UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra ölkələrin əmsallar cədvəlini yeniləyib. Təəssüf ki, “Qarabağ”ın “Şerif” üzərində qələbəsi Azərbaycanın mövqeyinə təsir göstərməyib. Ölkəmiz bu siyahıda əvvəlki mövqeyində - 26-cı sırada qalıb. Moldova təmsilçisi üzərində 3:0-lıq darmadağın hesabımızı əlavə 0.250 əmsal zənginləşdirdi. Hazırda UEFA reytinqində 55 ölkə arasında 26-cı pillədə olan Azərbaycanın hesabında 18.500 əmsal var. Onun 1.875-i (1.125 “Qarabağ”, 0,250 “Neftçi”, 0,250 “Keşlə”, 0,250 “Qəbələ”) cari mövsümdə qazanılıb. Bir pillə öndə olan İsrailin 18.625 əmsalı var. Ancaq Avropada yarışan asiyalıların təmsilçilərinin hamısı artıq mübarizəni dayandırıb. Başqa sözlə, İsrailin ÇL-in və ya AL-in qrupunda komandası yoxdu. Belədə mövqeyimizi yaxşılaşdırmaq üçün yaxşı imkan var. Nəzərə alaq ki, qrup mərhələsində heç-heçə 0.250, qələbə 0.500 əmsalla qiymətləndirilir. Bu isə o deməkdi ki, 1 heç-heçə irəliləməyə imkan verəcək. Bir şərtlə ki, qrupa bir təmsilçisi adlayan Bolqarıstan və Qazaxıstanı (Slovakiya, Macarıstan və çox geridə qalan Lüksemburqun bizə çatması mümkünsüzdü) irəli buraxmayaq. Xüsusilə orta asiyalılar əsas təqibimizdi və əmsal fərqi də çox deyil. “Astana”ilə yoluna davam edən Qazaxıstan 17.750 əmsala malikdi.
ölkə 2014/15 2015/16 2016/17 2017/18 2018/19 cəmi qatılan/qalan
1. İspaniya 20.214 23.928 20.142 19.714 3.142 87.140 7/7
2. İngiltərə 13.571 14.250 14.928 20.071 2.785 65.605 7/6
3. İtaliya 19.000 11.500 14.250 17.333 2.928 65.011 7/6
4. Almaniya 15.857 16.428 14.571 9.857 2.928 59.641 7/7
5. Fransa 10.916 11.083 14.416 11.500 2.916 50.831 6/6
6. Rusiya 9.666 11.500 9.200 12.600 2.250 45.216 6/5
7. Portuqaliya 9.083 10.500 8.083 9.666 2.500 39.832 5/3
8. Ukrayna 10.000 9.800 5.500 8.000 1.800 35.100 5/3
9. Belçika 9.600 7.400 12.500 2.600 2.600 34.700 5/4
10. Türkiyə 6.000 6.600 9.700 6.800 1.900 31.000 5/4
11. Hollandiya 6.083 5.750 9.100 2.900 3.600 27.433 5/2
12. Avstriya 4.125 3.800 7.375 9.750 1.600 26.650 5/2
13. Danimarka 2.900 5.500 8.500 5.250 3.875 26.025 4/1
14. Yunanıstan 6.200 5.400 5.800 5.100 3.100 25.600 5/3
15. İsveçrə 6.900 5.300 4.300 6.500 1.900 24.900 5/2
16. Xorvatiya 6.875 4.500 5.125 5.125 2.250 23.875 4/1
17. Çexiya 3.875 7.300 5.500 5.500 1.500 23.675 5/3
18. Cənubi Kipr 3.300 3.000 5.500 7.000 3.875 22.675 4/2
19. Serbiya 2.750 4.250 2.875 6.375 5.250 21.500 4/1
20. Belarus 5.500 5.125 3.000 3.250 3.000 19.875 4/1
21. Şotlandiya 4.000 3.000 4.375 4.000 4.000 19.375 4/2
22. Polşa 4.750 5.500 3.875 2.875 2.250 19.250 4
23. İsveç 3.900 4.750 2.750 5.375 2.375 19.150 4/1
24. Norveç 2.200 7.250 1.375 4.000 4.125 18.950 4/2
25. İsrail 1.375 2.250 6.750 5.625 2.625 18.625 4
26. AZƏRBAYCAN 3.625 4.375 4.250 4.375 1.875 18.500 4/1
27. Qazaxıstan 3.375 4.625 2.750 4.250 2.750 17.750 4/1
28. Bolqarıstan 4.250 1.000 4.250 4.000 3.000 16.500 4/1
29. Rumıniya 5.125 2.250 3.300 2.900 2.375 15.950 4
30. Sloveniya 4.000 1.000 2.250 4.625 3.125 15.000 4
31. Slovakiya 2.750 3.750 2.125 1.875 3.875 14.375 4/1
32. Lixtenşteyn 2.500 5.000 2.500 2.000 1.500 13.500 1
33. Macarıstan 2.125 1.625 1.875 1.625 2.000 9.250 4/1
34. Makedoniya 1.125 1.500 1.250 3.125 1.000 8.000 4
35. Moldova 1.750 1.250 0.875 2.750 1.125 7.750 4
36. Albaniya 0.875 2.125 0.875 2.625 1.000 7.500 4
37. İrlandiya 2.000 0.700 2.625 1.125 1.000 7.450 4
38. Finlandiya 2.400 1.000 1.750 1.250 0.875 7.275 4
39. İslandiya 2.500 1.125 1.000 1.125 1.500 7.250 4
40. Bosniya və Hersoqovina 1.750 1.500 0.500 1.375 2.000 7.125 4
41. Litva 0.500 0.750 0.500 2.375 2.625 6.750 4
42. Latviya 0.250 1.625 1.375 0.750 1.625 5.625 4
43. Lüksemburq 0.500 0.750 0.750 0.875 2.375 5.250 4/1
44. Ermənistan 0.375 1.625 1.125 0.625 1.500 5.250 4
45. Malta 0.125 0.875 1.250 1.375 1.500 5.125 4
46. Estoniya 1.500 1.000 1.375 0.625 0.500 5.000 4
47. Gürcüstan 1.250 0.625 1.125 0.125 1.625 4.750 4
48. Uels 0.125 1.500 1.000 0.500 1.000 4.125 4
49. Monteneqro 0.750 1.000 0.875 1.125 0.375 4.125 4
50. Farer adaları 1.375 0.375 0.375 0.750 1.125 4.000 4
51. Cəbəllütariq 0.250 0.750 1.500 0.500 1.000 4.000 3
52. Şimali İrlandiya 1.375 0.750 0.500 0.750 0.500 3.875 4
53. Kosovo 0.000 0.000 0.000 0.000 2.500 2.500 2
54. Andorra 0.500 0.166 0.166 0.166 0.833 1.831 3
55. San Marino 0.000 0.000 0.000 0.166 0.500 0.666 3