05 sen 22:52gundem

Kosovo ilə oyuna maraq azdı

Kosovo ilə oyuna maraq azdı
Azarkeşlər “Qarabağ” – “Arsenal” matçına bilet axtarır
Ötən sayımızda Azərbaycan – Kosovo oyununa 10 min bilet satıldığını xəbər vermişdik. Bu haqda məlumatı AFFA-nın bilet satışı üzrə meneceri Kamran Abasovdan almışdıq. Ancaq bu, srağagünə olan informasiya idi. Heç şübhəsiz, bu rəqəmdə artım var. Hərçənd dünən bəzi satış məntəqələrinə baş çəkərkən azarkeşlərin fəallığını görmədik.
Məlum olduğu kimi, bilet satışı 9 ünvanda həyata keçirilir. Bura “ASAN-Xodmət” mərkəzləri, bəzi köşklər, “28 Mall” və “Gənclik Mall”, Heydər Əliyev Sarayının kassası daxildi. Dünən satışın necə getdiyini yerindəcə görmək üçün “28 Mall” və “Gənclik Mall” ticarət mərkəzlərinə baş çəkməyi lazım bildik. Öncə “Gənclik Mall”a üz tutduq. Kassa ticarət mərkəzinin 3-cü mərtəbəsində quraşdırılıb. Satıcı xanım idi, həmçinin monitorda biletlərin qiyməti, eləcə də onların hansı sektorlar üzrə olduğu əksini tapmışdı. Təxminən 5 dəqiqəlik müşahidəmiz zamanı kassaya yalnız bir xanım yaxınlaşdı, vəssalam. Özü də həmin alıcı xeyli müddət hansı sektora bilet almaqla bağlı qərar verə bilmirdi. Hər halda, kassanın önündə olduğumuz vaxtda başqa biri piştaxtaya yaxınlaşmadı.
Təbii, mənzərə ürəkaçan olmadığı üçün yollandıq “28 Mall”a. Ümid edirdik ki, “Gənclik”lə müqayisədə daha qaynar yer olan bu ticarət mərkəzində azarkeşlər sıraya düzüləcək. Təəssüf ki, “28 Mall”ın 2-ci mərtəbəsində quraşdırılan kassanın da önündə qələbəlik yox idi. Daha doğrusu, biz orda olduğumuz müddətdə heç kim bilet üçün yaxınlaşmadı. Fürsətdən yararlanıb satıcı xanımla söhbətləşdik. O bildirdi ki, oyuna maraq göstərənlər var, lakin say məsələsində vəziyyət o qədər də ürəkaçan deyil. Xanım satıcıdan azarkeşlərin daha çox 3 və 5 manatlıq biletlər aldıqlarını, ancaq VİP-biletlərə də tələbatın olduğunu öyrəndik. Maraqlıdı ki, həmsöhbətimiz bəzi azarkeşlərin ona “Qarabağ” - “Arsenal” oyununa biletlərin nə vaxt satışa çıxarılacağı ilə bağlı suallar ünvanladığını da söylədi.
Düzdü, dünən AFFA-nın saytında da bilet satışı ilə bağlı fotoreportaj yer alıb. Və həmin fotoreportaja əsaslanıb azarkeşlərin oyuna maraq göstərdiyi qənaətinə gəlmək olar. Lakin sırf öz müşahidəmiz zamanı belə mənzərənin şahidi olmadıq. Onu da qeyd edək ki, hər iki ticarət mərkəzində olduğumuz zaman saat 11-12 arası idi. Bəlkə də günün ikinci yarısında bilet üçün müraciət edənlərin sayı daha çox olur. Bundan başqa, yuxarıda da qeyd etdik ki, biletlər 9 məntəqədə satışdadı. Bu üzdən azarkeşlərin özünə daha münasib, daha yaxın kassaya müraciət etdiyi şübhə doğurmur. Bütün bunlara rəğmən, Kosovo ilə matçda tribunaların ən azı yarısının boş qalacağını proqnozlaşdırmaq olar. Halbuki sözügedən qarşılaşmanı canlı izləmək üçün yetərincə səbəb var. Əvvəla, bu, Millətlər Liqasında ilk oyunumuzdu. İkincisi, qrupdakı əsas rəqiblə qarşılaşırıq. Üçüncüsü, Qurban Qurbanov baş məşqçi kimi ilk rəsmi matçına çıxacaq. Dördüncüsü, AÇ-nin final mərhələsinə yüksəlmək üçün ən real şansımız məhz bu turnirdədi. Göründüyü kimi, Kosovo ilə görüşü stadiondan izləmək üçün yetərincə səbəb var. Xüsusən “Qarabağ”ın “Şerif” üzərindəki qələbəsindən sonra azarkeşlərin arenaya can atacağını gözləyirdik. Əslində belə də olmalıydı. Bundan başqa, yığma ölkənin simasıdısa, azarkeşlər bu komandanın oyununa maraq göstərmək üçün səbəb axtarmamalıdı.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar