08 avq 21:33gundem

Dolu tribunalar önündə üzücü sonluq…

Dolu tribunalar önündə üzücü sonluq…
Çempionlar Liqasının üçüncü mərhələsinə adlamaqla ölkə futbolunun imicini qoruyan “Qarabağ”ın budəfəki rəqibi MDB məkanının ən tanınmış klublarından biri olan BATE idi. 5 dəfə ÇL-ni, 3 dəfə də AL-in qrup mərhələsində çıxış edən Belarus təmsilçisi haqda geniş bilgi verməyə ehtiyac yoxdu, bu yazıda əsasən oyunətrafı məqamlara toxunacağıq.
“İmarət”in atəşfəşanlığı
“Köhlən atlar”ın sadiq fanklublarından biri olan “İmarət” hələ matç başlamamış varlığını ortaya qoymağı lazım bilmişdi. Saatın əqrəbləri 19.40-ı göstərən zaman fanklub üzvləri stadionun girişində petardlar yandırmaqla sadə azarkeşləri də öz ətrafına toplamağı bacarmışdı. Başqa vaxt daha çox avtomobil dayanacağı kimi istifadə olunan ərazi dumana bürünmüş, oyunu izləmək üçün stadionun yolunu tutan sadə tamaşaçı belə az qala ekstaz halına gəlmişdi. Çox vaxt bu cür hallarda özünü yetirən polis əməkdaşları belə fanatların atəşfəşanlığına göz yummağı lazım bilmişdi. Ağdam təmsilçisinin daha bir fanklubu “Qarabağ ordu” da fəallığı ilə diqqətimizi cəlb etdi. Stadionun girişində toplaşan fanklub üzvləri hərbi xidmətdə olduğu kimi bölük formasında “Qarabağ, Qarabağ” şüarları səsləndirərək, onlar üçün ayrılmış sektorun yolunu tutdu. Xanımlardan ibarət “Ladies of Qarabag”ın üzvləri də həmişəki kimi öz yerində idi.
İncənət xadimləri də oyuna biganə qalmadılar
Matçı izləmək üçün stadionun yolunu tutanlar arasında məşhur simalar da var idi. Onlardan ikisini – xanəndə Elnur Zeynalov və tarzən Elçin Haşımovu qeyd etmək yerinə düşər. Elçin bəy BATE-nin təcrübəli və güclü komanda olduğunu qeyd etsə də, Qurban Qurbanovun yetirmələrinə inandığını, bütün qarabağlıların ürəyinin bu qarşılaşmada “köhlən atlar”la döyündüyünü bildirdi: “Qarabağ” bizim fəxrimizdi. İnanıram və ümid edirəm ki, komanda bu gün qələbə qazanmaqla bizləri sevindirəcək. Demək olar ki, “Qarabağ”ın bütün avrokubok qarşılaşmalarını stadionda canlı izləyirəm”. Elnur bəy isə bir qədər də irəli gedib təmsilçimizin “doğma divarlar” arasında 1:0 hesabıyla qalib gələcəyini dedi: “Elçin müəllimin dediklərini mən də təkrarlayacam. “Qarabağ” biz ağdamlıların qürur mənbəyidi. Onlar uğur qazananda biz də ağrımızı-acımızı az da olsa, unuduruq. İnanıram ki, BATE ilə ilk oyunda komandamız 1:0 hesabı ilə qalib gələcək. Cavab görüşündə isə hesab 2:1 olacaq. Həmin görüş də komandamızın zəfəri ilə başa çatacaq”.
Təkrarlanan erkən çıxış
Qurban Qurbanovun yetirmələrinin Çempionlar Liqasının ilk iki mərhələsində inamlı çıxış etməsi oyunu canlı izləmək istəyən azarkeşlərin də sayına təsir göstərmişdi. İstər “Olimpiya”, istərsə də “Kukesi” ilə matçın əvvəlində tribunalarda yetərincə boş oturacaq görmək mümkün idisə, BATE ilə qarşılaşmada hakimin start fitinə yarımsaatdan çox qalmasına baxmayaraq, tribunalarda anşlaq yaşanırdı. Daha bir maraqlı məqam meydanın sulanması ilə bağlı idi. Əvvəlki qarşılaşmalarda ot örtüyünün sulanması prosesi komandalar meydana çıxan ərəfədə yekunlaşırdısa, bu dəfə fərqli oldu. “Qarabağ”la BATE-nin oyunçuları bir-birini salamlayan vaxtda belə otun sulanması davam edirdi. Onu da qeyd edək ki, “Kukesi” ilə matçda olduğu kimi, bu dəfə də komandalar meydana təxminən 3 dəqiqə tez çıxdığından hakimin start fiti ləngidi. Həmin vaxt isə futbolçular bir-birinə ötürmə etməklə yadda qaldılar.
Qara paltarlıların dueli
Çox qəribədi ki, hər iki komandanın baş məşçisi – Qurban Qurbanov və Aleksey Baqa tam qara geymişdilər. Hər iki mütəxəssis bu matça qara şalvar və qara köynəkdə çıxmağı lazım bilmişdi. Fərq yalnız köynəklərdə idi. Belaruslu çalışdırıcı qoluuzun, Qurban bəy isə qısaqol köynək geymişdi.
Yerini tapa bilməyən azarkeşlər
İlk yarının 20-ci dəqiqəsi arxada qalsa da, qonaqlar üçün nəzərdə tutulmuş trubinaya dəvətnaməsi olan bəzi futbolsevərlər polisin müşayiəti altında yuxarı-aşağı hərəkət edir, yerlərini axtarırdılar. Bununla da onlar media tribunda əyləşən jurnalistlərin oyunu normal izləməsinə mane olurdular.
Səhv düşəndə yerimiz
Həmişəki kimi bu dəfə də stadionda yetərincə könüllü var idi. Onlara stadionun girişindən tutmuş sektorlara qədər - hər yerdə rast gəlmək mümkün idi. Ancaq nədənsə bəzi könüllülər işlərinin nədən ibarət olduğunu unudaraq, özlərini azarkeş kimi aparmağı lazım bilmişdilər. Onlardan biri də media sektorunda yer almışdı. Əslən bakılı olduğu ləhcəsindən bilinən gənc oyunun gedişində Azərbaycan bayrağına bürünmüşdü. “Mən də bir azarkeş” deyərək, addımına haqq qazandıran qardaş təlimata əməl etməməsini vətənpərvərliklə əlaqələndirdi.
Baqanın işə yaramayan etirazı
47-ci dəqiqədə meydanın mərkəzində Qara Qarayevlə mübarizədə özünü yerə atan Mirko İvaniç hakimin cərimə zərbəsi təyin edəcəyini gözləsə də, Andreas Ekberq davam işarəsi verdi və BATE-nin “10 nömrə”sindən ayağa qalxmağı tələb etdi. Ancaq ədalət təmsilçisinin qərarı belarusluların baş məşqçisi Baqa tərəfindən narazılıqla qarşılandı. Fevralın 4-də 37 yaşını tamamlayan çalışdırıcı yan xətt hakiminə etirazını bildirsə də, laysman bir qədər sərt formada ona qayda pozuntusunun olmadığını işarə etməklə yadda qaldı.
Sotomayor da “Qarabağ”a biganə qalmadı
Qarşılaşmanı izləyənlər arasında boks üzrə Azərbaycan yığmasının üzvü Lorenso Sotomayor da var idi. Əslən kubalı, 2016-cı ildə Braziliyada keçirilən Olimpiya Oyunlarının gümüş, 2015-də Bakıda təşkil olunan Avropa Oyunlarının qızıl mükafatçısı olan dəri əlcək ustası oyuna çox diqqətlə baxır, “köhlən atlar”ın hər təhlükəli hücumuna çılğınlıqla reaksiya verirdi.
Butsunu dəyişən kapitan
82-ci dəqiqədə Nikolay Siqneviçin yerdə qalmasından istifadə edən Rəşad Sadıqov yan xəttə yaxınlaşaraq butsunu dəyişməyə qərar verdi. Təəssüf ki, “Qarabağ”ın kapitanının bu addımı da komandasını məğlubiyyətdən xilas etmədi. Baxmayaraq ki, ikinci hissədə meydanda ağalıq edən tərəf məhz onun lideri olduğu komanda idi.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
20-03-2019, 13:41 AFFA xəbərləri 20-03-2019, 13:32 “Taxta oğrusu” Ayxan, papaq atıb məyus olan Aslan... 20-03-2019, 13:30 Favoritlər büdrəmədi 20-03-2019, 13:28 Eltac “sülh”lə başladı 20-03-2019, 13:27 Büdrəməyən iki komanda var 20-03-2019, 13:23 Rəşad yığmaya çağırılmayacağını hiss edibmiş 20-03-2019, 13:20 Ağasəlim Mircavadov U-19-la Krasnodardadı 20-03-2019, 13:18 Ədalət təmsilçilərimizə təyinat gəldi 20-03-2019, 13:16 Elxan Abdullayev Velebitin köməkçisi oldu 20-03-2019, 13:15 Əvvəl Rusiya, sonra İrlandiya və Rumıniya 20-03-2019, 13:13 Litva ilə üçüncü duel 20-03-2019, 13:10 Bayram axşamı qanımız qaralmasın! 20-03-2019, 13:06 Yığmanın mümkün “11-liy”i 20-03-2019, 13:04 Yurçeviç Zaqrebdə sürpriz etmək istəyir 20-03-2019, 13:02 U-21-in heyətində iki dəyişiklik 20-03-2019, 12:55 U-19-un rəqibi əvvəl qalib gəldi, sonra uduzdu 20-03-2019, 12:52 “FC Baku”dan “feyr-pley” və darmadağın 20-03-2019, 12:51 Mütəxəssislər yığmadan maksimum heç-heçə gözləyir 20-03-2019, 12:46 Bombardirlərin turu 20-03-2019, 12:45 Tərlan Əhmədov sınaq matçı planlaşdırıb 20-03-2019, 12:33 “Neftçi” yoxlama oyunu keçirməyəcək 20-03-2019, 12:30 Essyenlə bağlı soruşduq, fikirlər haçalandı 20-03-2019, 12:28 “Sabah” yoldaşlıq görüşü keçirəcək 20-03-2019, 12:27 “Sumqayıt” Əfran İsmayılovu itirdi 20-03-2019, 12:25 “Qarabağ” yarımcan heyətlə “Zirə”ni sınağa çəkəcək 20-03-2019, 12:23 Fərid “Slaviya”ya qələbə qazandırdı 19-03-2019, 15:11 Aleksey İsayev yığmadan ayrıldı 19-03-2019, 15:07 “Maksimir”də yığmaya 20 fanat dəstək verəcək 19-03-2019, 15:05 Essyen ilyarım “Səbail”ə xidmət edəcək 19-03-2019, 15:02 "Neftçi"nin legioneri Seneqalla oyuna çağırıldı 19-03-2019, 14:58 Emeqara zədəyə görə kənarda qalıb 19-03-2019, 14:56 Aqolli azarkeşlərlə bizim dildə sağollaşdı 19-03-2019, 14:55 “Sabah” Çalanı yola saldı 19-03-2019, 14:52 Kamran Ağayev “Keşlə”də yox, dostları ilə oyunda zədələnib 19-03-2019, 14:50 Boyükağa Hacıyevin ölümündən bir il ötdü 19-03-2019, 14:47 “O qədər məyusam ki, danışmağa, müsahibə verməyə həvəsim yoxdu” 19-03-2019, 14:46 Ayxan Abbasov Atillanın “qələmini qırdı” 19-03-2019, 14:44 İlk "üçlük"də yerdəyişmə oldu 19-03-2019, 14:42 Adam sabiq köməkçisini unutmayıb 19-03-2019, 14:41 Bojoviç: “Ramil son vaxtlar möhtəşəm oynayır, afərin!” 19-03-2019, 14:37 “Azərsun Holdinq” “Qarabağ”a lazım olan vəsaiti ayırır 19-03-2019, 14:35 Turun statistikası 19-03-2019, 13:08 Turun məşqçisi 19-03-2019, 13:07 Hakimlərin mühakiməsi 19-03-2019, 13:04 Üçüncü dövrənin lideri “Qarabağ”dı 19-03-2019, 13:01 Eddi və Rüfət “fərqləndi” 19-03-2019, 12:59 Turun oyunçusu 19-03-2019, 12:57 Turun sitatı 19-03-2019, 12:54 Turdan məqamlar 19-03-2019, 12:50 Lider izləyicisini xalsız qoydu, U-19 uduzdu 19-03-2019, 12:47 Layiq olmadığımız yenilgi 17-03-2019, 14:50 Marinadan tarixi addım və finala vəsiqə 17-03-2019, 14:49 “Boykotçular”ın turniri apreldə keçiriləcək 17-03-2019, 14:48 “Neftçi” debütantı üstələdi, “Yasamal” İSK “zirzəmi”dən qurtuldu 17-03-2019, 14:34 Mütəxəssislər Səlahətin “1 nömrə” olacağını düşünür 17-03-2019, 14:32 Essyenin “Səbail”dən heç bir xüsusi tələbi olmayıb 17-03-2019, 14:30 Essyenin transferi ölkə futboluna nə qazandıracaq? Bütün xəbərlər
Ən çox oxunanlar