30 avq 00:13gundem

Qurban Qurbanovun siyahısı önündə düşüncələr

Qurban Qurbanovun siyahısı önündə düşüncələr
Ümidverici məqamlar azdı
Yığmanı qarşıda olduqca önəmli qarşılaşmalar gözləyir. Qurban Qurbanovun komandası sentyabrın 7-də Kosovo ilə evdə, 10-da isə Malta ilə səfərdə qarşılaşacaq. Hər iki görüş Millətlər Liqası çərçivəsində baş tutacaq. Təbii, bu yarışda yığmanın hədəfi əvvəlcə yer aldığı qrupun, daha sonra isə D liqasının qalibi olmaqdı. Bu baş verərsə, millimiz AÇ-2020-nin final mərhələsində iştirak edəcək. Hansı ki, sözügedən yarışın həlledici mərhələsinə evsahibliyi edəcək şəhərlərdən biri Bakıdı. Əslində Millətlər Liqasının yaradılmasında əsas məqsəd elə bizim kimi yığmaların da AÇ-yə yolunu açmaqdı. Çünki D liqasında aşağı-yuxarı eyni səviyyəli komandalar yer alıb. Burdan final mərhələsinə yollanmaq daha realdı, nəinki seçmə mərhələdən. Odu ki, biz də daxil olmaqla, D divizionunda yer alan bütün komandalar Millətlər Liqasına fürsət kimi baxır. Yığma çalışmalıdı ki, bu imkanı lazımınca dəyərləndirsin və futbol tariximizdə ilk dəfə final mərhələsində ölkəmiz də təmsil olunsun. Bunun üçün isə startdan çox şey asılıdı. Xüsusən həm Qurbanovun komandasının yer aldığı qrupun, həm də D divizionun favoritlərindən olan Kosovonu Bakıdan əliboş yola salmaq lazımdı. Daha sonra Malta ilə səfər matçı haqda düşünmək olar. Bununla belə, “cırtdan”la duelə də barmaqarası yanaşmaq olmaz.
Srağagün yığmanın Kosovo və Malta ilə oyunlar üçün heyəti açıqlandı. Baş məşqçi Millətlər Liqasındakı ilk iki görüşə 25 futbolçu dəvət edib. Əslində ortada nəticə olmadan Qurbanovun seçiminin doğru və ya yanlış olduğunu söyləmək bir qədər tezdi. Tutaq ki, sabah klubunda o qədər də şans qazanmayan biri meydana çıxıb yığmaya uğur qazandıra bilər. Digər tərəfdən, Qurban bəyin özünün ilk rəsmi oyunları üçün uyğun siyahını tərtib etməyə çalışdığı şübhə doğurmur. Lakin heyətlə bağlı bəzi məqamlara toxunmasaq, olmaz. Hər halda, siyahıda diqqəti çəkən məqamlar var. Qurbanovun açıqladığı heyəti saf-çürük edərkən, mövqelər üzrə gəzişməyi məqsəduyğun saydıq.
Qurban bəyin qapıçı seçimi ilə bağlı uzun-uzadı müzakirə aparmaq mənasızdı. Düzdü, Anar Nəzirovu 3-cü qapıçı kimi görməyə adət etmişdik. Lakin “Zirə”nin hazırkı durumunu və adı çəkilən qapıçının çıxışını nəzərə alıb, baş məşqçiyə haqq qazandırmalıyıq. Doğrudu, Kamran Ağayevli “Keşlə” də xarüqələr yaratmır. Bununla belə, görünən odu ki, Kamran birinci divizionda çıxış etsə belə, yığmanın “1 nömrə”si kimi qalacaq. Müdafiədə isə iki məqamı qeyd etməliyik. “Sumqayıt”dan Bəxtiyar Həsənalızadənin dəvət almasını müsbət məqam kimi vurğulayaq. Baş məşqçinin oyunlarda ona şans verəcəyi o qədər də real görünmür. Bununla belə, Bəxtyar da ən azı düşərgədə olmağa layiqdi. Hazırda mərkəz müdafiəçisi məsələsi onsuz da Qurbanovu qayğılandırır. Nə bilmək olar, bəlkə Həsənalızadə yavaş-yavaş millidə həmin yerin sahibinə çevriləcək. Çalışdırıcı Anton Krivotsyuka da dəvət göndərə bilərdi. Ancaq “Neftçi”nin futbolçusu hazırda U-21-ə çağırılıb və yəqin ki, buna görə Qurban bəy onun adını siyahıya salmayıb. Hərçənd “gənclər yığması”nın AÇ-də elə bir hədəfi qalmayıb. Klubunda əla təsir bağışlayan müdafiəçiyə növbəti toplanışlarda əsas millidən dəvət gəlməsi istisna deyil.
Yarımmüdafiəyə gəlincə, ən önəmli məqam Cavid Hüseynovla bağlıdı. Məlum olduğu kimi, “Qəbələ”nin kapitanı cəzalı olduğuna görə premyer-liqanın ilk 3 turunu buraxıb. Bu isə oyun təcrübəsi baxımından ciddi siqnaldı. Sonuncu dəfə iyulun 19-da Avroliqa çərçivəsində rəsmi matça çıxan Hüseynovun yığmadan dəvət almasını anlamaq çətindi. Bu mövqedə çıxış edən daha iki futbolçunun – Namiq Ələsgərovla Rəhman Hacıyevin də durumu ürəkaçan deyil. Ötən il “Neftçi”nin heyətində diqqətləri üzərinə çəkən Rəhmanı nədənsə Roberto Bordin sevmir. Geridə qalan 3 premyer-liqa matçından yalnız birində 7 dəqiqə şans qazanan yarımmüdafiəçinin oyun təcrübəsindən əziyyət çəkdiyi şübhə doğurmur. Ələsgərov isə zədədən yeni dönüb və çempionatda hələ ki oynamayıb. Onun yığmaya nə qədər faydalı olacağı sual doğurur. Adı çəkilənlərdən başqa Dmitri Nazarov da “Ertgebirge”də əsas heyət üzvü statusunu itirməkdədi. Son iki görüşdə sonradan meydana çıxması belə deməyə əsas verir.
Nəhayət, hücum xəttinə gələk. Burda da vəziyyət ideal deyil. Rauf Əliyevin uzun müddətdən sonra yığmaya dönüşü müsbət məqamdı. Forvard “Qəbələ”də şans qazanır və hətta yeni mövsümdə fərqlənməyi də bacarıb. Mahir Mədətov isə beynəlxalq arenada qol vura bilməsə də, çempionatda iki dəfə rəqib qapısına yol tapıb. Lakin Ramil Şeydayevin “Krılya Sovetov”da işləri qaydasında getmirsə, Ruslan Qurbanovun hazırkı idman forması qaneedici deyil. Bütün bunlar yığmanın Millətlər Liqasındakı çıxışına təsirsiz ötüşməyəcək. Ümid edək ki, sentyabrın 7-si və 10-da bunun əksini görəcəyik. Əks halda, tarixi fürsət də əldən çıxacaq.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Bu gün, 13:43 Tarixi uğurun memarı hədəfini açıqladı Bu gün, 13:40 “Neftçi”lilər “Səbail” azarkeşlərinə “erməni” deyib Bu gün, 13:38 Nizami “Çərkəzköy 1911”dən ayrıldı Bu gün, 13:36 Xanım referi bu dəfə Heydər Əliyev Fonduna müracət edib Bu gün, 13:28 “Qarabağ”ın işçisi klubdan ayrıldı Bu gün, 13:24 Tahir Süleymanov İK-nın qərarını gülünc sayır Bu gün, 13:23 “Qəbələ”nin meneceri inzibatçını günahsız saydı Bu gün, 13:21 Obradoviç təklifini bəzi klublar dəstəkləmədi Bu gün, 13:20 “Arsenal” finala çıxsa, UEFA Mxitaryana görə ingilislərə dəstək verəcək Bu gün, 12:58 Baş katib qayıtdı, “Kəpəz”in rəisi klubdan ayrıldı Bu gün, 12:56 MOİK darmadağın oldu, "Sumqayıt-2" fərqi azaltdı Bu gün, 12:50 Tahir Süleymanov “Ayaks”dan və “Futbol+”dən yazdı Bu gün, 12:49 Alesio toplanışı dəyərləndirdi Bu gün, 12:47 İkinci oyunda uduzdular Bu gün, 12:43 İntizam Komitəsi Jozef-Monrozu bağışladı, Rıbkaya güzəşt etdi Bu gün, 12:39 Essyen yenidən “Stemford Bric”də görünəcək Bu gün, 12:36 “Qəbələ” üçün yarımfinal ərəfəsində üçüncülük şansı Bu gün, 12:34 “Tobol”un səhifəsi Emili maraqlı paylaşımla təbrik etdi Bu gün, 12:33 “Hələlik Aynur Sofiyeva 2-ci yerdədi” Bu gün, 12:30 Mirabdulla Abbasov hərəkətinə aydınlıq gətirdi Bu gün, 12:21 Yığma Ukraynaya uduzdu Bu gün, 12:18 Projektor olmasa da, final istənilən halda Naxçıvanda keçiriləcək 17-04-2019, 16:52 Turun statistikası 17-04-2019, 16:50 Turun məşqçisi 17-04-2019, 16:49 Turdan məqamlar 17-04-2019, 16:46 “Neftçi”nin çempionluq şansını itirmədiyini düşünürlər... 17-04-2019, 16:44 “Səbail”in vaxtla bağlı etirazı gülməlidi 17-04-2019, 16:42 Turun oyunçusu 17-04-2019, 16:41 Turun sitatı 17-04-2019, 16:40 "Keşlə”yə baxışa fransız oyunçu gəlib 17-04-2019, 16:36 “Neftçi” üstünlüyü bu cür əldən verdi… 17-04-2019, 16:33 Fariz Nəcəfov Tale Heydərovla görüşmək üçün ölkəni tərk etdi 17-04-2019, 16:32 Fariz Nəcəfov “Zirə”ylə oyundan sonranı nişan verdi 17-04-2019, 16:28 Jozef-Monroz Azərbaycan xalqından üzr istədi 17-04-2019, 16:27 Erkin İbrahimov “Neftçi”nin maraqlandığı argentinalını bəyənməyib 17-04-2019, 16:25 Ötən həftə premyer-liqaya vəsiqə qazandı, sabah çempion ola bilər 17-04-2019, 16:24 Yığma bu gün Ukrayna ilə qarşılaşacaq 17-04-2019, 16:22 Hakimlərin mühakiməsi 17-04-2019, 16:21 İlham Allahverdiyev Türkiyəni Qusara dəyişdi 17-04-2019, 16:19 Eddidən məhsuldar ötürmə və "sarı" 17-04-2019, 16:17 Yığma serblərə qalib gəldi 17-04-2019, 16:14 Azər Bağırov AFFA-nın tələblərini yerinə yetirməkdə problem görmür 17-04-2019, 16:14 “Kəpəz”in icraçı direktoru postuna namizəd ittihamlara cavab verdi 17-04-2019, 16:12 “Neftçi”nin gələn mövsüm 1-5-ci yerlərdən birini tutacağına inanıram” 16-04-2019, 16:16 Kubok proqramı açıqlandı 16-04-2019, 16:15 “Qəbələ” bacıoğlunun, SOCAR-ın, yoxsa ərəblərin olacaq? 16-04-2019, 16:13 Niyazi Bayramovla görüşə bilməyən Elxan Məmmədov Tovuza baş çəkdi 16-04-2019, 16:11 Emil oynayır, “Tobol” qələbələri sıralayır 16-04-2019, 16:06 “Qarabağ”dan Qurbanova 3 xallı, 3 qollu təbrik 16-04-2019, 16:02 Vitali Borisov 2 metrin söhbətini edir... 16-04-2019, 16:00 Autsayder ADBTİA-nın önünə çıxmadı 16-04-2019, 15:59 Samir Abasov həmşəhərlilərini əliboş yola saldı 16-04-2019, 15:56 “Qəbələ” qələbəni Tale Heydərova həsr etdi 16-04-2019, 15:52 “Keşlə”dən ardıcıl 4-cü məğlubiyyət 16-04-2019, 15:49 Aftandil Hacıyev hakimliyə üsyan etdi 16-04-2019, 15:46 “Səbail” flaqmanı “taxtdan saldı” 16-04-2019, 15:43 Həftənin idman proqramı Bütün xəbərlər
Ən çox oxunanlar