03 sen 13:41gundem

Bakı 2019 UEFA Avropa Liqasının loqosu təqdim olundu

Bakı 2019 UEFA Avropa Liqasının loqosu təqdim olundu
AFFA-nın baş katibi Elxan Məmmədov dünən UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda keçirilən püşkatma mərasimindən öncə Bakı şəhərinin qitənin ikinci mötəbər futbol tədbirinə evsahibliyi etməsi ilə bağlı açıqlama verib: “Nüfuzuna görə 2-ci ən böyük klublararası futbol turnirinin – UEFA Avropa Liqasının final oyunu təşkilati baxımdan AFFA üçün ilk təcrübə deyil. 2012-ci ildə FIFA U-17 qızlar arasında dünya çempionatı, 2016-cı ildə isə UEFA U-17 Avropa çempionatı ölkəmizdə keçirilib. Amma söhbət bir mötəbər oyundan və çox nüfuzlu klub turnirinin final qarşılaşmasından gedirsə, təbii ki, UEFA Avropa Liqasının final matçı həm AFFA, həm paytaxtımız, həm də Bakı Olimpiya Stadionu üçün möhtəşəm bir ilkdi. Bu oyunun ev sahibi hüququnun əldə olunması, hazırlıq işlərinin görülməsi prosesində dövlətimizin, xüsusilə Respublika Prezidenti cənab İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik. Cənab Prezidentin imzaladığı müvafiq sərəncamlara uyğun olaraq, 2019-cu il mayın 29-da keçiriləcək final oyununa hazırlıq davam edir. İnanırıq ki, Bakıda keçiriləcək final oyunu UEFA Avropa Liqası turnirinin indiyə qədər keçirilmiş final qarşılaşmaları arasında ən yaxşılardan biri, bəlkə də birincisi olacaq. UEFA Avropa Liqası turnirinin bu gün keçiriləcək püşkatma mərasimi bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki təmsilçimiz “Qarabağ” növbəti dəfə ölkəmizin futbol ictimaiyyətini sevindirərək qrup mərhələsinə vəsiqə qazanıb. Bu həm də o anlama gəlir ki, gələn ilin mayında Bakı Olimpiya Stadionunda keçiriləcək final oyununda “Qarabağ”ın da çıxış etmək şansı var. Bu, bizim böyük arzumuzdur. Ölkəmizin futbolsevərləri ilə birgə “Qarabağ”ı finalda görmək arzumuzun gerçəkləşməsi ümidilə Avropa Liqasının bu mövsümünü daha fərqli həyəcanla izləyəcəyik. Düşünürəm ki, finalda hansı komandaların çıxış etməsindən asılı olmayaraq, azarkeşlər Bakıda əsl futbol bayramı yaşaya biləcəklər. Bakı şəhərinin gözəlliyini görmək, Bakı Olimpiya Stadionunun əzəmətini hiss etmək istəyən komandalar Avropa Liqasının 2019-cu ildə keçiriləcək final qarşılaşmasına vəsiqə qazanmaq üçün səylərini əsirgəməyəcəklər. Mübarizə, gözəllik və əzəmət görmək istəyən komandalar, söz sizindi”.
Qeyd edək ki, dünən Monakoda həm də yeni mövsümün finalına özəl hazırlanmış loqonun təqdimatı keçirilib. Loqoda təsvir edilən UEFA Avropa Liqasının kuboku Bakının lokal xüsusiyyətlərini əks etdirən ecazkar arxitektura nümunələri ilə əhatə olunub.
Loqonun dizaynında paytaxtımızın Azərbaycan Dövlət Akademik Filarmoniyası, Alov Qüllələri, Qız Qalası, Heydər Əliyev Mərkəzi və Hökumət Evi kimi məşhur tikililərinin təsvirindən istifadə olunub. Loqonun brendinqi Avropa qitəsini və təbii ki, Bakı şəhərini əhatə edəcək yarışın dinamik təbiətini və coğrafi xüsusiyyətlərini tərənnüm edir.
Azərbaycan dünyada “Odlar Diyarı” kimi tanınır. Bundan yola çıxaraq, loqoda “A” hərfi alov dilimləri formasında oyularaq dizayn edilib.
“Buta” naxışı isə milli geyimlərimizdə, xalçaçılıqda, eləcə də toxuculuq sənayesində sıx istifadə olunur. Bundan ilhamlanaraq, UEFA Avropa Liqası üçün gələcəkdə müxtəlif dizayn işlərində istifadə edilə biləcək xüsusi “Buta” naxışı hazırlanıb.
Qeyd edək ki, Bakı 2019 Finalı üçün yeni mövsümün başlanğıcında təqdim edilən əsas dizayn elementlərindən də yararlanaraq hazırlanmış xüsusi loqo Bakı şəhərinin qədim və müasir xüsusiyyətlərini əks etdirir. Avropanın gələcək futbol turnirlərində və yarışlarında, eləcə də müxtəlif təqdimatlarda və reklam işlərində loqonun daha da təkmilləşdirilməsi qarşıya qoyulan məqsədlərdəndir.
Məlumat üçün bildirək ki, yeni loqonun brendiqi UEFA-nın marketinq tərəfdaşlığı, həmçinin TEAM Marketing AG və Turquoise brendinq agentliklərinin əməkdaşlığı ilə hazırlanmışdır.
Mənbə: Bakı 2019 Avropa Liqası Finalı Əməliyyat Qrupu
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar