adaları”nın formasını geyib. Onun oyunçularımızı yaxından tanıması komandası üçün əlavə məlumat qazandırmaq imkanı idi.
Oyuna “Araz” üstün başladı və 3-cü dəqiqədə hesabı açdı. Rizvanın künc nöqtəsindən ötürməsini Xətai birbaşa qapıya göndərdi. Bir dəqiqə sonra Bağırov ikinci qolu vurmağa yaxın oldu, amma tir sevinməsinə mane oldu. Tədricən topu saxlamağa çalışan komandamız tez-tez qapıçını meydan oyunçusu ilə əvəzləyirdi. Ancaq 13-cü dəqiqədə İsa Atayev əvvəlcə sarı, ardınca hakimi təhqir etdiyinə görə ikinci sarı və qırmızı vərəqə ilə cəzalandırıldı. Nəticədə təmsilçimiz 2 dəqiqəni azlıqda keçirdi. Epizodların birində Şota Çanukvadzenin zərbəsi dirəyə dəyib qayıtdı ki, həmin anda idman xoşbəxtliyi komandamızın tərəfində oldu.
İkinci hissədə topa nəzarəti özündə saxlamaq üçün Alesio müntəzəm qapıçını meydan oyunçusu ilə əvəzləyirdi. Hissənin əvvəlində Ramiz iki təhlükəli zərbə ilə yadda qaldı. Birincidə cüzi dəqiqlik çatmadısa, sonrakında qapıçı komandasını qoldan xilas etdi. Əvəzində Adəm 2 dəqiqə ərzində iki sarı - qırmızı vərəqə alaraq növbəti dəfə komandanın azlıqda qalmasına səbəb oldu. Rəqib bu dəfə say üstünlüyündən maksimum istifadə etdi, Di Mayo 29-cu dəqiqədə hesabı bərabərləşdirdi. 31-ci dəqiqədə Nihad qapıçının irəli çıxdığını görüb “paraşut” zərbə endirsə də, qeyri-dəqiq oynadı. Sona 2 dəqiqə qalmış Qomesin boş qapıya zərbəsi hədəfdən cüzi fərqlə aralı keçdi. Beləliklə, “Araz” yenə qələbə qazana bilmədi və mərhələ adlamaq şansını itirdi.
Xavyer Saliba: “Bizi çətin qarşılaşmanın gözlədiyini bilirdik. Çünki rəqibimizin bu cür yarışlarda təcrübəsi çoxdu. Oyunu müdafiədən qurmuşduq və rəqibi əks-hücumlarda yaxalamağa çalışdıq. Birinci hissədə səhv etdik və təcrübəli rəqibimiz bunu bizə bağışlamadı. Fasilədən sonra oyun planında dəyişiklik etdik. Xüsusilə də rəqib iki dəfə qırmızı vərəqə alaraq azlıqda qaldıqdan sonra oyunu meydanın onlara aid hissəsində keçirməyə çalışdıq və bəhrəsini gördük. Nəticə bizi qane etdi. Hələ bu cür yarışlara uyğunlaşmağa çalışırıq”.
Joze Alesio da Silva: “Oyuna normal başladıq. Ancaq tədricən yorğunluq futzalçılarda əsəblərin tarıma çəkilməsinə səbəb oldu. Nəticədə oyun intizamı pozuldu, yersiz top itkilərinə yol verdik, iki oyunçumuz qırmızı vərəqə aldı. Onsuz da heyətimiz məhdud idi. Qarşılaşma ərzində iki dəfə azlıqda mübarizə aparmaq işimizi daha da çətinləşdirdi. Halbuki görüş ərzində maksimum dərəcədə sakit olmalarını və oynamalarını tapşırırdım. Demək olar, növbəti mərhələyə yüksəlmək şansımızı itirdik”.
8-ci qrupun digər oyununda – meydan sahibi “Luçeneç” Litva “Vytis”ünə uduzub - 2:3.
“Araz” növbəti oyununu sabah “Luçeneç”ə qarşı keçirəcək.
1. Vytis 2 2 0 0 4-2 6
2. Luçeneç 2 1 0 1 6-6 3
3. Valletta 2 0 1 1 4-5 1
4. Araz 2 0 1 1 1-2 1
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar