12 sen 23:55gundem

Pərviz Musayev emosiyalara qapıldığını etiraf etdi

Pərviz Musayev emosiyalara qapıldığını etiraf etdi
Yığmanın Millətlər Liqasına uğursuz startı bütün futbol ictimaiyyətini hiddətləndirib. Qurban Qurbanovu dəstəkləyənlərin bir çoxu indi onu və komandasını tənqid atəşinə tutub. Artıq qrup lideri olmaq müşkülə çevrilib. Taleyimiz əlimizdə deyil. Bundan sonrakı oyunlarda maksimum nəticəyə imza atıb, Kosovonun büdrəməsini gözləməliyik.
Sanki sosial şəbəkələrdən şiddətli qəzəb yağır. Millimizin Kosovo ilə heç-heçəsinin ardından Maltanı səfərdə uda bilməməsi bu qəzəbi daha da alovlandırdı. Ancaq belə bir fikir var ki, “CBC Sport”un şərhçiləri hər iki qarşılaşmanın gedişində komandanı o qədər də tənqid etməyib. Bu baxımdan sabiq həmkarımız Elnur Əşrəfoğlunu nümunə göstərə bilərik. O, Az.TV-də oyunları şərh edərkən və komandamız hesabda geridə olarkən futbolçuları tənqid atəşinə tuturdu. Atmacaların sayı-hesabı yox idi.
Dünən əlaqə saxladığımız “CBC Sport”da çalışan həmkarlarımız bu fikirə belə münasibət bildirdi.
Rüstəm Əfsərli: “Bu fikir hardan yaranıb, bilmirəm. Biz şərhçiyik, tənqidçi deyilik. 90 dəqiqə meydanda gördüyümüzü şərh edirik. Kosovo ilə görüşdə yaxşı oyun olmadığını, qarşılaşmanın sönük keçdiyini, baş məşqçinin risk etmədiyini də dedik. İnternet qaynaqlarında matçın videoyazısı var. Yenidən baxıb, şərhimizə diqqət yetirə bilərsiz. Oyunun gedişində yüngül təhlil aparmaq olar. Çünki dərin təhlil üçün faktları açmalısan, müqayisələr aparmalısan və s. Qarşılaşmadan sonra ekspertlərlə meydanda başverənləri müzakirə edirik. 90 dəqiqə ərzində yığmaya qarşı loyal və ya qeyri-loyal yanaşmaq anlayışını başa düşmürəm. Kosovo ilə oyundan əvvəl 2-3 efirimiz oldu, bəzi milli üzvlərinin klublarında oynamaması ilə bağlı narahatlıq dilə gətirildi, problemlər səsləndirildi. İki rəsmi matç arasında efirdə gedən verilişlərdə də çatışmazlıqları dilə gətirmişik. Ancaq qarşılaşmadan əvvəl komandanı tənqid atəşinə tutmaq çətin məsələdi. Mən ekspertləri də başa düşürəm. Oyun gərək baş tutsun. Sənin əlində gərək yapışmağa məqamlar olsun. Final fitindən sonra sən hansısa fikirlər bildirə bilərsən. Kosovo ilə qarşılaşmada yaxşı oynamadıq. Bunu bütün Azərbaycan gördü. Biz də şərhimizdə qısa da olsa, fikirlərimizi bildirdik. Verilişlərdə də bu haqda danışıldı. Malta ilə matça da qarşıdakı verilişlərimizdə toxunacağıq. Ancaq “CBC Sport”un şərhçilərinin yığmaya loyal yanaşması fikri məntiqsizdi. Komanda pis oynayırsa, yalandan deyə bilmərik ki, yaxşı çıxış edir. Ya da yaxşı oynayırsa, tənqid etmək xatirinə pis oynadığını deyə bilmərəm. Çünki sənin gördüyünü azarkeş də görür. Elə olub ki, baş məşqçinin taktiki gedişlərini tərifləmişik. Ancaq oyunun gedişində komandası hansısa səhvdən qol buraxıb və uduzub. Bəzən də filan futbolçunun meydana daxil olmasının vacibliyini qeyd etmişik, həmin oyunçu qazona ayaq basdıqdan sonra komanda yenilib. Və yaxud komandanı oyunboyu pis oynadığı üçün tənqid edirsən və 90-cı dəqiqədə bir qol vurub qələbə qazanır. Şərhçilər belə şeylərdə “yanırlar”. Bu üzdən şərhçilikdə əsas tələblərdən biri ifadələrdə qəti olmamaqdı. Sən gördüyündən danışmalısan. Ancaq oyunun gedişində taktiki gedişlərə girmək və təhlili yöndən fikir bildirmək çox çətindi. Qarşılaşmanın dinamikası buna imkan vermir. Gərək təhlili dərindən aparasan”.
Pərviz Musayev: “Futbolda “feyr-pley” deyilən şey var. Bütün komandalar yazılmamış qanunlara əməl etməlidi. Siz yalnız monitor vasitəsi ilə meydanda başverənləri izlədiz. Ancaq mən oyunu stadiondan şərh edirdim və hadisələri daha yaxından müşahidə etmək imkanım vardı. Malta 1 xal üçün “feyr-pley”ə tam tüpürdü. Bir toxunuş olan kimi yerə yıxılırdılar. Hansısa futbolçu zədələnəndə ağrıyan yerinə keyidici vururlar. Necə olur ki, üstünə su tökürlər və dərhal ayağa qalxır? Məlum məsələdi ki, millinin oyununda neytral qala bilmərik və yığmanın qələbəsinə azarkeşlik edirik. Rəqibin belə addımlara əl atması bir azərbaycanlı kimi məni qıcıqlandırmaya bilməzdi. Bəlkə də bir az emosiyalara qapılmışam. Bu da qələbə istəyindən irəli gəlirdi. Ekran qarşısında əyləşən azarkeş əsəbini hansısa yolla soyuda bilirsə, mən efirdə bunu bacarmıram. Bəlkə bu üzdən emosiyalarla müəyyən fikirlər səsləndirmişəm. Ancaq qeyri-etik kəlmələr olmayıb. Yığmaya qarşı isə müəyyən tənqidi fikirlər səsləndirmişəm. Hücumçu probleminin olduğunu dedim. “İki oyuna iki xal – gözlədiyimiz bu deyildi” ifadəsini səsləndirdim. Şərhçinin oyunu sırf taktiki təhlil üzərində qurması mümkün deyil. Buna vaxt qalmır. Əsas meydanda başverənləri təqib etməkdi. Taktiki məsələlər isə verilişlərdə müzakirə olunur. Bəlkə də komandanın oyunu azarkeşlərdə daha çox tənqidin səslənməsinə tələbat yaradırdı. Ancaq hər şeyin müəyyən həddi var. İstənilən halda, balansı qorumaq lazımdı. Yenə deyirəm, yığmaya qarşı müəyyən tənqidi fikirlər səsləndirmişəm. Bu tənqid deyilsə, nə bilim... Belə çıxır ki, hamını ağır ifadələrlə yıxıb-sürümək lazımdı. Azarkeşlərin hisslərini başa düşürəm. Ancaq efirin normaları var”.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar