01 avq 18:51gundem

“Kukesi”nin iki futbolçusu Bakıya bir gün tez gəlib

“Kukesi”nin iki futbolçusu Bakıya bir gün tez gəlib
Rauf Əliyev: “Düşərgəyə yeni oyunçular cəlb olunsa da, anlaşma baxımından əziyyət çəkirlər”
Bu gün “Qarabağ”la qarşılaşacaq “Kukesi” artıq dünəndən Bakıdadı. Ötən gün ölkə mətbuatında “Qəbələ”nin futbolçusu Rauf Əliyevin hava limanına yollanaraq, ötən ilin birinci yarısında şərəfini qoruduğu komandanı qarşıladığı haqda xəbərlər yayıldı.
Raufun narazılıqla ayrıldığı kluba münasibətdə bu jesti bir qədər gözlənilməz oldu desək, yanılmarıq. Bəs görəsən, Albaniyadan qayıdandan sonra “Kukesi” haqda heç də yaxşı fikirlər səsləndirməyən, klub rəhbərliyini saxtakarlıqda ittiham edən futbolçunu gecə saatlarında hava limanına aparan nə olub?
Bu suala aydınlıq gətirmək üçün dünən şimallıların forvardı ilə əlaqə saxladıq: “Heç də hər şey mediada yazıldığı kimi olmayıb. İşim-gücüm qutarmışdı, gecənin bir yarısı “Kukesi”ni qarşılamaq üçün hava limanına yollanım (gülür). Sadəcə, Albaniya klubunun iki futbolçusu – Valon Etemi və Harallamb Qaqi komandadan bir gün öncə Bakıya gəlmişdilər. İkinci türk dilində danışa bildiyindən “Kukesi”də oynadığım vaxt onunla münasibətim yaxşı idi. Mənimlə əlaqə saxlayıb ikisinin bir gün tez gələcəyini bildirdi. Mən də onlarla görüşdüm, paytaxtdakı restoranların birində şam etdik”.
Etemi ilə Qaqinin bir gün tez gəlməsi bizə şübhəli gğründüyündən Raufla söhbətdə həm bunun, həm də “Keşlə”nin yeni baş məşqçisi Mladen Milinkoviçin görüşdə iştirakının səbəbini öyrənməyə çalışdıq: “Komanda səfər çıxarkən bəzən belə hallar olur. Bizim klublarda da dəfələrlə belə olub. Şübhələnməyə heç bir əsas yoxdu. Sadəcə, belə alınıb. O ki qaldı Milinkoviçə, onunla da bir gün öncədən əlaqə saxlayıblar. Serbiyalı mütəxəssis də bu səbəbdən bizimlə bir yerdə idi”.
“Kukesi”nin futbolçuları ilə görüşən Əliyev, heç şübhəsiz, “Qarabağ”la oyun ərəfəsində Albaniya təmsilçisinin düşərgəsində ab-havanın necə olmasından xəbərdardı. Raufu dinləyək: “Açığı, sabiq komanda yoldaşlarımla bu mövzuda çox söhbət etmədik. Ancaq onu dedilər ki, mən orda olduğum müddətdə daha güclü komanda formalaşmışdı, nəinki indi. Həmin heyətdən bir futbolçu Belçikaya, biri isə Belarusa yollanıb. Düşərgəyə yeni oyunçular cəlb olunsa da, anlaşma baxımından əziyyət çəkirlər. Bir qədər də klub prezidenti Safet Qiçi və onun komandaya münasibətindən söhbət etdik. Bildiyiniz kimi, futbolçulara ilk mərhələyə görə söz verdiyi mükafatı verməyib. Bildirib ki, “Qarabağ”ı da keçin, hər iksini birdən alın. Bir qədər fərqli, futbola öz baxşı olan, çılğın xarakterə malik insandı. Bizdə beləsinə asıb-kəsən, dəli-dolu deyirlər. Məncə, “Qarabağ” istədiyi nəticəni əldə edib, növbəti mərhələyə yüksələcək”.
RƏŞAD
Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı Dünən, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək Dünən, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir Dünən, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib Dünən, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da Dünən, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı Dünən, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda Dünən, 15:28 Yığma 17 nəfərlə hazırlaşır Dünən, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq Dünən, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər Dünən, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq Dünən, 15:14 Çempion üç günə iki qələbə qazandı Dünən, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? Dünən, 15:10 Joze Alesio limitin tərəfdarıdı Dünən, 15:08 Hər iki finalçı cəzalandırıldı Dünən, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” Dünən, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı Dünən, 13:59 U-21 xorvatlarla “sülh bağladı” Dünən, 13:54 Səfir jurnalistlər önünə çıxacaq Dünən, 13:53 Nə tez ayıldın, Özil?! Dünən, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? Dünən, 13:47 Kamal Bayramov “Səbail”də Dünən, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə Dünən, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu Dünən, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir Dünən, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi Dünən, 13:18 “Topaz” mayın 28-də festivala başlayır Dünən, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır 23-05-2019, 19:19 Renat Dadaşov Portuqaliyada medal qazandı 23-05-2019, 19:17 Azərbaycan səfirindən sərt sual 23-05-2019, 19:15 Gürcü Azərbaycanı bəyənmir... 23-05-2019, 19:13 “Qarabağ”ın 16 mümkün rəqibindən 13-ü bəllidi 23-05-2019, 19:11 Rəhimin “Sabah”, Əliyarın “Qarabağ” “sevgisi” 23-05-2019, 19:04 Bakıda əfsanələrin paradı 21-05-2019, 15:14 Həftənin idman proqramı 21-05-2019, 15:08 Medianın finala biganəliyinin arxasında nə dayanır? 21-05-2019, 15:05 “Çelsi” fanklubunun Bakıdakı üzvləri hava limanına getməyəcək 21-05-2019, 15:03 Ayxan Abbasov “Sumqayıt”dan gedir 21-05-2019, 15:01 Rauf Əliyev: “Top qəbul etmək, düzgün ötürmək vermək çətin idi” 21-05-2019, 14:54 Cavid Hüseynov rəhbərliklə görüşəcək 21-05-2019, 14:52 İnqilab Məmmədov protokolda çoxlu səhv buraxdı 21-05-2019, 14:50 "Qəbələ": final lənətinə son və ilk titul! 21-05-2019, 14:46 "Səbail" bir ucdan yola salır 21-05-2019, 14:40 Alla Həsənova çempion oldu 21-05-2019, 14:38 Fərid Kərimzadə yersiz xal itkilərini səbəb göstərdi 21-05-2019, 14:35 Elçin Səmədli UEFA-da Murad Məmmədovu əvəzlədi 21-05-2019, 14:32 “Xəzər Cənub” dağıldı! 21-05-2019, 14:28 “Baku Fire” yüksək liqaya iddialıdı 21-05-2019, 14:27 ADBTİA “gümüş”ü “Standard”dan “oğurladı” Bütün xəbərlər
Ən çox oxunanlar