03 okt 22:16gundem

Zaur Axundov "Araz"ın üzvləri ilə görüşdü

Zaur Axundov "Araz"ın üzvləri ilə görüşdü
Xətai Bağırov: “Vytis”lə qarşılaşma daha çətin olacaq”
UEFA Çempionlar Liqasının əsas mərhələsində oktyabrın 3-də ilk oyununu keçirəcək “Araz” ötən gecə Slovakiyaya yollanıb. Bakıda hazırlığını yekunlaşdıran təmsilçimiz oyunöncəsi məşqini matçın baş tutacağı arenada keçirəcək. Dünən isə Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov Bakı İdman Sarayında “Araz”ın üzvləri ilə görüşüb.
Federasiya başçısı komandanın hazırlıq durumu ilə maraqlanıb, Slovakiyada keçiriləcək qrup oyunlarında təmsilçimizə uğurlar arzulayıb. Baş məşqçi Joze Alesio Da Silva isə komandanın oyunlara hazır olduğunu, məqsədə nail olmaq üçün sona qədər mübarizə aparacaqlarını bildirib.
Qeyd edək ki, “Araz” UEFA Çempionlar Liqasının əsas mərhələsi çərçivəsində oktyabrın 3-də Litvanın “Vytis”, ertəsi gün Maltanın “Valletta” komandası ilə qarşılaşacaq. Qrupda son oyun meydan sahibi “Luçence”yə qarşı keçiriləcək ki, bu görüş oktyabrın 6-da baş tutacaq.
Səfəröncəsi “Araz”ın əsas simalarından Xətai Bağırov federasiyanın rəsmi saytına (azfutzal.az) müsahibə verib.
- Komandada vəziyyət necədi? Necə hazırlaşmısız oyunlara?
- Baş məşqçimizin özünəməxsus hazırlıq planı var. Əsas üstünlüyü taktiki planda çalışmalara vermişik. Heyətimizdə məlum dəyişikliklər edilib. Artıq braziliyalı futzalçılarımız yoxdu. Sırf yerli uşaqlarla mübarizə aparacağıq. Məncə, nəticə yaxşı olmalıdı. Uşaqlar əla formadadı və hər kəs oynamaq şansı qazanacaq.
- Yüksək liqada 3 oyun keçirmisiz. Üstəlik, əsası “Araz”ın üzvlərindən qurulan milli Qazaxıstanla yoldaşlıq matçında üz-üzə gəlib. Bu oyunlardan sonra baş məşqçi nələrə diqqət yetirməyi tələb edir?
- Qazaxıstana qarşı yaxşı oynadıq. Baş məşqçi qrup mərhələsində də bu cür çıxış edə bilsək, uğur qazanacağımızı açıqlayıb. Taktiki tapşırıqlara diqqət yetirməli, oyuna köklənməliyik.
- Alesio taktiki planda istədiyini ala bilirmi?
- Qazaxıstanla oyunda bəli, istədiyini aldı. Düzdü, müəyyən səhvlərimiz oldu. Amma ümumilikdə narazı qalmadı. Həmişəki oyunumuzu nümayiş etdirə bilsək, problem yaşamayacağıq.
- Braziliyalı futzalçıların gedişi narahatlıq yaradır. Buna əsas varmı?
- Hiss olunur. Ancaq yerli oyunçular məşqləri intensivləşdirdikcə, təcrübə topladıqca oyun planında inkişaf edir. Müəyyən vaxtdan sonra onların yoxluğunu hiss etdirməyəcəyik.
- Bu mərhələyə yerli oyunçuların özlərini sübüt etmək prinsipi ilə yanaşacaqlarını gözləmək olarmı?
- Ola bilər yox, elə olacaq. Elə məqamdı ki, sona qədər gücümüzü meydanda sərf etməliyik.
- Qrupdan ancaq bir komanda mübarizəni davam etdirəcək...
- Reqlamenti bilirik. Ona görə üç oyunda da qələbə qazanmalıyıq. Bir-birinə yaxın səviyyəli komandalardı. Düzdü, “Vytis” 7 braziliyalı ilə oynayacaq. Ancaq heç biri fantastik dərəcədə güclü deyil.
- Rəqiblərlə bağlı baş məşqçi sizə nə deyir?
- Alesionun öz oyun planı, taktikası var. Rəqiblərlə bağlı oyundan bir gün əvvəl məlumat verəcək. Məşqlərdə rəqibə qarşı necə oynayacağımızı imitasiya edirik. Bir gün əvvəl videoya baxış olacaq. Özümüzün qrupumuz var, baş məşqçi tez-tez ora video hissələr atır ki, nələrə diqqət edək. Top rəqibdə olanda biz nə etməliyik, biz hücum edəndə onlar necə müdafiə olunacaqlar, standartlar zamanı hansı məqamlara diqqət ayırmalıyıq, bunları deyir. Həm də texnikası, sürəti ilə seçilən oyunçuları qeyd edir.
- Hansı rəqib daha təhlükəlidi?
- “Vytis”lə oyun daha çətin olacaq. Bu komanda digərlərinə nisbətən daha təhlükəlidi. Meydan sahiblərini də unutmaq olmaz.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi 12-10-2018, 21:48 “Rüfəti əsas heyətdə buraxmaqla bir qədər risk etdim” 12-10-2018, 21:47 Üç azarkeş üçün üç qol 12-10-2018, 21:44 İnamlı və önəmli qələbə 12-10-2018, 21:43 Yerli mütəxəssislər Adil Mahmudovun cavabını verdi 12-10-2018, 21:41 Roberto Bordin yeni imicdə 12-10-2018, 21:40 Arif Əsədov yeni komitədə təmsil olunacaq 12-10-2018, 21:38 Qadın voleybolçularımız antirekordu təkrarladı 12-10-2018, 21:35 Faiq Qarayev məşqçi karyerasını başa vurdu 11-10-2018, 19:02 Yenə məğlubiyyət və qrupu sonuncu yerdə bitirmək ehtimalı 11-10-2018, 18:59 Reynaldo Qazaxıstanda Almeyda ilə görüşə bilmir 11-10-2018, 18:57 Sənan Qurbanov “Qəbələ”ni “tərlətdi” 11-10-2018, 18:55 “Kəpəz” Türkiyə komandalarından biri ilə qarşılaşa bilər 11-10-2018, 18:53 Rəşad Sadıqov brifinq keçirəcək 11-10-2018, 18:52 Torshavnda ölüm-qalım döyüşü 11-10-2018, 18:50 Mahir Mədətovun əsgərlik problemi var 11-10-2018, 18:48 Rüfət Dadaşov Nazarovla bir otaqda qalır 11-10-2018, 18:44 Qurban Qurbanov iddialı danışdı 11-10-2018, 18:42 Mövqelərlə bağlı suallara cavab axtararkən… 11-10-2018, 18:40 Rövşən Hüseynli: “Braziliyalılarsız zəifləmişik, bunu inkar etmirəm” 11-10-2018, 18:39 Stuxliklə AFFA-da görüş 11-10-2018, 18:37 Ruslan “Neftçi”nin uğurunun sirrini açıqladı 11-10-2018, 18:36 “Onları bizdən qoparmaq həmin klublara baha başa gələ bilər” 11-10-2018, 18:33 Çəlikəl akademiyanın məşqçiləriylə görüşdü 11-10-2018, 18:31 Adil Mahmudov Gürcüstanı İrana dəyişdi 11-10-2018, 18:28 “Astra”nın məşqçisi “Qəbələ”ni çalışdırmağa namizəddi 11-10-2018, 18:26 Elxan Məmmədov “Stemford Bric”də 9-10-2018, 19:11 Dadaşov dubl etdi, Nazarov qələbə qolunu vurdu 9-10-2018, 19:10 Rəşad Sadıqov Renatla Murada dəvət göndərmədi 9-10-2018, 19:08 Qurban Qurbanov heyəti açıqladı 9-10-2018, 19:06 Yığma adada dəstəksiz qalmayacaq 9-10-2018, 19:05 “Qəbələ” radikal dəyişikliklər astanasında Bütün xəbərlər
Ən çox oxunanlar