21 sen 22:52gundem

Sabiqlər yerli sədrin tərafdarıdı

Sabiqlər yerli sədrin tərafdarıdı
Orucəli Durmuşov: “Necə ki, Foqts, Prosineçki milyonlar qazanıb getdilər, Stuxlik də elə olacaq”
Gülağa Cabbarov: “Həm hakimlikdə, həm də vaxtilə rəhbəri olduğum komitədə işlər yolunda getmirdi”

Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsinin birləşdirilməsinə sabiq hakimlərin reaksiyasını öyrənmişdik. Bu dəfə sabiq inspektorlara tribuna vermək qərarına gəldik.
Orucəli Durmuşov Əli Hüseynovun bacarıqlı sədr olduğunu, onun yeni komitəyə də rəhbərlik edə biləcəyini deyir. Avstriyalı Frits Stuxlikə isə güvənmir və onun Foqts, Prosineçki kimi Azərbaycana qazanc dalınca gəldiyini, “cibini doldurduqdan” sonra qaçıb gedəcəyini düşünür: “Komitələr çoxdan, hardasa 5 il əvvəl birləşdirilməli idi. Vaxtında bunu həyata keçirsəydilər, özümüzkülərdən kimsə onun rəhbəri ola bilərdi. Bilmirəm, xəbəriniz var, ya yox, komitələrin birləşməsi əvvəl tövsiyə edilirdisə, artıq beynəlxalq qurum bunu AFFA-dan tələb edib. Bildiyimə görə, bizi hətta cərimə və 5 illik cəza gözləyirmiş. Nəticədə üç gün ərzində hər şeyi həll etdilər, həm sədrləri çıxardılar, həm də əcnəbi mütəxəssisi gətirdilər. Frits Stuxliklə “Qarabağ” – “Sumqayıt” oyununda tanış oldum. Keçmiş referidi, orta səviyyəli hakim olub. Bizdə eləsi çoxdu: Asim Xudiyev, Tahir Süleymanov, İmanxan Sultani… Mətbutdan oxuyuram ki, ölkəsində 1 milyon avronu mənimsəməkdə ittiham olunur. Öz federasiyasına “atan” gör Azərbaycanın nə qədər pulunu yeyəcək. Nəticə isə olmayacaq. Necə ki, Foqts, Prosineçki milyonlar qazanıb getdilər, Stuxlik də elə olacaq. Yaxşı, 2-3 hakimlə ingilis dilində ünsiyyət saxlaya biləcək, bəs başqaları? Eşitdim ki, burdakı işini öyrənmək, hakimləri tanımaq üçün 2-3 həftə vaxt istəyib. Onda inspektor və nümayəndələrə bələd olmaq üçün Stuxlikə iki ay lazım gələcək. Beləliklə, “kvartal” başa çatacaq. O bura qazanmaq üçün gəlib, Azərbaycan hakimliyini inkişaf etdirməyə yox.
Xaqani Məmmədov sədr vəzifəsinə yaraşmırdı, çoxdan getməliydi, Əli Hüseynov isə işləyən adam idi. Hüseynovda düzgünlük, hökm var idi. Yuxarıdan işinə qarışan olmasaydı, idarəçiliyi bacarırdı. Xaqanini hamı yaxşı tanıyır, keçmişinə hər kəs bələddi. Mən onu “bandit” sayıram. Düzdü, Əli Hüseynov onun kimi hakim olmayıb, ancaq düzgünlükdə, ədalətdə, idarəçilikdə bu iki şəxsi müqayisə etmək qüsurludu.
Məni yeni komitəyə üzv dəvət etsələr, təmənnasız çalışmağa hazıram. SSRİ-nin güclülər dəstəsində 120 oyun idarə etmişəm, postsovet məkanında tanınan hakim olmuşam. Amma çətin ki, məni ora dəvət etsinlər. Çünki məni istəmirlər, çəkinirlər. Həmişə sözü üzə deyən olmuşam. Bütün toplantılarda durub problemləri, rəhbərliyin səhvlərini deyirdim. Prinsipə çıxardılar məni, 180 manat “ağzıma atdılar” ki, dinməyim. Hakimlikdən 2, inspektorluqdan 6-7 il tez getmişəm. Məndən başqa, köhnələrdən Rüstəm Rəhimov, Asif Namazov da komitədə ola bilər. Son illər hakimlik geri gedib. Bir Əliyar Ağayev fəxr yerimizdi. Əliyar məndən də, Rüstəmdən də irəli gedib. Özümüzküdü, buna çox sevinirik. Xaqani “onu mən yetişdirmişəm” deyirdi. Halbuki biz tərəfdən, Suraxanı hakimlik məktəbindən çıxıb. Atası Kərimi mən yetişdirmişəm, o da balasını yetişdirib”.
Əli Hüseynovun sələfi Gülağa Cabbarov Stuxlikin işini yerli mütəxəssislərdən kiminsə görə biləcəyini düşünür, amma İcraiyyə Komitəsinin qərarına hörmətlə yanaşmağın vacib olduğunu deyir: “FİFA-nın məlum konvensiyası son 10-12 ili əhatə edir. Artıq dünyanın əksər ölkələri bu prinsiplə işləyir. Bəlkə də komitələri birləşməyən sonuncu ölkə idik. Mənim üçün sürpriz qərar olmadı. Xaqani Məmmədovla Əli Hüseynovun sədr vəzifəsindən çıxarılıb yerinə avstriyalı mütəxəssisin dəvət olunması İcraiyyə Komitəsinin qərarıdı, bunu da normal qəbul etmək lazımdı. Necə ki, mən bir neçə il əvvəl İK-nın qərarı ilə Hakim-İnspektorlar Komitəsinin sədrliyindən göndərilməyimi sakit qarşıladım. İki komitəyə yerli mütəxəssisin təyin olunması mümkün idimi? Niyə də olmasın?! Tofiq Bəhramov, Eldar Əzimzadə və onların davamçıları olub və indi də var. Özümü başa düşəndən, futbolu sevəndən bu sənətdəyəm. Sədrlikdən gedəndən sonra inspektorluqdan da imtina etdim, bir daha inspektor olmayacağıma söz verdim. Komitədə işləməyə gəlincə, belə qərarları mən vermirəm. Özüm öz namizədliyimi verə bilmərəm axı. Bir onu deyə bilərəm ki, son 8-10 ildəki metodiki sənədlərin böyük əksəriyyətini mən hazırlamışam. Məncə, elə bu fakt çox şey deyir.
Son iki ildə bu sahədə deyildim, başverənləri azarkeş kimi izləyirdim. Hakimlik və vaxtilə rəhbərlik etdiyim komitənin işi ilə bağlı danışmağım etik cəhətdən düzgün olmaz. Hər kəs kimi mən də görürdüm ki, problemlər var. Dərinə gedə bilmərəm, təhlil etmək üçün işin içində olmalısan. Amma ümumi görünürdü ki, həm hakimlikdə, həm də vaxtilə rəhbəri olduğum komitədə işlər yolunda getmirdi, narazılıqlar var idi. Ümid edək ki, bundan sonra hər şey daha yaxşı olacaq”.
MİRAĞA
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq Bu gün, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib Bu gün, 20:01 Çempion və mükafatçı qələbəylə başladı Bu gün, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri Bu gün, 19:50 Qələbəyə mane olan səbəblər Bu gün, 19:48 Mahirə çıxış yolları göstərdilər... Bu gün, 19:45 Maltalılar bayram edir Bu gün, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? Bu gün, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı Bu gün, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır Bu gün, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü 14-10-2018, 16:02 Vaqif Sadıqovla Şakir Qəribov U-21-i tək qoymadı 14-10-2018, 16:00 “Araz” “Liman”a “bərk çırpıldı” 14-10-2018, 15:57 “Həmişə milliyə dəvət alıb, oynamağı düşünürdüm” 14-10-2018, 15:54 Üçgünlük səfər, hər gün üçün bir qol 14-10-2018, 15:51 Mütəxəssislər oyunu yox, nəticəni qabartdı 14-10-2018, 15:47 Kiril Petrov ilk dövrədən razıdı 12-10-2018, 22:56 Vüqar Əsgərli U-19-un çıxışını dəyərləndirdi 12-10-2018, 22:54 “Uğur” Region Kubokunda zəif heyətlə oynayıb 12-10-2018, 22:53 Atilla Türkiyədə keçirdiyi 7 mövsümü itirilmiş sayır 12-10-2018, 22:51 “Sumqayıt” Orxan Əliyevlə gücləndi 12-10-2018, 22:50 Kobaxidze bərpa dövrü keçir, Vasin isə meydana çıxmağa can atır 12-10-2018, 22:48 Çəlikəl akademiyanın məşqçiləri ilə nələri müzakirə edib? 12-10-2018, 22:27 Rusiyalı hakimlər obyektivlikdən kənara çıxmadı 12-10-2018, 22:25 Bebek 5-ci dəfə Bakıya gəlir 12-10-2018, 22:25 Maltanın baş məşqçisi və qapıçısı nikbindi 12-10-2018, 21:51 Yığma üzvlərinin qiymətləndirməsi Bütün xəbərlər
Ən çox oxunanlar