30 sen 19:31gundem

İctimaiyyət UEFA-nın siyasi addım atdığını düşünür

İctimaiyyət UEFA-nın siyasi addım atdığını düşünür
Fazil Mustafa: “Türkiyənin hansısa üstünlük qazanmasına əngəl olmaq üçün düşünülmüş, saxta fikirlərdi”
Srağagün hər kəs UEFA-nın İcraiyyə Komitəsinin (İK) hansı qərarı verəcəyini səbirsizliklə gözləyirdi. İveçrənin Nyon şəhərində keçirilən iclasda AÇ-2024-ü qəbul edəcək ölkənin adına aydınlıq gəldi. Məlum olduğu kimi, əsas namizədlər Almaniya və Türkiyə idi. Qardaş ölkə əvvəllər də bir neçə dəfə nəhəng turnirlərə evsahibliyi etmək istəmiş, lakin bütün cəhdlərdə məğlub olmuşdu. Bu dəfə isə Türkiyə daha iddialı idi. Demək olar, AÇ-nin qardaş ölkəyə verilməsi yolunda heç bir problem yox idi. Dövlət dəstəyindən tutmuş infrastuktura qədər – hər şey belə düşünməyə əsas verirdi. Ancaq...
Budəfəki səsvermədə İK-nın 20 üzvündən 17-si iştirak edib. İdarə heyətinin türkiyəli və alman üzvləri, uyğun olaraq, Sərvət Yardımcı və Raynhard Qrindel səs verə bilməzdi. Bundan başqa, səhhətində problem olan isveçli Lars-Krister Olsson da Nyona gəlməyib. Nəticələr açıqlananda isə qardaş ölkənin ümidləri doğrulmayıb. Almaniya cəmi 12 il öncə dünya çempionatını keçirməsinə baxmayaraq, yenə də qalib gəlib. Belə ki, 17 nəfər üzvdən biri bitərəf qalıbsa, 12-si almanlara, cəmi 4-ü türklərə səs verib. Əslində nəticələr açıqlanan kimi hər kəs bunun siyasi gediş olduğunu da anladı.
UEFA prezidenti Aleksander Çeferinin isə səsvermə haqda fikirləri belə olub: “Səsvermə tam şəffaf və demokratik şəkildə keçdi. İki ölkədən yalnız biri qlaib gələcəkdi. Hər şeyi nəzərə aldıqdan sonra gördük ki, turniri Türkiyədə keçirməyin bəzi riskli yönləri olacaqdı. Türkiyədə insan hüquqları sahəsində bir sıra problemlər var. Otellərin tutumu məhdud idi. Turnirin oyunlarını keçirməyə namizəd kimi göstərilən şəhərlərlə bağlı müəyyən narahatlıqlar da var idi. Bundan başqa, nəqliyyat infrastukturu ilə bağlı riskləri də nəzərə almaya bilməzdik. Türkiyənin AÇ-2024-ə namizədliyi UEFA üçün uzunmüddətli hədəflər planında dəyərləndirildi”.
Bir sözlə, UEFA qeyri-ciddi bəhanələrin arxasında gizlənərək, qardaş ölkəyə münasibətdə ədalətsiz davrandı. Sözügedən qərarla bağlı həm futbolumuzda çalışan türklərin, həm də bu idman növü ilə yaxından maraqlanan millət vəkillərinin fikirlərini öyrənməyi lazım bildik.
Fazil Mustafa (millət vəkili): “Bu, birbaşa siyasi qərardı. Türkiyənin bu məsələdə öncüllük etməsində maraqlı deyillər. Bildiyiniz kimi, Almaniyada artıq bir neçə dəfə dünya və Avropa çempionatı keçirilib. Bunlar futbolun inkişafında maraqlıdılarsa, imkan yaratmalıdılar, müəyyən dərəcədə Türkiyədə bu həyata keçirilsin. Hətta ərəb ölkəsində dünya çempionatının keçirilməsinə “yaşıl işıq yandırıblarsa”, deməli, Türkiyə üçün də bunu etməliydilər. Bunu etməyiblərsə, deməli, futbolun cəmiyyətdə, dünyada vacib bir sahə kimi qəbul olunmasında maraqlı deyillər. Məncə, bu özü də uğursuz yanaşmadı və siyasi qərardan başqa bir şey deyil. İnsan haqları ilə bağlı deyilənlər isə anormal fikirdi. İnsan haqları ilə bağlı problemlər ərəb ölkələrində də var. Nə olsun? Və ya Almaniyanın özündə də var. İnsan haqlarının məsələyə nə dəxli? Rusiyada insan haqları problemi var idi, dünya çempionatı keçirilmədi? Türkiyə gedib hansısa ölkənin ərazisinə girməyib, yaxud da hansısa ölkəni işğal etməyib. Əksinə, Türkiyə terrora qarşı mübarizə aparan dövlətlərdən biridi. Necə olur, Türkiyədə insan haqları ön plana çıxdı, ancaq başqa ölkələrdə bu, kateqoriyalardan biri hesab edilmədi? Meksikada insan haqları yoxdu, orda dünya çempionatı keçirildi. Eləcə də Braziliyada da bu məsələdə problemlər var. Lakin bu ölkədə də mundial reallaşdı. Bunlar hamısı bəhanələrdi. Sadəcə, bir türk düşmənçiliyi artıq burda yer alır. Ona görə də belə qərar verdilər. Türkiyənin hansısa üstünlük qazanmasına əngəl olmaq üçün düşünülmüş, saxta fikirlərdi. Başqa ölkələrə qarşı münasibətdə UEFA-nın siyasəti həmişə mövcuddu. Olimpiadada da eyni mənzərəni görmüşük. Türkiyə qədər mədəni, demokratik ölkə var? Türkiyə qədər qonaqpərvər, ev sahibi kimi müəyyən məsələlərə təsir göstərmək imkanı olan ölkə yoxdu ki. Amma bunu nəzərə almırlarsa, deməli, problemlər başqa yerdə axtarılmalıdı. Bəs Məsut Özilə qarşı irqçiliyi niyə qeyd etməyiblər? Özil irqçiliyə görə yığmadan getdi. Bu, tam bilinən bir şeydi. Odu ki, həmin qərarda Türkiyəyə qarşı ədalətsizlik edilib”.
Halim Fıçıcı (“Qəbələ” Futbol Akademiyasının məşqçisi): “Hər kəs həqiqətin necə olduğunu bilir. Siyasi bir olay idi. Avropada Türkiyəni sevmirlər. Mən siyasi bir qərar olduğunu düşünürəm. Bu üzdən AÇ-ni Türkiyəyə vermədilər. Yoxsa azarkeş baxımından heç də Almaniyadan geri qalmırıq. Stadionların keyfiyyəti də mükəmməldi. Sadəcə, səsvermə siyasi düşüncəylə edilib. Təsəvvür edin, 16 nəfərdən yalnız 4-ü bizim lehimizə səs verib. Arada böyük bir fərq var. Bilmirəm, niyə belə edilir, nəyə əsasən dəyərləndirilir?! Almaniyada Məsut Özilə qarşı edilən irqçiliyi bütün dünya gördü. Bunlar haqda heç danışmırlar. Türkiyədə hər hansı bir problem də yoxdu. Nədən verilmədiyi heç bəlli deyil. Odu ki, bunun səbəbini sırf siyasi baxışla əlaqələndirərdim. İnsan hüquqları? Avropalılar mühacirləri qəbul etmirlər, Türkiyədə isə qaçqınların sayı 5 milyondu. İnsan haqları deyirlərsə, niyə qapılarını mühacirlərin üzünə bağlayırlar? İnsan haqqını düşünürsənsə, mühacirləri qəbul elə. Türkiyə insanlar ölməsin deyə sərhədlərini açır. Onlar niyə açmırlar? Müqayisə aparsaq, uzun sürər. Bu üzdən qərarı siyasi cəhətdən dəyərləndirmək olar. Özlərində olanları görmürlər, Türkiyədə nəsə olan kimi hadisələri böyüdürlər. Mənim anladığım budu. Türkiyə ildə 35 milyon turist qəbul edir. İstər otellərində, istər stadionlarında heç bir problem yoxdu. Fikrimcə, ölkəmiz hər şeyi ilə bu dəqiqə mükəmməldi. Türkiyə AÇ-ni haqq etmişdi, verilməliydi. Almaniya bundan öncə iki dünya, bir Avropa çempionatına evsahibliyi edib. Bu turniri indiyədək keçirməyən ölkəyə verin də. Niyə vermirsiz? Bunlar siyasi məqamlar olduğu üçün təşkilatçılığı bizə vermirlər. Qətərə dünya çempionluğunu pul qarşılığında verdilər. Qətər pul ödəyib, DÇ-ni aldı. Yoxsa mümkün deyildi. Türkiyəyə yazıq oldu, vəssalam. Çox istəyərdim ki, AÇ ölkəmizdə keçirilsin. ÇL-in finalını, Avropa Superkubokunu vermisənsə, qitə birinciliyində niyə belə addım atırsan? Sırf siyasi qərardı. Dediyim kimi, bizdə olan xırda şeyləri böyüdürlər, özlərində olan böyük problemləri isə görmürlər. Türkiyəni Avropa Birliyinə niyə qəbul etmirlər? Səbəbini hər kəs bilir. Bundan sonra da qəbul etməyəcəklər. Bizim üçün Avropa və dünya çempionatları artıq xəyal kimidi. Bununla belə, düşünürəm ki, Türkiyə bu yolda axıra kimi davam edəcək, hər iki nəhəng turnirə evsahibliyi etməyi yenə də istəyəcək. Çünki infrastuktur baxımından Türkiyə bunu haqq edir. Gün gələcək, siyasi vəziyyət dəyişəcək və ölkəmiz haqq etdiyini alacaq”.
Əmrah Çəlikəl (“Qarabağ”ın direktoru): “Əlbəttə, hamımız istəyərdik ki, ev sahibi hüququ Türkiyəyə verilsin. Lakin bu baş vermədi. Təbii, müəyyən səbəbləri ola bilər. Ancaq mən inanmıram ki, bunun siyasi tərəfi olsun. Bildiyim qədər bəzi çatışmazlıqlar üzündən Almaniyaya verildi. İnanıram ki, Türkiyə göstərilən çatışmazlıqları tez bir zamanda aradan qaldiracaq və bir sonrakı yarışlara evsahibliyi etmək hüququna sahib olacaq”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 15:54 Cenk Tosun Aleksi Hacidən üstün sayır Bu gün, 15:46 “Ayntraxt”ın izi ilə Gəncədən ABŞ-a Bu gün, 15:16 “Rəcəbovun qaytarılması məntiqəuyğun olmazdı” Bu gün, 15:13 Teymur şahmatı stolüstü tennisə dəyişib Bu gün, 15:11 Messi Anrinin gözünün içinə baxa bilmirmiş Bu gün, 10:42 "Keşlə" yardım payladı Dünən, 20:43 “CBC Sport” Olimpiada ilə bağlı film təqdim edəcək Dünən, 20:34 “Qəbələ”dən daha bir statistika Dünən, 20:23 Barselona qəhrəmanı kövrəldi... Dünən, 20:20 Saxtakar dünya çempionu... Dünən, 20:18 Yığma üzvü karantindən evə buraxıldı Dünən, 20:14 Robbenin xanımı koronavirusdan qurtuldu Dünən, 20:08 AÇ-nin ev sahibləri dəyişəcəkmi? Dünən, 20:04 Klopp Maneni ilk görüşdə kimə bənzədib? Dünən, 12:27 Karantin Ruslanın “başına oyun açıb” Dünən, 12:11 AİJF Baş nazirə müraciət etdi Dünən, 12:06 “9 aydan sonra doğuş sayında inanılmaz artım yaşansa, təəccüblənmərəm” 8-04-2020, 21:12 Teymur Rəcəbov 100 min dollar ziyana düşüb 8-04-2020, 21:09 Fərid Qayıbov payızı nişan verdi 8-04-2020, 20:59 Yaşar Vahabzadəni bu gün hamıdan tez nəvəsi təbrik edib 8-04-2020, 16:03 Mourinyo və oyunçular parkda məşq etdi 8-04-2020, 15:59 Terim koronavirusdan qurtuldu! 7-04-2020, 22:15 Belarus çempionatında futbolçular nə qədər qazanır? 7-04-2020, 21:54 Koronavirus Qvardiolanın anasını öldürdü 7-04-2020, 21:50 Rusiya və Qətər mundialı pulla alıb? 7-04-2020, 21:40 “Düzdü, stadiondakı effekti vermir, ancaq özümü yora bilirəm” 7-04-2020, 21:28 “Qarabağ” boş dayanmır 7-04-2020, 21:19 “Doğulduğum Təbrizdə də vəziyyət ürəkaçan deyil” 7-04-2020, 21:07 Kimdi günahkar? 7-04-2020, 20:51 Evdə qal, yemək bişir! 7-04-2020, 15:17 Arif Rəhimov dəqiqliyin tərəfdarıdı 7-04-2020, 15:11 Klublarda qeyri-müəyyənlik davam edir 7-04-2020, 15:07 Azarkeş qrupları imkansızları sevindirməkdə davam edir 7-04-2020, 15:02 “Zaqatala”dan örnək addım 6-04-2020, 17:24 AGİN yığmalar üçün toplanış təşkil etməyi düşünür 6-04-2020, 17:14 Obradoviçlə Velebit gedib, Lippert Bakıdadı 6-04-2020, 16:53 FİFA yaş limitini artırmağı zəruri sayır 6-04-2020, 16:43 UEFA: milli çempionatlar sona çatdırılmalıdı! 6-04-2020, 16:40 “Barselona”ya qayıdıb yeni səhifə açmaq istəyirəm” 6-04-2020, 16:30 Karius FIFA-ya şikayət etdi 6-04-2020, 16:25 “Heç kim hadisələrin necə inkişaf edəcəyini bilmir” 6-04-2020, 16:20 Tramp da videokonfrans keçirdi 6-04-2020, 16:13 Xabib – Toni dueli 5-ci cəhddə də baş tutmadı 6-04-2020, 16:09 Türkiyəyə futbol nə vaxt “qayıdacaq”? 6-04-2020, 14:49 "Qəbələ" tarixindəki 78 penaltidən 61-ni qola çevirib 6-04-2020, 14:46 "Qəbələ": 546 oyun, 41 kapitan 5-04-2020, 11:22 Fonda daha hansı klub pul köçürəcək? 5-04-2020, 11:01 Koronavirusun öyrətdiyi ...onlayn məşqlər 3-04-2020, 21:40 “Ağsu Siti” də kampaniyaya qoşuldu 3-04-2020, 21:36 Bir daha Çingiz İsmayılova ayrılan yardım haqda 3-04-2020, 21:30 Riad Rəfiyev “asan yol” arzulamır 3-04-2020, 21:21 “Sumqayıt” 40 həmvətənimizi himayəyə götürdü 3-04-2020, 20:55 Avanürist ideya: yarımfinal bir oyundan ibarət olsun! 3-04-2020, 20:35 “Old Wolf”u üç futbolçu təbrik edib 3-04-2020, 20:32 Elvin Bakıdadı, Fərid Çexiyada məşq edir 1-04-2020, 19:25 Altay Əliyev və övladları Prezidentin çağırışına qoşuldu 1-04-2020, 19:09 "Sabah"dan sabahımız üçün jest Bütün xəbərlər
Ən çox oxunanlar