10 sen 13:52gundem

Ölkənin yığmaya biganəliyinin zirvəsi: stadiona 20 min adam gəlmədi

Ölkənin yığmaya biganəliyinin zirvəsi: stadiona 20 min adam gəlmədi
Nəhayət, böyük maraqla gözlənilən Millətlər Liqası start götürdü. Qurban Qurbanov yığmanı baş məşqçi kimi ilk rəsmi oyununa çıxarırdı. “Qarabağ”ı növbəti dəfə Avroliqanın qrup mərhələsinə daşıyan mütəxəssisə belə vacib məqamda güclü dəstək lazım idi. Ancaq...
Qurban Qurbanov dəstəksiz qaldı
Berti Foqts və Robert Prosineçkinin millini çalışdırmasına ağız büzənlər əsas komandanı Qurbanova tapşırmağın ən doğru variant olduğunu iddia edirdilər. Ötən il bu düşüncədə olan azarkeşlər, futbol ictimaiyyəti arzusuna çatdı. Qurban bəy yığmanın baş məşqçisi təyin edildi. Amma dünən onun təyinatına çəpik çalanlar bu gün reallıqda ortada görünmür. Dünən olduğu kimi. Budu sizin illərdi “Qarabağ”la tarix yazan mütəxəssisə dəstəyiniz? Axı bu, qrupda bəlkə də həlledici oyun idi. Belə taleyüklü qarşılaşmada baş məşqçini və millini dəstəksiz qoymaq hansı məntiqə sığır? Əslində dünən Bakı Olimpiya Stadionunun əksər tribunalarının boş qalmasına görə daha çox tənqidi fikirlər yaza bilərik. Ancaq belə biganə azarkeşlər üçün klaviaturanı döyəcləməyə dəyməz. Həqiqətən dəyməz...
Fanklublar sağ olsun
Ancaq yığmanı yalqız qoymayanlar da vardı. Onlardan daha çox yazmaq lazımdı. Qapılardan birinin arxası, demək olar ki, boş sektorlardan ibarət idi. Ancaq digər qapının arxasında, 1-ci mərtəbədə fanklubların üzvləri yerləşmişdi və fəal dəstək verirdilər. Əksər azarkeşlər mərkəzi tribunalara bilet almışdı. Komandamız hücuma keçəndə ara-sıra dəstək verir, hərdən də rəqibin həmlələrini uğultuyla qarşılayırdılar. Ümumilikdə elə də fəal deyildilər. Səslənən “Azərbaycan, Azərbaycan” şüarlarının da ömrü çox çəkmirdi. Yaxşı ki, fanklublar var idi. Hərdən onlar ritmik hərəkətlərlə sıravi azarkeşləri oyada bilirdi.
Az.TV hara, BOS hara?
Bildiyiniz kimi, bu mövsümdən yığmanın oyunlarının yayın hüququ “CBC Sport”a verilib. Bu telekanal da Bakı Media Mərkəzinin yardımı ilə matçı efirə daşıyırdı. Ancaq dünən stadionun ərazisində Az.TV-nin üzərində peyk anteni olan maşınını görüb təəcübləndik. Olmaya rəqib telekanallar əməkdaşlığa başlayıb?
Ciddi yoxlama
Stadiona avtomobillə gələnləri giriş qapılarına yaxın buraxmırdılar. Parkinq etməli və ordan piyada stadiona yollanmalıydılar. Stadionun ətrafındakı avtomobil parkına girişdə ciddi yoxlama var idi. Minik vasitələri təlim keçmiş itlər vasitəsi ilə baqajlarına kimi yoxlanıldıqdan sonra parka buraxılırdı. Azarkeşlər əvvəldən elan olunduğu kimi, biletləri turniketdəki müvafiq yerə tutmaqla stadiona daxil ola bilirdi. Media nümayəndələrinin giriş-çıxışında isə yenilik yox idi.
Şəfizadə kimə səsləndi?
Yuxarıda da qeyd etdiyimiz kimi, tribunalarda boş yerlər həddən çox idi. Protokoldan da göründüyü kimi, stadiona 20 min adam belə gəlməyib. Hətta start fitindən sonra gələnlər belə sektorların böyük hissəsinin tutmaq üçün kifayət etmədi. Hələ oyuna yarım saat qalmış tribunalarda boşluqlar biabırçı həddə idi. Bu məqamda Sənan Şəfizadənin azsaylı azarkeşlərə səslənməsi qəribə mənzərəydi. ATV-də çalışan həmkarımız azarkeşləri oyun ərzində komandamıza durmadan dəstək olmağa çağırırdı. Ancaq mövcud vəziyyət bu çağırışın əbəs olduğunu göstərirdi.
Qazon yaxşı vəziyyətdə deyil...
Gələn ilin mayında BOS-da Avropa Liqasının final oyunu keçiriləcək. Belə məsul görüşədək arenada hər şey ən yüksək səviyyədə olmalıdı. Xüsusən də ot örtüyü. Ancaq dünən qazonda ciddi nöqsanların olduğunu gördük. Meydanın mərkəzində kələ-kötür daha çox idi. İndidən həyəcan təbili çalıb, qazonun sahmana salınması yönündə ciddi işlər görmək lazımdı. Unutmayaq ki, belə örtük topla oyuna üstünlük verən Qurban Qurbanovun planlarını pozur. Və yığma bu stadionda ilin sonunadək bundan sonra ən azı iki matça çıxacaq.
...və başqa problemlər
Problem təkcə qazonda olsaydı, nə vardı ki. Deyəsən, hesab tablosu da yuxuya dalmışdı. Stadionun iri monitorlarında vaxt 2 dəqiqə geri qalırdı. İlk hissə əlavə olunmuş dəqiqədən sonra başa çatanda tabloda hələ 44-cü dəqiqə tamam olmamışdı. Maraqlıdı ki, bu problem ikinci yarıda da həllini tapmadı. Media nümayəndələrinin istifadəsinə verilmiş monitorlardan biri də işləmirdi. Bir saatın tamamında hesab tablosundakı problemdən duyuq düşən stadionun əməkdaşları sayğacı saxladı. Vaxt sayğacı son dəqiqələrdə normal qaydada işə düşdü.
Nazarov tribunaya qaçdı
İkinci yarıda edilən dəyişikliklərlə yığmada canlanma müşahidə olunurdu. Bu da azarkeşlərin fəallaşmasına rəvac verdi. Maraqlıdı ki, son dəqiqələrdə oyuna fanklub kimi gəlməyəcəyini bəyan edən “İmarət”ə məxsus şüarlar eşidildi. Final fitindən sonra bir qrup azarkeş nəticədən narazılığını fit səsləndirməklə bildirdisə, fanklublar yığmaya dəstək nümayiş etdirdi. Futbolçular meydanı tərk edəndə Dmitri Nazarov tribunaya doğru qaçdı. Ancaq yığma üzvü formasını heç kimə vermədi. Görünür, kiminləsə görüşmək üçün azarkeşlərə doğru hərəkət etmişdi. Kamran Ağayevlə Rauf Əliyev də onu izləyirdi. Komanda yoldaşları geri qayıtdıqdan sonra birlikdə paltardəyişmə otağının yolunu tutdular. Ancaq oyun ərzində meydana çıxmayan futbolçularımız təxminən 40 dəqiqə isinmə hərəkəti etdikdən sonra qazonu tərk etdilər.
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar