15 avq 23:37gundem

Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır

Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır
Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, cavab oyunu
BATE (Belarus) – Qarabağ 1:1 (1:0)

48. Denis Şerbitski
42. Maksim Volodko
21. Yeqor Filipenko
4. Aleksandr Filipoviç
17. Aleksey Rios
8. Stanislav Draqun
5. Yevgeni Yablonski
25. Dmitri Baqa
(11. Aleksandr Qleb, 70)
22. İqor Staseviç (k)
10. Mirko İvaniç
(15. Maksim Skavış, 78)
13. Nikolay Siqneviç
Ehtiyat oyunçular
35. Anton Çiçkan
7. Yevgeni Beryozkin
23. Zaxar Volkov
24 Yasse Tuominen
62. Mixail Qordeyçuk
Baş məşqçi: Aleksey Baqa

1. Hannes Tur Halldorsson
77. Vild-Donald Gerye
14. Rəşad Sadıqov (k)
55. Bədavi Hüseynov
5. Maksim Medvedev
(28. Con Delarj, 85)
2. Qara Qarayev
6. Simeon Slavçev
(19. Filip Ozobiç, 77)
17. Abdulla Zubir
8. Miçel
11. Mahir Mədətov
7. İnnosent Emeqara
Ehtiyat oyunçular
13. Vaqner da Silva
25. Ansi Aqolli
30. Abbas Hüseynov
52. Yakub Jezniçak
91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov
Qollar: M.İvaniç, 20 (1:0). Miçel, 54 (1:1).
Vərəqələr: İ.Emeqara, 32. Q.Qarayev, 39. S.Slavçev, 62. R.Sadıqov, 81. D.Şerbitski, 90+3 – sarı. İ.Emeqara, 77 – qırmızı (ikinci sarı).
Hakimlər: ANDRİS TREYMANİS, Harald Qudermanis, Aleksey Spasyonnikov, Aleksandr Qolubev (hamısı Latviya).
Hakim-inspektor: Françesko Byanki (İsveçrə).
UEFA nümayəndəsi: Giorgos Fantaros (Cənubi Kipr).
14 avqust. Belarus. Borisov Arena. 12489 tamaşaçı.
Yalnız ikinci hissəyə 3 dəqiqə əlavə olunub.
İlk oyun - 1:0.
8 (4) qapıya (“çərçivə”yə zərbə) 14 (8)
1 vərəqə 5 (1)
9 qayda pozuntusu 14
2 ofsayd 0
3 korner 6
Hələ püşk atılanda, yəni “Qarabağ”ın rəqibinin BATE olduğu bilinəndə azərbaycanl futbolsevərlərin böyük əksəriyyəti Çempionlar Liqasının pley-offundakı rəqibin kimliyini müzakirə etməyə başlamışdı. BATE-nin son illər avrokuboklardakı çıxışını və əldə etdiyi nəticələri göz önünə gətirməyənləri rəqibin Belarus təmsilçisi olması arxayınlaşdırmışdı. Lakin Bakıdakı qarşılaşma, xüsusilə ilk yarı Azərbaycan çempionu üçün qorxulu yuxuya çevrildi. Heç cür istədiyini ortaya qoya bilməyən “köhlən atlar” fasiləyə qədər buraxdıqları yeganə qolla məğlub oldular.
Amma cavab görüşünə olan ümidlər tükənməmişdi. Əksincə, hadisələrin sonrakı axarı “Borisov Arena”da daha gərgin oyuna tamaşa edəcəyimizə şübhə yeri qoymurdu. Hər şey Qurban Qurbanovun oyunsonrası mətbuat konfransında inamlı danışmasından başladı. Rəqibi yaxından tanıdığına işarə vuran təcrübəli mütəxəssis heç nəyi bitmədiyini söyləməklə səfərdəki mümkün uğurlu nəticəyə işarə vurmuş oldu. Ardınca vaxtilə “Barselona”, “Arsenal” kimi komandaların şərəfini qorumuş Aleksandr Qlebin Rəşad Sadıqovun səhvini önə çəkib kapitana “pijon” deməsi böyük əks-səda doğurdu. Və ən maraqlı məqam cavab görüşündən bir gün əvvəl rəqibin baş məşqçisi Aleksey Baqanın azarkeş amilini önə çəkib, bundan maksimum yararlanmağa çalışacağı ilə bağlı dedikləri idi.
Bütün bunları göz önünə gətirəndə saat 21.00-ı gözləməyə adamın səbri çatmırdı. Hər dəqiqəbaşı saata baxır, Andris Treymanisin start fitini səbirsizliklə gözləyirdik. Qurbanov Bakıdakı start heyəti ilə müqayisədə yalnız bir əvəzetməyə əl atmışdı ki, etimadı doğrultmayan Delarjın əvəzinə Mahirə şans verilməsində qeyri-adi heç nə yox idi. Onunla yanaşı, Ozobiçin də ilk dəqiqələrdən mübarizəyə qoşulacağını təxmin edənlər isə gümanında yanıldı. Rəqib çalışdırıcı isə “qalib heyəti dəyişməzlər” prinsipini əsas götürüb, Bakıdakı uğurda pay sahibi olanların heç birinə əl dəyməmişdi. Həmin “11-lik” idi. Halbuki oyundan bir gün əvvəlki məşqdə fərdi çalışan BATE-nin əsas qol ümidi Siqneviçin meydana çıxıb-çıxmayacağının sual altında olduğu deyilirdi. Ucaboy forvard start heyətində yer almışdı.
Borisovluların bu dəfə oyuna fərqli başlaması, heç şübhəsiz, baş məşqçinin taktiki planı idi. Meydanın bizimkilərə aid hissəsində pressinq etməyən, əksinə, topu “Qarabağ”a verib əsas diqqəti müdafiəyə ayıran BATE-nin məqsədi qonaqları əks-hücumda yaxalamaq idi. Bunun nəticəsidi ki, ilk 10 dəqiqə ərzində üstünlük birmənalı bizimkilərin tərəfində idi. Lakin bu müddət ərzində bir dəfə də real qol imkanı yaratmaq mümkün olmadı. Əksinə, az qala belaruslular hesabı açacaqdı. 7-ci dəqiqədə İvaniç Siqneviçə elə bir ötürmə verdi ki. “13 nömrə”nin tələsik zərbəsi Halldorssonda qaldı. 1 dəqiqə sonra yüzfaizlik imkanı bu dəfə “Qarabağ” yaxaladı. Zubir qapı qarşısına asma etdi, Mahir topu başla Emeqaraya atdı. Di gəl, İnnosentin o qədər də güclü olmayan zərbəsi Şerbitskiyə dəyib qapıya daxil olmadı. Bu epizod sanki meydan sahiblərini “yuxudan ayıltdı”. Böyük qüvvə ilə pressinq edən, bir neçə futbolçu ilə hücuma çıxan meydan sahibləri hava topları hesabına üstünlük qazanırdı. Və çox keçmədən gözlədikləri qol gəldi. Rəşad Sadıqov ilk oyundakı bənzər səhvə yol verməklə rəqibin fərqlənməsinə imkan yaratdı. Kapitanın Bədaviyə ötürməsi ünvana çatmayınca topa İvaniç sahib oldu. “10 nömrə” xeyli irəliləyib topu heç cür qapını tərk etmək istəməyən Hannesin yanından tora qovuşdurdu. 28-ci dəqiqədə Mirko dubl etməyə yaxın oldu. Volodkonun ötürməsinə solaxay zərbə endirən yarımmüdafiəçinin vurduğu top düzgün mövqe seçən Halldorssonda qaldı.
İlk yarının geridə qalan hissəsində oyuna diqtə edən tərəf “Qarabağ” idi. Hesabı qorumağı əsas tutan meydan sahiblərinin üstünlüyü rəqibə verməsi anlaşılan idi. Belədə qol fürsətləri bir-birini əvəzləyirdi. Lakin top heç cür qapıya daxil olmaq istəmirdi ki istəmirdi. 33-cü dəqiqədə Slavçev bir dəqiqə ərzində iki dəfə qola yaxın olsa da, birincidə müdafiəçi ayağını topun qarşısına qoydu, ikincidə baş zərbəsi qapının yanından keçdi. 36 və 42-ci dəqiqələrdə bu dəfə Mahir diqqətləri üzərinə çəkdi. İlk epizodda Mədətovun başla vurduğu top yandan keçdisə, 6 dəqiqə sonra əlverişli mövqedə tələskənlik nümayiş etdirib yüzfaizlik şansı əldən verdi. İlk 45 dəqiqədə “Qarabağ” pis təsir bağışlamasa da, futbolçular həlledici məqamlarda soyuqqanlılıq nümayiş etdirə bilmirdilər. Əsas bəla da elə bu idi.
İkinci yarıya yenə “Qarabağ” üstün başladı və bunun məntiqi nəticəsi kimi gözlədiyimiz qol vuruldu. Zubir cərimə meydançasına asma etdi, Mahir topu başla qapı qarşısına saldı, Miçel isə ənənəvi baş zərbəsi ilə Şerbitskini məyus etdi. Oyunun əvvəlindən bir neçə dəfə eyni gedişdən istifadə edən “Qarabağ”, nəhayət istəyinə çatdı. İrəliləyən dəqiqələrdə psixoloji cəhətdən daha hazırlıqlı olan tərəf pley-offa adlayacaqdı ki, ağdamlılara bir qol kifayət edirdi. Hesab bərabərləşəndən sonra “köhlən atlar”ın təzyiqi artıracağını düşünsək də, rəqib az qala qol vuracaqdı. Siqneviç Staseviçin qapı qarşısına havalandırdığı topu başla yandan vurub inanılmazı etdi. Cəmi 1 qol lazım idi, 1 qol. Və belə bir vəziyyətdə Emeqara komanda yoldaşlarını çıxılmaz vəziyyətdə qoydu. Sarı vərəqəsi olan hücumçu topla irəliləyən İvaniçi heç bir ehtiyac olmadan arxadan itələyib haqlı “sarı”nı qazandı və meydanı vaxtından əvvəl tərk etdi. Bu, “Qarabağ”ın süqutu idi. İrəliıəyən dəqiqələrdə Qurbanovun Ozobiçlə Delarjı meydana buraxması, hətta son saniyələrdə künc zərbəsi zamanı Halldorssonun rəqibin cərimə meydançasına qədər irəliləməsi də heç nəyi dəyişmədi. Nəticədə oyun qollu bərabərliklə başa çatdı və ÇL-in pley-offuna BATE yüksəldi.
Təbii, “Qarabağ” heç də sıradan rəqibə yox, son illərdə 5 dəfə ÇL-in qrupunda oynayan, iki dəfə Aroliqanın qrupunda mübarizə aparan və intizamlı oyunu ilə seçilən rəqibə məğlub oldu. Sadəcə, Azərbaycan çempionunun hər iki qarşılaşmada rəqibi bütün statistik göstəricilərdə və oyun planında üstələdiyi halda mübarizədən kənarlaşması ürək ağrıdır. Amma bu hələ son deyil. Ağdamlılar çıxışını Avroliqanın pley-offunda davam etdirəcək. Rəqib “Şerif” – “Valyur” cütünün qalibi olacaq.
HƏBİB

Gözdən qaçmadı
* Belarusda yaşayan azərbaycanlıların oyuna marağını başa düşmək olardı. Bu ölkənin fərqli şəhərlərindən Borisova gələn soydaşlarımızın sayı 100-ə yaxın olsa da, “Qarabağ”a dəstək istənilən səviyyədə deyildi. Böyük əksəriyyətinin seyrçi mövqeyində olması 3-5 fəal tərəfdarın zəhmətini heçə endirirdi.
* İlk dəqiqələrdən özünə əl qatan Aleksey Baqadan fərqli Qurban Qurbanov oyunu oturaq vəziyyətdə, təmkinlə izləyirdi. Lakin buraxılan qoldan sonra “Qarabağ”ın çalışdırıcısı da meydanda başverənlərə ayaqüstə baxmağı üstün tutdu.
* Oyun başa çatandan sonra meydan sahibləri sevincini azarkeşlərlə bölüşdüyü halda, qonaqların məyusluğu futbolçuların bir çoxunun yerdə qalmasından görünürdü. Gerye hətta göz yaşlarına hakim ola bilmədi.
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” 21-05-2019, 14:23 Şengen vizasının yoxluğu Kamal Bayramovu yığmadan edib 21-05-2019, 14:21 Emil qayıtdı, “Tobol” darmadağınla qazandı 21-05-2019, 14:18 “Bu ailənin bir üzvü olduğum üçün qürur hissi keçirirəm” 21-05-2019, 14:10 UEFA bilet qiymətlərini açıqladı 21-05-2019, 14:03 Delarj da getdi... 21-05-2019, 14:02 “Azneft” dairəsində “yanan top” quraşdırılıb 21-05-2019, 14:00 Tapmaca kimi bilet satışı 19-05-2019, 15:06 Kikboksinq Federasiyasında Zaur Yusifov adlı dünya çempionu yoxdu 19-05-2019, 15:05 Zöhrə Ağamirova finala vəsiqə qazandı 19-05-2019, 15:04 Teymur heç-heçə etdi, Şəhriyar uduzdu 19-05-2019, 15:03 Yığma üç həftədən artıq toplanış keçəcək 19-05-2019, 15:01 Marko Rossi Şeydayevlə İsrafilovu fərqləndirdi 19-05-2019, 15:01 “Zirə” 9 futbolçu ilə vidalaşdı 19-05-2019, 14:56 Futbol ictimaiyyəti üçün Avroliqaya kimin getməsinin önəmi yoxdu 19-05-2019, 14:55 Rauf Əliyev də PFL-dən narazıdı 19-05-2019, 14:53 Finalçı çalışdırıcılar qələbəyə kökləniblər 19-05-2019, 14:50 "Xəzər Cənub" Mehman Mahmudovu Allaha tapşırdı 19-05-2019, 14:49 Futzal mövsümü qalmaqalla bitdi 19-05-2019, 14:46 Tünzalə Ağayeva finalçılardan heç birinə azarkeşlik etməyəcək 19-05-2019, 14:43 Naxçıvanda ölüm-qalım savaşı 19-05-2019, 14:41 Bütün medalçılar müəyyənləşdi 19-05-2019, 14:39 Xətai Bağırov Tayland çempionatında top qovacaq 19-05-2019, 14:35 “Səbail”in məşqçisindən narazıların sayı artır 19-05-2019, 14:33 Platellas Bakını “kiçik Dubay” adlandırdı 19-05-2019, 14:31 Mövsümü qələbəsiz başa vurdular… 19-05-2019, 14:29 Erməni futbolçu Bakıya gəlməyəcək 19-05-2019, 14:28 “Səbail” futbolçulara borcunu ödədi 19-05-2019, 14:27 “Sabah” Haqverdiyevli sabaha ehtiyac duymadı 19-05-2019, 14:03 “Məktəblərdə futbol dərsi” bitdi 19-05-2019, 13:56 Kaprara Azərbaycan yığmasında? 19-05-2019, 13:54 Ay sizin başınız haqqı... 19-05-2019, 13:50 “Finalçılar hərəyə 10 min bilet də ala bilər” 19-05-2019, 13:49 “Keşlə” 13 futbolçuya “qapını göstərdi” 19-05-2019, 13:47 “Qəbələ” Gürcüstandan qayıtdı 19-05-2019, 13:46 Veteranların konfransı söz-söhbət doğurdu 17-05-2019, 21:50 Toğrul Əsgərova Avropa Oyunlarında şans veriləcək 17-05-2019, 21:48 Əliyar Ağayev 2019-da mərkəzi oyuna həsrət qalıb 17-05-2019, 21:47 “Neftçi” Çingiz Abdullayevin də medalını göndərib 17-05-2019, 21:45 Azarkeşlər finala xüsusi hazırlaşır 17-05-2019, 21:43 “Sumqayıt”ın “vuran ayağı” məşqlərdən kənarda qalıb 17-05-2019, 21:38 Naxçıvan stadionu son “döyüş”ə hazırdı 17-05-2019, 21:24 “Sabah” qalibə 960 manat təqdim etdi Bütün xəbərlər
Ən çox oxunanlar