14 avq 19:13gundem

Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir

Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir
“Qarabağ” bu ölkədə yaşayan azərbaycanlıların dəstəyinə bel bağlamalıdı
Bu gün “Qarabağ”ın “Borisov Arena”da ehtiyac duyacağı əsas məqamlardan biri azarkeş dəstəyidi. Aleksandr Qleb Bakıdakı görüşdən sonra jurnalistlərlə ayaqüstü söhbətdə cavab qarşılaşması ilə bağlı fikirlərini səsləndirərkən bu cür danışmışdı: “Səfərdən sərfəli nəticə ilə qayıdırıq. Evdə daha yaxşı oynayıb, daha çox qol vurmaq üçün əlimizdən gələni edəcəyik. Üstəlik, evdə oynayırıq, azarkeşlərin dəstəyi də rol oynayacaq”.
Həmin gün Rəşad Sadıqov da təxminən eyni fikirdə idi: “Hazırda üstünlük BATE-nin tərəfindədi. Əlimizdən gələni edəcəyik ki, vəziyyəti xeyrimizə dəyişək. Cavab görüşündə rəqib öz azarkeşləri önündə rahat oynayacaq. Biz isə aqressivliyi artırmalıyıq”.
Hər iki komandanın təcrübəli futbolçusunun dediklərindən azarkeş amilinin hansı önəm daşıdığını anlamaq çətin deyil. İllərdi Çempionlar Liqası və Avroliqa kimi mötəbər yarışların qrup mərhələlərində çıxış edən “sarı-göylər”in Belarusda böyük azarkeş dəstəyinə sahib olması danılmaz faktdı. Üstəlik, BATE heç də Minski yox, paytaxtdan təxminən 70 kilometr aralıda yerləşən Borisovu təmsil edir. Buna baxmayaraq, çempionat və avrokubok matçlarına qibtə edəcəyimiz sayda azarkeş toplaşır.
Məsələn, 13126 yerlik stadion HİK-lə qarşılaşmada, demək olar, dolmuşdu. Həmin rəqibin son illər “Qarabağ” qədər təhlükəli olmadığını, üstəlik ÇL-in 2-ci təsnifat mərhələsinin oyunu olduğunu göz önünə gətirəndə, bu dəfə arenanın tam dolacağı ağlabatandı. Ağdamlılarla Bakıda keçirilən oyundan əvvəl belaruslu internet istifadəçiləri aparılan sorğuda komandalarına inanmadıqlarını göstərirdilərsə, səfərdəki qələbə onları xeyli ümidləndirib. Yəni uğurlu nəticə ÇL-in qrup mərhələsinin qapısını aralamaq deməkdi.
Heç şübhəsiz, bütün bunlardan Avropada yaşayan azərbaycanlılar da xəbərdardı. Belə vəziyyətdə isə təkcə “Qarabağ”ın futbolçularının istəyi həlledici rol oynamır. Onların rahat oynaması, özünü evdəki kimi hiss etməsi üçün tribunada 200-300 fəal “Qarabağ”sevərin olması vacibdi. Həm komandalarını qol vurmağa səsləmək, həm də rəqib fanatları susdurmaq baxımından. Belarusda yaşayan azərbaycanlıların stadiona bu sayda təşrif buyurub, gözlənilən dəstəyi verəcəyi isə şübhə altındadı. O qədər də inandırıcı deyil. Bu məqamda ağla “Milli Dəstə” ilə “İmarət Avropa” gəlir. Məhz bu azarkeş qruplarının fəallığı və qeyri-adi addımları bir çox hallarda futbolçuların könlünü oxşayıb. İstər oyundan əvvəl, istərsə də sonra reallaşdırdıqları ideyaları az görməmişik. 90 dəqiqə tribunada yaratdıqları ab-hava isə öz yerində. Maraqlıdı, bu dəfə həmin qrupların azarkeşləri Borisova getməyi planlaşdırır? “İmarət Avropa”nın rəhbərlərindən Vüsal Əhmədovu dinləyək: “Oyunla bağlı hansısa planımız yoxdu. Bu dəqiqə əsas müzakirə mövzusu qarşılaşmanı kimin evində izləyəcəyimiz və masanın üzərinə qoymağa nə alacağımızdı. Deməyim odu ki, Belarusa getməyəcəyik. Elə bir ciddi səbəb yoxdu. İki səbəb var: vaxtın və maliyyənin azlığı. Yaş artdıqca qayğılarımız və xərclərimiz çoxalır deyə, çatdırmaq olmur. Ona görə də uzaq səfərlərə çıxa bilmirik. Litvada təhsil alan Mürşüd var, oyunu canlı izləmək planı var. Amma tək getmək istəmir. Fikrimcə, narahatlığa ehtiyac yoxdu. Maraqlanmışam, Belarusda xeyli azərbaycanlı yaşayır. Yəqin ki, onlar gedib “Qarabağ”ı dəstəkləyəcəklər. Təbii, qrupun məndən başqa daha beş rəhbəri var, üstəlik, üzvlər. Amma onlar da getməyəcək. Bu dəqiqə hamıda eyni vəziyyətdi - vaxt azlığı və maliyyə sıxıntısı. Bunu deməkdə məqsədim “Azərsun”dan, yaxud “Qarabağ”dan kömək istəmək deyil. Fikrimin yanlış anlaşılmasını istəmirəm. Sadəcə, siz təkid edirsiz deyə, əsl səbəbi söylədim”.
Əslində ötən ilin dekabrından “Qarabağ”dan incik düşən və komandanın səfər matçlarını boykot edən “Milli Dəstə”nin mövqeyi bəllidi. Sadəcə, son günlər arada barışığın olub-olmadığını bilmədiyimizdən, yeni məlumat əldə edə biləcəyimizi düşünüb qrupun rəhbəri Şamil Mustafayevlə də əlaqə saxladıq: “Qərarımız qətidi. Heç bir barışıqdan söhbət gedə bilməz. Əvvəl bir neçə dəfə barışığa cəhd göstərsək də, qarşı tərəfdən müsbət addım görmədik. Ondan sonra fikrimiz daha da qətiləşdi. BATE – “Qarabağ” matçında “Milli Dəstə”dən heç kim olmayacaq”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 22:14 Stuxlik qovulanları başına topladı Dünən, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Dünən, 22:12 Əliyar Ağayev “Latsio” – “Apollon” oyununda Dünən, 22:10 “Sportinq” kubok mübarizəsinə qələbə ilə başladı Dünən, 22:08 UEFA “Sportinq”i cəzalandırdı Dünən, 22:07 Leteksiye “Qarabağ”ın oyununda qrupda debüt edəcək Dünən, 22:07 “Qarabağ” bu gün yola düşür: 7 saatlıq uçuş Dünən, 22:05 “Traktorsazi” dayandı, “Maşınsazi” davam edir Dünən, 21:48 Samir Abasovun əziyyəti hədər getdi Dünən, 21:45 Rüfət Dadaşov Almaniyada növbəti qolunu vurdu Dünən, 21:44 Qriqorçuk “Astana”ya qayıdacaq Dünən, 21:43 Volkan Üst infarkt keçirib Dünən, 21:42 “Keşlə” Bosançiçi göndərdi Dünən, 21:40 Rahid formada olmadığını etiraf etdi Dünən, 21:37 Bayılda qarşılıqlı qollar Dünən, 21:16 Deviç vurur, “Sabah” udur Dünən, 21:13 “Zirə”yə texniki məğlubiyyət veriləcək Dünən, 21:12 “Neftçi” “yuva”ya qayıdışını qələbəylə qeyd etdi Dünən, 21:10 Startda “sülh” olmadı Dünən, 21:08 Təyinatlar açıqlandı 14-09-2018, 23:16 “Uşaq vaxtı Kasorlayla bir yerdə oynamışam” 14-09-2018, 23:04 Dünya çempionatı üçün rekord mükafat fondu 14-09-2018, 23:03 Tofiq Məmmədov Avropanın ən güclüsüdü! 14-09-2018, 22:58 AFFA Hakimlər Komitəsi ilə Hakim-İnspektorlar Komitəsini birləşdirir 14-09-2018, 22:57 Şahin Diniyevlə Əsgər Abdullayev Mircavadovun səsinə səs vermədi 14-09-2018, 22:56 Venera Kahriç Xaqani Məmmədovdan ölkə başçısına şikayət etdi 14-09-2018, 22:54 “Keşlə”dən növbəti transfer 14-09-2018, 22:52 PFL-i premyer-liqanın imici maraqlandırmır 14-09-2018, 22:50 “Sportinq”in 4 illik avrokubok macərasına səyahət 14-09-2018, 22:47 Adams Mxitaryanın Bakıya gəlməsini istəyir 14-09-2018, 22:46 Slavçev futbolumuzdan və “Qarabağ”dakı durumundan razıdı 14-09-2018, 22:43 “Qəbələ” Biləcəriyə qayıtdı 14-09-2018, 22:34 Yığmalardan ikisi liqalarda oynayacaq 14-09-2018, 22:33 Utancaq, küskün Zeynal Zeynalov 14-09-2018, 22:32 “Hərbçilər” zirvədə! 14-09-2018, 22:30 Futbolçular Bakının işğaldan azad olunduğu günü bilmir 14-09-2018, 22:26 Yüksək liqanın təqvimi açıqlandı 14-09-2018, 22:24 Yığma “Sumqayıt”ı darmadağın etdi 14-09-2018, 22:23 Eddi oynadı, komandası mərhələ adladı 14-09-2018, 22:21 Tahir Süleymanov Qurban Qurbanova haqq qazandırdı 14-09-2018, 22:20 “Neftçi”nin yeni formaları satışa çıxır 14-09-2018, 22:18 AFFA lisenziyaları yeniləyir 13-09-2018, 23:25 Baş məşqçi samboçumuzun ölümündən danışdı 13-09-2018, 23:24 AFFA 11000 bileti pulsuz paylayıb 13-09-2018, 23:23 “Uğur”un futbolçuları 10 min manatın həsrətindədi 13-09-2018, 23:22 PFL bölgələrə səfər üçün “Topaz”dan cavab gözləyir 13-09-2018, 23:21 “Keşlə” müdafiəçi və menecer ilə anlaşdı 13-09-2018, 23:19 Kim deyir ki, hücumçu yoxdu? 13-09-2018, 23:16 Slavçevin arzusu ürəyində qaldı 13-09-2018, 23:14 “Onu deyim ki, Qurban Qurbanov çox sərt danışdı, çox sərt” 13-09-2018, 23:12 Nurlan Novruzov Türkiyə kubokunda fərqləndi 13-09-2018, 23:05 Jurnalistlər Malta təəssüratını bölüşdü 13-09-2018, 23:04 Şans qazanmayanlar ümidini itirmir 13-09-2018, 23:02 Fasilə bitdi: “birincilər” başlayır 13-09-2018, 23:00 “Araz” mövsümə xal itkisi ilə başladı 13-09-2018, 22:59 UEFA 40 nəfəri Bakıya göndərdi 13-09-2018, 22:57 Kamran İbrahimovun məşqçiləri təcrübəsizliyi qabartdı Bütün xəbərlər
Ən çox oxunanlar