13 sen 22:57gundem

Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı

Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı
Faiq Əzizov: “Potensialı var, onda perspektiv görürük”
Əsas yığma ilə yanaşı, U-21 də iki rəsmi oyun keçirdi. Rəşad Sadıqovun komandası əvvəlcə İsrail, ardınca Norveç ilə qarşılaşdı. Milli “doğma divarlar” arasında keçirdiyi bu iki qarşılaşmanın heç birində qalib gələ bilmədi. İsraillə heç-heçə etdiksə (1:1), Norveçə 1:3 hesabı ilə məğlub olduq. Bu oyunlardan sonra AÇ-nin seçmə mərhələsinin 5-ci qrupunda sonuncu olacağımız rəsmiləşdi. Belə ki, U-21-in qarşıda bir oyunu var və həmin görüşdə qələbə qazansaq belə, 6-cı yerdən qurtula bilməyəcəyik. Çünki İsraillə xal fərqimiz 6-ya bərabərdi. Əslində Norveçlə səfər matçında yığmanın qələbə qazanacağı da inandırıcı deyil.
Sadıqov həm İsraillə, həm də Norveçlə görüşlərdə “çərçivə”ni Kamran İbrahimova həvalə etdi. “Neftçi”nin qolkiperi hər iki matçda kobud səhvlərlə yadda qaldı. U-21-in qapısında gördüyü 4 qolun hamısında qapıçının xətası vardı. İsraillə görüşdə buraxılan, eləcə də skandinaviyalıların ilk iki qolu zamanı Kamran oxşar səhvlə yadda qaldı. Belə ki, hər üç epizodda İbrahimov ilk zərbəni düz mərkəzə qaytardı və rəqib futbolçular da bu səhvdən maksimum yararlandı. Norveçdən buraxdığımız 3-cü qolda isə çıxışda səhvə yol verdi. Asma zamanı topu uzaqlaşdırmaq üçün irəli şığıyan İbrahimovdan öncə rəqib oyunçu başla topu boş qapıya göndərdi. Belə deyək, gənc “çərçivə qoruyucusu”nun məğlubiyyətlərdə rolu az olmadı.
Təbii, qapıçının eyni səhvi 2 oyunda 3 dəfə təkrarlaması düşündürücü məqamdı. Məgər məşqçilər ona topu kənara uzaqlaşdırmalı olduğunu deməyiblər? Axı bunu futbolla az-çox maraqlanan hər kəs bilir. Odu ki, Kamranın səhvləri ilə bağlı həm U-21-də qapıçılarla işləyən məşqçi Faiq Əzizovun, həm də “Neftçi”də eyni funksiyanı yerinə yetirən Etibar Tarıverdiyevin fikirlərini öyrəndik.
Faiq Əzizov: “Kamranı potensialına görə milliyə dəvət etmişik. Perspektivi var. Cavan qapıçıdı, 1999 təvəllüdlüdü. Düzdü, təcrübəsi azdı. Ancaq oyundan-oyuna təcrübə toplayacaq. Biz də səhvlərini aradan qaldırması üçün ona kömək edəcəyik. Kamrana həm mən, həm baş məşqçi yardımçı olacağıq. Bilirsiz ki, Rəşad Sadıqov cari seçmə mərhələdə cavan oyunçulara şans verib. Yaşlarının az olmasına baxmayaraq, bu oyunlar həmin gənclərə təcrübə qazandıracaq və gələcəkdə daha yaxşı oynayacaqlar. İbrahimovun da beynəlxalq oyun təcrübəsi azdı. Hər oyundan sonra təhlil aparırıq, danışırıq. İsraillə matçdan sonra da müzakirə etdik. Səhvsiz insan yoxdu. Özü də o yaşda qapıçılar daha çox səhv edir və belə-belə öyrənirlər. Kamranda da potensial var, onda perspektiv görürük. Rəşad müəllim Nicat Möhbalıyevi də dəvət etmişdi, 18 yaşı var. Gənc qapıçıları növbəti tsiklə hazırlayırıq. Ümumiyyətlə, biz müntəzəm qapıçılarla onların oyunlarını müzakirə edirik, başqa matçlardan nümunələr gətiririk. Başa salırıq ki, bu səhvdi, o düzdü. Kamran da gənc olmasına baxmayaraq, perspektiv vəd edir. Sadıqov da ona inanır. Gələcəkdə yaxşı qapıçı olacaq. Təbii, rəqabət var. Yuxarıda Nicatın adını çəkdim. Bundan başqa, bəzi qapıçılar var ki, izləyirik, gələcəkdə yığmaya çağırıla bilərlər. Bu seçmə mərhələ İbrahimov üçün böyük təcrübədi. Həm İrlandiya, həm də Kosovo ilə oyunlarda pis təsir bağışlamamışdı. İnsan səhvini düzəldə-düzəldə inkişaf edir. Qapıçıları nəzarətdə saxlayırıq, klublarla da əlaqə saxlayırıq, bu yöndə işlər görürük. Sağ olsun klublar, problem yaratmırlar, həftədə bir dəfə perspektivli qapıçıları yığıb, məşq keçirik. AFFA da buna şərait yaradır. Ola bilər, Kamran həyəcanlı olub və bu cür səhvlərə yol verib. Futbolda belə şeylər olur. Çempionlar Liqasının finalında Kariusun necə texniki səhvlər etdiyini xatırlayaq. Səhv səhvin ardınca gəldi. Psixoloji məqamlar var. Elə qapıçılar var ki, özünü ələ ala bilir. Bəziləri isə psixoloji stressdən çıxmağı bacarmır, səhvlər sıralanır. Buna görə Kariusu öldürmədilər və həmin səhvə görə “səviyyəsiz qapıçıdı” demədilər. Hətta De Xea kimi qapıçı da səhv edir. Yenə deyirəm, biz Kamranın potensialına bələdik. Daha yaxşı olacağına da inanırıq. Sadəcə, səbirli olmaq lazımdı. Biz hər şeyin birdən-birə gerçəkləşməsini istəyirik. Amma bu mümkünsüzdü. Biz heç bir qapıçını boş buraxmırıq, üzərində işləyirik, təhlil edirik. Rəşad müəllim də bütün informasiyadan xəbərdardı. Hazırda Kamran “Neftçi-2”də çıxış edir. Lakin birinci divizionun səviyyəsi AÇ-nin seçmə mərhələsindən aşağıdı. Kamran yüksək liqada hansısa klubda “çərçivə”ni qorusa, inkişaf da daha tez gedər. U-21-lərin yarışı hətta bəzi ölkələrin elitasını da səviyyə baxımından qabaqlayır. İbrahimov güclülər dəstəsində oynasa, bu, beynəlxalq matçlarda təcrübə baxımından ona böyük xeyir vərər. Bunlar hamısı bir-biri ilə bağlı məqamlardı”.
Etibar Tarıverdiyev: “Əvvəla onu deyim ki, Kamran bizimlə toplanışı tam keçmədi. Əsgərlik problemi olduğuna görə sonradan klubun hazırlıq prosesinə qoşuldu. Məşqlərdə hər şeyi izah edirik. Tutaq ki, topu kənarlara çıxarmaq lazımdı, düzünə qaytarmaq olmaz və s. Yəni qapıçılar üzrə məşqçiyə aid olan tapşırıqları veririk. Həm İsraillə görüşdə, həm də Norveçlə matçda iki texniki səhvi oldu ki, bunlar hamısı qolla nəticələndi. Norveçlə görüşdə həm də çıxışda yanlışlığa yol verdi. Oyunçuların çata biləcəyi səviyyədə asma gəlirsə, qapıçı ora çıxa bilməz. Çünki belədə qolkiper bir neçə futbolçunun üstündən o topa çatmalıdı ki, bu da mümkünsüz bir şeydi. Odu ki, çıxmamalıydı. Səhvlər var. Sadəcə, onların üzərində işləmək lazımdı. Cavan uşaqdı, ona motivasiya verməliyik. Futbolçunu itirməyə nə var ki? Əksinə, Kamrana psixoloji cəhətdən dəstək olmalıyıq. Səhvsiz insan yoxdu. Çalışacağıq ki, bir məşqçi kimi həmin yanlışlar üzərində işləyək, onları aradan qaldıraq. Razıyam, səhvlərlə yadda qalır. Fikrimcə, gələcəkdə yaxşı olar. İbrahimovun potensialı var. Nə deyə bilərəm? 16 gün yığmanın düşərgəsində olub. Bu yaşda uşaqlara psixoloji cəhətdən dəstək olmaq lazımdı. Böyük futbola keçid dövründə qeyd etdiyim məqam çox önəmlidi. Söhbət həmin səddi aşa bilib-bilməyəcəyindən gedir. Kamran bu gün gəldi, onunla görüşdüm, danışdım. Yenə də motivasiya etdim. Qarşısında neçə illər var. Düşünürəm ki, hər şey yaxşı olacaq, düzələcək. Düzdü, hər şeyi öncədən demək çətindi. Sabah necə olacağını bilmirik. Hər an hər şey ola bilər. Ancaq pis uşaq deyil. Perspektiv vəd edir. Onu psixoloji və taktiki cəhətdən hazırlamaq lazımdı. İndiki cavanlar həssasdı, tez küsürlər. Bizim vaxtımızda insanlar daha dözümlü idi. İndikilərin çoxu təzyiqə dözmür. Odu ki, İbrahimova psixoloji cəhətdən dəstək olmaq lazımdı. Bildiyimə görə, yığma məşqçiləri də lazımi motivasiyanı verir”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar