16 avq 18:49gundem

Mütəxəssislər AL-in qrupunu nişan verdi

Mütəxəssislər AL-in qrupunu nişan verdi
Elxan Abdullayev: “Bütün komandalar birləşsə belə, “Qarabağ”la mübarizə apara bilməzlər”
Arif Əsədov: “Qarabağ” evdəki oyunda şansı əldən verdi”

Ötən il ölkə futbolu adına tarix yazaraq Çempionlar Liqasının qrupuna vəsiqə qazanan “Qarabağ” bu il analoji uğuru təkrarlaya bilmədi. Son 10 ildə 5 dəfə ÇL-in, 3 dəfə AL-in qrupunda çıxış edən BATE “köhlən atlar”ın yolunu kəsdi. Düzdü, Qurban Qurbanovun komandası Belarus təmsilçisini keçməklə ÇL-in qrupunu təmin etmirdi. Ağdamlılar bu mərhələni uğurla adlasaydı belə, pley-offda PSV ilə üz-üzə gələcəkdi. Son Hollandiya çempionunu isə mübarizədən kənarlaşdırmaq heç də asan görünmürdü. Bununla belə, BATE səddi dəf edilsəydi, AL-in qrupu təmin ediləcəkdi. Belədə “Qarabağ” PSV ilə oyunlara daha rahat, daha inamlı çıxacaqdı. Məsələnin maddi tərəfi də öz yerində. Lakin artıq “köhlən atlar” AL-in pley-offu haqda düşünür. Məlum olduğu kimi, bu mərhələdə ağdamlıların rəqibi “Şerif” – “Valyur” cütünün qalibi olacaq.
Öncə onu qeyd edək ki, “Qarabağ” ardıcıl 3 il Avroliqanın qrupunda çıxış etdi. Bu sabitlik fonunda bir pillə irəliləyişin olacağı gözlənilən idi. Ötən il ÇL-in qrupuna düşən “köhlən atlar” gözlənilən sıçrayışı etdi. Həmin uğurun davamlı olacağına ümid edirdik. Əlbəttə, ötən il ÇL-də oynayan komandanın bu il orda olmaması uğursuzluqdu. Bu birmənalıdı. Çünki təmsilçimiz nəinki yerində saydı, hətta geri addım atdı. Artıq bu uğursuzluğu unutdurmağın resepti bəllidi. Belə ki, “Qarabağ” var gücünü ortaya qoyub AL-in qrupuna vəsiqə qazanmalıdı. Hədəf isə sözügedən yarışın 1/16 final mərhələsinə adlamaq olmalıdı. Qitənin ikinci dərəcəli klub turnirinin qrupunda 3 cəhddən ikisində pley-offa adlamağa yaxın olan “Qarabağ” son anda uğursuzluq yaşayıb. Bu dəfə isə ÇL-in qrupundan kənarda qalmağın acısını unutdurmağın ən yaxşı yolu AL-in 1/16 finalıdı. Ancaq bunun üçün ilk növbədə qrupa vəsiqə qazanılmalıdı.
Əslində “Qarabağ”dan tələblərimiz də yetərincə böyükdü. Halbuki bu komanda digər təmsilçilərimizlə müqayisədə avrokubok həyəcanının erkən bitməsinə imkan vermir. Düzdü, komanda BATE-ni keçə bilmədi. Ancaq ağdamlılar xüsusən cavab oyununda rəqibindən üstün oynadı. Belarus klubunun avrokubokdakı təcrübəsini də yuxarıda qeyd etdik. Ən azı səfər oyununda qazanılan reytinq əmsalını da unutmamalıyıq. Lakin hər şey bununla bitmir. Bu gün Azərbaycan futbolunun durumu “Qarabağ”ın qarşısına qoyulan tələblərlə qətiyyən üst-üstə düşmür. Elitada 8 komanda çıxış edir, bunlardan 6-sı paytaxt klubudu. Oyunlara gələn azarkeş sayı ilə bağlı mənzərə acınacaqlıdı. Yaxşı ki, “Qarabağ”ın beynəlxalq oyunları olur və tribunalar tamaşaçı görür. Çempionatdakı rəqabətdən isə danışmağa dəyməz. “Köhlən atlar” ciddi müqavimət görmədən çempion olur, bunun fəsadını isə ÇL-də yaşayır. Hələ hazırda gedən proseslərə nəzər salsaq, gələcəkdə bizi hansı durumun gözlədiyini təsəvvür etmək belə çətindi. “Qarabağ”ın çempionatdakı əsas rəqiblərindən olan “Qəbələ”nin büdcəsi azaldıldı. Diviziondakı məlum proseslər, yığma üzvləri olan futbolçularımızın vəziyyəti haqda xoş söz demək mümkünsüzdü. Acınacaqlı durumda olan futbolumuzda hansısa komandanın ÇL-in pley-offuna yüksələ bilməməsinə üzülürüksə, AL-in qrupunda olacağını əminliklə söyləyiriksə, bu özü də uğurdu.
Bütün bunlarla bağlı mütəxəssislərin fikirlkərini öyrənməyi lazım bildik.
Mütəxəssislər AL-in qrupunu nişan verdi
Elxan Abdullayev: “Fikrimcə, komandamız çox yaxşı oynadı. Sadəcə, bəxtimiz gətirmədi. Hücumların bitimində çatışmazlıqlar var idi. Ələ düşən imkanlardan istifadə etsəydik, düşünürəm ki, qələbə qzana bilərdik. Daha doğrusu, qələbə qazanacaqdıq. İmkanlarımız oldu, ancaq qola çevirə bilmədik. Bu mərhələdə dayanmağı uğursuzluq saymıram. Çünki rəqib doğrudan da güclü və təcrübəli idi. Belarus təmsilçisi olmasına baxmayaraq, bildiyiniz kimi, neçə ildi ÇL-in və AL-in qrupunda çıxış edir. Bu mərhələni, demək olar, müntəzəm keçib. Bu heç kimə sirr deyil. Bu baxımdan “Qarabağ”dan da təcrübəlidi. Təəssüf ki, bu rəqibi yolumuzdan kənarlaşdıra bilmədik. Lakin böyük faciə baş verməyib. Çünki qarşıda Avroliqanın pley-off mərhələsi var. Düzdü, ÇL ilə AL fərqli turnirlərdi. Bu yarışları müqayisə etmək istəmirəm. Ancaq şansımız var. Nəyə görə futbol oynayırıq? Azarkeşi sevindirmək üçün. İndi “Şerif” – “Valyur” cütünün qalibini keçsə, “Qarabağ” daha 6 oyuna çıxacaq. Azarkeşlər də bu qarşılaşmaların həyəcanını yaşayacaq. Minimum 6 oyun keçirəcək. Odu ki, təmsilçimizə uğurlar arzulayaq... Əlbəttə, çempionatın səviyyəsi də komandaya təsir edir. Azərbaycanda “Qarabağ” üçün rəqib yoxdu. Bütün komandalar birləşsə belə, “Qarabağ”la mübarizə apara bilməzlər. Bu da komandaya təsir göstərir. Bizdə müqayisə zamanı belə bir ifadə işlədirik: yerlə-göy arasındakı fərq qədər. Bax, çempionatdakı səviyyə fərqi də “Qarabağ”la başqa komandalar arasında belədi. Heç bir elita iştirakçısı Qurban Qurbanovun komandası ilə rəqabət apara bilməz. O gücdə deyillər. Bu da müəyyən mənada “Qarabağ”ın ziyanınadı. Çünki fərq böyükdü. “Qarabağ” hansısa bir-iki oyunu uduza bilər. Lakin bu yekun nəticəyə təsir etməyəcək. Onsuz da “Qarabağ” çempion olacaq. Təmsilçimizin ÇL-dəki yolunun bir qədər uzanmasının nəticəyə təsirinin o qədər də böyük olduğunu düşünmürəm. Sadəcə, bəxtimizə güclü rəqib düşdü. Başqa hansısa komanda düşsəydi, “Qarabağ” ÇL-in pley-offuna yüksələcəkdi”.
Mütəxəssislər AL-in qrupunu nişan verdi
Arif Əsədov: “BATE ilə duellərin üzərində çox dayanmağa ehtiyac görmürəm. Çünki artıq hər şey geridə qaldı. İrəli baxmaq lazımdı. İndi Avroliqanın qrupuna düşmək haqda düşünmək zamanıdı. Nə desək, müsbət və mənfi məqamlar haqda nə qədər danışsaq, nəticəni dəyişə bilməyəcəyik. Çünki BATE ilə matçlar geridə qaldı. Ancaq bunu uğursuzluq kimi qələmə vermək düzgün olmaz. Doğrudu, “Qarabağ” ötən il ÇL-in qrupuna vəsiqə qazanmışdı. Bu il isə həmin nəticəni təkrarlamaq artıq mümkün deyil. Lakin təmsilçimizin Avroliqanın qrupuna düşmək şansı var. “Qarabağ” həmin hədəfə nail olsa, bunu da uğur saymaq olar. Təbii, ölkə çempionatının səviyyəsinin də “Qarabağ”a təsiri olur. Qurban Qurbanovun komandası belə rəqiblərlə çox az-az qarşılaşır. Elə buna görə də “Qarabağ” iki – avrokuboklarda və ölkə çempionatında fərqli heyətlərlə mübarizə aparır. Düşünmürəm ki, azarkeşlər bu nəticəyə görə “Qarabağ”dan incisinlər. Sadəcə, əldə hələ şans var. Ondan möhkəm yapışmaq lazımdı. Təmsilçimiz Avroliqanın qrupuna düşməklə azarkeşləri sevindirə bilər. Həmçinin komanda ölkə birinciliyində də yoluna davam etməlidi. Növbəti çempionluq da tərəfdarların bugünkü nəticələri unutmasına səbəb olacaq. Belə deyim, “Qarabağ” evdəki oyunda şansı əldən verdi. Şəxsən mənim fikrimcə, təmsilçimiz ilk oyunu səfərdə keçirsəydi, nəticə fərqli olardı. Çünki cavab görüşü də göstərdi ki, “Qarabağ” ikinci görüşdə daha yaxşı oynayır. Sadəcə, şanssızlıq üzündən qol vura bilmədi. Rəqib isə nəticəyə oynayaraq, ilk matçdakı üstünlüyü qorudu. Düzdü, Belarus təmsilçisi baxımlı oynamadı, ancaq taktiki cəhətdən səfərdə qazandığı uğuru əldən vermədi. “Qarabağ”ın heyətində yeni futbolçular var. Komandanın tam oyununu tapmaması da sözünü dedi. Bu mərhələdə BATE ilə üzləşmək də bir qədər şanssızlıq idi. Bu komanda daha formalaşmış təsir bağışladı, bir-birinə, eyni zamanda seçdikləri sistemə, oyun üslubuna alışmış futbolçulardan qurulub. Bütün bunlar nəticəyə təsir etdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 15:14 Həftənin idman proqramı Dünən, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? Dünən, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək Dünən, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir Dünən, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” Dünən, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək Dünən, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı Dünən, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! Dünən, 14:46 "Səbail" bir ucdan yola salır Dünən, 14:40 Alla Həsənova çempion oldu Dünən, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi Dünən, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi Dünən, 14:32 “Xəzər Cənub” dağıldı! Dünən, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı Dünən, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Dünən, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib Dünən, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı Dünən, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” Dünən, 14:10 UEFA bilet qiymətlərini açıqladı Dünən, 14:03 Delarj da getdi... Dünən, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb Dünən, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar