08 avq 21:44gundem

Anar Salmanov isveçli hakimdən razı qalmadı

Anar Salmanov isveçli hakimdən razı qalmadı
“Xüsusən Siqneviçin ilk yarıdakı "sarı"sının verilməməsi vurğulanmalıdı”
“Qarabağ” – BATE matçını İsveçdən olan hakimlər briqadası idarə etdi. Baş hakim Andreas Ekberqin nəticəyə təsir edən səhvinin şahidi olmadıq. Ancaq mübahisəli epizodlar var idi. Oyunun əvvəllərində qonaqların künc zərbəsi verilmədi. Hər iki komandanın heyətində ilk yarıda “sarı”sı göstərilməyən futbolçular oldu. Lakin ikinci hissədə “Qarabağ”lıların əllə oyuna görə penalti tələb etməsi əsassız idi. Epizodun təkrarını izlədikdə də hakimin 11 metrlik cərimə təyin etməməsinin doğru qərar olduğunu gördük.
İsveçli ədalət təmsilçisinin idarəçiliyi haqda sabiq FİFA referisi Anar Salmanovun fikirlərini öyrəndik: “Hakimlik ümumilikdə pis olmadı. Ancaq səhvlər də var idi. Bu haqda daha sonra danışarıq. Başlayaq onun xarizmasından. Doğrudan da hiss olunurdu ki, meydanda hakim var. Davranışı, hərəkətləri belə deməyə əsas verir. Qaydaların yozumu və tətbiqi ilə bağlı problem var idi. 5-ci dəqiqədə qonaqların xeyrinə künc zərbəsi təyin olunmalıydı. Özü də həkimin görəcəyi epizod idi, laysmana aid deyildi. 29-cu dəqiqədə “Qarabağ”ın oyunçusuna qarşı qayda pozuntusu oldu, lakin referi oyunu saxlamadı. Halbuki BATE az qala hesabı açacaqdı. Bu kimi səhvlər var idi. Sanksiyalar və vərəqələrlə bağlı da problemlər oldu. 8-ci dəqiqədə Miçel “sürüşmə” fəndini düzgün yerinə yetirmədi. Düzdü, Andreas doğru qərarla üstünlük prinsipi verdi. Ancaq epizod başa çatandan sonra niyə ispan yarımmüdafiəçiyə sarı vərəqə göstərilmədi? 38-ci dəqiqədə Nilolay Siqneviç də "sarı" almalıydı. O əvvəlcə rəqibə qarşı kobud oynadı, daha sonra topun qarşısını kəsdi. Hansı ki, Siqneviç 54-cü dəqiqədə sarı vərəqə aldı. İlk hissədə də "sarı"sı verilsəydi, deməli, meydandan qovulacaqdı. Vərəqə göstərmək metoduna da toxunmaq istəyirəm. Hakim "sarı" verərkən aqressiv olur, jestləri ilə bunu büruzə verirdi. Amma həmin anlarda daha soyuqqanlı olmaq lazım idi. Onsuz da vərəqə göstərirsən, futbolçu da aqressivdi, heç olmasa, sən soyuqqanlı ol. Bu da psixoloji duruma aid bir şeydi. Doğrudu, hakim sərt olmalıdı. Lakin futbolçunun üzərinə şığımaq, aqressivliyini jestlərlə göstərmək lazım deyil. Bu üzdən psixoloji cəhətdən daha sakit, daha təmkinli olmalısan. Komanda işi yaxşı idi. Laysmanlar epizodlara daxil olmağa, baş hakimə kömək etməyə çalışırdılar. İsveçli referinin fiziki hazırlığı da qaydasındaydı. Ancaq mövqe seçimi haqda eyni sözləri demək çətindi. Bəzi epizodlarda dioqanala çıxmırdı ki, belədə bir neçə futbolçunun arasında qalırdı. Bəzən epizodlara daha çox daxil olurdu. Elə ilk yarıda künc zərbəsinin təyin etməməsinin səbəbi futbolçunun arxasında olmasından irəli gəlirdi. Hər şeyi nəzərə alsaq, Andreasın 8,3 qiymət alacağını düşünmək olar. Təbii, hakimin işindəki neqativ halları yəqin hakim-inspektor qeyd edib. Onlar isə qiymətə təsir edən məqamlardı. Xüsusən Siqneviçin ilk yarıdakı "sarı"sının verilməməsi vurğulanmalıdı. Çünki ikinci yarıda həmin "sarı" "qırmızı"ya çevriləcəkdi”.
FARİZ
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar