16 avq 18:56gundem

Rəşad Sadıqov azarkeşlərdən üzr istədi

Rəşad Sadıqov azarkeşlərdən üzr istədi
“Mərhələnin keçilməməsində bir günahkar var, o da mənəm”
Belarusda qeydə alınan məlum heç-heçədən sonra “Qarabağ”lı futbolçuların mətbuatdan qaçması başadüşüləndi. Məyusluq əsas səbəbdisə, danışmağa sözün olmaması faktı da var.
Yalnız Rəşad Sadıqov azerisport.com saytının həmin gün “Borisov Arena”da olan əməkdaşının suallarını cavablayıb ki, kapitan qısa açıqlama ilə hər şeyə nöqtə qoyub: “Çempionlar Liqası ilə vidalaşmağımızın səbəbi nədi? Mərhələnin keçilməməsində bir günahkar var, o da mənəm. İstəməzdim hər şey belə nəticələnsin. “Qarabağ” azarkeşlərinin hər birindən üzr istəyirəm”.
Əvəzində BATE-nin futbolçuları danışmaqdan yorulmurlar. Ötən sayımızda Aleksandr Qleb, Yeqor Filipenko və Aleksandr Filipoviçin fikirləri ilə tanış olmuşduzsa, bu dəfə daha iki futbolçu BATE-nin saytına açıqlama verib. “Sarı-göylər”in ən təhlükəli futbolçularından sayılan Nikolay Siqneviç komandasının pley-offa vəsiqə qazanmasına baxmayaraq, üzgündü. Bu da səbəbsiz deyil: “Əlbəttə, istədiyimiz nəticəni əldə edib pley-offa yüksəldiyimizə görə şadıq. Etiraf edim ki, Azərbaycan təmsilçisi ilə hər iki oyun çətin alındı. Pis və yaxşı oynadığımız epizodlar oldu. Amma bunlar artıq vacib deyil. Vacib olanı etməyi bacardıqsa, nələrisə müzakirəyə çıxarmaq artıqdı. Qonaqlar oyuna gözlədiyimiz kimi başladı. Topa nəzarət edir, qol vurmağa çalışırdılar. Bəli, “Qarabağ” bizimlə müqayisədə cərimə meydançasında daha təhlükəli görünürdü. Bu da daha çox futbolçu ilə hücum etdiklərinə görəydi. Amma yüzfaizlik şansları elə də çox olmadı. Bir şeyə üzülürəm ki, növbəti oyunda da qol vura bilmədim. Halbuki real şanslarım vardı. Həm oyunun əvvəlində, həm də Staseviç cərimə zərbəsindən asma edəndə. Açığı, son nöqtəni qoya bilməməyimin səbəbi özümə də qaranlıqdı. Sanki top qapıya daxil olmaq istəmirdi. Avroliqanın qrupunu təmin etdik. Amma hər bir insan daha artığını istəyir. Görək PSV ilə oyunlarda nə edəcəyik”.
Yevgeni Yablonski isə qələbə qazana bilmədiklərinə görə məyusdu: “Ümumi nəticədən razıyam. ÇL-in pley-offuna yüksəlmək qarşımızda duran hədəf idi və bunu bacardıq. Sadəcə, növbəti qələbəni qazana bilmədiyimizə görə üzülürəm. Halbuki bunu etməliydik. O qədər qol vəziyyəti yaratmağı bacardıqsa, fərqlənməliydik. Eybi yox, istənilən halda “Qarabağ” səddini adladıq. Düzünü deyim, stadiondakı anşlaqın da bizə böyük köməyi dəydi. Hər bir azarkeşə təşəkkür edirəm. Onlar bunu çoxdan gözləyirdilər və istədiklərinə nail oldular. HİK-lə, yoxsa “Qarabağ”la oyunlar çətin oldu? Seçim etmək çətindi. Çünki fərqli komandalar, fərqli oyunlardı. Açığı, finlərə qarşı da çətin olmuşdu, xüsusilə də səfərdə. Prinsipcə ÇL-də zəif rəqib olmur”.
HƏBİB hazırladı
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar