25 sen 20:10gundem

“Sportinq”ə məğlubiyyəti şərtləndirən səbəblər

“Sportinq”ə məğlubiyyəti şərtləndirən səbəblər
Fərdi səhvlər olmasaydı…
Hələ qrup mərhələsinin püşkü atılanda “Qarabağ”ın pley-off şansının elə də çox olmadığını bilirdik. Ağdamlılar “ölüm qrupu”na düşdü desək, yanılmarıq. Rəqiblərdən ikisinin “Arsenal”la “Sportinq” olması belə deməyə əsas verirdi. “Vorskla”nı da siyahıdan silmək düzgün olmaz. Ukraynalılardan rahat 6 xalı qoparacağımızı əminliklə söyləmək çətindi. Bu komanda “Arsenal”la səfər görüşündə 2 qol vurmağı bacarıbsa, deməli, ehtiyatlanmağa dəyər. Ancaq bir məsələ də var ki, ilk turdan öncə “Sportinq”i 2-ci yer uğrunda mübarizədə təmsilçimizə əsas rəqib sayırdıq. Yəni “Qarabağ” Avroliqanın 1/16 finalına adlamaq istəyirsə, Lissabon təmsilçisini turnir cədvəlində qabaqlamalıdı. “Arsenal”ın qrup lideri olacağı şübhə doğurmadığından, əsas diqqətimiz ikinci yer uğrunda mübarizəyə yönəlmişdi. Düzdü, ötən mövsüm “Qarabağ”ın ÇL-in qrupundakı rəqibləri bilinəndə “Çelsi”nin ilk yeri tutacağı proqnozlaşdırılırdı. Sonda qrupun lideri “Roma” oldu. Bu il də oxşar ssenarinin şahidi olacağımız istisna deyil. Ancaq reallıqları nəzərə alsaq, çətin ki, “Sportinq” turnir cədvəlində “Arsenal”ı qabaqlasın. Məhz bu üzdən “Qarabağ”ın 1/16 final yolunda əsas rəqibi kimi portəgizlərin göstərilməsi normaldı. Bu mübarizədə isə Lissabondakı matçın əhəmiyyəti böyük idi. Təəssüf ki, “köhlən atlar” vətənə xalla qayıda bilmədi. Məğlubiyyətin səbəblərinə birlikdə nəzər salaq.
Başlanğıc
Təbii, “Sportinq”lə “Qarabağ”ı tərəzinin eyni gözünə qoymaq düzgün olmaz. Lissabon klubu təcrübəsi, heyəti ilə “köhlən atlar”ı xeyli qabaqlayır. Elə təkcə kapitan Luiş Naninin adını çəkmək kifayət edir. Sadəcə, “Joze Alvalade”dən əlidolu dönmək üçün “Qarabağ” “boyundan yuxarı tullanmalı” idi. Necə ki, “köhlən atlar” ötən mövsüm “Atletiko” ilə oyunlarda bunu bacarmışdı. Özü də ispanlarla müqayisə aparsaq, “Sportinq”dən xal almaq daha asan görünürdü. Təbii, heyət problemi də “Qarabağ”ın əleyhinə işlədi. Dani Kintana artıq xeyli müddətdi komandaya kömək edə bilmir. Simeon Slavçev özü “Sportinq”ə qarşı oynamaq üçün alışıb-yansa da, zədə ona mane oldu. Bolqar yarımmüdafiəçinin məhz Lissabon təmsilçisindən Ağdam klubuna transfer olunduğunu xatırladaq. Yəni Slavçevin portəgizlərə qarşı oynamaq üçün aşırı istəyi məhz burdan irəli gəlirdi. Rəşad Sadıqovun adı “18-liy”ə salınmamışdısa, Miçel zədədən yeni döndüyü üçün ehtiyatda idi. Bir sözlə, itkilər fonunda Qurbanov ən yaxşı “11-liy”i meydana buraxmışdı. Həmçinin baş məşqçinin “Sportinq”i yaxşı öyrəndiyini də qeyd etməliyik. İlk hissədə sərgilənən oyun belə deməyə əsas verir. Monteronun dabanla vuruşunu nəzərə almasaq, rəqibin real qol imkanı olmadı. Düzdü, üstünlük portəgizlərdə idi, lakin bu, təhlükəli vəziyyətlərin saysız-hesabsız olması anlamına gəlmirdi. Əksinə, İnnosent Emeqaranın əla fürəsti qaçırdığını da unutmamalıyıq. Bir sözlə, “Qarabağ” ilk yarıda yetərincə yaxşı çıxış etdi. Hətta “köhlən atlar”ın Portuqaliyadan xalla dönəcəyinə də ümid edirdik.
Fərdi səhvlər
“Sportinq”in ilk qolunu daha çox rəqib oyunçuların ustalıq səviyyəsi ilə bağlamaq lazımdı. Düzdü, Nani qol ötürməsini komandasının ən yaxşılardan biri olan Vild-Donald Geryenin cinahından etdi. Ancaq nə mərkəz müdafiəçiləri, nə də Rafinyanın qarşısını kəsməyə borclu olan Maksim Medvedev qola mane ola bildi. İkinci qol isə sırf Bədavi Hüseynovun səhvindən sonra vuruldu. Yığma üzvünün həmin an nə etmək istədiyini anlamaq çətin idi. Onsuz da Bədavi zədədən dönəndən sonra əvvəlki oyunu sərgiləyə bilmir. Ötürmə səhvləri, hücum başlaya bilməməsi, tez-tez qapıçını “yada salması” Hüseynovun mənfiləridi. Onun ən üstün cəhəti təhlükəni sovuşdurmaq və başla oynamaq bacarığıdı. Ancaq sırf qol epizodundan söhbət gedirsə, Bədavi həmin an bir neçə fərqli qərar verə bilərdi. Ya topu auta çıxarar, ya qapıçıya ötürmə edər, ən pis halda rəqib topu ələ keçirdikdən sonra qayda pozuntusu ilə hücumun qarşısını kəsərdi. Lakin müdafiəçi bunların heç birini etmədi, rəqibin topu ələ keçirməsinə mane ola bilmədi və nəticədə “Qarabağ” qapısında ikinci qolu gördü. Təbii, müdafiədəki səhvləri vurğulayırıqsa, hücumdakı yanlış qərarları da qeyd etməliyik. Emeqara ikinci hissədə də qapıçı ilə üzbəüz qalsa da, fərqlənməyi bacarmadı. Onsuz da özündən güclü rəqiblə oyunda qol imkanın elə də çox olmur. Düzdü, Emeqara çox çalışdı, pressinq tətbiq etdi, bəlkə də meydanda ən çox hərəkət edənlərdən biri idi. Ancaq iki dəfə təkbətəki dəyərləndirməmək hücumçunun qiymətini aşağı salır. Mahir Mədətov haqda isə danışmaqdan yorulmuşuq. “Potensialı var” dediyimiz oyunçu bir rəqibini keçə bilmir, əksər hallarda topu arxası rəqib qapısı istiqamətində qəbul edir, mərkəzə meyillənir və itirir.
Əvəzetmələr
Qurbanovun əvəzetmələrindən biri məcburi idi. Maksim zədələndiyi üçün yerini Abbas Hüseynova buraxdı. Miçel zədədən yeni dönsə də, Qurbanov onu döyüşə atdı. İspan yarımmüdafiəçi irəliyə doğru bəzi dəqiq ötürmələrlə yadda qaldı. Həmçinin onun top saxlamaq bacarığı da var. Ancaq bir qədər ağır olduğu dərhal görünürdü. Abdulla Zubir isə, ümumiyyətlə, oyuna qoşula bilmədi. Onun əvəzlənməsi doğru qərar idisə, Araz Abdullayev meydana çıxandan sonra qeyri-adi heç nə ilə yadda qalmadı. Bəlkə də Maksim zədələnməsəydi, Qurbanov Mahiri də meydandan alacaqdı. Belədə Con Delarj sona qədər ehtiyatda qalmayacaqdı. Hər halda, Qurbanovun əvəzetmələrinin ciddi fərq yaratdığını demək olmaz. Maraqlıdı ki, Qurban bəy rotasiyalarla bağlı ona ünvanlanan “ilk qoldan sonra komandada eniş yaşandı. “Sportinq” qarşısında tab gətirmək mümkün olmadı, yoxsa baş məşqçi kimi oyuna müdaxilə edə bilmədiz” sualını belə cavablayıb: “Bu cür sual gözləməzdim. Rəqibi yaxşı təhlil edib, oyuna yaxşı hazırlaşmışdıq. Qollar texniki səhvlərdən vuruldu. Bu gün də şahidi olduz. Hücum xəttində dəyişiklik etmək istəyirdim. Maksimin gözlənilmədən zədələnməsi bunun qarşısını aldı. Hər şey heç də düşündüyünüz kimi deyil”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar