12 sen 23:41gundem

Mütəxəssislər şansın itirilmədiyini düşünür

Mütəxəssislər şansın itirilmədiyini düşünür
Mircavadov: “İndiki milli bir qədər monoton oyun sərgiləyir”
Hüseynov: “Ümid edirəm ki, heç olmasa, həmin qarşılaşmalarda bizləri sevindirəcəklər”
Əsədov: “Elə bir sistem yaratmaq lazımdı ki, yerli futbolçular daha çox oynasınlar”

UEFA-nın Millətlər Liqası adlı turnir keçiriləcəyi və öz divizionunda qalib olan yığmanın AÇ-2020-nin final mərhələsinə yollanacağı məlum olanda çox sevinmişdik. Düşünürdük ki, nəhayət, bizim də üzümüzə gün doğacaq, uzun illər arzuladığımız məqam reallaşacaq, Azərbaycan millisini qitə çempionatının final mərhələsində görə biləcəyik. Bu yöndə püşk də üzümüzə gülmüşdü. Qrupda demək olar ki, bizimlə eyni səviyyədə olan Kosovo və “çırtdan” gözündə gördüyümüz Malta və Farer adaları ilə mübarizədən qalib ayrılıb qrup birincisi kimi yarımfinala adlamalıydıq. Yeni turnirin təqvimi də əlverişli idi. “Doğma divarlar” arasında əsas rəqib olan Kosovonu yenib, səfərdə Maltanı məyus etməklə işin çox hissəsini görmək mümkün idi. Ancaq təəssüf, çox təəssüf... Qurban Qurbanovun baş məşqçisi olduğu milli nə qitə arenasında yeni-yeni addımlamağa başlayan Kosovonu, nə də ada dövlətinin təmsilçisini məğlub edə bildi.
Robert Prosineçkinin rəhbərlik etdiyi yığma geridə qalan dünya çempionatının seçmə mərhələsində 3 oyuna 7 xal toplamağı bacarmışdısa, Millətlər Liqasının ilk iki turunda daha zəif komandalarla oyunlarda bu göstərici 2-yə bərabərdi. Belə çıxır ki, Qurban Qurbanovun gəlişindən sonra vəziyyət yaxşılığa doğru dəyişmək əvəzinə daha da pisləşib. Ən pisi isə odu ki, iki oyunda meydanda gördüklərimiz gələcəyə ümid vermir. Turnirin startı ərəfəsində favorit göstərilən komanda ilk iki qarşılaşmada qorxaq, məzmunsuz, keyfiyyətsiz oyunu ilə hamını pərişan etdi.
Bəs görəsən, mütəxəssislər yığmanın oyunları barədə hansı fikirdədilər? Kosovo və Malta ilə qarşılaşmalardan sonra yığmanın qrupdakı şanslarını necə dəyərləndirirlər? Bu suallara cavab tapmaq üçün öncə Ağasəlim Mircavadovla danışmağı lazım bildik: “Heç bilmirəm, nədən başlayıb, nədən qutarım. Hər iki qarşılaşmanı izlədim. Və belə qənaətə gəldim ki, millidə hələ çox iş görülməlidi. Qurban Qurbanovu qınamağa dəyməz. Futbolçu yığmaya klubdan gəlir. Millidə isə baş məşqçinin işi taktikasına uyğun heyət formalaşdırmaqdı. Qurban müəllim oyunçunun fiziki-funksional hazırlığına cavabdehlik daşımır ki. Qısa vaxtda çatışmazlıqları aradan qaldırmaq da qeyri-mümkündü. SSRİ vaxtında “Neftçi”nin Ukrayna klublarına qarşı həftəlik məşq prosesi başqa cür tutulurdu, hazırlaşırdı, “Spartak”a qarşı başqa. Bilirdik ki, Moskva təmsilçisi oyunu daha çox “divar paslaşması” üzərində qurur. Biz də elə oyun modeli qururduq ki, onların bu gedişlərinin qarşısını ala bilək. Kiyev “Dinamo”sunun cinah müdafiəçiləri həmişə hücumlara qoşulurdular. Maşallaha tapşırırdım ki, Bessonov irəli gedəndə onun boş qoyduğu zonada hazır olsun və topu ələ keçirən kimi həmin zonaya ötürmə edilirdi. İndiki milli isə bir qədər monoton oyun sərgiləyir. Bütün rəqiblərə qarşı eyni oyunu sərgiləmək düzgün deyil. Hücuma keçiddə də vaxt itkisi olur. Topla çox oynadığımızdan, hücumlar ləngiyir. Müasir futbol isə sürət tələb edir. İndi əksər klublarda baş məşqçilər cavanlardı. Onların isə səhv etmək ehtimalı yüksəkdi. Həvəsləri və istəkləri var, ancaq müəyyən qədər təcrübə baxımından axsayırlar. İndi deyəcəklər ki, Ağasəlim bu sözlərlə özünü irəli çəkmək istəyir. Ancaq mən real durumu demək istəyirəm. Başqa ölkələrdə yaşlı mütəxəssislər daim diqqət mərkəzində olur, onların savadından və təcrübəsindən istər millidə, istərsə də klublarda yararlanırlar. Ancaq bizdə nədənsə, bəlkə də bilərəkdən yaşlıları kənarda saxlmağa üstünlük verirlər. Hər halda, mən də bu illər ərzində nəsə öyrənmişəm, müəyyən işlər görmüşəm, futbolun sirlərinə az-çox bələdəm. Şanslara gəlincə, məncə, hələ hər şey itirilməyib. Ola bilsin, bir qədər çətin vəziyyətə düşdük. Ancaq Kosovonun da, Farer adalarının da növbəti oyunlarda xal itirəcəyini ehtimal edirəm. Yığma qalan 4 görüşü qələbə ilə başa vursa, qrup lideri ola bilər. Qurban Qurbanova da güvənməkdə davam etməliyik. O məşqçi kimi özünü sübut edib və inanıram ki, yığmanı da uğura daşıya biləcək”.
Yunis Hüseynov isə çox danışmaq istəmədiyini bildirdi: “Bu iki oyunda nə gözlədiyim və nə gördüyüm barədə çox danışmaq istəmirəm. Ola bilsin, ilk oyunlar olduğu üçün futbolçularda bir qədər həyəcan və tələskənlik var idi. Qarşıdakı 4 matçda yığmamıza uğurlar arzulayıram və ümid edirəm ki, heç olmasa, həmin qarşılaşmalarda bizləri sevindirəcəklər”.
Arif Əsədov yığma üzvlərinin tam formada olmadığını və millinin iki oyunda qələbə qazana bilməməklə şanslarını bir qədər çətinləşdirdiyini vurğuladı: “İki oyunda itirilən 4 xal qarşıya qoyulan məqsədi çətinləşdirdi. Bir daha göründü ki, milli tam formalaşmayıb. Çatışmazlıqlar var. Amma şanslar bitməyib. Son 4 oyunda maksimum nəticə qazanmaqla qrup liderliyini təmin etmək olar. Heç şübhəsiz, bunun üçün komanda oyun planında “artırmalıdı”. Daxili çempionatımızın səviyyəsi, futbolçuların oyun təcrübəsinin azlığı sonda bu cür rəqiblərlə qarşılaşmalarda xal itkisinə gətirib çıxarır. Növbəti oyuna hələ 1 ay var. Bu müddətdən maksimum yararlanıb futbolçuların durumuna fikir vermək lazımdı. İlk dəqiqələrdən göründü ki, Malta Farer adalarına məğlubiyyətdən sonra daha istəklidi. İstədikləri qolu da erkən vurdular. Baxmayaraq ki, bizə də qələbə lazım idi. Ancaq matçın əvvəlində yığmanın oyununda bu hiss olunmurdu. Ona görə də oyunun gedişində dönüş yarada bilmədilər. Xal itkisində yorğunluğu səbəb kimi göstərməzdim. Çünki artıq bütün Avropa bu sistemlə oynayır. Sadəcə, futbolçuların hazır olmamaları qələbə qazana bilməməyimizə səbəb oldu. Hazır olsaydılar, bu rejimə də davam gətirə bilərdilər. Bir neçə futbolçu klubunda oynamaq şansı qazanmır. Ona görə də ardıcıl 2 oyun keçirəndə özlərinə gələ bilmirlər. Futbolçular hamısı klublardan gəlir. Millinin uğur qazanmasını, mötəbər turnirlərdə iştirakını düşünürüksə, elə bir sistem yaratmaq lazımdı ki, yerli futbolçular daha çox oynasınlar. Bu gün Avropa Liqasında mübarizə aparan komandalarımız nəticəni düşünüb daha çox legionerlərə üstünlük verir. Ona görə də milliyə gələn yerli futbolçular oyun təcrübəsi baxımından əziyyət çəkirlər. Bunu düşünmək lazımdı. Millətlər Liqası yığmamız üçün yaxşı şansdı. Elə etməliyik ki, bundan maksimum yararlana bilək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar