01 avq 18:48gundem

“Qarabağ” üçün iki vəzifə: alban sindromuna son qoymaq, AL-in pley-offunu təmin etmək!

“Qarabağ” üçün iki vəzifə: alban sindromuna son qoymaq, AL-in pley-offunu təmin etmək!
Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
Qarabağ – Kukesi (Albaniya)
Hakimlər: PETER KRALOVİÇ, Miroslav Benko, Erik Vayss, Patrik Hrtska (hamısı Slovakiya).
Hakim-inspektor: Paulius Maljinskas (Litva).
UEFA nümayəndəsi: Antonio Talarisio (İtaliya).
1 avqust. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 21.00
İlk oyun – 0:0.
“Qarabağ” bu gün növbəti avrokubok matçına çıxacaq. Ağdamlılar Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda “Kukesi”ni sınağa çəkəcək. Həmin komandanı ki, Qurban Qurbanovun yetirmələri ötən həftə səfərdə rəqibinin müqavimətini qıra bilməyərək, qolsuz heç-heçəyə razılaşmalı olmuşdu. Ölkə çempionu bu dəfə doğma azarkeşlər önündə qalib gəlməyə çalışacaq.
Üçüncü təsnifat mərhələsinə yüksəlmək və bununla da Avroliqanın pley-offuna vəsiqəni təmin etmək üçün mütləq qalib gəlməli olan “Qarabağ” ardıcıl 5-ci dəfə ikinci mərhələni adlamaq əzmindədi. ÇL-in cari mövsümündə hələ ki qapısından top buraxmayan Ağdam klubu həm bu seriyanı davam etdirməli, həm də nəyin bahasına olur-olsun, rəqib qapısına yol tapmaq barədə düşünməlidi.
Əslində “Kukesi” ilə səfər oyununun da favoriti “Qarabağ” idi. Ancaq albanlar ilk oyunda ultra-müdafiə taktikası seçib, Qurban Qurbanovun şanslarını minimuma endirdi. Ələ düşən azsaylı fürsətlərdən isə yararlanmaq mümkün olmadı. Ümumiyyətlə, indiyədək Azərbaycan təmsilçiləri Albaniya klublarına qalib gələ bilməyib. Bu üzdən “Qarabağ”ın qazanacağı qələbə ilklə əlamətdar olacaq. İki ölkə təmsilçilərinin əvvəlki 5 duelinin hamısı heç-heçə bitibsə, onlardan birinin əlavə vaxtında albaniyalılar qələbə qolunu vurub. Başqa sözlə, Ağdam təmsilçisi bugünkü görüşdə Albaniya sindromunu qırmaq üçün mübarizə aparacaq.
Son 5 avrokubok matçında cəmi 1 qola sevinən Qurbanovun yetirmələri ön xətdəki problemləri “Kukesi” ilə qarşılaşmada unutdurmalıdı. Qitənin ən nüfuzlu klub turnirində mübarizəni davam etdirmək üçün təmsilçimiz bu il Çempionlar Liqasındakı bütün qarşılaşmalarda heç-heçəyə imza atan rəqibin müdafiə səddini yarmaq yolunda əsasən İnnosent Emeqara ilə Con Delarjın xidmətinə bel bağlayır. Düşərgəyə gec qoşulan, bununla belə, bu mərhələ üçün sifariş olunan legionerlər cavab görüşündə Qurbanovun sərəncamında olacaqlar. Komanda ilə cəmi bir həftə birlikdə məşq etmələrinə və oyun praktikalarının olmamasına baxmayaraq, onları “gizli silah” saymaq olar.
Xatırladaq ki, bugünkü görüşdə sevinən tərəf ÇL-in 3-cü təsnifat mərhələsində BATE (Belarus) – HİK (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək. Əksinə, məğlub tərəf Avropa Liqasına yollanacaq. Orda isə rəqib “Torpedo” (Gürcüstan) – “Vikinqur” (Farer adaları) cütünün qalibi olacaq.
“Qarabağ” – “Kukesi” qarşılaşması Qurban Qurbanov üçün əlamətdar olacaq. Belə ki, 46 yaşlı mütəxəssis Ağdam klubunu 80-ci avrokubok sınağına çıxaracaq. “Qarabağ” indiyədək 79 avrokubok matçında Qurbanovun rəhbərliyi altında oynayıb. 2009-cu ildə Avropa Liqasında “Rusenborq”la qarşılaşmasında ilk dəfə bu klubla qitə səhnəsinə çıxan mütəxəssis iki turnirdə bu funksiyanı yerinə yetirib. O, ağdamlıları Avropa Liqasının 52, Çempionlar Liqasının 27 görüşünə çıxarıb. Bu 79 qarşılaşmada “Qarabağ” 32 qələbə qazanıb. Komanda Qurbanovun rəhbərliyi altında 24 heç-heçə edib, 23 məğlubiyyət alıb. Maraqlıdı ki, 1-ci təsnifat mərhələsinin “Olimpiya” ilə cavab oyunu da Qurbanov üçün “80”lə əlamətdar idi. Həmin matç çalışdırıcının ümumilikdə 80-ci avrokubok görüşü idi.
Albanlarla oyun daha bir yubileylə əlamətdar olacaq. Görüş Azərbaycan təmsilçilərinin Çempionlar Liqasında 70-ci matçı kimi tarixə düşəcək. Belə ki, təmsilçilərimiz 1997-ci ildə debüt etdiyi qitənin ən nüfuzlu klub turnirində indiyədək 69 matç keçirib. 21 il əvvəl iyulun 23-də baş tutan “Neftçi” – “Vidzev” matçından (0:2) indiyədək ölkəmizin 7 komandası Çempionlar Liqasında qüvvəsini sınayıb. “Qarabağ” 27, “Neftçi” 18, “Bakı”, “İnter” (indiki “Keşlə”) və “Şəmkir” hərəyə 6, “Kəpəz” 4, “Xəzər Lənkəran” 2 qarşılaşmada meydana çıxıb. Baş tutan 69 matçda Azərbaycan klubları 20 dəfə qalib gəlib. Hesabında 21 heç-heçə edən komandalarımız 28 dəfə uduzub.
“Qarabağ” avqustun 1-də avrokuboklarda meydana çıxan iki Azərbaycan komandasından biridi. Belə ki, indiyədək yalnız “Neftçi” və “Qarabağ” bu tarixdə avrokubok qarşılaşmasına çıxıb. Paytaxt təmsilçisi üçün uğursuz olan gün Qurban Qurbanovun yetirmələri üçün düşərlidi. 2012-ci ildə İsraildə Kiryat-Şmona “Hapoel”inin qonağı olan “Neftçi” 4 cavabsız qol buraxıb. “Qarabağ” isə keçirdiyi hər iki matçda qalib gəlib. 2013-cü ildə ağdamlılar evdə “Gefle”ni 1:0, ötən il də Moldovada “Şerif”i 2:1 hesabı ilə məğlub edib. Başqa sözlə, hər iki halda minimal fərqlə qalib gələn “Qarabağ” bu tarixdə 3-cü cəhdini gerçəkləşdirəcək. Bu dəfə də istənilən hesablı qələbə mərhələ adlamağa yetəcək.
Hakimlərə gəlincə, oyunu Slovakiyadan olan briqada idarə edəcək. Peter Kraloviçə həmvətənləri Miroslav Benko və Erik Vayss yardım edəcək. Dördüncü hakim isə Patrik Hrtska olacaq. Hakimlərin işinə Litvadan olan inspektor Paulius Maljinskas qiymət verəcək. UEFA nümayəndəsi funksiyası isə italyan Antonio Talarisioya həvalə olunub. Onu da qeyd edək ki, Peter Kraloviç indiyə qədər nə yığmamızın, nə də klublarımızın oyunlarında baş hakim olub. Bununla belə, onun təmsilçimizlə yolu kəsişib. O, 2015-ci il avqustunda Avropa Liqasının pley-offunda “Qəbələ”nin “Panatinaikos”la səfər matçında 4-cü hakim kimi iş başında olub. Slovakiyalı hakimin Bakıya da yolu düşüb. 3-cü kateqoriyalı FİFA referisi iki il əvvəl paytaxtımızda baş tutan U-17-lər arasında Avropa çempionatının final mərhələsində ədaləti qoruyan 8 baş hakimdən biri idi və “Dalğa Arena”da keçirilən yarımfinal oyununda - Portuqaliya - Hollandiya qarşılaşmasında fit çalımışdı. Həmin oyunun hakim-inspektoru isə Asim Xudiyev olmuşdu.
Qeyd edək ki, Azərbaycan çempionunun Albaniyanın vitse-çempionuyla qarşılaşması canlı yayınlanacaq. Səfər matçında olduğu kimi, ev oyununu da "CBC Sport" ekranlara daşıyacaq.
MİRAĞA
Greater Horizon's has a 19-day evening option or 13-day all-day option local cna classes free free cna classes in chicago
cna classes online certified nursing assistants
are taught concerning the underlying principles and practices in medicine.
Most of these healthcare facilities are in need of CNA's because in the aging population cna classes in ma https://cnaclasses.us.com/ cna classes
in mn use the report to prepare for success another time around.

Şərh yaz
Ваше Имя:
Ваш E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Введите код:

Son xəbərlər
Dünən, 17:32 “Federasiyanı şahmatın inkişafı yox, öz piarı maraqlandırır” Dünən, 17:31 Rusiya yığması Sumqayıta gəlir Dünən, 16:24 Oqtay Abdullayev Nazim Süleymanovu ittiham etdi Dünən, 16:23 “Qəbələ” azarkeşləri üçün xüsusi tədbir hazırlayıb Dünən, 16:22 Mirbağır İsayev “Neftçi”dən ayrıldı Dünən, 16:20 Əliyar Ağayev Fransaya gedəcək Dünən, 16:19 Mirabdulla Abbasov "Neftçi"dən ayrılacaq? Dünən, 16:18 Ruslan Qurbanov "Visla"ya keçə bilər Dünən, 15:59 Tərlan Əhmədov Rəşad Sadiqovu futbola qaytarır, Raili istəyir Dünən, 15:56 “Arsenal”ın Mxitaryanla bağlı qərarı Bakıdakı azarkeşlərinin fikirlərini haçalayıb Dünən, 15:56 Haqq davamız davam edir Dünən, 15:53 Agentlər fasilə dönəmini dəyərləndirdi Dünən, 15:51 “Sumqayıt”dan ikisi getdi, ikisi yeni müqavilə imzaladı Dünən, 15:50 Gerye “Qarabağ”a “qiymət oxuyur” Dünən, 15:20 “Xəzər Cənub”un prezidentindən səs-küylü müsahibə Dünən, 15:18 “Şüvəlan” Heydər Əliyev kubokunun qalibi oldu Dünən, 15:17 “Ekol” kubokun sahibi oldu Dünən, 15:15 Paşayev “bürünc” qazandı, Emil ən yaxşılaran biri oldu Dünən, 15:14 “Sabah” gələcəyin futbolçularını seçəcək Dünən, 15:12 Agenti Petrovu “Dinamo” səviyyəsində görür Dünən, 15:11 AFFA UEFA-ya müraciət etdi, biletlər geri qaytarıldı 24-05-2019, 17:14 Gülağa Cabbarov Stuxlikə məktub yazdı 24-05-2019, 17:13 Riad Rəfiyev əvvəlcə sponsorla, sonra baş məşqçi ilə görüşəcək 24-05-2019, 17:11 “Qəbələ”də qeyri-müəyyənlik davam edir 24-05-2019, 17:09 Renat Dadaşov U-21-dən imtina etməyib 24-05-2019, 17:07 Qara Qarayev daha iki il “Qarabağ”da 24-05-2019, 17:06 Azərbaycanlı futbolçular Mxitaryanı “qorxaq” adlandırdı 24-05-2019, 17:04 Avroliqanın kuboku Cocuq Mərcanlıda 24-05-2019, 15:28 Yığma 17 nəfərlə hazırlaşır 24-05-2019, 15:25 Yurçeviç “çərçivə”ni Səlahət Ağayevə tapşıracaq 24-05-2019, 15:22 "Ayntraxt"ın azarkeşləri azərbaycanlı cocuqları sevindirdilər 24-05-2019, 15:17 UEFA İcraiyyə Komitəsi Bakıda yığışacaq 24-05-2019, 15:14 Çempion üç günə iki qələbə qazandı 24-05-2019, 15:12 “Araz”ın ÇL-dəki rəqibləri nə vaxt məlum olacaq? 24-05-2019, 15:10 Joze Alesio limitin tərəfdarıdı 24-05-2019, 15:08 Hər iki finalçı cəzalandırıldı 24-05-2019, 14:03 “Dəyişikliklər vacibdi, amma belə yox” 24-05-2019, 14:01 “Keşlə” Salahlı ilə anlaşdı, hədəfdə Əfrandı 24-05-2019, 13:59 U-21 xorvatlarla “sülh bağladı” 24-05-2019, 13:54 Səfir jurnalistlər önünə çıxacaq 24-05-2019, 13:53 Nə tez ayıldın, Özil?! 24-05-2019, 13:51 Naxçıvan turniri: xəbəri kimdən alaq? 24-05-2019, 13:47 Kamal Bayramov “Səbail”də 24-05-2019, 13:44 Emil Balayevli "Tobol"dan önəmli qələbə 24-05-2019, 13:40 “Neftçi”nin Mirabdullanı satmaq fikri yoxdu 24-05-2019, 13:25 Ayxan Abbasov Riad Rəfiyevlə son görüşü gözləyir 24-05-2019, 13:20 AZAL “Qəbələ” və “Sumqayıt”ın futbolçularına zülm etdi 24-05-2019, 13:18 “Topaz” mayın 28-də festivala başlayır 24-05-2019, 11:21 Futbolumuzdakı ingilislər həmyerlilərini Bakıya səsləyir 23-05-2019, 20:32 Finalın meydanda görünməyən tərəfləri 23-05-2019, 20:21 Naxçıvanda üç gün 23-05-2019, 20:19 Premyer-liqanın ən yaxşısı Dani Kintanadı! 23-05-2019, 20:16 “Zirə”nin kapitanlarına qapını göstərirlər 23-05-2019, 20:13 AFFA “Xəzər Cənub”a cəza yağdırdı 23-05-2019, 20:11 "Ekol" “Neftçi”ni asanlıqla üstələdi 23-05-2019, 20:03 Xətai Bağırov Taylandda oteldə qalır 23-05-2019, 19:24 Davud Kərimi 13 futbolçunun göndərilməsini normal sayır Bütün xəbərlər
Ən çox oxunanlar