31 avq 00:48gundem

“Qarabağ”ın avrokubok qəhrəmanlıqları

“Qarabağ”ın avrokubok qəhrəmanlıqları
“Şerif” nə “Rusenborq”du, nə “Visla”, nə də “Tvente”!
Bu gün axşam Respublika stadionunun qazonuna ayaq basacaq “Qarabağ”ın futbolçularından növbəti qəhrəmanlıq gözlənilir. Çünki özləri xalqı buna öyrəşdirib. İndiyə qədər o qədər çətin anlar olub ki, ağdamlılar vəziyyətdən çıxış yolu tapmağı bacarıb. Ya ilk oyunda məğlub olub, cavab görüşündə əvəzini artıqlaması ilə çıxıblar, ya cütün taleyini səfərdəki görüşdə həll ediblər, ya da cütün favoriti rəqib göstərildiyi halda yekunda sevinən tərəf “köhlən atlar” olub. Yəni bu cür nümunələr çoxdu. Ona görə də son 5 ilin ölkə çempionunun “Şerif”i Bakıya gəlməyə peşman edəcəyinə hədsiz inam var. Yekun nəticənin necə olacağı önəmli deyil. Vacib olan “Qarabağ”ın Tiraspol təmsilçisini mübarizədən kənarlaşdırıb, növbəti dəfə qrup mərhələsində yer almasıdı. “Köhlən atlar”ın bunu bacaracaq gücü və təcrübəsi var.
Rusenborq – 0:0, 1:0
2009-un yayı. Mövsümü 3-cü yerdə başa vuran ağdamlıların avrokuboklarda ciddi mənada nəsə edə biləcəyi heç kimin ağlına gəlmirdi. Komandanın durumu da indiki kimi deyildi axı. Nə bahalı legionerlər vardı, nə də hazırkı şərait. Üstəlik, mövsüm başa çatandan sonra heyətlə bağlı ciddi dəyişikliklərə əl atılmışdı. Artim Şakiri, Nidal Ferhatoviç, Zekeriya Ramadani, Sədat Şahin kimi əcnəbiləri yola salan Qurban Qurbanov yalnız Admir Telini saxlamışdı. Əvəzində çox sayda yerli futbolçuyla müqavilə bağlanmışdı: Rəşad Sadıqov, Elvin Məmmədov, Elnur Allahverdiyev, Vüqar Nadirov, Əfran İsmayılov. Komanda yenidən qurulduğundan, üstəgəl, ağdamlılar buna qədər avrokuboklarda ciddi heç nə ilə yadda qalmadığından, Avroliqanın 2-ci təsnifat mərhələsində “Rusenborq”un adını eşidənlər barmağını dişləmişdi. Öz aramızdı, “Rusenborq” hara, “Qarabağ” hara?! 180 dəqiqə ərzində birmənalı üstün təsir bağışlayan, təhlükəli vəziyyətləri boşa verən norveçlilər yekunda məğlub oldu. Qurbanovun yetirmələri səfərdə 0:0 oynadıqdan sonra Bakıda Rəşad Sadıqovun vurduğu yeganə qol sayəsində növbəti mərhələdə “Honka”ya rəqib oldu. Odu ki, “Qarabağ”ın avrokuboklardakı uğurundan danışanda, ağla dərhal “Rusenborq” gəlir.
Visla – 1:0, 3:2
2009-un yayında Avroliqanın pley-offuna qədər irəliləyən “köhlən atlar”dan növbəti yayda daha artığı gözlənilirdi. Artıq hər kəs bu komandaya inanır, insanlar həmin dönəm üçün təcrübəsiz sayılan Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin xarüqələr yaradacağına ümid edirdilər. 2010-un yayında Avroliqanın 1-ci təsnifat mərhələsində Skopye “Metallurq”unu birnəfəsə keçən ağdamlılar növbəti mərhələdə “Portadaun”u səfər qələbəsi sayəsində mübarizədən kənarlaşdırdı. Bu nəticənin özü də o vaxtkı Azərbaycan futbolu üçün nisbi uğur sayılırdı. Amma “Qarabağ”ın hədəfi daha böyük idi – 3-cü mərhələdə “Visla” sədddini keçmək. Bu oyuna qədər polşalılar həm klub, həm də yığma səviyyəsində azərbaycanlılar üçün uğursuz rəqib kimi dəyərləndirilirdi. Harda tuturdular, 3-5-ni vurub yola salırdılar. Ona görə də “Visla” adı qorxulu səslənirdi. “Qarabağ” Polşa mifini də darmadağın etməyi bacardı. Həm də hər iki oyunda qalib gəlməklə. Səfərdə Vüqar Nadirovun qolu sayəsində qələbə qazanan təmsilçimiz Bakıdakı görüşdə cütün taleyini 8 dəqiqəyə həll etməklə növbəti dəfə Avroliqanın pley-offuna yüksəldi. Halbuki Polşa mətbuatı və futbol mütəxəssisləri “Visla”nın Krakovdakı məğlubiyyətini təsadüf sayır, həmyerlilərinin Bakıda rahat qələbə qazanacaqlarını iddia edirdilər.
Tvente – 0:0, 1:1
2014-cü ildə “Qarabağ”, nəhayət, qrup mərhələsinə vəsiqə qazandı. Lakin bu heç də asan başa gəlmədi. Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Valletta”nın daşını daş üstə qoymayan təmsilçimizin növbəti mərhələdəki rəqibi güclü “Zaltsburq” idi. Bakıda hesab “Qarabağ”ın xeyrinə olanda, öncə rəqib futbolçunun, daha sonra Admir Telinin gərəksiz vəziyyətdə “qırmızı” alması komandanı ruhdan salmadı. 88-ci dəqiqədə Reynaldo qələbə topunu vurub kollektivi ruhlandırdı. Cavab görüşündə isə Avstriya təmsilçisi 2:0 hesablı qələbə qazanıb “köhlən atlar”ı Avroliqanın pley-offuna göndərdi. Rəqib 5-il əvvəl “Qarabağ”ı Avroliqanın pley-offundan geri qaytaran “Tvente” idi. Artıq hər iki komandanın heyəti dəyişmiş, ən vacibi “Qarabağ” böyük təcrübə toplamışdı. Bakıdakı ilk oyun qolsuz bərabərliklə bitəndən sonra böyük əksəriyyət əllərini yanına salmış, “Qarabağ” niyə qrupa düşə bilmir” sualı aktuallığını artırmışdı. Səfər matçının 37-ci dəqiqəsində rəqib futbolçu hesabı açandan sonra “Qarabağ”ın ruhuna salavat çevirənlər tələsdilər. Ruhdan düşməyən ağdamlı futbolçular Muarem Muaremin qolu sayəsində bərabərliyi yaxaladılar ki, yekun nəticədə bu hesab təmsilçimizi tarixində ilk dəfə Avroliqanın qrupuna daşıdı.
Göteborq – 0:1, 3:0
2016-nın yayında yenə Çempionlar Liqasında mübarizə aparan “Qarabağ” asan rəqib kimi gördüyümüz “Düdelanj-91” səddini çətinliklə dəf etmişdi. Bakıda 2:0-lıq qələbəyə baxmayaraq, rəqib doğma azarkeşləri önündə hesabı açmış, növbəti qolu vurmaq üçün böyük qüvvə ilə irəli atılmışdı. Hətta fərqi artırmaq imkanları da vardı. Reynaldonun əsas vaxta əlavə olunmuş dəqiqələrdə fərqlənməsi mərhələnin taleyini təmsilçimizin xeyrinə həll etmişdi. 3-cü mərhələdəki rəqib isə “Viktoriya” idi. Səfərdə qolsuz bərabərliyə razılaşan tərəflər Bakıda ölüm-dirim savaşına çıxdı. Lakin 1:1-lik heç-heçə bizimkilərin yox, çexlərin xeyrinə işlədi. “Düdelanj-91”lə səfər oyunu və Bakıda “Viktoriya” ilə qollu heç-heçə “Qarabağ”la bağlı ciddi suallar yaratmışdı. Çoxları komandanın zəiflədiyini düşünür, bu gedişlə Avroliqanın pley-offunda da uğursuzluğa düçar olacağını ehtimal edirdi. “Göteborq”a səfər məğlubiyyəti bədbinliyə qapılanların ehtimalını bir qədər də artırmışdı. “Qarabağ”ın ardıcıl 3-cü dəfə Avroliqanın qrupunda oynayacağını düşünənlərin sayı barmaqla sayıla biləcəkqədər az idi. Lakin onlar mümkünsüzü bacardı. Ruh düşkünlüyünə, səfər məğlubiyyətinə baxmayaraq, “köhlən atlar” əsl xarakter nümayiş etdirib “Göteborq”un qapısından 3 cavabsız top keçirməyə nail oldu.
Kopenhagen – 1:0, 1:2
Və ötən ilin avqustu. Avroliqanın qrup həyəcanını yaşayan çempionun hədəfi böyümüşdü. Məqsəd Çempionlar Liqasının qrupu idi. Təsnifat mərhələsində öncə “Samtredia”nı, daha sonra “Şerif”i mübarizədən kənarlaşdıran ağdamlıların növbəti rəqibi Danimarka nəhəngi, bir neçə dəfə ÇL-in qrupunda oynamış “Kopenhagen” idi. Heyətində Danimarka, İsveç, Paraqvay, Slovakiya, Sloveniya, Çexiya yığmalarının üzvlərinin yer aldığı rəqib olduqca təhlükəli görünürdü. Hətta bukmeker kontorları belə “Qarabağ”ın qrupa düşmək şanslarını gözlə görünməyəcək qədər minimum qiymətləndirirdi. Bakıdakı qarşılaşmada Mahir Mədətovun vurduğu qol yekun nəticəni müəyyənləşdirdiyindən, səfərdə bizimkilərin qollu məğlubiyyəti də sərf edirdi. Belə də oldu. 66-cı dəqiqədə hesabı 2:1 edən danimarkalılar geridə qalan təxminən 30 dəqiqə ərzində “Qarabağ”ın qapısına yol tapa bilmədilər. Qələbə qazanılmasa da, səfərdə rəqibə ciddi azarkeş dəstəyi qarşısında, üstəgəl, oyunda böyük təzyiqə sinə gərən ağdamlılar Azərbaycan xalqına əsl sevinc yaşatdı.
Faktlardan da göründüyü kimi, “Qarabağ” həlledici anlarda əsl xarakter nümayiş etdirməyi bacarıb. İndiyə qədər “Rusenborq”, “Tvente”, “Visla”, “Kopenhagen”, “Göteborq” və daha neçə-neçə komandanın futbolçularını məyus olmağa məcbur edən “köhlən atlar”ın moldavanları dizi üstə oturtması mümkünsüz görünmür. Əksinə, kifayət qədər realdı. Sadəcə, hücum xəttində bir qədər inamlı olmaq lazım gəlir. Və ən əsas məqam: aqressiv oyunla rəqibin rahat nəfəs almasının qarşısını almaq.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar