10 avq 13:26gundem

Azarkeşlər ən yaxşı qismində qapıçı ilə qol müəllifini görür

Azarkeşlər ən yaxşı qismində qapıçı ilə qol müəllifini görür
Filipenko: “Qarabağ” Belarusa qələbə dalınca gələcəyindən, daha çox hücum edəcək”
Səfərdə “Qarabağ” üzərində qazanılan qələbədən sonra BATE-nin saytının ikinci nəfəsi açılıb. Düzdü, sayt əməkdaşları hələ oyuna qədər də operativ iş fəaliyyəti ilə seçilirdilər. Lakin sevimli komandalarının qələbəsi onları daha da ruhlandırıb.
Oyundan sonra saytda xüsusi “pəncərə” yerləşdirilib ki, ora daxil olan oxucular Bakıda meydana çıxan futbolçuların ad-soyadı ilə rastlaşır. Onların işi nədən ibarətdi? Oyunun ən yaxşı futbolçusunu seçmək. Daha dəqiqi, ayrı-ayrı futbolçulara şkala üzrə qiymət vermək. Dünən axşam saatlarına qədər sorğuda cəmi 20 nəfər iştirak etmişdi. BATE azarkeşlərinin fikrincə, çərşənbə axşamının ən yaxşıları qapısını toxunulmaz saxlayan Denis Şerbitski ilə Stanislav Draqun olub. Hər ikisi 9,3 balla başqalarından öndəydi. Mərkəz müdafiəçisi Aleksandr Filipoviç 8,8, kapitan və yeganə qolun yaradıcısı İqor Staseviç isə ortalama 8,7 bal yığmışdı.
Komandanın aparıcı üzvlərindən sayılan Yeqor Filipenko oyunla bağlı fikirlərini klub saytına bölüşüb: “Qələbə asan başa gəlmədi. Oyuna gəlincə, ilk hissədə heç də pis təsir bağışlamırdıq. Topa nazərət etməklə rəqibin oyun qurmasının qarşısını alırdıq. Əla əks-hücum imkanlarımız oldu. Hətta hesab arasında fərq daha böyük ola bilərdi. Fasilədən sonra nə oldu? Öz səhvimizdi, təhlil zamanı nə baş verdiyi aydın olacaq. Məncə, psixoloji amil idi. Hesabda öndəydik və nəticəni qorumaq haqda düşünürdük. Halbuki “Qarabağ” böyük qüvvə ilə irəli atılmaqla bizə oynamaq imkanı verirdi. Bilirəm, cərimə meydançasının həndəvərində yanlış ötürmələrim oldu. Topsuz çox qaçırdıq, bu da istər-istəməz öz təsirini göstərirdi. Yekunda bir-birimizi “sığortalamağı” bacardıq. Mən komanda yoldaşlarıma kömək edirdim, onlar da mənə. Xoşbəxtlikdən qapıçımız da əla oynadı. Son vaxtlar Şerbitski həlledici anlarda köməyimizə çatır. “Milan”ın onunla maraqlanması boşuna deyil (gülür). Əcnəbi skautlar tez-tez BATE-nin oyunlarını izləsələr, Denis ən qısa zamanda komandanı tərk edəcək... Əlbəttə, yaxşı bilirik ki, 1:0 hələ heç nə demək deyil. Səfərdən qələbə ilə dönsək də, şanslar 50-nin 50-yədi. Pley-offa yüksəlmək üçün əlimizdən gələn hər şeyi etməliyik. Xüsusilə müdafiədə çox diqqətli olmalıyıq. “Qarabağ” Belarusa qələbə dalınca gələcəyindən, daha çox hücum edəcək”.
Sayta belə xəbərlərlə yanaşı, BATE-lilərin Azərbaycandan Belarusa necə qayıtması və yolda başverənlər haqda da müəyyən məlumatlar yerləşdirilib. O cümlədən ayrı-ayrı futbolçular haqda statistik rəqəmlər. Məsələn, Aleksey Riosun avrokuboklarda sarı-göy formada 25-ci oyuna Bakıda çıxması, Stanislav Draqunun BATE-də 50-ci matçını keçirməsi, Nikolay Siqneviçin BATE-nin avrokubok tarixində 6-ci məhsuldar ötürmə müəllifi kimi 4-cü sıraya yüksəlməsi və sair.
HƏBİB
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar