07 sen 15:54gundem

Gözlənilən və riskli heyət

Gözlənilən və riskli heyət
Qurban Qurbanovun manevr imkanı genişdi
Yığmanın Kosovo ilə oyunu yaxınlaşdıqca, qarşılaşma ətrafında müzakirələr də artır. Qurban Qurbanovun millinin baş məşqçi kimi ilk rəsmi oyununda hansı heyətə güvənəcəyi də maraq doğurur. Düzdü, dəvət alanların siyahısına nəzər yetirəndə, “11-lik”lə bağlı proqnoz yürütmək olar. Ancaq təcrübəli mütəxəssisin seçimini tam dəqiq müəyyənləşdirmək çətindi. Ola bilər, klubunda yüksək performans sərgiləyən biri yığmanın məşqində eyni effekti vermir. Yaxud da son anda hansısa arzuolunmaz zədə və ya başqa bir amil heyətdə dəyişikliyə səbəb ola bilər. Həmçinin başqa bir məqamı da yaddan çıxarmayaq. Heç şübhəsiz, Qurbanov Kosovonun oyunlarını izləyib. Çox güman, çalışdırıcı “11-liy”i müəyyənləşdirərkən rəqibi də nəzərə alacaq. O, bütün bunları düşünərək, ideal heyəti meydana buraxacaq. Hər halda, Qurban bəyin kimlərə güvənəcəyini, etimad göstərdiyi futbolçuların ümidləri doğruldub-doğrultmayacağını, baş məşqçinin oyunun gedişində hansı rotasiyalara əl atacağını sentyabrın 7-də görəcəyik. Bununla belə, təxminlərimizi, proqnozlarımızı ortaya qoymaq üçün əsl zamandı.
1-ci variant - gözlənilən heyət
Ailəsində baş verən ağır itki üzündən Səlahət Ağayev yığmanın düşərgəsini tərk etdi. Millidən ayrılmaq məcburiyyətində qalmasaydı belə, “çərçivə”də böyük ehtimalla Kamran Ağayevi görəcəkdik. Yığma təcrübəsi Kamranı ön plana çıxarır. Digər iki qapıçının - Şahruddin Məhəmmədəliyevlə Emil Balayevin isə belə önəmli matçda start heyətində olması dünyanın növbəti möcüzəsi sayılar. Özü də Kamran olduğu halda. Bəlkə də müdafiə xətti ən çox sual doğuran mövqedi. Ruslan Abışov zədəli olmasaydı, daha konkret fikir söyləmək mümkün idi. Ancaq indi müdafiənin mərkəzində kimin oynayacağını qətiyyətlə söyləmək olmur. Yuxarıda da vurğuladığımız kimi, sadəcə, gözlədiyimiz “11-liy”i sizinlə bölüşəcəyik. Müdafiə xəttinin mərkəzində Bədavi Hüseynovla Maksim Medvedevin oynayacağını proqnozlaşdırmaq olar. Sonuncu sağ cinahın “ağası” olsa da, məcburiyyətdən mərkəzdə çıxış edə bilər. Əslində Medvedev son müdafiəçi kimi dəfələrlə oynayıb. Yəni sözügedən mövqe də onun üçün yad deyil. Odu ki, mərkəz müdafiəçilərinin Bədavi ilə Maksim olacağını təxmin etmək olar. Çünki Rahil Məmmədovla Bəxtiyar Həsənalızadənin yığma təcrübəsi belə düşünməyə əsas verir. Qurbanovun bu baxımdan riskli addım atacağı real deyil. Cinahlarda isə Pavel Paşayevlə Təmkin Xəlilzadə qərarlaşa bilər. Sonuncunun yerinə Məhəmməd Mirzəbəyovun olması da gözlənilən seçimdi. Orta xətdə isə Qara Qarayev, Riçard Almeyda və Emin Mahmudov doğru qərar olar. Bu mövqedə Qurbanovun sırf qeyd etdiyimiz “üçlüy”ə güvənəcəyi şübhə doğurmur. Yalnız Cavid İmamverdiyevin pleymeyker kimi şans qazanacağı da istisna deyil. Hərçənd son turda zədələndiyini nəzərə alsaq, ehtiyatda qalacağı daha realdı. Yarımmüdafiənin cinahlarında isə Mahir Mədətovla Dmitri Nazarovun yer alacağı gözləniləndi. Nazarov yarımmüdafiənin həm cinahında, həm də mərkəzində oynayır. Elə yığmanın heyətində də hər iki mövqedə çıxış edib. Hücumun sivri ucunda Rauf Əliyev effektli ola bilər. Hər halda, “Qəbələ”li uzun müddətdən sonra yığmaya dönüb və özünü göstərmək üçün alışıb-yanır. Ancaq Ramil Şeydayevin də “11-lik”də olmaq şansı az deyil.
