11 sen 22:43gundem

Azarkeşlər yığmaya niyə biganə yanaşır?

Azarkeşlər yığmaya niyə biganə yanaşır?
“Sektor 11”in rəhbəri AFFA-nı qınadı
“Azərbaycanda azarkeş rəqibin adına görə stadiona gedir” deyimi ötən cümə bir daha təsdiqini tapdı. Oktyabrın 4-də keçiriləcək “Qarabağ” – “Arsenal” oyunu üçün indidən bilet axtarışına çıxan azarkeşlər millinin Kosovo ilə qarşılaşmasına biganə qaldılar. Halbuki futbola baxışından, hansı kluba azarkeşlik etməyindən asılı olmayaraq, yığma hər bir futbolsevərin qürur mənbəyi olmalıdı. Ona dəstək vermək, pis günündə də, yaxşı günündə də yanında olmaq şərəf məsələsidi. Kimsə ortaya çıxıb “yığma “Qarabağ” kimi bizi sevindirmir, Avropa səhnəsində uğurlu nəticə qazanmır” söyləməsin. Belə şablon sözlərlə həmin şəxslər özlərinə haqq qazandıra bilməzlər. Məgər övlad xəstə olanda və ya tərbiyəsizlik edəndə, valideyn ondan əl çəkir, imtina edir? Bu günə kimi uzağı bir-iki belə hala təsdüf etmiş olarıq. Həmin valideynləri də el qınayır. El qınağından ağır isə həyatda heç nə yoxdu. Milli də nə Elxan Məmmədovun, nə Qurban Qurbanovun, nə də Ramin Musayevindi. Yığma beynəlxalq arenada oyuna çıxanda Azərbaycan himni səslənir, üçrəngli bayrağımız yüksəlir.
Cümə günü Bakı Olimpiya Stadionunun tribunalarına baxanda adamın ürəyi ağrıyırdı. Oyuna gələn 19500 azarkeş 68700 tamaşaçı tutumuna malik arenada keçəl başda olan bir-iki tük kimi görünürdü. Səhnəyə çıxan aktyor zalı dolu görüb, bütün məharətini göstərmək istədiyi kimi, futbolçuya da dolu tribunalar qarşısında oynamaq zövq verir. Təsadüfi deyil ki, bütün dünyada azarkeşi “12-ci oyunçu” sayırlar. Təəssüf ki, “feysbuk”da və başqa sosial şəbəkələrdə özünü qəhrəman kimi təqdim edən, Kanada çempionatından tutmuş, Sinqapur birinciliyinə kimi dünyanın bütün çempionatlarını müzakirə edən, Rusiyanın uğuruna sevinib, Türkiyənin hər qələbəsini əlinə bayraq götürüb küçəyə çıxaraq dəli kimi qeyd edənlər Millətlər Liqasının ilk turunda, qrupdakı əsas rəqibimizlə matçda “12-ci oyunçu” olmağı bacarmadılar. Və ya bunu istəmədilər.
Matç ərəfəsində bilet satışı ilə maraqlanıb, fanklubların yığmaya dəstək olub-olmayacağını öyrənməyə çalışmışdıq. Əksər fanklublar yığmanın yanında olacağını bildirmiş, müxtəlif plakat və şüarlar hazırladıqlarını söyləmişdilər. Düzdü, oyun vaxtı tribunada onların varlığı hiss olundu. Ancaq tək əldən səs çıxmağıdı kimi, bir neçə yüz üzvü olan fanklubların da dəstəyi istənilən effekti vermədi. ”Sektor 11” fanklubunun rəhbəri Atanur Cəfərli də bizimlə söhbətdə elə bu məqama toxundu: “Açığı, mən gözləyirdim ki, millinin ilk oyununda stadionda minimum 30-35 min azarkeş olacaq. Ancaq çox təəssüf ki, onların sayı heç 20 minə çatmadı. Bəziləri deyir ki, Bakı Olimpiya Stadionu bir qədər uzaqdı, ora gedib-gəlmək narahatlıq doğurur. Ancaq milli hər gün oynamır ki. Məncə, yığma naminə ildə bir neçə dəfə bu əziyyətə qatlaşmağa dəyər. Kosovo ilə görüşdə “Qarabağ Ordu” fanklubu ilə bir yerdə idik. Sayımız təxminən 300 nəfər idi. Matçboyu milliyə dəstək verdik. Ancaq BOS-un akustikası elədi ki, bu çox da hiss olunmur. Bir də meydan tribunadan aralı yerləşdiyinə görə azarkeş dəstəyi “Tofiq Bəhramov”, “Bakcell Arena”dakı kim effektli alınmır. Fikrimcə, azarkeş sayının az olmasının səbəblərindən biri, bəlkə də birincisi AFFA-nın təbliğat işini vaxtında və düzgün aparmaması oldu. Hələ də bir çoxları Millətlər Liqasının mahiyyətini başa düşməyiblər. Dəfələrlə məndən bu turnirin yığmamıza nə verəcəyini soruşublar. Kosovo ilə oyun ərəfəsində azarkeşlərin diqqətini cəlb etmək üçün müxtəlif tədbirlər, “flaş-mob”lar keçirmək olardı. Hərdən mənə elə gəlir ki, Berti Foqtsun, Robert Prosineçkinin dönəmində AFFA-da çalışanlar yığmanın oyunlarının təbliğatını daha yaxşı aparırdılar. İndi sanki işlərinə bir qədər soyuq yanaşırlar”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Dünən, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Dünən, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Dünən, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Dünən, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Dünən, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Dünən, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Dünən, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Dünən, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Dünən, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Dünən, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Dünən, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Dünən, 12:49 Alesio toplanışı dəyərləndirdi Dünən, 12:47 İkinci oyunda uduzdular Dünən, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Dünən, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Dünən, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Dünən, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Dünən, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Dünən, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Dünən, 12:21 Yığma Ukraynaya uduzdu Dünən, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar