31 avq 17:06gundem

Referiyə 8,3, köməkçilərinə 8,4

Referiyə 8,3, köməkçilərinə 8,4
Anar Salmanov makedoniyalı hakimlərə qiymət verdi
“Qarabağ”ın “Şerif”i əzdiyi matçı Makedoniyadan olan hakimlər briqadası idarə etdi. Aleksandr Stavrevə laysmanlar -Maryan Kirovski və Deyan Kostadinovkömək etdi. 4-cü hakim funksiyasını isə Dimitar Meçkarovski yerinə yetirdi.
Adətən, böyük hesabla bitən qarşılaşmalarda hakimlik o qədər də müzakirə olunmur. Lakin ənənəyə sadiq qalaraq, bu dəfə də ədalət təmsilçilərinin idarəçiliyini dəyərləndirməyi lazım bildik. Beynəlxalq dərəcəli hakim Anar Salmanov bu işdə bizə yardımçı oldu. Anar bəy Aleksandr Stavrev və köməkçilərinin işindən ümumən razı qalsa da, bəzi səhvlərə yol verdiklərini vurğuladı: “İlk növbədə onu qeyd edim ki. hakimlər briqadası fizki hazırlığına görə seçildilər. Stavrev çalışırdı ki, bütün epizodlara yaxın olsun. Bu da onda alınırdı. Baş hakimlə köməkçiləri arasında anlaşma da yüksək səviyyədə idi. Çatışmayan cəhət isə vərəqələrin düzgün verilməməsi oldu”.
Anar bəy xüsusilə ilk yarıda makedoniyalı ədalət təmsilçisinin əlini cibinə atmaqdan çəkindiyini vurğuladı: “Vərəqələrin tətbiqi və yozumu düzgün olsa da, bəziləri heç də vaxtında verilmədi. Məsələn, 6-cı dəqiqədə rəqib futbolçu açıq-aşkar Slavçevə qarşı kobud oynasa da, baş hakim oyunun əvvəli olduğu üçün sarı vərəqə göstərməkdən çəkindi. Bununla da o bir növ özünü“sığortalamış”oldu. Çünki matçın ilk dəqiqələrində göstərilən sarı vərəqənin sonradan “qırmızı”ya çevrilmək ehtimalı çox böyükdü. Bu isə əlavə söz-söhbətə, müzakirəyə yol açmaq deməkdi. Stavrev də məhz bu nüansı nəzərə alıb, şifahi xəbərdarlıqla kifayətləndi. Ancaq 32-ci dəqiqədə artıq həmin futbolçuya eyni qayda pozuntusuna görə “sarı” göstərməyə məcbur oldu. 23-cü dəqiqədə makedoniyalı hakim daha bir səhvə yol verdi. O “Şerif”in futbolçusuna heç nədən cəzalndırdı. Əslində Gerye ilə Boyçuk ikili hava mübarizəsinə qalxmışdı. Həmin an heç bir dirsək zərbəsindən söhbət gedə bilməzdi. Sadəcə, yerə düşərkən “Şerif”in futbolçusunun əli Geryenin sifətinə dəydi. Orda dirsək zərbəsi olsaydı, Boyçuka birbaşa “qırmızı” göztərilməliydi. Referi açıq əli nəzərdə tutubsa da, yenə deyirəm ki, orda buna oxşar heç nə yox idi. Çox maraqlıdı ki, Stavrev qərarı bir qədər ləng qəbul etdi. Ola bilsin, o 4-cü hakimin kənardan müdaxiləsi ilə belə qərar verdi. Kovaçeviçə göstərilən sarı vərəqəni isə düzgün və vaxtında verilmiş qərar kimi dəyərləndirmək mümkündü. 47-ci dəqiqədə Mahir Mədətovun yerdə qaldığı qayda pozuntusu zamanı baş hakim “üstünlük” prinsipinə riayyət etməli olduğu halda matçı saxladı. Halbuki həmin vaxt meydan sahiblərinin təhlükəli hücumu davam edə bilərdi. Makedoniyalı referi oyunu saxladığına görə də qonaq futbolçuya olmayan sarı vərəqəni verdi. Və özünü vəziyyətdən çıxarmağa çalışdı”.
Beynəlxalq dərəcəli sabiq ədalət təmsilçisi sonda oyunu idarə edən hakimlər briqadasının işini də qiymətləndirməyi unutmadı:“Baş hakimin fiziki hazırlığını və köməkçiləri ilə viziual əlaqəsinin yüksək olduğunu, vərəqələri göstərən zaman yol verdiyi xətaları nəzərə alsaq, idarəçiliyini 8,3 balla qiymətləndirmək olar. Köməkçilərinə isə ondan bir qədər artıq, 8,4 vermək mümkündü. Onlar öz işlərinin öhdəsindən daha yaxşı gəldilər”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi 17-05-2019, 21:10 “Sabah” beş futbolçuya qapını göstərdi 17-05-2019, 21:09 "Neftçi" üç futbolçu ilə vidalaşdı 17-05-2019, 21:08 Renat Dadaşov U-21-dən imtina etdi 17-05-2019, 21:07 İnqilab Məmmədovun ayağı "Qəbələ"yə düşərlidi 17-05-2019, 19:52 150 min manatlıq təsəlli 17-05-2019, 19:51 Kitanovski "Səbail"ə lazım olmadı 17-05-2019, 19:50 Slavik Alxasov "Keşlə"də qaldı 17-05-2019, 19:48 "Neftçi" Benetlə müqavilə müddıtini uzatdı 17-05-2019, 19:47 Medallar şənbə günü paylanacaq 17-05-2019, 19:46 Finalda Naxçıvan – Lənkəran dueli 17-05-2019, 19:44 Cüdo Federasiyası təxribata münasibət bildirdi 17-05-2019, 19:42 Jezniçakın yolunu gözləyirmişlər… 17-05-2019, 18:58 Abdullayevlə Nikolovdan “tikanlı” sözlər 17-05-2019, 18:57 Fiqu könüllülərə səsləndi 17-05-2019, 18:56 “Futbol və Biznes” sammiti keçirildi 17-05-2019, 18:53 Son turun qiyməti 3520 manat oldu 17-05-2019, 18:50 “Sumqayıt” Atilla Yıldırımı yola saldı 17-05-2019, 18:49 Ziyalılar “Qəbələ”yə baş çəkdi 17-05-2019, 18:43 “Traktorsazi” Çempionlar Liqasında olmayacaq 17-05-2019, 18:42 “Arsenal” Mxitaryanın xüsusi şəkildə qorunmasını istəyir 17-05-2019, 18:39 Oqtay Abdullayev hesabat verəcək 15-05-2019, 14:17 “Səbail” “bürünc”ü “Şur”da “yudu” Bütün xəbərlər
Ən çox oxunanlar