2-ci variant - bir qədər riskli seçim
İndi isə mümkün sürpriz heyəti gözdən keçirək. “Çərçivə”də Kamran əvəzolunmaz olaraq qalır. Müdafıədə isə müəyyən dəyişiklik mümkündü. Qurbanov “Qarabağ”ın çempionat oyunlarında müntəzəm şans qazanan Rahili Bədavi ilə yanaşı ilk dəqiqələrdən mübarizəyə qoşa bilər. Cinahlarda isə hücuma daha çox dəstək verəcəyini nəzərə alıb, Maksimin sağdan, Təmkinin soldan oynayacağını proqnozlaşdırmaq olar. Bununla belə, Ürfan Abbasovu da siyahıdan silmək düzgün deyil. Onun Qurbanovun rəhbərliyi altında qırğızlarla oyunda fərqləndiyini də yada salaq. Ürfan hücuma da dəstək verə bilir. Orta xətdə isə yenə də Qara, Riçard və Emin “üçlüy”ünə güvənmək olar. Düzdü, bir qədər də riski artırıb Mahmudovun əvəzinə Raufu, hücumun sivri ucuna isə Ramili “atmaq” mümkündü. Lakin bu sırf iki hücumçuyla oynamaq deməkdi və çətin ki, baş məşqçi hücuma bu qədər aludə olsun. Cinahlarda isə İmamverdiyevlə Mahirə güvənmək olar. Belədə Dmitri ehtiyatda qalır. Ancaq İmamverdiyevi Eminin yerinə - yarımmüdafiənin mərkəzinə də çəkmək mümkündü. Bu cür seçimdə Nazarov yenə cinahda çıxış edəcək. Hücumda isə Raufun olması yığmaya uğur gətirə bilər. Əliyevə güvənmək üçün əsas səbəbi artıq yuxarıda qeyd etdik.
Manevr imkanı
Onu da qeyd edək ki, bu heyətlə Qurbanovun manevr imkanı az deyil. Yuxarıda Namiq Ələsgərovla Rəhman Hacıyevin adını, ümumiyyətlə, çəkmədik. Düzdü, bu onların klublarındakı durumu ilə bağlıdı. Məlum olduğu kimi, Namiq zədədən yeni döndüyü üçün oynamır, Rəhmana isə baş məşqçi güvənmir. Ancaq sürəti və texnikası ilə seçilən futbolçular sonradan meydana çıxıb komandanın oyununu canlandıra bilər. Bundan başqa, müdafiənin cinahlarında rotasiya imkanı genişdi. Ürfan, Pavel, Məhəmməd, Maksim, Təmkin… Qurbanov cinahdan rəqiblərin basqı etdiyini müəyyənləşdirsə və ya hücuma daha çox dəstək verilməsini istəsə, dəyişiklik üçün əlinin altında kifayət qədər “material” var. Elə yarımmüdafiə xətti ilə bağlı da eyni sözləri deyə bilərik. Siyahı o qədər genişdi ki, vaxtilə yığmanın əsas heyət üzvləri sayılan, lakin hazırda klubundakı performansı o qədər də ürəkaçan olmayan Rahid Əmirquliyevlə Ruslan Qurbanovun, eləcə də premyer-liqada ilk üç turu cəza üzündən buraxan Cavid Hüseynovun adını çəkmirik. Bir sözlə, baş məşqçinin heyətlə bağlı qayğıları o qədər də çox deyil. Əksinə, bəzi mövqelərdə seçim imkanı yetərincə genişdi. Təki baş məşqçinin güvəndiyi heyət özünü doğrultsun.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar