31 avq 17:12gundem

“Tofiq Bəhramov”da hər şey gözəl idi…

“Tofiq Bəhramov”da hər şey gözəl idi…
…polisin azarkeşi aparmasından başqa
Bu il Tofiq Bəhramov adına Respublika stadionunda son oyun keçirilir? Dünən əksəriyyətin beynində bu sual fırlanırdı. Ancaq eyni zamanda “Qarabağ”ın qrupa vəsiqə qazanacağına ümid var idi. Bu macəra, bu həyəcan, bu adrenalin yenə ən azı dekabra kimi davam etməliydi.
Bilet almağa gecikənlər
Oyundan bir gün əvvəl satışa çıxarılan biletlərin təxminən yarısı alıcısını tapmışdı. Bu da tribunaların dolacağına inamı azaltmışdı. Axı bu mövsüm digər ev matçlarında da anşlaq yaşanmamışdı. Bu dəfə də tribunalar tam dolmadı.
Oyuna 40-45 dəqiqə qalmış stadionun qarşısında qələbəlik var idi. Kassanın önündə xeyli azarkeş vardı. Günü günə satıb, məhz dünən bilet axtarışına çıxanları anlamaq mümkün deyildi. Tək-tük yerlərdə “qara bazar”ın nümayəndələrinə də rast gəldik. Bir nəfər bileti daha ucuz qiymətə almaq istədikdə “özüm 2 manat 50 qəpik vermişəm, 3 manata satıram, mənə 50 qəpik qalır” cavabını eşitdi. Bir başqası isə əlindəki əlavə bileti öz qiymətinə - 3 manata təklif edirdi. Görünür, tanışlarından biri oyuna gələ bilməmişdi.
Ürəkağrıdan mənzərələr
Polislər ənənəyə sadiq qalaraq, stadionun önündə iki sədd müəyyənləşdirmişdi. İlk mərhələdə, sadəcə, biletlər yoxlanılırdı. Daha sonra könüllülər əllərindəki aparatla biletlərin saxta olub-olmadığını yoxlayırdı. İkinci – son səddəki asayiş keşikçiləri isə azarkeşlərin üst-başını əməlli-başlı yoxlayır, metal axtaran çubuqlardan istifadə edirdilər. Basabasda bir azyaşlının yerə yıxıldığını gördük. Özü də yeniyetmənin bir qolu sarıqlı idi. Ancaq zərərçəkən yaxınına ciddi zədəsinin olmadığını söylədi. Tribunalardan birinin giriş qapısı yaxınlığında astma xəstəliyindən əziyyət çəkən azarkeşin yerə çökməsi də diqqətimizdən yayınmadı. Yoldaşının köməyi ilə inqalyatordan istifadə edib, özünə gəlməyə çalışdı.
Rəsmi fanklub xeyli öncədən coşdu
“Köhlən atlar”ın fanklubları həmişəki yerlərində idi. Bu dəfə “Qarabağ”ın rəsmi fanklubu xeyli öncədən – yarım saat əvvəl coşmuşdu. Coşmaq dedim, yadıma Sənan Şəfizadə düşdü. ATV-də çalışan həmkarımız yenə azarkeşləri fəal dəstəyə səsləyirdi. Qışqırmaqdan Şəfizadənin səsi az qala batmışdı. Sənan oyunun gedişində də tez-tez tribunalara səslənirdi. Matça dəqiqələr qalmış VİP-lojada aşağı yaş qrupu üzrə yığmalarımızdan birinin kollektivi yerini tutdu. Qarşılaşmanı izləyənlər arasında “Qarabağ”ın sabiq futbolçusu Vüqar Nadirov da vardı.
Maksimi Mahirlə səhv saldılar
Start fiti çalınanda məlum oldu ki, qapıarxası tribunalar dolmayacaq. Oyun başlayandan sonra da gələnlər var idi. Ancaq bu belə, 7-ci və 22-ci sektorlardakı boşluğu örtməyə kifayət etmədi. Maksim Medvedevin erkən qolu yerinə düşdü. Azarkeşlər daha da cuşa gəldi. Ancaq “Qarabağ”la avrokuboklarda ilk qoluna imza atan futbolçunu bəzi tamaşaçılar Mahirlə səhv saldı. Belə ki, stadionda qolun müəllifinin soyadı birağızdan səslənəndə bəziləri “Medvedev” əvəzinə “Mədətov” deyə qışqırdı. “Köhlən atlar” azarkeşlərə adrenalin yaşatmaqda davam edirdi. Rəqib qapısında təhlükəli epizodlar sıralanırdı. Vild-Donald Gerye başla fərqi artıranda isə tribunalar daha da coşdu.
“Qarabağ”ın həkimindən yardım
Hissənin ortalarında üzücü olay yaşandı. “Qarabağ”ın futbolçusuyla toqquşmada yerdə qalan Aleksandru Boyçukun qolunun sındığı məlum oldu. Belədə 26-cı dəqiqədə “Şerif”in heyətində məcburi dəyişiklik edildi. Zərərçəkən bir neçə dəqiqə ehtiyat oyunçular skamyasında ilkin yardım aldı. Bu zaman “Qarabağ”ın həkiminin də köməyə gəlməsi “feyr-pley” adına gözəl mənzərəydi. Yarım saatın tamamında Simeon Slavçev azarkeşləri daha fəal dəstəyə səslədi. Bu, fitili odlamaq demək idi. Tribunalar da elə bil sanki bunu gözləyirdi. Ancaq həmişəki kimi “Qarabağ, Qarabağ” şüarı çox davam etmədi.
“Şerif”in futbolçusu məşqçisinə əsəbləşdi
Hesabın gətirdiyi sevinc azarkeşlər üçün dopinq effekti vermişdi. Hər halda, ikinci hissədə daha fəal olmalarını bununla izah etmək olar. Fanklublar islandlara xas ritmi tutduğu dəqiqələrdə “Meksika dalğası” işə düşdü. Ozobiçin fantastik qolundan sonra əksər futbolçular qaçış cığırına çıxdı. Bu zaman Vaqner də qazonu tərk etmişdi. Ehtiyatdakı oyunçularla sevincini bölüşən qapıçı geri qayıdanda başqalarından fərqli, mövqeyini tərk etməyən Rəşad Sadıqovla da qucaqlaşdı.
Artıq “Şerif”də xaos hökm sürürdü. Rəqib heç gözləmədiyi vəziyyətlə üzləşmişdi. Bu da qonaq futbolçuları hiddətləndirməyə bilməzdi. 68-ci dəqiqədə Jo Santos əvəzlənməsindən narazı idi. Baş məşqçiyə kəskin etirazını bildirən qaradərili futbolçu hirsini yolüstü yerdəki idman çantasından çıxdı. Bu arada, 70-ci dəqiqədə polisin 4-cü sektorda əyləşən “Qarabağ” azarkeşlərindən birini də aradan götürməsi gözdən yayınmadı. Həmin sektorda əyləşən fəal azarkeşlərin iki-üç dəqiqəsi polislə mücadiləyə getsə də, deyəsən, həmkarlarını xilas edə bilmədilər.
Maksim susuz qaldı
Delarj meydana çıxanda “Qarabağ”ın futbolçuları su dalınca qaçdı. Ancaq Maksimə su çatmadı. Qaranın su butulkasına gözünü dikən Medvedev arzusuna çatmayınca, komanda yoldaşına narazılığını bildirdi. Qarayev isə onu eşitmədiyini bildirdi. Son dəqiqələrdə topdaşıyan uşağın “dəri kürə”ni rəqib qapıçıya vermək istəməməsi tribunaların alqışına səbəb oldu.
Möhtəşəm sevinc
Möhtəşəm qələbə və növbəti dəfə qrup mərhələsinə vəsiqə! Final fitindən dərhal sonra Filip Ozobiç “Şerif”in xorvat məşqçiləriylə əl tutuşdu. Az sonra futbolçular meydanın mərkəzində qələbələrini tullanaraq qeyd etdilər. Növbə azarkeşlərə çatdı. Komanda qaçış cığırı boyunca hərəkət edərək, onlara dəstək verənlərlə sevincini bölüşdü. Onları kənardan izləyən Qurban Qurbanov da boş dayanmadı. Baş məşqçi “İmarət”in çağırışını cavabsız qoymadı. Komanda yoldaşlarını təbrik etmək üçün tribunadan aşağı düşən Dani Kintana az sonra çəliksiz qaldı. Delarj onunla zarafatlaşmaq məqsədiylə çəliyini “oğurlamışdı”.
“Tofiq Bəhramov” boşalandan sonra azarkeşlərin şüarları Bakı küçələrini və “Gənclik” metrosunu ağuşuna aldı. Belə ola həmişə...
SƏRXAN
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar