20 sen 03:21gundem

Alesio yığmanın heyətini bu gün açıqlayacaq

Alesio yığmanın heyətini bu gün açıqlayacaq
“Bu qarşılaşma bizim üçün əla test olacaq”
Xəbər verdiyimiz kimi, futzal yığmamız sentyabrın 23-də Qazaxıstanla yoldaşlıq oyunu keçirəcək. Bakı İdman Sarayında keçiriləcək oyun saat 16.00-da başlayacaq. Millnin heyəti bu gün keçiriləcək 2-ci turun oyunlarından sonra açıqlanacaq. Yığmanın baş məşqçisi Joze Alesio da Silva hazırlıq və oyun ilə bağlı Futzal Federasiyasının rəsmi saytına müsahibə verib.
- Qazaxıstanla oyunun hazırlığına nə vaxt başlayacaqsız?
- Sentyabrın 19-da yüksək liqada 2-ci turun oyunları keçiriləcək. Baş məşqçisi olduğum “Araz” “Xəzər Cənub”la qarşılaşacaq. Bildiyiniz kimi, rəqib komanda əsasən İrandan dəvət olunan legionerlərdən qurulub. Hazırda diqqətimizi bu oyuna yönəltmişik. Oyunu yekunlaşdırdıqdan sonra milli toplanışa başlayacaq. Sentyabrın 20-də bir yerə toplaşacağıq və Qazaxıstanla oyuna hazırlaşacağıq. Heyəti də turdan dərhal sonra açıqlayacağıq.
- Narahat olduğunuz məqamlar var?
- Rəhbərliyim altında milli ilk dəfə yerli çempionatda çıxış edən futzalçılardan formalaşacaq. Müəyyən problemlər olacaq. Çünki əvvəllər bu oyunçular Braziliyadan dəvət etdiyimiz futzalçılarla birgə oynayırdılar. Buna görə də meydanda anlaşma, bir-birini “sığortalama” baxımından problem yox idi. Hazırkı heyətin əksər üzvləri bir komandada çıxış etsələr də, çatışmazlıqlar olacaq. Ancaq müsbət məqam da var. Yerlilər özlərini sübut etməyə çalışacaqlar və daha istəkli olacaqlar. İstənilən halda, bu qarşılaşma bizim üçün əla test olacaq.
- Yığmanın qarşıdakı bir il ərzində heç bir rəsmi oyunu olmayacaq. Bunu nəzərə alsaq, yoldaşlıq görüşü komandaya nə qazandıracaq?
- FİFA-nın oyun “pəncərə”ləri var. Biz birinci “pəncərə”dən istifadə etmədik və yoldaşlıq matçı keçirmədik. Ancaq rəsmi oyunlar oldu-olmadı, bu cür qarşılaşmalara ehtiyac var. Ona görə də rəhbərliyə budəfəki fürsətdən istifadə etməyin lazım olduğunu bildirdim. Reytinq baxımından da vacibdi. Qarşıda hələ rəsmi oyunlarımız olmasa da, dekabr və yanvar aylarında beynəlxalq turnirlərə dəvət almışıq. Üstəlik, oyun təcrübəsinə hər zaman ehtiyac var. Bu görüş bizə ən azı beynəlxalq oyun təcrübəsi qazandıracaq.
- Millinin “Araz”dan ayrılan bir neçə üzvü İspaniya, Braziliya və Rusiya klublarında çıxış edirlər. Gələcəkdə onların xidmətindən yararlanmağı düşünürsüz?
- Onların güclü çempionatda oynamaları yaxşı haldı. Milliyə dəvət edib-etməyəcəyimlə bağlı indidən söz verə bilmərəm.
- Qazaxıstanla oyunu həm də bir növ “Araz”ın Çempionlar Liqasına hazırlığına kömək kimi qiymətləndirmək olarmı?
- Hər şeydən əvvəl bu, millinin oyunudu. Həm təcrübə qazanmaq, həm də reytinq xallarını artırmaq baxımından vacib görüşdü. Ancaq sualdakı məqamı gizlədə bilmərəm. Yığmanın sütununu “Araz”ın oyunçuları təşkil edir. Bu görüşün komandamıza az da olsa, köməyi dəyəcək. Çünki çempionatımız yeni başlayıb. Cəmi bir tur keçirilib, sabah (bu gün) isə ikinci turun oyunları olacaq. Bizə həmin vaxta qədər çox oyun keçirmək lazımdı ki, Çempionlar Liqasına necə hazırlaşdığımızı görək. Qazaxıstanla oyun çox çətin, ağır keçəcək. Braziliyalılarsız gəlsələr də, kifayət qədər güclü komandadı.
MİRAĞA hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Код:
Şifrə görsənmirsə yenilə
Введите код:

Son xəbərlər
Bu gün, 17:41 "Sperantsa" mətbuat katibini Bakıya gətirməyib Bu gün, 17:39 “Biz axmaq deyilik ki, meydanı sulayaq” Bu gün, 17:37 Bordini istənilən hesablı qələbə qane edəcək Bu gün, 17:33 “Qəbələ” vətənə qələbə ilə dönür Bu gün, 17:30 “Qəbələ”nin futbolçusu Çexiya klubunda Bu gün, 17:28 Sezar “Keşlə”də icarə əsasında oynayacaq Bu gün, 17:26 “Sumqayıt”a Türkiyədə Ukrayna və Rusiyadan futbolçular qoşulacaq Bu gün, 17:22 Yurçeviç hesabat verib? Bu gün, 17:19 Papure: “Sabah sizə göstərəcəm!” Bu gün, 17:13 “Səbail” möcüzə axtarışında, “Neftçi” üçün formal oyun Dünən, 15:43 Mirabdulla səfərdə qələbə qazanacaqlarına inanır Dünən, 15:40 “Səbail” bu gün yola düşür Dünən, 15:35 Azər Bağırov “Turan Tovuz”u çalışdıracaq Dünən, 15:33 Gerye “Qarabağ”ı aldatdı Dünən, 15:30 “İmarət”lə “Qarabağ Ordu”nun hərəsində 500 nəfər olacaq Dünən, 15:29 “Qarabağ” “Partizani”ni “Dalğa”da boğa biləcəkmi? Dünən, 15:27 Albaniyadan nə azarkeş gəlir, nə də jurnalist Dünən, 15:25 Lerda “Qarabağ”ın büdcəsini açıqladı Dünən, 15:20 “Qarabağ”da mərakeşli müdafiəçi Dünən, 15:18 “Zirə”nin həkimi Samir Abasova görə istefa verdi Dünən, 15:16 Bezotosnı Ukrayna mətbuatına danışdı Dünən, 15:14 “Zirə”dən növbəti transferlər Dünən, 15:07 Pərdisin keçidi yubanır, Sezar da gəlir Dünən, 15:02 “Sabah” Sumqayıtdan qalib döndü Dünən, 10:06 Həftənin idman proqramı Dünən, 10:01 “Sumqayıt 70”dən yubiley hədiyyəsi Dünən, 09:59 “Neftçi” – “Sperantsa”: hakimlər açıqlandı, biletlər satışa çıxarıldı Dünən, 09:56 "Forza Neftçi" bu gün Bakıya çatacaq Dünən, 09:54 Emil Balayev qol buraxmadı, rəmzi komandaya düşdü Dünən, 09:52 “Dauqavpils” Əli Şirinovu rənglərinə bağladı Dünən, 09:47 Stankoviç Kişinyovda oynamadığına görə üzgündü Dünən, 09:43 Yığmanın heyəti açıqlandı Dünən, 09:42 AÇ üçün rekord müraciət 15-07-2019, 14:37 PFL yeni mövsümə yenilənmiş Əsasnamə ilə başlayacaq 15-07-2019, 14:35 Çimərlik futbolu üzrə yığmanın üzvlərinə danışmaq qadağası qoyulub 15-07-2019, 14:32 Kamran Quliyev legioner transferini istisna etmədi 15-07-2019, 14:28 “Neftçi” işinin öhdəsindən gəldi 15-07-2019, 14:26 Vidadi Rzayev “Səbail”in də şansının olduğunu düşünür 15-07-2019, 14:24 Ramil “Dinamo”nun heyətində rəsmi oyuna çıxdı 15-07-2019, 14:21 Ağabala dubl edəcəyini gözləmirmiş 15-07-2019, 14:18 “Sevindirici haldı ki, Kişinyova hər iki gəlişim uğurlu alınıb” 15-07-2019, 14:15 Yaşıllığa bürünən, dəbdəbədən uzaq Kişinyov... 15-07-2019, 14:13 Proqrama pul tapmadız? 15-07-2019, 14:11 Mövqeyimiz dəyişmədi 15-07-2019, 14:07 Transfer dosyesi 15-07-2019, 14:04 Rəşid Mahmudov Moskvada Peleni canlı izləyib 13-07-2019, 15:35 Voleybol yığmamız Bolqarıstana yollandı 13-07-2019, 15:28 Nazim Babayev bayrağımızı dalğalandırdığı üçün qürur hissi keçirir 13-07-2019, 15:23 Nikola Yurçeviçin məzuniyyəti bitdi 13-07-2019, 15:20 “İmarət”dən “Forza Neftçi”nin Moldova səfərinə atmaca 13-07-2019, 15:16 Rəmiş Malıyev “Keşlə”dən və futboldan getdi 13-07-2019, 15:09 “Forza Neftçi” Kişinyovda da tribunaya fişəng keçirdi 13-07-2019, 15:01 “Neftçi” mərhələnin taleyini Kişinyovda həll etdi 13-07-2019, 14:56 “Sperantsa”nın baş məşqçisi boşboğazlıq etdi 13-07-2019, 13:17 “Qəbələ”nin gücü bir hissəyə çatdı 13-07-2019, 13:15 Region Liqasının mükafatçısı üçün tədbir 13-07-2019, 13:09 Aftandil Hacıyev: “Əlbəttə, çalışacağıq, amma çox çətin görünür” Bütün xəbərlər
Ən çox oxunanlar