13 avq 19:10gundem

Ramin Musayev neftin bahalaşmasını arzulayır

Ramin Musayev neftin bahalaşmasını arzulayır
“Ağzımı açan kimi “yuxarı”dan zəng gəlir ki, çox danışma”
Birinci divizionun püşkatmasından sonra PFL prezidenti Ramin Musayevin iştirakı ilə mətbuat konfransı keçirildi. Musayev tədbirə qatılan jurnalistləri maraqlandıran sualları cavabladı.
- Hakimlər bu dəfə yay fasiləsi zamanı ölkə xaricində təlim-məşq toplanışı keçmədilər. Bu, onlar üçün problem olmayacaq? Bundan başqa, Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov ötən mövsüm demişdi ki, gənc, perspektivli referilərimiz var. Onlara gələn mövsüm, yəni 2018/19 “futbol ili”ndə təyinatlar vermək istəyirik. İndi oyunların sayında da azalma müşahidə olunur. Belə çıxır ki, həmin gənclər kənarda qalacaqlar. Bu məsələyə də münasibət bildirmənizi istərdik.
- Ötən yay da hakimlər xaricdə toplanış keçməmişdilər. Əvəzində qışda Antalyaya yollandılar. Və səhv etmirəmsə, orda təxminən 80 oyun idarə etdilər. Hakimlər təlim-məşq toplanışında 5-10 oyun idarə edəcəklərsə, ölkə xaricinə getməyin nə mənası var? Ondan əvvəlki yayda toplanış təşkil olunmuşdu və ədalət təmsilçilərimiz 40 matçda iş başında olmuşdular. Əməkdaşlıq etdiyimiz şirkətlə danışdıq. Onlar bildirdilər ki, qışdakı qədər yoldaşlıq oyunu təşkil edə bilməyəcəklər. Belə vəziyyətdə yalandan o qədər xərc çəkmək bizə nə verəcək? O ki qaldı gənc və perspektivli hakimlərin vəziyyətinə, buna görə narahat olmağa dəyməz. Onları yenə də diqqətdə saxlayıb, inkişafına kömək edəcəyik. Gənc ədalət təmsilçiləri birinci divizionda özlərini göstərə bilsələr, premyer-liqada da onlara şans yarada bilərik.
- Sözarası vurğuladız ki, bizdə vəziyyət hələ yaxşıdı. Başqa ölkələrdə çempionat keçirmək üçün pul tapmırlar. Ancaq bizdən kasıb Gürsüstanda, Baltikyanı ölkələrdə 4, hətta 5 liqa fəaliyyət göstərir. Bəs onlar bu işin öhdəsindən necə gəlirlər?
- Bizdə bəyəm yoxdu? Bizdə də var.
- Mən müxtəlif yaş qrupları arasında AFFA-nın təşkil etdiyi çempionatları nəzərdə tutmuram.
- Onlar da müxtəlif yaş qrupları üzrə çempionat təşkil edib adını liqa qoyurlar. Kasıb itinin adını “gümüş” qoyan kimi. Görün bizdə həvəskarlarda neçə komanda oynayır? Həmin çempionata 2-ci liqa adı qoya bilərik. Region Liqasını 3, U-19 çempionatını da 4-cü liqa kimi təqdim edə də bilərdik. Yalandan liqa sayının çox olduğunu göstərmək üçün bu addımı atmağın nə mənası var? Bu gün maddi durum çox əl-qol açmağa imkan vermirsə, hər şeyi AFFA-nın üstünə atmaq nə dərəcədə düzgündü? Kənardan heç bir dəstək görmürük.
- Yeni limitin tətbiqi yaşı 24-25 olan oyunçuların çoxunu karyerasını başa vurmağa məcbur edəcək. Bu məsələyə münasibətinizi bilmək istərdik.
- Premyer-liqada futbolçu ən azı 1500-2000 min manat maaş alır. 20 yaşlı oyunçu 2000 aldığı vaxtda 26 yaşlı futbolçu divizionda 400-500 manata oynayırsa, onun gələcəyi nə olacaq? Ondansa, vaxtında başqa sahəyə üz tutsun. Bilirsiz, nə qədər adam zəng vurub xahiş edir? Xahiş olunan futbolçu ilə maraqlananda məlum olur ki, heç heyətə düşməyib. Onda da deyirlər ki, bu il də şans versinlər, yaxşı olacaq. 3 ildi bu adam heyətə düşmürsə, deməli, bacarığı yoxdu. Onun futbolumuza nə xeyri olacaq? 26 yaşından sonra o nə “artıracaq”?
- Son illərdə birinci divizionda çempion olan klubların əksəriyyəti maliyyə problemi səbəbindən elitaya yüksələ bilməyib. Sizcə, eyni problem bu il də təkrarlanmayacaq ki? Çünki divizion klublarının, demək olar ki, hamısı yenə də SOCAR-dan maliyyələşir.
- Allahdan arzu edək ki, Neft Şirkətinin işi yaxşı olsun, neft bir qədər də bahalaşsın. Başqa kimə nə deyə bilərik. Gəlin təmiz danışaq, Rövnəq Abdullayevdən başqa futbola pul ayıran var?
- Hər halda, nəsə edə bilərsiz ki, 2004-cü ildəki futbol bumu bir daha yaşansın.
- Bunu siz jurnalistlər yazılarınızla ictimaiyyətə çatdırmalısız. Mən ağzımı açan kimi “yuxarı”dan zəng gəlir ki, çox danışma. Yuxarı deyərkən, AFFA-nı nəzərdə tutmuram. Bu gün bölgələrdə yetərincə imkanlı insanlar var. Həmin bölgələri də sizə sadalaya bilərəm. Ancaq heç kim əlini cibinə atmaq istəmir. Hamı deyir ki, bütün işləri AFFA etsin.
- Futbola diqqət ayıran iş adamlarına hansısa formada güzəştlər olmalıdı ki, onlarda bu sahəyə maraq oyansın.
- Bu sözlərinizdən sonra Neft Şirkəti kimi, iş adamlarımıza da bizneslərində uğurlar arzulamaq istəyirəm ki, futbola yatırım etsinlər.
- Son iki mövsümdə birinci divizionda çıxış edən klublardan 10-u yeni mövsümdə çempionatda olmayacaqlar. Onlardan neçəsi danışılmış oyunlara görə kənarda qalıblar?
- Hansı klub sənədini gətirməyibsə, onu çempionata buraxmamışıq (gülür). Bilirəm, məndən söz almaq istəyirsiz, amma ad çəkməyəcəm.
- Premyer-liqanın püşkamasında “hansı klubları çempionatda görməyəcəksizsə, deməli, həmin komandalar oyun alğı-satqısına görə kənarda qalıblar” demişdiz. Ötən il aşağı dəstədə çıxış edən klublardan üçü bu gün püşakmada iştirak etmir. “Xəzər” və “Binə”nin fəaliyyətini dayandıracağı mövsümün sonunda bəlli idi. Belə çıxır ki, bütün alış-veriş “Mil-Muğan”ın üstündə olub...
- Keçin başqa suala.
- İcra başçıları nəyə görə klublara maddi kömək göstərmirlər?
- Heç vaxt onlardan bu haqda soruşmamışam. İcra başçılarının hamısı başımızın tacıdı, Allah onlara cansağlığı versin.
- Bir çoxları üçün “Qəbələ”nin əvəzedici heyətinin diviziondan imtina etməsi gözlənilməz olsa da, AFFA rəhbərliyi klubun belə addım atacağını əvvəlcədən bilirdi. Bu haqda klub rəsmisi açıqlama verib. Belə olan halda assosiasiyanın baş katibi Elxan Məmmədov niyə İcraiyyə Komitəsinin üzvlərini vaxtında məlumatlandırmayıb? Hər şeydən xəbərsiz olan İK üzvləri də 8 əvəzedici komandanın birinci divizionda iştirak etməli olduğu ilə bağlı qərar çıxarır, ancaq qərar yerinə yetirilmir...
- Orda yazılmayıb ki, məcbur oynamalıdılar.
- Qərarda belə göstərilib axı...
- Konkret 8-i də oynamalıdı qeydi olmayıb. Oynaya bilər yazılıb. Dünən bir klubdan bizə müraciət olundu ki, ola bilsin, biz püşkatmaya gəlmədik. Ad çəkmək istəmirəm. Ancaq onu deyə bilərəm ki, premyer-liqa təmsilçilərindən biridi. Problem büdcə ilə bağlı idi. “Qəbələ” rəhbərliyi uzun illər futbola böyük yatırımlar edib. Bölgə təmsilçisinin iştirak etməməsində bizim də günahımız oldu. Onların büdcəsi təsdiqlənəndən sonra biz kluba dedik ki, divizionu bu formatda təşkil edəcəyik. Yəni əvvəlcədən xəbərdarlıq etməmişdik.
- “Şüvəlan”la bağlı vəziyyət nə yerdədi? Dünən axşam saatlarına qədər komandanın divizionda oynayıb-oynamayacağı məlum deyildi. Məndə olan məlumata görə, komanda çempionata buraxılsa da, sponsoru yoxdu. Sizcə, sponsoru olmayan komanda mövsümü başa vura biləcək?
- Hansısa klubun bir faiz belə çempionatın sonuna qədər qalmaq ehtimalı olmasaydı, onu püşkatmaya buraxmazdıq. “Şüvəlan”a görə narahat olmayın. Elə gözəl bazası olan, stadionu təmir olunan komandanın mövsümü yarımçıq başa vurması mümkün deyil. Onu düz buyurduz ki, dünən (srağagün) 16.30-a qədər onların divizionda mübarizə aparıb-aparmayacağı sual altında idi. Ancaq axşam saatlarında klub rəhbərliyindən zəng gəldi ki, komandanın çıxış etməsində heç bir problem olmayacaq.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
21-09-2018, 23:17 Tomaş Ayan EOC-dan narazıdı 21-09-2018, 23:14 "Arsenal"la oyuna maraq böyükdü 21-09-2018, 23:13 U-17 yenə darmadağın oldu 21-09-2018, 23:10 Stadiona 9-cu mərtəbədən baxış, portəgiz jurnalistin təəccübü və 27 azarkeş... 21-09-2018, 23:07 Yenilgidə hakim izi olmadı 21-09-2018, 23:06 Üzücü başlanğıc 21-09-2018, 23:04 Vitali Borisovun imtinası absurd faktı üzə çıxardı: liqa peşəkardı, futzalçılar yox! 21-09-2018, 23:02 Baba Rzayev Mingəçeviri futbolsuz qoydu 21-09-2018, 23:01 AFFA 10 min manata görə özünü hörmətdən salır 21-09-2018, 22:52 Sabiqlər yerli sədrin tərafdarıdı 21-09-2018, 22:50 Babək Quliyev Vüsal Əliyevi nişan verdi 21-09-2018, 22:48 “Sumqayıt-2” zirvəyə darmadağınla yüksəldi 21-09-2018, 22:46 “Turan” adının yaradıcısı dünyasını dəyişdi 21-09-2018, 22:44 Dünya çempionatına yaxşı başlamadıq 21-09-2018, 22:42 “Sumqayıt”ın “qırmızı” problemi 21-09-2018, 22:39 Adil Məmmədov 60-ı geridə qoydu 21-09-2018, 22:24 İsgəndər Cavadov doğum günündə tarixi vərəqlədi 21-09-2018, 22:23 İkinci tur 2 günə sığacaq 21-09-2018, 22:21 Mik Benet təqdim olundu 21-09-2018, 22:20 Qurban Qurbanov gözləmədiyi sualı eşitdi 20-09-2018, 22:07 “Bayıl Arena”da Əliyar Ağayevin də səhvi olub 20-09-2018, 22:05 Stuxlik Xaqani Məmmədovun otağında oturur 20-09-2018, 22:04 Emin Ağayev yığmada potensial görür 20-09-2018, 22:02 “CBC Sport” DÇ-ni yayınlamaq istəyir 20-09-2018, 22:01 Cüdo yığmamızda məcburi dəyişiklik 20-09-2018, 22:00 Dünya çempionatının püşkü atıldı 20-09-2018, 21:56 “1982-ci il” ilə Lissabona 7 saatlıq səfər 20-09-2018, 21:54 Uğurun bünövrəsi Lissabonda qoyulsun! 20-09-2018, 21:52 "Arsenal"la oyunun biletləri satışda 20-09-2018, 21:24 Vaqner "Qarabağ"ı portəgizlərə təriflədi 20-09-2018, 21:22 Qurban Qurbanov: “Rəşad oynamayacaq, Miçelin meydana çıxıb-çıxmayacağı sabah bilinəcək” 20-09-2018, 21:04 Alesio yığmanın heyətini açıqladı 20-09-2018, 21:03 “Xəzər Cənub” qalmaqal yaratdı, klubun rəhbəri Zaur Axundovdan üzr istədi 20-09-2018, 21:00 Mundialda üzümüzü kim(lər) güldürəcək? 20-09-2018, 20:58 Məmmədyarova “qaralar”la xal qazana bilmir 20-09-2018, 20:55 Sənan Qurbanov “Qəbələ”nin problemlərini açıqladı 20-09-2018, 20:53 “Kəpəz” ilk qol və ilk xal axtarışında 20-09-2018, 20:52 Anar Salmanovun reaksiyası gecikmədi 20-09-2018, 20:51 Azarkeşlər ÇL oyunları zamanı çətinliklə üzləşir 20-09-2018, 00:29 Almaniyada Ömər Paşayevin səhhətində ciddi problem aşkarlanmayıb 20-09-2018, 00:27 Heç bir klub mətbuat katibinə protokol doldurmağı tapşırmır 20-09-2018, 00:26 Xaqani Məmmədovun düşmənləri sosial şəbəkədə “at oynadır” 20-09-2018, 00:23 Voleybolçular dünya çempionatına inamlı yollanır 20-09-2018, 00:21 Alesio yığmanın heyətini bu gün açıqlayacaq 20-09-2018, 00:19 “Sportinq” qrup mübarizəsinə uğursuz başlayır 20-09-2018, 00:05 Turun oyunçusu 20-09-2018, 00:04 TURUN SİTATI 20-09-2018, 00:02 Məhsuldarlıq rekord vurdu 20-09-2018, 00:01 Turun statistikası 19-09-2018, 23:59 TURUN MƏŞQÇİSİ 19-09-2018, 23:58 Turdan məqamlar 19-09-2018, 23:56 16 medalın izi ilə... 19-09-2018, 23:54 Xala və qola həsrət “Kəpəz”in baş məşqçisi məmnundu 19-09-2018, 23:53 İntizam Komitəsi “Zirə”yə texniki məğlubiyyət verdi 19-09-2018, 23:51 HAKİMLƏRİN MÜHAKİMƏSİ 18-09-2018, 22:14 Stuxlik qovulanları başına topladı 18-09-2018, 22:13 Sabiqlər Stuxliklə görüşə dəvət olundu, Tahir Süleymanov AFFA-nın təklifini geri çevirdi Bütün xəbərlər
Ən çox oxunanlar