21 avq 21:48gundem

“Qarabağ”lılar “Şerif”dən ehtiyatlanır

“Qarabağ”lılar “Şerif”dən ehtiyatlanır
Miçel: “Avroliqa da Azərbaycan üçün ciddi yarış sayılmalıdı”
BATE-yə iki oyunun nəticəsinə görə uduzan (0:1, 1:1) “Qarabağ” ölkə çempionatına uğurlu start verdi. İlk turdakı oyunu təxirə salınan “köhlən atlar” 2-ci turda “Səbail”lə qarşılaşdı və iki cavabsız qolla qalib gəldi. Oyundan sonra Miçel və Maksim Medvedev jurnalistlərin suallarını cavabladı. Yeri gəlmişkən, ispan yarımmüdafiəçi “Səbail”lə matçın gedişində zədə aldı, lakin həkimlərin müdaxiləsindən sonra oyunu davam etdirdi. Hər iki futbolçu təkcə premyer-liqa görüşü haqda yox, beynəlxalq mübarizə ilə bağlı fikirlərini də dilə gətirdi.
Miçel: “Səfər oyunları hər zaman çətin olur. Rəqib güclü komanda olanda işiniz bir az da çətinləşir. “Səbail”lə görüş də istisna olmadı. İlk dəqiqələrdə oyunumuz istədiyimiz kimi alınmasa da, sonradan nəzarəti ələ ala bildik və qol vəziyyətləri yaratmağa başladıq. Yeni mövsümdə ilk 3 xalımızı qazandıq. Bu cür davam etməliyik. Zədəm ciddi deyil. Rəqiblə toqquşmadan sonra diz nahiyyəmdən yüngül xəsarət aldım. Yeriyəndə bir az ağrı hiss edirəm. Buz qoyulandan sonra keçib gedər... Yıxılırsansa, qalxmağı bacarmalısan. Bu, futbolun qanunudu. Özünüz də bilirsiz ki, bu il Çempionlar Liqasında qrupa düşmək daha çətindi. Son mərhələlərdəki rəqiblərin səviyyəsi daha yüksəkdi. Amma istənilən halda irəli baxmaq lazımdı. Qarşıda başqa yarışlar var. Mübarizəni davam etdiririk. Avropa Liqasında yenidən qrupa vəsiqə qazanmaq şansımız var. Sadəcə, çalışmaq lazımdı. “Şerif”lə duellərin ötənilki kimi çətin olacağını gözləyirəm. Çox istəkliyik, arzumuz böyükdü. Amma qarşımızda çətin rəqib var. Üstəlik, ilk oyunu səfərdə keçirəcəyik. Görək baş məşqçimiz bizə nə deyəcək. İlk oyundan sonra rəqib komandada nə kimi dəyişikliklər baş verdiyini görəcəyik. Qurban Qurbanov hansı tapşırıqları versə, onları meydanda yerinə yetirməyə çalışacağıq. Ötən il “Şerif”lə oyunda fərqlənməyim? Göylərdə uçmamalı, ayaqlarımızı yerə basmalıyıq. Qolu kimin vuracağı önəmli deyil. Əsas mərhələ adlamaqdı. Avroliqanın qrupuna düşmək “Qarabağ” üçün elə də böyük hadisə sayılmamalıdı? Bunu kim deyir? Elə deyirsiz, sanki neçə illərdi ÇL-in qrupunda oynayırıq və artıq Avroliqada qrupa düşməyi uğur saymırsız. Cəmi 1 il ÇL-də oynamışıq. Bu il alınmadı. Mən belə düşünmürəm. Avroliqa da Azərbaycan üçün ciddi yarış sayılmalıdı. Orda da möhtəşəm komandalar var. O ki qaldı qrupdakı rəqiblərə və bizim hansı səbətdən qatılacağımıza, ümumiyyətlə, səbət məsələsindən anlayışım yoxdu. Öncə “Şerif”ə qarşı oynamaq lazımdı. Ondan sonra bu barədə fikirləşmək olar”.
Maksim Medvedev: “Çempionata qələbə ilə başlamağımız yaxşı oldu. Rəqibi yaxşı təhlil etmişdik. Oyunçular baş məşqçinin tapşırıqlarını yerinə yetirə bildilər. Ona görə 2 qol vura bildik. Müdafiədə də etibarlı oynadıq. Çalışacağıq ki, çempionatda belə də davam edək və oyunumuzu daha da yaxşılaşdıraq. Lazımi xalları qazanaq. Gördüyünüz kimi, bu gün meydanda BATE-yə qarşı oynayan futbolçuların çoxu yox idi. Baş məşqçi bizə istirahət vermişdi. Ağır oyundan sonra komandada bir az stress var idi. Yolumuza davam edirik. Bu gün digər uşaqlar komandaya yeni nəfəs gətirdi və qələbə qazandırdı. Qarşıda “Şerif”lə oyunumuz var. Bu rəqibi ötən il çox çətinliklə keçmişdik. Doğrudan da yaxşı komandadı. Fərdi ustalığı ilə seçilən oyunçuları var. Həm müdafiədə, həm də hücumda inamlı təsir bağışlayırlar. Bəlkə də əvəz çıxmaq istəyəcəklər. Amma biz də öz oyunumuzu oynamalıyıq. Daha diqqətli olmalı və ələ düşən imkanlardan istifadə etməliyik. Çempionlar Liqasında buraxdığımız səhvləri burda təkrarlamamalıyıq ki, sonradan oturub fikirləşməyək. Rəşad Sadıqovla bağlı müzakirələr? Futbolda hər şey olur. Hamı səhv edə bilər. Keçən oyunlara baxanda görürük ki, mənim də, digər futbolçuların da səhvləri olub. Elə vaxt olub ki, biz səhv edəndə kapitanımız “sığortalayıb”. Amma son iki oyunda biz Rəşadı “sığortalaya” bilmədik. Ona görə deyirlər ki, kapitan səhv edib. Hər kəs yanlışlığa yol verə bilər. Əsas onu düzəltməkdi. Ancaq komanda şəklində həmin səhvi düzəldə bilmədik. Ona görə də günah bütün komandadadı”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 23:17 Tomaş Ayan EOC-dan narazıdı Dünən, 23:14 "Arsenal"la oyuna maraq böyükdü Dünən, 23:13 U-17 yenə darmadağın oldu Dünən, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... Dünən, 23:07 Yenilgidə hakim izi olmadı Dünən, 23:06 Üzücü başlanğıc Dünən, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! Dünən, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu Dünən, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır Dünən, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı Dünən, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi Dünən, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi Dünən, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi Dünən, 22:44 Dünya çempionatına yaxşı başlamadıq Dünən, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi Dünən, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu Dünən, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi Dünən, 22:23 İkinci tur 2 günə sığacaq Dünən, 22:21 Mik Benet təqdim olundu Dünən, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar