29 avq 23:53gundem

Zaur Axundovun iradları haqlıdı?

Zaur Axundovun iradları haqlıdı?
Zaur İsmayılov: “Biz fikrimizi deyirik, son qərar isə Milinkoviçindi”
“Keşlə” 2018/19 mövsümünə yaxşı başlamayıb. Paytaxt təmsilçisi geridə qalan 3 turda cəmi 1 xal qazanıb. “Sabah”a (0:1) və “Səbail”ə (1:2) uduzan Mladen Milinkoviçin komandası yalnız “Zirə” ilə heç-heçə (2:2) etməyi bacarıb. Göründüyü kimi, “Keşlə” hələ çempionatın iddialıları ilə qarşılaşmayıb. Təqvimin də əlverişli olmasına rəğmən, qeydə alınan uğursuz nəticələr klub rəhbərliyini heç cür razı sala bilməz.
“Səbail”ə məğlubiyyətdən sonra paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Zaur Axundovun komandaya təpinməsi də anlaşılan idi. Maraqlıdı ki, o, jurnalistlərə açıqlamasında baş məşqçidən daha çox köməkçilərə “yükləndiyini” etiraf edib: “Tək futbolçulara yox, məşqçilər korpusunda yer alanlara da iradlarımı bildirdim. Milinkoviç tanınmış məşqçidi. Komandaya az müddətdi qoşulub. Söhbət təkcə Milinkoviçdən getmir, burda köməkçiləri Zaur İsmayılov, Cəmaləddin Əliyev, Aleksandr Karakliç də var. Hansılar ki, futbolun taktikasını, məşq prosesini məndən də yaxşı bilirlər. Onlarla da söhbət etdim. Baş məşqçinin qərarına, start heyəti ilə bağlı seçiminə heç kim müdaxilə etmir. Tək Milinkoviç yox, orda 3 məşqçi də var. Düzdü, "11-liy"i baş məşqçi yazır. O, futbolçuları tanımasa da, köməkçiləri burdadı axı. Neçə ildi komandadadılar, futbolçuları yaxşı tanıyırlar. Təbii ki, onlara da öz iradımı bildirdim. Dedim ki, baş məşqçi yenidi, gəlişindən 1 ay keçməyib. O, nə qədər otursun komandamızın köhnə oyunlarına baxsın, ancaq köməkçiləri neçə vaxtdı burdadı. Baş məşqçinin köməkçiləri kimi ona yardım etməli, sözlərini deməlidilər axı. Siz məndən daha yaxşı bilirsiz ki, Amil hücumun mərkəzində oynayır. Bu, onun əsl mövqeyidi. Bunu isə baş məşqçiyə mən, siz yox, köməkçiləri deməlidi. Açıq deyim ki, bu gün iradımı baş məşqçidən çox köməkçilərinə bildirdim. Onlara çox irad bildirdim. Axı siz baş məşqçiyə kömək etməlisiz ki, bu adam bilsin nə, necə olub. Onu nə mən, nə də futbolçular deməlidi. Bunları köməkçiləri baş məşqçiyə ya məsləhət, ya da izahat verərək deməlidi”.
Odu ki, dünən Zaur İsmayılovla əlaqə saxlayıb, bütün bunlarla bağlı fikirlərini öyrəndik: “Komandada yeni futbolçular var. Onların uyğunlaşması üçün vaxt lazımdı. Bu da müəyyən müddət tələb edir. Özünüz də buna şahidsiz. Təbii, çempionata pis başlamışıq. Üç oyuna 1 xal... Qarşıda fasilə var və çalışacağıq ki, problemləri aradan qaldıraq. Baş məşqçiyə əlimizdən gələn köməyi edirik. Nə biliriksə, uşaqlar necə oynayıb, hansı sistemdə çıxış edib – bütün bunlar haqda məlumat vermişik. Milinkoviç də baxır, yavaş-yavaş uşaqları tanıyır. Elə futbolçular var ki, bir neçə mövqedə oynaya bilir. Məsələn, hücumda çıxış edən biri yarımmüdafiənin cinahında da oynaya bilər. Bu cür məqamlar var və yerdəyişmələr edirik, baxırıq. Komandada dəyişikliklər olub. Amma dediyim kimi, əlimizdən gələn köməyi baş məşqçiyə edirik, fikrimizi deyirik, məsləhətləşirik. Son qərar isə Milinkoviçindi. Əlbəttə, uğursuzluq varsa, ilk növbədə məşqçi heyəti günahkar olur. Hər yerdə belədi. Udanda hamı udur, uduzanda isə hamının günahı olur. Klub prezidenti bizimlə söhbətdə məşqçi heyətinə də iradlarını bildirdi. İnşallah, fasilənin bizə faydası dəyər. Çünki çatışmazlıqların üzərində işləyəcəyik”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar