20 sen 21:56gundem

“1982-ci il” ilə Lissabona 7 saatlıq səfər

“1982-ci il” ilə Lissabona 7 saatlıq səfər
Kintana Gerye ilə məzələndi, “Bavariya” azarkeşləri “Qarabağ”a uğur arzuladı
Sentyabrın 18-i, hələ “Qarabağ”lıları səfərə aparmalı olan təyyarə havaya qalxmamış hava limanında bəzi maraqlı məqamlarla rastlaşdıq. Məsələn, kluba məxsus “yeriyən” soyuducuların üzərinə yapışdırılan Çempionlar Liqasının o məşhur loqosu hər nə qədər gözəgəlimli görünsə də, təmsilçimizin ardıcıl iki il bu mötəbər yarışın qrup mərhələsində çıxış edə bilmədiyini düşünəndə qan qaralırdı. Dünyadakı bütün klublarda olduğu kimi, “Qarabağ”da da “hərənin öz adamı” prinsipi aktullığını qoruyub saxlamaqdadı. Məsələn, ispanlar – Dani Kintana ilə Miçeli ayrılmaz cütlük saymaq olar. Simeon Slavçev fiziki hazırlıq üzrə bolqar məşqçi və Ansi Aqolliyə yaxınlığı ilə seçilirdi. Mahir Mədətov Maksim Medvedevə, Bədavi Hüseynov Şahruddin Məhəmmədəliyevə bir addım yaxın idi. Kapitan Rəşad Sadıqov isə hamıyla söz yoldaşı olmağa vaxt tapırdı. Qısası, səfəröncəsi görməyə alışdığımız mənzərə. Hə, az qala yadımdan çıxacaqdı. Gözləmə zalında AFFA-da, ümumiyyətlə, futbol sektorunda çalışanlardan kimisə görməməyimiz də təəccübümə səbəb oldu. Ağasəlim Mircavadov, Vaqif Sadıqov, İsgəndər Cavadov – adətən, yığma və klublarla səfərə yollanan adı çəkilənlərdən heç biri Portuqaliyaya getməyə ehtiyac görməmişdi.
Təyyarənin salonuna daxil olanda o boyda nümayəndə heyətini Bakıdan Lissabona aparmalı olan “hava gəmisi”ni orta əsrlərdən qalma eksponata bənzətməyim səbəbsiz deyilmiş. Stüardessa ilə söhbətdə vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu öyrənirəm. Deməli, AZAL-ın “Qarabağ”a rəva gördüyü 180 nəfərlik təyyarə 1982-ci ildə zavoddan çıxıb. Aşağı-yuxarı mənimlə həmyaşıddı, bir çoxunuzdan yaşda böyükdü. 36 ildi havada qanad çalan dəmir parçası bir neçə dəfə təmir olunub, rənglənib, salonu yenilənib. Amma köhnədi ki köhnə. Köhnəyə xas qoxunu yox etmək mümkün olmayıb. Öncədən havaya 19.00-da qalxacağımız haqda məlumat verilsə də, pilotun təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə görməsi üçün əlavə yarım saata ehtiyac duyması yubanmağımıza səbəb oldu. 19.34-də artıq Binə qəsəbəsinə yuxarıdan baxırdıq.
7 saat nələr çəkdiyimizi bir Allah bilir, bir də həmin vaxt göydə olanlar. Vaxt getmək bilmir. Kimi yatır, kimi bilgisayarda film izləyir, kimi yazı-pozu ilə başını qatır. Mənim kimi bir yerdə oturmağa hövsələsi olmayanlar isə qolundakı saatı çıxarıb göyün yeddinci qatından yerə atmağa hazırdı. Qurban Qurbanov iki dəfə jurnalistlərin yer aldığı salona yaxınlaşıb, hal-əhval tutdu, bir-iki kəlmə danışıb getdi. Rəşad Sadıqovla Vild-Donald Gerye sağ olsunlar, darıxmağa imkan vermirdilər. Futbolda rastlaşdıqları maraqlı əhvalatlardan danışır, hətta mənim belə heç vaxt eşitmədiyim hadisələri nəql edirdilər. Geryenin bir müddət öncə rəhmətə gedən qızı haqda xatirələrini bölüşərkən göz yaşlarına hakim ola bilməməsi hər nə qədər təsiredici an idisə, Dani Kintananın üzünü Geryeyə tutub “yığmanız rəqib qapısından 13 top keçirir, sən 1 qol vura bilmirsən” deməsi yumorun zirvəsi idi. Qısası, 7 saat boyunca təyyarədə gördüklərimə əsasən deyə bilərəm ki, ağır səfər oyununa çıxacaq “Qarabağ”lılarda həyəcan yoxdu. “Sportinq”in gücünə bələd olduqlarından, məğlubiyyətin dünyanın sonu sayılmayacağını bilirlər. Ona görə də sakitdilər.
Düz 7 saatdan sonra, Bakı vaxtı ilə saat 02.26-da Lissabona endik. Jurnalistləri qarşılayan avtobus köhnə asfaltlı və dar yollarla bizi “3K EUROPA” otelinə çatdıranda saat 03.15-i göstərirdi.
Dünən günorta saatlarında 3-4 saat da olsa, Lissabonun mərkəzində gəzmək imkanını əldən verməmək hər nə qədər turist marağının yaratdığı istək idisə, bir o qədər də “Sportinq” – “Qarabağ” qarşılaşması ərəfəsində paytaxtda yerli azarekşlərin oyuna nə dərəcədə ciddi yanaşdığını gözlərimlə görmək istəyirdim. O qədər vaxt ərzində şəhərdə nə hansısa afişaya rast gəldim, nə də “Sportinq” formasında fanatlara. Əvəzində “Benfika” və “Bavariya”nın futbolkasında gəzənlər adamın əl-ayağına dolaşırdı. Bildiyiniz kimi, dünən Çempionlar Liqasında bu komandalar arasında görüş baş tutdu. Artıq günorta saatlarından etibarən şəhərdə alman azarkeşlərə rast gəlmək mümkün idi. “Burger King”də rastlaşdığım cütlük Azərbaycandan olduğumu və “Qarabağ”ın “Sportinq”lə qarşılaşacağını bilincə, arzularını dilə gətirdilər: “Biz ”Benfika”nı, siz də “Sportinq”i məyus edərsiz. Və beləcə, hərə öz vətəninə xoş əhval-ruhiyyədə qayıdar”.
HƏBİB, Bakı - Lissabon
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-10-2018, 14:55 “Sumqayıt”dan ayrılan məşçinin cəzası və cəriməsi yarıbayarı azaldıldı 19-10-2018, 14:53 Mirheydər Səfiyev “nala-mıxa vurdu” 19-10-2018, 14:49 Hakimin burnunu sındıran baş məşqçi cəzalandı 19-10-2018, 14:46 Sənan Qurbanov “Neftçi”ylə oyuna dönüş nöqtəsi kimi baxır 19-10-2018, 14:24 Qurban Qurbanova yönələn iradlar haqlıdımı? 19-10-2018, 14:17 “Qarabağ”ın yığma ilə bağlı paylaşımı birmənalı qarşılanmayıb 19-10-2018, 14:14 Mahir sosial şəbəkələrdən istifadə etmir 19-10-2018, 14:12 Rüfət Dadaşov Prosineçkinin addımını axmaqlıq sayır 19-10-2018, 14:02 Futbolçu “Kəpəz”in baş məşqçisini döyüb? 19-10-2018, 14:00 “Böyüklər” yekun vuracaq, “birincilər” başlayacaq 19-10-2018, 13:58 “Neftçi” 1 qolla zirvəyə yüksəldi 19-10-2018, 13:56 Emin Mahmudov "Qəbələ"ni təhlükəli rəqib sayır 19-10-2018, 13:55 AFFA 4 xalı 40 min manatla mükafatlandırıb? 19-10-2018, 13:53 U-21 tsikli səfər xalı ilə bitirdi 19-10-2018, 13:51 “Qarabağ”ın oyununa cəmi 7000 bilet satılıb 19-10-2018, 13:50 Bolqar hakim yaxşı qiymət alıb 18-10-2018, 20:04 AFFA hakimə kəllə atan “Laçın”ın məşqçisini cəzalandıracaq 18-10-2018, 20:03 Mirheydər Səfiyevin istədiyi məbləğ AFFA-nı heyrətləndirib 18-10-2018, 20:01 Çempion və mükafatçı qələbəylə başladı 18-10-2018, 19:52 Qurban Qurbanovun “cırtdan”a qarşı gedişləri 18-10-2018, 19:50 Qələbəyə mane olan səbəblər 18-10-2018, 19:48 Mahirə çıxış yolları göstərdilər... 18-10-2018, 19:45 Maltalılar bayram edir 18-10-2018, 19:39 "Sektor 11" BOS-da niyə varlığını göstərmədi? 18-10-2018, 19:37 Vaxtilə məhbus həyatı yaşayanlar Kokorinlə Mamayevdən danışdı 18-10-2018, 19:34 Erkin İbrahimov Skandinaviyaya aparmaq üçün futbolçu axtarır 18-10-2018, 19:30 AÇ-2020 ilə bağlı tədbir 16-10-2018, 18:25 “Araz”ın uğursuzluğu Zaur Axundovu qəzəbləndirməyib 16-10-2018, 18:22 U-13 liqasında “Laçın”ın baş məşqçisi hakimin burnunu qırdı 16-10-2018, 18:21 Stuxlik Xaqani Məmmədovu “kəsib”? 16-10-2018, 18:19 Ramil Şeydayev topdaşıyan rolunda 16-10-2018, 18:18 Malta ayağımızın altını qazdı 16-10-2018, 18:15 Haşımov Bebeki bəyənib 16-10-2018, 18:14 “Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı” 16-10-2018, 18:11 AFFA üçün sponsorluq müqaviləsi 16-10-2018, 18:09 "Neftçi" “parçalandı”, “ağlar” qalib gəldi 16-10-2018, 18:08 Kvaratsxeliya konfransı açıq elan etmək hüququna malikdi 16-10-2018, 18:07 Yığma üzvlərinin qiymətləndirməsi 16-10-2018, 18:04 Həftənin idman proqramı 16-10-2018, 18:03 Xal itirməyən iki komanda qaldı 16-10-2018, 18:01 “Keşlə” divizionun liderini darmadağın etdi 16-10-2018, 18:00 Yaxşı ki “Səbail” var… 16-10-2018, 17:59 Dadaşovlu “Eştoril” son anda xilas oldu 16-10-2018, 17:57 “Xəzər Lənkəran”a uduzduq… 16-10-2018, 17:56 “Sumqayıt”da Diaçenkonu həmyerlisi əvəzləyəcək 16-10-2018, 17:54 Samir Abasov sabiq komandasını üstələdi 16-10-2018, 17:52 “Xilə”yə “Royal Holding” sponsorluq edir 15-10-2018, 14:02 Sabah “Futbol+”də 14-10-2018, 16:36 Firdovsi Umudov proqnoz verməkdən çəkindi 14-10-2018, 16:33 Vüqar Nadirov “Baku City”ni atıb premyer-liqaya getməyəcək 14-10-2018, 16:31 Federasiya rəsmisi legionerlərsiz nəticə qazanmağın çətin olduğunu etiraf etdi 14-10-2018, 16:30 “Sumqayıt” 8 min manat cərimələnən məşqçisiylə yolları ayırdı 14-10-2018, 16:26 Yenilmək növbəsi Maltanındı! 14-10-2018, 16:24 “Milli dəstə” tarixinin ən bahalı səfərini gerçəkləşdirib 14-10-2018, 16:22 Olsen komandasının bəxtinin gətirmədiyini düşünür 14-10-2018, 16:07 Rəşad Sadıqov Renatı maya qədər yığmaya dəvət etməyəcək 14-10-2018, 16:04 Stuxlik hakimlərdən test götürdü Bütün xəbərlər
Ən çox oxunanlar