03 sen 13:29gundem

“Qarabağ”ın adı gəldi, belaruslu azarkeş moldavanları özündən çıxardı

“Qarabağ”ın adı gəldi, belaruslu azarkeş moldavanları özündən çıxardı
“Qayıdın evə, doğma kolxoza”
Molodva futbolu yas içindədi. Olan-qalan bir “Şerif”ləri vardı, universitetə qəbul olmaq istəyirdi, onu da “Qarabağ” dəftərini qoltuğuna verib, orta məktəb sinifinə yola saldı. Odu ki, klubun rəsmi saytında maraqlı heç nə yoxdu. İlk oyunda qazanılan qələbədən sonra futbolçuların müsahibələrinə yer verilmişdisə, bu dəfə Bakıdakı qarşılaşmanın yekun nəticəsini diqqətə çatdırıblar, bir də baş məşqçi Qoran Sabliçin mətbuat konfransında dediklərini.
Yox vəziyyətində olan idman mətbuatlarında da maraqlı yazı ilə rastlaşmadıq. Gözəgəlimli saytlardan hesab olunan moldfottball.com-da heyətlər təqdim olunub, bir də üç-beş cümləlik ümumi məlumat. Amma həmin xəbərin altında kifayət qədər maraqlı oxucu rəyləri oxumaq mümkündü. Oyundan əvvəl, matçın gedişində və sonrasında yazılan ən maraqlı şərhlərlə siz də tanış olun.
Turk: “Qarabağ” bu gün şübhəsiz qələbə qazanacaq. Hansı hesabla? 3:0! Kimin şübhəsi varsa, mənə cavab yazsın”.
16)?: “Qarabağ”ın azarkeşləri “Şerif” üçün heç də əsas amil olmayacaq. “Legiya”nı yada salın, o nə azarkeşlər idi? Nəticə necə olmuşdu?”
bolt: “Statistika teoriyadı, elə isə təcrübəyə nəzər salaq. “Şerif” cari avrokubok mövsümündə səfərdə “Torpedo”dan 2, “Şkendiya”dan 1, “Valyur”dan 2 qol “yeyib”. Bütün oyunları uduzub. “Qarabağ” bütün cəhətlərdə “Şerif”dən güclüdü. Ona görə də Bakıda azı 2 top buraxacaqlarını nəzərə alın”.
Infoazci: “Moldovanlar, sakitləşin, “Şerif” mərhələni adlayacaq. İndiyə qədər bu cür zəif “Qarabağ” görməmişdim. Üstəlik, baş məşqçimiz hazırda yığmanı və Millətlər Liqasını düşünür”.
zukermann: “1-ci qolu buraxdılar. Toparlana bilməsələr, qapılarını torbaya döndərəcəklər”.
Fİ: “Rəqib açıq-aşkar bütün hücumlarını cinahlardan sürət hesabına qurur. Bizimkilər özlərini niyə itirir, anlamıram”.
Belorussiya: “BATE – bizim fəxrimiz!”
Golasso1987: “Belorrusiya”, qulaq as, sizin BATE-yə görə sevinirik. Get, Belarus saytlarında eşələn və sevin, burda yox”.
Belorussiya: “BATE çətinlik çəkmədən “Qarabağ”ı keçdi və bununla da azərilərə futbolun nə olduğunu başa saldı. Biz onları Bakıda udduq, Borisovda darmadağından güclə qurtuldular. Siz isə uduzursuz”.
Fİ: “Tiraspoldakı ”Qarabağ”la Bakıdakı “Qarabağ” – iki fərqli komanda izləyirəm. Bu nədi belə?”
zukermann: “Suşiçi uşaq kimi sürüyürlər. Bundan artığına baxmağa gücüm yoxdu. Çıxıram. Hamınıza uğurlar!”
FKZB: “Belorussiya”, get ... burdan! Sümüksüz qalan it kimi hürürsən bayaqdan”.
007: “2:0. Yaxşı ki, Paşenko var. Yoxsa qapının torları cırıq-cırıq olar”.
Outsider: “Dostlar, həvəsdən düşməyin. 2:0-dı, bizə 1 qol da bəs edir. Çətindi, amma vuracaqlar. Görərsiz”.
Çij: “Bu, Tiraspolda “çərçivə”yə bir dəfə də olsun, zərbə vura bilməyən “Qarabağ” deyil? Sadəcə, “Şerif”in oyunu alınmır nəsə”.
Tokyo: “Bu nə yuxu idi belə? Dostlar, insaflı danışaq, bu cür oyunla qrupu “Qarabağ” haqq edirdi”.
Nemçik: “Sabliç hər dəfə mətbuat konfranslarında qalib gəlir. Bəs meydanda niyə qalib gələ bilmir?”
Qriqoriy: “Qayıdın evə, doğma kolxoza”.
mild: “Qarabağ” ardıcıl 5-ci dəfə qrupa vəsiqə qazanır. Öyrənin, axmaqlar! Zibil kimi tulladılar sizi”.
Preqress: “Halal olsun, “Qarabağ”! Hətta bu heyətlə də darmadağın etdilər. Dani Kintana, Miçel, Yakub Jezniçak meydanda yox idi. Dino Ndlovu artıq komandada deyil. Görün onlar olsaydı, nələr baş verərdi”.
Ashraf: “Bu “Belorussiya”ya sual verin ki, təriflədiyin BATE nə idi ki? Hər iki oyunda cərimə meydançasına “avtobus” qoydular. Vaxtı olanda, gedib videogörüntülərə baxsın”.
TVSN: “Nəyə layiq idilərsə, onu da aldılar. “Şerif”in legionerləri pulları ciblərinə doldurmaqla ancaq vaxt keçirirlər. Demək olar, hər gün gecə klublarında əylənirlər. Əvvəl heç olmasa, gizlin edirdilər. İndi açıq-aşkar əylənirlər. Bəxt hər dəfə olmur. Nə qədər ki komandada bu cür özbaşınalıq olacaq, bundan artığını gözləməyə dəyməz”.
Dim: “Belə oyunlarda zərbəyə zərbə ilə cavab verməlisən. “Qarabağ” hesabı açıb, ikinci qol haqda düşünür, “Şerif”in futbolçuları müdafiədən çıxmağa qorxur. İnsaf naminə, “6” nömrələri qırmızı vərəqə ilə meydandan qovulmalıydı”.
Nemçik: “Ünlü komandalar önündə darmadağın olmaq ayıb deyil. “Tottenhem”lə oyun yadınızdadı? “Vur-qaç” futbolu oynamışdılar. Amma azarkeşlər futbolçuları ayaqüstə alqışlamışdı”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar