14 sen 22:52gundem

PFL-i premyer-liqanın imici maraqlandırmır

PFL-i premyer-liqanın imici maraqlandırmır
Bu ölkədə “Qarabağ” üçün güzəşt limiti yoxdu!
Premyer-liqanın 4-cü turuna bu gün start veriləcək. “Qarabağ” “doğma divarlar” arasında “Sumqayıt”ı sınağa çəkəcək. Əslində sözügedən qarşılaşma “kimyaçılar”ın meydanında olmalıydı. Daha doğrusu, “gənclik şəhəri” təmsilçisinin stadionu “Kapital Bank Arena” hazırda təmirdədi. Bu üzdən “Sumqayıt” “Qarabağ”la ev oyununu “ASK Arena”da keçirəcəkdi. Lakin Ağdam klubu PFL-ə müraciət edərək, məkanın dəyişdirilməsini xahiş edib. “Köhlən atlar” bu addımı Avroliqanın qrup mərhələsi çərçivəsində “Sportinq”lə oyuna görə atıb. “Qarabağ” Portuqaliya təmsilçisinə qarşı daha yaxşı hazırlaşmaq və mümkün zədə riskini azaltmaq üçün “Sumqayıt”la matçın təbii örtüklü “Azərsun Arena”da keçirilməsini xahiş edib. PFL isə həmişəki kimi “köhlən atlar”ın arsuzunu gerçəkləşdirib. “Kimyaçılar”dan razılıq məktubunu alan təşkilatçı qurum dəyişikliklə bağlı qərar qəbul edib. Həmin qərara əsasən oyun Suraxanıdakı stadionda keçiriləcək, meydan sahibi “Qarabağ”, bu iki komandanın iştirakı ilə 4-cü dövrədə keçiriləcək matçda isə ev sahibi “Sumqayıt” olacaq.
Doğrudu, “Qarabağ”ın ardıcıl 5-ci mövsüm ölkəmizi qrup mərhələsində təmsil etməsi hamımızı sevindirdi. Futbolumuzdakı bütün neqativ hallara, Avroliqada çıxış edən klublarımızın ilk mərhələdə əli ətəyindən uzun vətənə dönməsinə rəğmən, “köhlən atlar”ın bunu bacarması xüsusi vurğulanmalıdı. Bu o deməkdi ki, ən azı qışa qədər azərbaycanlı futbolsevərlər Avroliqa həyəcanını yaşayacaq. “Arsenal”, “Sportinq” kimi klubların ölkəmizə səfər etməsi isə futbol bayramıdı. Bütün bunları futbolda qələbələri o qədər də çox olmayan ölkənin azarkeşlərinə yaşatdığına görə “Qarabağ”a təşəkkür düşür. Bu öz yerində.
Ancaq hər dəfə belə dəyişikliklərin olması kənardan heç də yaxşı görünmür. Düzdü, Qurbanov komandasını maksimum problemlərdən uzaq tutmağa çalışır. Bununla belə, Ağdam klubu sanki “Avroliqanın qrupuna düşmüşəm, hər arzum gerçəkləşməlidi” ismarıcını göndərir. Təkcə bu mövsümdəki dəyişiklikləri xatırlamaq kifayətdi. İlk turda “Qarabağ” - “Zirə” oyunu təxirə salındı. Daha sonra “Neftçi” ilə qarşılaşmanın vaxtı dəyişdirildi. “Sumqayıt”la matçı da nəzərə alsaq, cari mövsümdə 3-cü belə halın şahidi oluruq. Sonra da çempionatdakı rəqabətsizlikdən şikayətlənirik. Elə Qurbanov da bir neçə dəfə həmin problemə toxunub. Lakin bütün bunlar yaşanarkən, birincilikdə rəqabətsizlikdən danışmaq yersizdi. Ən azı ona görə ki, klubların hamısı nə deyilirsə, ona “baş üstə” cavabını verir. Çətin ki, hansısa başqa ölkədə belə halın, bir komandaya çempionatda bu qədər güzəşt edilməsinin şahidi olaq. Əslində söhbət təkcə “Qarabağ”dan da getmir. Bizdə adət halını alıb, klub PFL-ə müraciət edir, qarşı tərəfin razılığı alınır və məsələ bitir. Sonra da hansısa komanda ardıcıl 4-5 ev oyunu keçirir, premyer-liqadakı rəqabətə, gözəlliyə əməlli-başlı zərbə vurulur.
Bütün bunlarla bağlı PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevin fikirlərini öyrəndik: “Bilirsiz ki, hazırda fors-major durumdu. Klubların bəzilərinin stadionu təmirdədi. Onları da məcbur etmək mümkün deyil. “Sumqayıt” “Dalğa Arena”da oynayırdı, danışıblar, millinin oyunları və digər komandaların çıxışı ilə bağlı ev matçını orda keçirmək istəkləri baş tutmayıb. Qazona baxmaq isə həddən artıq böyük xərc tələb edir. Stadion rəhbərliyi də durumu nəzərə alaraq, kluba “hə” cavabı verə bilmir. Məcbur olub başqa stadion danışıblar. Nə qədər ki, arenalarda təmir bitməyib, bu cür proseslər yaşanacaq. “Neftçi” artıq “Bakcell Arena”ya qayıtdı, başqa stadionlarda da işlər yavaş-yavaş yekunlaşır. Təmirlər bitəndən sonra bu məsələlər həllini tapacaq. Bu dəqiqə elə durumdu ki, nəsə etmək də mümkün deyil. Klubları da nəzərə alırıq. Süni örtükdə futbolçuların zədə almaq ehtimalı da yüksəkdi. Baş məşqçi də bütün bunları nəzərə alır. Əslində biz məcbur edib, “yox” deyə bilərik. Ancaq istəmirik ki, hər hansı narazılıq olsun. O biri klub etiraz etmirsə, başqa sözə ehtiyac qalmır. “Qarabağ”ın oyununun yerinin dəyişdirilməsi ilə idman prinsipi pozulmur. Fərqi nədi, “Sumqayıt”la ev oyununu indi oynadı, yoxsa 4-cü dövrədə. Əslində “Sumqayıt” qəbul edən tərəfdi. Stadionla da o təmin eləməlidi. Bu məsələdə artıq problem yaranır. Öz stadionu təmirdədi, digər arenada “yüklənmə” var. Əsasnaməyə görə, ev komandası stadionu qonaqlara bir gün öncəki məşq üçün verməlidi. Elə olur ki, meydan sahibi özü həmin arenadan istifadə etmir, “yüklənmə” olmasın, ot sıradan çıxmasın. Qarşı tərəfdən də məşq üçün başqa stadiondan yararlanmağı xahiş edir. Halbuki qonaq komanda tələb edə bilər ki, həmin arenada hazırlıq keçəcəm. Bu baxımdan klublar bir-birinə güzəştə gedirlər. Əslində bu “feyr-pley” nümunəsidi. Təbii, hansısa dövrədə bir komandanın ardıcıl ev oyunlarını keçirməsi mübarizənin gözəlliyinə təsir edir. Lakin bunu ilk öncə klub özü düşünməlidi. Komandanın iddiası varsa, 6-7 tur səfərdə oynayanda, xallar əlindən çıxa bilər. Daha sonra ev oyunlarında həmin itkini bərpa etmək çətin olur. Deməyim odu ki, bu məsələdə əsas klubların mövqeyidi, onlar düşünməlidi. Razıdılarsa, bizim üçün problem yoxdu”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar