“Qarabağ” - BATE oyunundan doğan suallar » Football-plus.az
10 avq 13:40gundem

“Qarabağ” - BATE oyunundan doğan suallar

“Qarabağ” - BATE oyunundan doğan suallar
Rəqibdən bu qədər ehtiyatlanmağın səbəbini anlamaq çətin idi
“Qarabağ”ın ötənilki uğuru təkrarlayacağı çətin görünür. Söhbət ardıcıl ikinci il Çempionlar Liqasının qrupunda çıxış etməkdən gedir. Bunu təmsilçimiz 3-cü mərhələni uğurla adlayacağı halda pley-offda PSV ilə üz-üzə gələcəyinə görə demirik. Sadəcə, BATE ilə ilk görüşdə qeydə alınan nəticədən sonra Ağdam təmsilçisinin şansı elə də yüksək deyil. Bakıdan 1:0 hesablı qələbə ilə dönən borisovlularun evdə bu üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. Səfərdə qol buraxmadan qalib gələn tərəf cütün taleyini böyük ölçüdə həll etmiş sayılır. Ancaq indidən “ağ bayraq qaldırmaq” da düzgün olmaz. Belarus təmsilçisi Bakıda qələbə qazanırsa, “Qarabağ” niyə səfərdə bunu bacarmasın?! Özü də həm futbolçuların, həm də baş məşqçi Qurban Qurbanovun inamlı açıqlamaları cavab görüşü ilə bağlı azarkeşlərdə ümid yaradıb. Sadəcə, BATE-nin yetərincə təşkilatlanmış komanda olması, gücünə görə əvvəlki rəqiblərdən fərqlənməsi problem yarada bilər. Əslində “sarı-göylər”lə Bakıdakı görüşdən daha sərfəli nəticə ilə ayrılmaq olardı. Start heyətindən tutmuş, oyunun axarı zamanı da bəzi suallar ortaya çıxdı. Bütün bunlar isə üst-üstə gələrək məğlubiyyətə səbəb oldu. Həmin məqamları bir daha yada salaq.
“Çərçivə”dəki dəyişiklik
Həm “Olimpiya”, həm də “Kukesi” ilə görüşlərdə “Qarabağ” qapısını toxunulmaz saxlamağı bacarmışdı. Ümumilikdə 360 dəqiqə qol buraxmayan Vaqner da Silva ölkə futbolu üçün yeni rekord müəyyənləşdirmişdi. Ancaq BATE ilə oyunun start “11-liy”ində braziliyalının yox, Hannes Halldorssonun adını gördük. Təbii, 4 matçda qapısını toxunulmaz saxlayan qolkiperin birdən-birə ehtiyatda qalması təəccübləndirməyə bilməzdi. Qurbanovun “çərçivə” ilə bağlı dəyişikliyə əl atması sual doğururdu. Düzdü, island qapıçının məğlubiyyətdə səhvi olmadı. Heç onu vurulan qola görə də suçlamaq doğru olmaz. Sadəcə, arxa xətt oyunçuları Vaqnerə daha çox alışmışdılar. “Sambaçı” inamlı oyunu ilə müdafiənin də rahat nəfəs almasına şərait yaradırdı. Bundan başqa, “quru” seriya həm qapıçıda, həm də arxa xətt oyunçularında özünəinam formalaşdırmışdı. Görünür, baş məşqçi “1 nömrə” kimi transfer edilən Halldorssonun müntəzəm ehtiyatda qalmasını doğru hesab etmədiyi üçün Vaqneri ehtiyatda saxlamağı lazım bilmişdi. Hər halda, Hannes də nə vaxtsa şans qazanmalıydı. Bundan başqa, rəqibin ucaboy oyunçularının qarşısını island qapıçının kəsmək ehtimalı daha yüksək idi. Çünki Halldorsson Vaqnerdən daha ucaboydu. Təəssüf ki, onun debütü üzücü məğlubiyyətin qeydə alındığı matçda gerçəkləşdi.
Kintananın yoxluğu
“Kukesi” ilə cavab görüşündə Qurbanovun ən optimal heyətə güvəndiyini qeyd etmişdik. Çalışdırıcının “qalib heyəti dəyişməzlər” prinsipinə sadiq qalacağını gözləyirdik. Lakin iki dəyişiklik var idi. Qapıçı seçimini artıq vurğuladıq. İkinci dəyişiklik isə məcburiyyətdən atılan addım idi. Belə ki, Dani Kintana zədəli olduğuna görə BATE ilə görüşü buraxırdı. Belədə Qurbanov sağ cinahı Con Delarja həvalə etmişdi. Əslində Qurbanov məhz “Kukesi” ilə oyundakı performansına görə ona güvənmişdi. Xatırladaq ki, həmin görüşdə sonradan meydana çıxan konqolu vinger debüt matçında fərqlənmişdi. Ancaq Delarj bu dəfə komandanın ən zəiflərindən biri idi. Bu isə o deməkdi ki, “28 nömrə” ilk dəqiqələrdən mübarizəyə hazır deyilmiş. Qurbanov da məhz 67-ci dəqiqədə onu Mahir Mədətovla əvəzlədi. Bəlkə də Mahir start heyətində olsaydı, komandaya daha çox fayda verərdi. Düzdü, əvvəlki oyunlarda Mahiri qol vura bilmədiyinə görə qınamışıq. Ancaq heç kimə sirr deyil ki, Mədətov hücumun sivri ucunda yox, cinahda daha faydalı olur. O, top saxlamaq bacarığı və texnikası hesabına nəsə edə bilərdi. Bəziləri əks dəlil səsləndirə bilər ki, Mahir meydana çıxdı, qeyri-adi heç nə etmədi. Əvvəla, Mədətov qapıya zərbələrlə yadda qaldı, həmçinin Delarjdan daha yaxşı idi. Bundan başqa, ilk “11-lik”də yer almaqla məğlub durumda olan komandanın heyətində sonradan meydana çıxmaq bir deyil. Psixoloji durum, təzyiq kimi məqamları yaddan çıxarmamalıyıq. Qurbanov isə futbolçuların məhz əvvəlki performansına uyğun seçim etmişdi, sadəcə, ötən oyundan fərqli, seçimi bu dəfə özünü doğrultmadı.
Ehtiyatlı start
Hər kəs razılaşar ki, “Qarabağ” oyuna olduqca ehtiyatlı başladı. Bəlkə də baş məşqçi yetirmələrinə tələsməməyi tapşırmışdı. Ancaq “gözləyək, rəqib üstümüzə gəlsin” düşüncəsi o qədər də doğru variant deyildi. Halbuki komandanın ilk dəqiqələrdən topa daha çox nəzarət edəcəyini, zaman-zaman öldürücü hücumlar quracağını gözləyirdik. Ancaq BATE-dən bu qədər ehtiyatlanmağın səbəbini anlamaq çətin idi. Ola bilər, rəqib əvvəlkilərlə müqayisədə daha təhlükəlidi. Lakin “köhlən atlar” zaman-zaman Borisov təmsilçisindən də güclü komandalarla qarşılaşıb və ənənəsinə - topa daha çox nəzarət etmək taktikasına sadiq qalmağa çalışıb. Və məhz həmin taktika Ağdam klubuna uğur gətirib. BATE ilə dueldə isə ilk yarıda rəqibin dominantlıq etməsi ilə razılaşan “köhlən atlar” sonda bunun acısını yaşadı. İkinci yarıda, xüsusən son 20 dəqiqədəki üstünlük məğlubiyyətdən xilas olmağa yetmədi. Təbii, “Qarabağ”ın həmin dəqiqələrdə daha çox əl-qol açmasında BATE-nin sərfəli hesabı qorumaq istəyinin rolu var idi. Çox güman, ilk yarıda hesab açılmasaydı, qonaqların qapısına bu dərəcədə “yüklənmək” mümkün olmayacaqdı. Çünki rəqib ona lazım olan qolu vurana qədər bütün komponentlərdə ağdamlıları üstələyirdi.
Ozobiç oyuna gec qoşuldu
Yenə “Kukesi” ilə oyunu xatırlayacağıq. Həmin qarşılaşmada ən yaxşılardan biri Simeon Slavçev idi. Məhz onun ideal ötürmələrindən sonra İnnosent Emeqara penaltilər qazandı. Ancaq bolqar yarımmüdafiəçi BATE-yə qarşı eyni performansı göstərə bilmədi. Doğrudu, Qurbanov əvvəlcə Mahiri, daha sonra Ozobiçi döyüşə atdı. Lakin xorvat yarımmüdafiəçini mübarizəyə daha erkən qoşmaq olardı. Necə ki, Filip “Qarabağ”ın oyunboyu yaratdığı ən təhlükəli vəziyyətin müəllifi oldu. Amma baş məşqçi onu 80-ci dəqiqədə meydana buraxdı. Halbuki Ozobiç daha elastik futbolçudu, uzaqdan zərbələri var. Onsuz da rəqibin cərimə meydançasına daxil olmaq çətin idi. Belədə uzaqdan vuruşlar komandaya qol gətirə bilərdi. Bunun üçün isə Filip kimi oyunçunun daha erkən döyüşə atılması lazım idi.
Liderlər səhnəyə çıxmadı
“Qarabağ”ın ən üstün cəhəti komanda oyunudu. Qurbanov illərdi eyni sistemə sadiq qalır və sistem “köhlən atlar”ı uğura daşıyır. Ancaq istənilən komandada liderlər oyunun taleyinə birbaşa təsir edir. Təəssüf ki, Belarus təmsilçisi ilə görüşdə bunu görmədik. Miçeldən gözlədiyimiz performansın şahidi olmadıq. Maksim Medvedev haqda da xoş sözlər demək olmaz. Adi ötürmələr zamanı Bədavi Hüsyenovla Maksim arasında yaşanan anlışlmazlıqlar “Qarabağ”ın oyununa qətiyyən uyğun gəlmirdi. Təbii, liderlərdən danışırqsa, Rəşad Sadıqovun da adını çəkməliyik. Kapitanın kobud səhvi komandaya baha başa gəldi. Sadıqov özü də oyundan sonra məsuliyyəti üzərinə götürüb, yanlış ötürməyə görə üzüldüyünü dilə gətirib. Lakin bunlar nəticəni dəyişmir və ortada bir reallıq var ki, BATE ölkəsinə qələbə ilə döndü. Hə, ötən oyunda 3 penalti qazanan Emeqaradan da gözləntilər özünü doğrultmadı. Bu isə hücumçu haqda təriflərin bir qədər tələsik söylənildiyini təsdiq edir.
Qeyri-adi “ev tapşırığı” görmədik
“Köhlən atlar” bu oyunda 7 künc zərbəsi yerinə yetirdi. Lakin bunların heç birində rəqib qapısı qarşısında ciddi təhlükə yarada bilmədik. Kornerdən havalandırılan topu BATE-nin ucaboy müdafiəçiləri asanlıqla uzaqlaşdırırdılar. Ümumiyyətlə, borisovlular “ikinci mərtəbə”də ağdamlılara, demək olar, şans vermədilər. Mahirin başla vuruşundan başqa, rəqib qapısına bu cür zərbəmizin olduğunu xatırlamaq çətindi. Künc zərbələri zamanı Rəşad topa yaxınlaşır, onu qapı önünə ötürür, müdafiəçilər təhlükəni sovuşdurur. Kornerlərdən ikisində isə Qurbanovun yetirmələri oyuna paslaşmaqla başladılar ki, əslində bu da bir işə yaramadı. Qeyri-adi “ev tapşırığı”nın, BATE-nin müdafiəsini yarmaq üçün alternativ variantların şahidi olmadıq. Abdulla Zubir bir neçə dəfə cərimə meydançasına daxil olsa da, yalnız bir dəfə qapıya zərbə endirdi. Hansı ki, vuruşu olduqca təhlükəli alındı. Həmin zərbələrin sayı daha çox olsaydı, qol ehtimalı da bir o qədər artacaqdı. Oyunsonrası mətbuat konfransında Qurban bəyin səsləndirdiyi “bəzi düşündüyümüz kombinasiyalar vardı, amma alınmadı” sözlərini yada salaq. Görünür, fərqli variantların gerçəkləşməməsi ona hazırlaşmamaqdan irəli gəlməyib. Sadəcə, “Qarabağ”ın oyunçularının onu reallaşdırmağı bacarmaması ilə yanaşı, rəqib də buna imkan vermədi. Hər halda, Qurbanov heç nəyin bitmədiyini, qarşıdakı 90 dəqiqənin bütün suallara aydınlıq gətirəcəyini söyləyib. Baş məşqçinin əminliyi ÇL-in pley-offu ilə bağlı ümidlərin bitməməsi üçün yetərlidi.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar