Belaruslu jurnalistlər BATE-ni dağın başına qoyub » Football-plus.az
10 avq 13:28gundem

Belaruslu jurnalistlər BATE-ni dağın başına qoyub

Belaruslu jurnalistlər BATE-ni dağın başına qoyub
“Qarabağ”lıların buna hazır olmadığı açıq-aşkar görünürdü”
Oyun başa çatandan sonra BATE-nin futbolçularının miks-zonaya toplaşan jurnalistlərin önündən Çempionlar Liqasının qalibi olmuş görkəmdə keçməsi sözün hər mənasında ağır idi. Üzləri gülən, yaxınları ilə telefonda xoş əhval-ruhiyyədə danışan qonaqlardan fərqli, “Qarabağ”ın üzvlərinin məyus görünməsini başa düşmək olardı. Xüsusilə buraxılan qolda kobud səhvə yol verən Rəşad Sadıqovun təəssüf hissini anlamaq çətin deyildi. Bizdən fərqli, belaruslu həmkarlarımız deyib-gülür, zarafatlaşırdılar. Başadüşüləndi, onların yerində olsaydıq, biz də o cür davranardıq.
Elə Belarus mətbuatında dərc olunan yazılardan da BATE-nin qazandığı səfər qələbəsinin media mənsublarının ürəyincə olduğunu hiss etmək mümkündü. Ünlü “Pressbol” nəşri oyuna xüsusi diqqət ayırıb ki, bu, özünü müxtəlif səpkili yazı və materiallarda göstərir.
Nikolay Kraskovski ad-soyadlı həmkarımız ərinməyərək “Qarabağ” azarkeşlərinin “feysbuk”dakı şərhlərini seçib və oxuculara təqdim edib. Azərbaycancadan rus dilinə mükəmməl tərcümə nəticəsində bizimkilərin hansı fikirdə olduğu belaruslu futbolsevərlərə çatdırılıb. “Çirkin (Aleksandr Qlebə xitabən – H.), orda hansı “pijonluqdan” söhbət gedə bilərdi? Bu sözünə görə bir həftədən sonra cavab verəcəksən, inşallah” - Elnur Əliyev adlı “feysbuk” istifadəçisinin məhz bu şərhi yazının başlığı seçilib. Yazıda həmçinin Rəşad Sadıqovla Hannes Tur Halldorssonun müsahibələrinə yer verilib, “Qarabağ”ın bəzi azarkeşlərinin BATE-nin gücünü qabartması xüsusi vurğulanıb.
“Pressbol”un Bakıya ezam olunmuş Artyom Fando adlı əməkdaşı isə oyundan hazırladığı reportajda bir çox maraqlı mövzulara toxunub. Yazıya “Karabax” Karabas deyil. BATE pley-off yolunda ciddi addım atdı” sərlövhəsini seçən Fando Belarus çempionuna qələbə qazandıran məqamlardan bəhs edib: “Hələ HİK-lə oyunlarda görünürdü ki, Staseviçsiz hücum qurmaq çox çətindi. Düzdü, “Qarabağ”la görüşdə “sarı-göylər” bir qədər fərqli oyun üslubundan istifadə etdilər. Təkcə kapitanın görəcəyi iş dəyişməmişdi. Pis-yaxşı bütün təhlükəli hücumlar məhz Staseviçin ifasında qurulurdu. Ya özü hücuma çıxır, ya rəqibin oyununa müdaxilə edir, ya da komandasının xeyrinə cərimə zərbəsi qazanırdı. Elə vurulan qolda da onun əməyi oldu. Staseviç topu Siqneviçə ötürdü, onun havalandırdığı topu isə Draqun başla qapıdan keçirdi. Maraqlısı, bilirsiz, nədi? Volodko ilə Riosu cinahlardan hücumlara durmadan dəstək verən futbolçular kimi tanıyırıq. Lakin bu dəfə onların əsas işi müdafiəyə diqqət yetirmək idi. Çox yaxşı bacardılar.
Pressinq bu oyunda BATE-nin əsas “silahı” idi. “Sarı-göylər”artıq ilk dəqiqələrdən təkcə meydanın özlərinə yox, həm də rəqibə aid hissəsində pressinq etməyə başladı. “Qarabağ”lıların buna hazır olmadığı açıq-aşkar görünürdü. Düz danışaq: istənilən halda, rəqib qapısı qarşısında təhlükəli vəziyyətləri sıralamaq hələ ki borisovlular üçün çətin görünür. Xüsusən də zona hücumları zamanı. Belədə nə etmək lazım gəlir? Köməyə standart vəziyyətlər gəlir – künc, ya da cərimə zərbələri. Hə, bir də hava ötürmələri ilə ucaboy Siqneviçi tapmaqla yaxşı mənada nəyəsə ümid etmək. HİK-lə oyunda bu tapşırıq effekt vermədi. Siqneviç hava toplarından qalib ayrılsa da, cinahdakılar onu lazımınca dəstəkləmirdi. Belədə ümid qalırdı üçüncü varianta. Pressinq etməklə rəqibin buraxacağı səhvi gözləmək. BATE Bakıda məhz bu cür oynadı və qolu da təzyiq altına düşən rəqibin səhvindən sonra vurdu. Siqneviç “Qarabağ”ın kapitanını qorxudunca, o, topu səhvən Staseviçə atdı. Sonrası məlumdu.
Bazar ertəsi Çempionlar Liqasının pley-offunun püşkü atıldı. Və məlum oldu ki, BATE – “Qarabağ” cütünün qalibi PSV ilə üz-üzə gələcək. “BATE üçün maraqlı olan püşkatma az sonra başlayacaq” – bunu yazan azarkeş Avroliqaya işarə vururdu. Çünki “Qarabağ”dan gözləntilər böyük idi, hətta belaruslu azarkeşlər BATE-nin bu rəqibi keçə bilməyib, mübarizəni Avroliqada davam etdirəcəyini düşünürdü. Amma indiki durum fərqlidi. Nə Azərbaycanda çempionatın başlamaması, nə də Dani Kintananın meydanda olmaması bəhanə sayıla bilər.
“Kukesi” ilə oyunda “Qarabağ” rahat hücumlar qururdu və əsas qol silahları olan Emeqara rahatlıqla cərimə meydançasına daxil olub istədiyini edirdi. Amma BATE “Kukesi” deyil. Borisovlular müdafiə xəttində sanki divar qurmuşdu və belədə “Qarabağ”lılar səddi yara bilmirdi. İlk hissədə BATE meydanın rəqibə aid hissəsində pressinq edəndə Azərbaycan çempionu heç nə edə bilmirdi. 75-ci dəqiqəyə qədər Şerbitsikinin qapısı qarşısında ciddi mənada heç nə edə bilmədilər. Yalnız qonaqların müdafiəyə çəkilib hesabı qorumaq istəyinə düşməsindən sonra meydan sahibləri bir neçə təhlükəli hücumla yadda qaldılar. Statistik göstəricidəki “qapıya zərbələr” sayındakı üstünlüyü yalnız son 15-20 dəqiqədə xeyirlərinə dəyişə bildilər.
İstənilən halda, BATE səfərdə sərgilədiyi məzmunlu oyunla lazım olan qələbəni qazandı. Cavab oyunu ərəfəsində etibarlı müdafiə xətti ilə öyünə bilərlər. Maraqlıdı, bu, PSV ilə oyunlarda kifayət edəcəkmi?Amma bu haqda danışmaq hələ tezdi. “Qarabağ” göstərdi ki, itiriləcək heç nə qalmayanda “artırmağı” bacarırlar”.
Sputnik.by saytında da məlum qarşılaşmaya yer ayrılıb. Reportajın həcmi “Pressbol”dakı qədər olmasa da, hər halda, azərbaycanlı oxucular üçün maraqlı ola biləcək nələrsə var: “BATE səfərdə “Qarabağ”ı məğlub etdi. Təsadüf, yoxsa məntiqəuyğunluq? Oyundan öncə elə bir ab-hava müşahidə olunurdu ki, borisovluların Bakıdan heç-heçə ilə qayıtması belə mümkünsüz görünürdü. Hər halda, yazılanlar, aparılan müzakirələr belə düşünməyə əsas verirdi. Ölkəsində son 5 ilin çempionu, son illər Avroliqada və ötən mövsüm Çempionlar Liqasının qrupunda çıxış etmiş “Qarabağ”ın məzmunlu oyunu və heyətindəki legionerlərin adları təhlükəli görünürdü. Zarafat deyil, dünya çempionatında İslandiyanın bir nömrəli əlcək sahibi kimi tanınan Hannes Tur Halldorssonu almışdılar. Üstəgəl, Filip Ozobiç, Simeon Slavçev, Vaqner da Silva, Abdulla Zubir və ən sonda İnnosent Emeqara ilə Con Delarj. Heyətlərini kifayət qədər gücləndirmişdilər. Baş məşqçiləri Qurban Qurbanov isə 2008-dən komandanın başındadı. Düz 10 ildi. Bütün bunları düşünəndə, üstəlik, oyunun səfərdə baş tutacağını göz önünə gətirəndə BATE-nin işinin asan olmayacağı dəqiq idi.
Aleksey Baqanın seçdiyi taktika özünü artıqlamasıyla doğrultdu. “Qarabağ”a hücum qurmağa imkan versəydilər, sonradan qarşısını almaq mümkün olmayacaqdı. Baş məşqçi bunun üçün yaxşı üsul seçmişdi. İlk dəqiqələrdən pressinq etmək, meydan sahiblərinə hücum qurmağa imkan verməmək. Oyunun əvvəlində istədiyini edə bilməyən “Qarabağ”ın futbolçuları güclü azarkeş dəstəyi altında istər-istəməz təzyiq altına düşürdü. Və elə buraxdıqları qol da həmin təzyiqin nəticəsi oldu. Hər tərəfdə BATE-nin futbolçularını görən kapitanları topu səhvən Staseviçə verdi ki, hər şey bundan sonra başladı. İkinci hissədə rəqibin üstün təsir bağışlaması da Baqanın seçdiyi taktikaya görəydi. Rəqibi üzərinə gəlməyə məcbur edən “sarı-göylər” sanki qol buraxmayacaqlarına əmin idilər. Onsuz da “Qarabağ”ın son zərbəni vurmaq baxımından çətinlik çəkdiyi açıq-aşkar görünürdü. Əvəzində əks-hücumların birində rəqibi cəzalandırmaq olardı.
Gözlənilməz, amma olduqca vacib qələbə oldu. Tam məntiqəuyğunluq idi. Belə təsadüf olmur. Təsadüf “Qarabağ”ın Belarusda BATE-ni udması ola bilər. Eyni zamanda gecənin sensasiyalı nəticəsi. Buna inanmaq isə çətindi”.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
16-08-2018, 19:11 Bəhruz Salehli razıdı 16-08-2018, 19:10 Yığma İsveç sindromunu möhtəşəm geridönüşlə qırdı 16-08-2018, 19:06 Kosovo ilə oyunun bilet satışı yubanır 16-08-2018, 19:05 “Panionios” Arazın “Mattersburq”a keçidinə əngəl yaradır 16-08-2018, 19:04 Samir Məsimov azərbaycanlı kimi getdi, rus kimi döndü 16-08-2018, 19:03 “Keşlə” Orxan Sadıqlını “Sumqayıt”a icarəyə verdi 16-08-2018, 19:02 Qələbəyə əngəl olan səbəblər 16-08-2018, 19:00 ÇL ilə vida “feysbuk”u coşdurdu 16-08-2018, 18:58 Belarus jurnalist “Qarabağ”ı incələdi 16-08-2018, 18:56 Rəşad Sadıqov azarkeşlərdən üzr istədi 16-08-2018, 18:55 Heç-heçə ilə bir addım irəli 16-08-2018, 18:54 Borisovdakı oyun “CBC Sport”a 20 min avroya başa gəlib 16-08-2018, 18:53 “Qarabağ” bir gecədə 8 milyon avro itirdi 16-08-2018, 18:51 Hansı münasibdi: “Şerif”, yoxsa “Valyur”? 16-08-2018, 18:49 Mütəxəssislər AL-in qrupunu nişan verdi 16-08-2018, 18:46 Vasif Haqverdiyev futbolçuların həyata baxışından narazıdı 16-08-2018, 18:45 PFL “AZAL Arena”da problem aşkarlamayıb 16-08-2018, 18:43 Vurğun Rauf Cabbarovun sərt qərar verdiyini düşünür 15-08-2018, 23:57 Faiq Qarayevin yetirmələri vətənə qayıdır 15-08-2018, 23:56 Ramil Quliyev Ərdoğana söz verib 15-08-2018, 23:54 Yeni limit divizion klublarına başağrı olub 15-08-2018, 23:53 Fərhad Vəliyev karyerasını bərpa etdi 15-08-2018, 23:52 Millinin oyunları eyni saatda başlayacaq 15-08-2018, 23:40 “Hakimin beynəlxalq təcrübə sarıdan axsadığı hiss olundu” 15-08-2018, 23:37 Çempionlar Liqası ilə vidalaşdıq, qrup ümidimiz yaşayır 15-08-2018, 23:33 “Xan Lənkəran”ın yeni İdarə Heyəti seçiləcək 15-08-2018, 23:29 Tural Axundov “Sumqayıt”la oyunda ilk yaşayıb 15-08-2018, 23:28 200 manatlıq start 15-08-2018, 23:26 “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi 15-08-2018, 23:25 Premyer-liqada start təəssüratı 15-08-2018, 23:23 “Keşlə” daha iki keçidi rəsmiləşdirdi 15-08-2018, 23:22 Fərid Nəbiyevdən növbəti qol 15-08-2018, 23:21 “Zirə” “AZAL Arena”da oynayacaq 15-08-2018, 23:20 BATE-nin baş məşqçisi və oyunçuları “Qarabağ”a tərif yağdırdı 14-08-2018, 19:38 Kubalı legioner AÇ-də “gümüş”ə sevindi 14-08-2018, 19:33 Yeni mövsümümüz mübarək! 14-08-2018, 19:32 Fariz Nəcəfov əvəzedicilərlə bağlı məsələyə nöqtə qoydu 14-08-2018, 19:30 “Neftçi” iki aya üç tərcüməçi dəyişib 14-08-2018, 19:28 “Qarabağ” möcüzə axtarışında 14-08-2018, 19:27 Ramil Şeydayev “Mattersburq”la anlaşdı 14-08-2018, 19:25 Stamenkoviç Azərbaycan himni üçün darıxıbmış 14-08-2018, 19:23 İki oyun, iki məğlubiyyət 14-08-2018, 19:16 “Pressbol” Halldorssonu danışdırdı 14-08-2018, 19:14 Qurban Qurbanov üçün ideal “11-lik” 14-08-2018, 19:13 Borisova nə “İmarət Avropa”, nə də “Milli Dəstə” gedir 14-08-2018, 19:00 “Zirə” “Qarabağ”dan güclü oldu 14-08-2018, 18:59 Kamran Quliyev istədiyi oyunu görə bilməyib 14-08-2018, 18:57 Qalib narazı, məğlub razı qaldı 14-08-2018, 18:55 Debütant “Keşlə”ni cəzalandırdı 14-08-2018, 18:52 Toşak “Traktorsazi”də qələbəyə həsrətdi 14-08-2018, 18:51 Ağabala əməliyyat olundu, “Səbail” bolqar yarımmüdafiəçi aldı 14-08-2018, 18:49 “Qəbələ” Aftandil Hacıyevin debütünü korladı 14-08-2018, 18:47 “Qarabağ” Borisova getmədi 14-08-2018, 18:46 Baqa bu dəfə ehtiyatlı danışdı 13-08-2018, 19:24 Zədə epidemiyasının qurbanları… 13-08-2018, 19:22 Belaruslular artıq BATE-yə inanırlar... 13-08-2018, 19:20 İki pillə də gerilədik... Bütün xəbərlər
Ən çox oxunanlar